Məhkəmə qərarları › İş №2(102)-6274/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6274/2019

25.11.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6274/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)6773/2019 nömrəli qərardadından İddiaçı kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti) iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – MMC) təsisçisi olan cavabdeh arasında bağlanmış 09 avqust 2010-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi, həmin əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi ilə bağlı “xxxx” MMC-nin qanuni təmsilçisinə dair reyestrdə müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 qeydiyyatı idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 11.03.2013-07.01.2016-cı il tarixlərində “xxxx” MMC-nin direktoru vəzifəsində çalışıb. “xxxx” MMC-nin təsisçisi olan cavabdeh 01.04.201501.07.2015-ci il tarixləri üzrə direktor vəzifəsini n icrasını öz üzərinə götürüb. Lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.05.2015-ci il tarixli qərarı ilə cavabdeh həbs olunub, 30.12.2015-ci il tarixdə müvəqqəti azadlığa buraxılıb. 07.01.2016-cı il tarixində öz təşəbbüsü ilə ərizə əsasında işdən azad olunub. 06.09.2017-cı ildən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatında çalışır. Buna baxmayaraq hələ də “xxxx” MMC-nin direktoru vəzifəsində qalıb. Direktor vəzifəsindən çıxarılması barədə cavabdehə dəfələrlə müraciət etsə də, bu barədə heç bir tədbir görülməyib. Heç bir bağlılığı olmadığı halda, həmin Cəmiyyətlə bağlı məktublar, müraciətlər onu tez-tez narahat edir, hüquqlarını pozur. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə öz təsdiqini tapıb və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 1(103)-1496/2017 nömrəli qərarı ilə qanuni qüvvəyə minib. Həmin hökmlə cəmiyyətin fəaliyyəti ilə birbaşa olaraq, X1 məşğul olduğu sübuta yetirilib və sonuncu hazırda həmin işlə bağlı cəza çəkir. Məhkəmə qətnaməsi əsasında “xxxx” MMC-nin borc əvəzində bütün əmlakı “xxxx” QSC-nin mülkiyyətinə verilib və sonradan Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinə təhvil verilib. Bu əmlakın sonuncu sahibi “xxxx”QSC-dir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)6773/2019 nömrəli qərarda dı ilə Cavabdeh apellyasiya şikayəti əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə münasibətdə təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-581/2019 saylı iş üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsi həmin tələbin təmin olunması hissəsində ləğv edilmiş, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan Cavabdeh arasında bağlanmış 09 avqust 2010-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə dair hissədə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)6773/2019 nömrəli qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və və vəkili*** kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)-6773/2019 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia icraatı qaydasında məhkəməyə müraciət edilmiş, cavabdeh qismində isə “xxxx”MMC-nin təsisçisi Cavabdeh cəlb olunmuşdur. Cavabdeh bilərəkdən vəzifələrini icra etməyərək qanuni təmsilçi ilə bağlı müvafiq qeydin aparılması barədə X2 Qeydiyyatı İdarəsinə müraciət etməmiş, nəticədə iddiaçının ölkədən çıxmaq hüququ məhdudlaşdırılmışdır. Lakin işə baxan məhkəmə bu halları nəzərə almadan qərardad qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili*** Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 29 may 2019-cu il tarixli, 2(103)-6773/2019 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 29 may 2019-cu il tarixli qərardadı ilə İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan Cavabdeh arasında bağlanmış 09 avqust 2010-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə dair his sədə mülki işin icraatına xitam verərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, prosessual qanunvericilik iddia icraatı qaydasında hər hansı faktın müəyyən edilməsi qaydasını nəzərdə tutmamışdır. Belə ki, qanunvericiliyə əsasən iddia icraatı tələb edən şəxsin (iddiaçının) iddiaya cavab verməli olan şəxsdən (cavabdehdən) nəyi isə tələb etməsi, yaxud onun üzərinə hər hansı vəzifənin qoyulması, hərəkətin edilməsi (edilməməsi) və s. öhdəliklərin qoyulması tələbi əsasında başlayır. Lakin iddiaçı hazırkı iş üzrə cavabdehə qarşı heç bir tələb irəli sürməmiş, ondan nə isə tələb etməmiş, cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmasını xahi ş etməmişdir. Eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını müəyyən edən “Xüsusi icraat” qaydasında baxılması da qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1-ci maddəsinə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir. 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərt ləri müəyyənləşdirir. Qeyd edilən maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalanan prosessual hüquq normalarını rəhbər tutuan apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Məcəllə xüsusi icraat qaydasında digər işlərə baxılmasını da istisna etmir, lakin bunun üçün həmin hala baxılması Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmalıdır. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Həmçinin Məcəllənin 307.2.11-ci maddəsi MPM-in 307-ci maddəsində nəzərdə tutulmayan hüquqi əhəmiyyətli halların müəyyən edilməsini o halda mümkün hesab edir ki, bunun qanunvericilikdə başqa qaydası nəzərdə tutulmasın. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İddiaçı baxılan iş üzrə əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsini xahiş etsə də Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin i radəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir (83). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə iddia icraatı və xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasında kı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)6773/2019 nömr əli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar