Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6276/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(006)1152/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi barəd ə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6821/2018 saylı, 01.08.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun itirilməsi barədə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-372/2019 saylı, 22.01.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasıya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2019-cu il tarixli 2(103)-4094/2019 saylı qətnaməsi ilə (hakimlər: A.Hüseynov sədrlik edən və məruzəçi, A.İmanov və V. Sadıqov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(006)-1152/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə-iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərinünvan 1 ünvanda yerləşənmənzilinə (bundan sonra mübahisəli mənzil) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi hüquq normasını dü zgün tətbiq etməmiş, ona görə də Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilməd ən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı və cavabdehlər qardaşdırlar. Mübahisəli mənzil onların ataları Çingiz Məmmədova məxsus olub. Cavabdeh2 tələbə olarkən 1998-ci ilədək mübahisəli mənzildə yaşayıb. Həmin ildən sonra heç vaxt mənzildə daimi yaşamayıb, əvvəlcə Göyçay rayonunda atasına məxsus evdə, 2008-ci ildən Bakı şəhərində özünə məxsus evdə yaşayıb. Atalarının ölümündən sonra vərəsələrin razılığı ilə 29.11.2012-ci ildə mübahisəli mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınıb. Sonuncu 15.12.2015-ci ildə mənzili iddiaçıya bağışlayıb. Mənzil 17.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınıb. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 1998-cü ildə mübahisəli mənzildən Göyçay rayonuna köçmüş və rəsmi nikaha daxil olduqdan sonra 2008-ci ildə Bakı şəhərinə qayıtdıqda ailəsi ilə birgə mülkiyyətində olmuş digər mənzildə yaşamışdır. Mübahisəli mənzildə Cavabdeh2 məxsus əşyalar yoxdur. 1998-cı ildən ötən dövr ərzində sonuncu mübahisəli mənzildə yaşamamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan hallar Cavabdeh2 1998-ci ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa ünvana köçdüyü və həmin tarixdən 6 ay sonra mənzilə istifadə hüququnu itirdiyi barədə birmənalı qənaətə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallar ı əsasında belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 2011-2015-ci illərdə mənzilin mülkiyyətçisi olduğu üçün onun həmin əmlaka istifadə hüququ yaransa da, bu hüquq mənzil qanunvericiliyi ilə müəyyən edilən yaşayış sahəsindən istifadə hüququ deyil, mülki qanunvericiliklə müəyyən edilən sahibin öz əmlakından istifadə hüququ olmuşdur. Cavabdeh2 həmin dövrdə də mənzildən istifadə etməmiş və orada yaşamamışdır. Bu mənada onun əmlakın mülkiyyətçisi kimi yaranmış istifadə hüququna mənzilin özgəninkiləşdiriliməsı ilə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətlərinə maddi hüuq normalarını tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır (maddə 60). Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir (maddə 87). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hal larla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Habelə, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Mülki Məcəllənin 158.3-cü maddəsində (əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur) və 228.4-cü maddəsində (yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir) müəyyən edilən imkanlar üçüncü şəxslərin hüquqları ilə y üklü olan yaşayış sahələrinin özgəninkiləşdirilməsini, yaxud mülkiyyətçinin ailə hüquq münasibətlərindən irəli gələn və əqdin bağlanmasından sonra da davam edən yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını ehtiva edir. Əks yanaşma - daşınmaz əmlakı özgəninkiləşdirən şəxsin həmin əmlakdan istifadə hüququnun hər bir halda saxlanılması barədə mövqe əldə edənin mülkiyyət hüquqlarının əsassız və qanuna zidd məhdudlaşdırılması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kassasiya şikayətində apellyaisya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsinin əsası kimi işin faktiki hallarının sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda yalnız faktiki halların sadalanması və kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsinin ləğvi üçün əsaslı hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6276/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6276/2019
02.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver