Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-628/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 04 fevral 2019-cu il İş № 2(102)-628/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X14 iştirakı ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10217/2018 nömr əli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Mehriban Qarayeva) 2(008)4666/2018 saylı. 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin olunaraq Ərizəçi anası X8ma 2006-cı il tarixdən vəfat edən günə, yəni 01 fevral 2018-ci il tarixədək qulluq etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X1na 2006-cı il tarixdən ölən günə, yəni 01 fevral 2018-ci il tarixədək qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiy a şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə öz qətnaməsini sadəcə olaraq şahid ifadələri almaqla qətnamə qəbul etmiş və apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmiş və qətnaməni qüvvədə saxlamışdır. X7 ərizəçiyə nisbətdə nə qəyyumu nə köməkçisi təyin edilməmişdir. Buna baxamayaraq, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin Sabunçu rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, bu səbəbdən də, iş üzrə həmin qətnamə ləğv edilməlidir və yeni qərar qəbul olunmalıdır. Tərəflərin izahatları: Maraqlı şəxsin vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Ərizəçi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş mübahisləndirilməyən hallarından görünür ki, ərizəçi X5 xx xxxx 1978-ci il tarixdə anadan olmuşdur. X2, X1dır. Ərizəçinin anası 1936-cı il tarixdə anadan olmuş, 01 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İşin mübahisə edilməyən digər halı odur ki, ərizəçi əmək pe nsiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon Şöbəsinə müraciət etmiş və həmin orqanın 20 aprel 2018-ci il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı olmadığından əmək pensiya hüququnun yaranmaması bildirilmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərək X1na 2006-cı il tarixdən ölən günə, yəni 01 fevral 2018-ci il tarixədək qulluq etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Səhhəti ilə əlaqədar 2-ci dərəcəli əlildir. X1 ilə 2006-cı ildən ölən günə qədər, yəni 01 fevral 2018-ci ilə qədər birlikdə yaşamış və ona qulluq etmiş dir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən 70 yaşına çatmış ahıllara qulluq dövrü sığorta stajına daxil edilir. Ona görə də, həmin hüquqi faktın məhkəmə tərəfindən tanınması zərurəti yaranmışdır. Maraqlı şəxs DSMF-nin Sabunçu rayon Şöbəsinin nümayəndəsi faktın müəyyən edilməsinə etiraz edərək göstərmişdir ki, ərizəçi X1nın nə qəyyumu, nə də köməkçisi təyin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş şahidlərin ifadələrinə və “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 3.3.3cü bəndinə, Mülki Prosessual Məcəllənin 305, 308, 311-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandır mışdır ki, X3 70 yaşının bitmiş hesab edildiyi vaxtdan, 2006-ci il tarixdən vəfat edənədək, yəni 01 fevral 2018-ci il tarixədək ərizəçi tərəfindən qulluq edildiyi iş materialları və ərizəçinin öz izahatı ilə yanaşı iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə də tam sübuta yetirilmişdir. Ərizəçinin öz X1na qulluq etməsini təsdiq edən hər hansı rəsmi sənəd olmaması ona ərizəçi tərəfindən qulluğun faktiki olaraq həyata keçirilməməsi kimi qiymətləndirilə bilməz. 70 yaşma çatmış qocaya qulluğun faktiki olaraq həyata keçirilməsi üçün müayinə aktının mövcud olub-olmaması vacib şərt deyildir. Zəruri olan vacib şərt qulluğun faktiki olaraq həyata keçirilməsidir, bu hal isə öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ra zılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, maraqlı şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş üzrə mübahisənin həllinin maddi hüquqi əsasını «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsi və “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 3.3.3-cü bəndi təşkil edir. «Əmək pensiyaları haqqında» Azə rbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2 və 21.2.4-cü maddələrinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağ lamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Maddənin məzmunundan göründüyü kimi, 70 yaşına çatmış ahıllara qulluq dövrü sığorta stajına daxil edilməsi Qanunun 21.1-ci maddəsində təsbit edilmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmişdir. İşə baxan məhkəmələr bu faktı müəyyən edərkən ərizəçinin məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olub-olmamasını müəyyən etməmiş, ərizəçinin anasına qulluq etməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyib-ödəməməsini müəyyən etməmişdir. 70 yaşına çatmış ahıllara qulluq dövrü sığorta stajına daxil edilməsinin qaydası isə “Əmək pensiyaları haqqında Azərbay can Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.3.3-cü bəndi təşkil edir. Həmin bənddə qeyd edilmişdir ki, 70 yaşına çatmış qocalara qulluq dövrü, qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənədlə müəyyən olunur. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış qocalara qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Göründüyü kimi, həmin qay dalara əsasən şəxsin 70 yaşına çatmış qocalara qulluq dövrünün müəyyən edilməsi üçün əsas şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilmiş aktdır. Həmçinin həmin akt qulluq edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib edilməlidir. Hazırki işdən göstərilən qaydada aktın tərtib edilməsi müəyyən olunmur. Məhkəmə əsasız olaraq aktın zəruri olmadığını qeyd etmiş, yalnız şahid ifadələrinə istinad edərək ərizəçinin mərhum anasına qulluq etməsi faktını müəyyən etmiş, bununla da şəhər (rayon) icra hakimiyyəti orqanlarının və DSMF-nin şəhər (rayon) funksiyasını öz üzərinə götürmüşdür. Görünüyü kimi, məhkəmə maddi hüquq norması kimi istinad etdiyi Qaydaların normasını səhv tə fsir etmişdir. Digər tərəfdən iş üzrə dindirilmiş şahid ifadələri də natamam olmaqla hazırki faktın təsdiq edilməsi üçün kifayət deyildir. Belə ki, dindirilmiş şahid ifadələrindən göründüyü kimi, şahidlər ərizəçinin X1na 2006-cı il tarixdən ölən günə, yəni 01 fevral 2018-ci il tarixədək qulluq etməsini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş şahidlərin şəxsiyyət vəsiqələrindən müəyyən edilir ki, şahid X15 ünvan 1 ünvanında, şahid X17 isə ünvan 2 yaşayırlar. İş materiallarından təsdiq edilən faktın həmin şahidlərə haradan məlum olması, şahidlərin ərizəçiyə və anasına münasibətdə kim olmaları müəyyən deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.3-cü maddəsinə görə, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Mülki Məcəllənin 305.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəm əsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sab unçu rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10217/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-628/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-628/2019
04.02.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver