Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-628/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Nümayəndə, Cavabdeh və vəkili Vəkil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Ünvan saylı evə köçürülməsi, pasport qeydiyyatına alınma hissəsində iddianın baxılmamış saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi F.F.Babayev, hakimlər X.A.Mərdanova və E.M.Həsənov, iş № 2(103)-8346/2019) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Ünvan saylı evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Ünvan saylı evə sahilik və i stifadə hüquqlarının tanınması və həmin evə pasport qeydiyyatına alınmaqla köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin “iddiaçının mübahisəli evə pasport qeydiyyatına alınma” hissəsinə Bakı Apeliyasiya Məhkəməsinin 2(103)-8346/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı ilə xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi özbaşına tikilmiş evə heç bir əsas olmadan iddiaçını köçürməklə Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa qeyd etmişdirlər ki, Bakı Apellyasiya Məhkəməsi cavabdehin və ma raqlı tərəflərin hüquq və vəzifələrini pozaraq onların iştirakı olmadan birtərəfli mövqeydə durması ciddi prosessual hüquq pozuntusudur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, İddiaçı və vəkili Nümayəndə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə 15 avqust 2019-cu il tarixli qətna məsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdeh X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildirişlər göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 15 avqust 2019-cu il tarixli qətnaməsi dəy işdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi fakt iki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri, Nizami rayonu, icra Hakimiyyəti Başçısının inzibati ərazi idarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3328 saylı, 18.11,2017-ci il tarixli arayış əsasında müəyyən edilmişdir ki, Ünvan saylı mənzildə X3 qeydiyyatsız yaşayır. Həmin ünvanda X5, X4, Cavabdeh Xoğlu qeydiyyatdadırlar. İşdə olan nikahın pozulması haqqında 06.11.2018-ci il tarixli şəhadətnamə ilə müəyyən edilmişdir ki, X5 ilə İddiaçı arasında olan nikah ləğv edilmi şdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin 10 ayının 31 günündə 311 nömrə ilə qeyd edilmişdir. İşdə olan və Cavabdeh tərəfindən imzalanmış 20 may 2015-ci il tarixli yazılı qəbzlə müəyyən edilmişdir ki, cavabdeh Ünvan saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində inşa edilmiş yaşayış evinin 87 kv.m sahəsinin tikintisinə 20000 (iyirmi min) manat pulun xərclənməsinin gəlini İddiaçı vəsaiti hesabına başa gəldiyini etiraf edərək sözügedən qəbzi öz imzası ilə təsdiq etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı, uşaqları, keçmiş əri və cavabdeh 2007-ci ildən başlayaraq 10 ildən artıq müddət ərzində həmin evdə ailə üzvləri kimi birgə yaşayıblar. Tərəflər arasında yaranmış ailə-məişət mübahis əsi zəminində, cavabdehin oğlu ilə iddiaçı arasında nikah 2018-ci il tarixdə pozulduqdan sonra cavabdeh iddiaçıya və uşaqlara mübahisəli evdə yaşamağa mane olur. İddiaçı həmin pozuntuya son qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh və digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh və digər şəxslər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı övladı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olm asına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə iddiaçı mübahisəli evə köçürülməlidir. İddia tələbinin özbaşına tikilidə istifadə hüququnun tanınması hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik özbaşına tikiliyə istifadə hüququnun tanınması nəzərdə tutmur. Əksinə özbaşına tikiliyə münasibətdə iddia tələbində qeyd olunan həmin hüquqların tanınması mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olardı. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası gəldiyi nəticənin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 158.1.2, 158.2, 158.4 və 180-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi özbaşına tikilmiş evə heç bir əsas olmadan iddiaçını köçürməklə Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası kassa siya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bundan başqa kassator kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin cavabdehin və maraqlı tərəflərin hüquq və vəzifələrini pozaraq onların iştirakı olmadan birtərəfli mövqeydə durması ciddi prosessual hüquq pozuntusudur. Kollegiya kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi və vəkilinin dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim etdiyi məhkəmə iclasının təxirə salınmasına dair ərizəsi əlaqədar olaraq məhkəmə kollegiyası haqlı olaraq iddiaçının nümayəndəsi və vəkilinin işin təxirə salınmasına etirazını və cavabdehin nümayəndəsi və vəkilinin əvvəlki məhkəmə iclasında iştirakını, eləcə də işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü, həmçinin, apellyasiya şikayətinə baxılma müddətini nəzərə alaraq apellyasiya qaydasında işə baxan cavabdeh tərəfin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab et mişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilən səbəblərdən m əhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-628/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-628/2020
03.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver