Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6282/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh4 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması barədə 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-136/2022 saylı qərardadından Cavabdeh4 verdiyi kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəb ul edilmiş məhkəmə aktları İşin halları İddiaçı "xxxx" İKB ASC (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bankın xeyrinə 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.782,4 ABŞ dolları əsas, 8.390,66 ABŞ dolları faiz borcun, 1.135,42 ABŞ dolları cərimənin, cəmi 23.308,48 ABŞ dolları kredit borcunun tutulması; tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 111 kv.metr olan 39 saylı evə yönəldilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına Bankın kredit borcunun ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamən in icrasına kifayət etmədiyi halda qalan borcun ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 111 kv.metr olan 39 saylı evə yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Nərminə Sadıqova, Aysel Sadıqbəyli və X1 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 111 kv.metr olan 39 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılmaları və evin boşaldılaraq Banka təhvil verilməsi, habelə Cavabdeh1la Bank arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qət naməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi; borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə sözügedən kredit müqaviləsi üzrə əsas borca görə 13.743,85 ABŞ dolları, hesablanmış faizə görə 8.370,38 ABŞ dolları, cəriməyə görə 113 ABŞ dolları olmaqla, cəmi 22.227,23 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsində yerləşən, ümumi sahəsi 111 kv.metr olan 39 saylı evə yönəldilməsi; həmin evin açıq hərracdan satılması; evin satışından əldə eydilmiş vəsait hesabına borclu Cavabdeh1 iddiaçıya olan kredit borcunun ödənilməsinin təmin edilməsi; ipoteka predmeti olan sözügedən evin ilkin sat ış qiymətinin 70.000 manat müəyyən edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, Banka olan borcunun qalan hissədə qrafik üzrə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari sədrlik edən, məruzəçi, Ş.Abbasova və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsində yerləşən ü mumi sahəsi 111 kv.metr olan 39 saylı evin likvid dəyərinin 70.000 manat məbləğində müəyyən edilməsi qət edilib. Cavabdeh4 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh4 həmin məhkəmənin 09 mart 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, kassasiya şikayəti Cavabdeh4 adından Vəkil tərəfindən imzalanıb, lakin mülki iş materiallarına kassasiya şikayətini imzalamış vəkilin adına Cavabdeh4 təmsil etmək hüq uqunu təsdiq edən etibarnamə əlavə edilməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 405.0.1, 407.3, 408.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş edib. Cavabdeh4 kassasiya şikayətini onunla əsaslandırıb ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilib. Belə ki, elektron bazada əlavə edilən sənədlərin sırasında etibarnamə mövcu d olub. Lakin, apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək, etibarnamənin mövcudluğunu müəyyən etməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd sənəd ə lavə edilməlidir; 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılır; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh4yinin qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən mülki prosessual normaların tələblərini pozub. Belə ki, apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin Cavabdeh4 adından vəkili Vəkil tərəfindən imzalandığını, lakin mülki iş materiallarına kassasiya şikayətini imzalamış vəkilin adına Cavabdeh4 təmsil etmək hüququnu təsdiq edən etibarnamənin əlavə edilmədiyini göstərsə də, işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, elektron bazada kassasiya şikayətinə əlavə edilmiş sənədlərin sırasında əvvəldən Cavabdeh4 adından Vəkil adına verilmiş etibarnamə mövcud olub. Bu hal işin 216-cı vərəqində olan Cavabdeh4 adından Vəkil adına verilmiş 17 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surəti ilə də təsdiq olunur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, cavabdeh Lakmiyyə Sadıxbəylinin qətnamədən verdiyi kassasiya şikayətinə əlavə edilmiş sənədlərin siyahısını “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yoxlamadan, başqa sözlə Mülki Prosessual Məcəllənin 10-1.3, 407.3, 408.1.1-ci maddələrində nəzərdə tutulan prosessual əsaslar olmadan geri qaytarıb. Halbuki, həmin maddələrin mənasına görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin g öndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd sənəd əlavə edilməlidir; Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşıb, işin yuxarıda göstərilən hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-136/2022 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6282/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-6282/2022
06.12.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver