Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6285/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X4, Cavabdeh2, 3-cü şəxslər X2 və X3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6285/21 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X5, vəkili Vəkil, Cavabdeh2, vəkili Vnun və 3-cü şəxs X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-977/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.12.2016-cı il təvəllüdlü X10 ilə və 30.01.2019-cu il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə onun Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 30 saylı evin 54 saylı mənzilində yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin istifadəçisi Cavabdeh2 olduğu üçün X4 qarşı tələbindən imtina etdiyini göstərib, tələbini Cavabdeh2 aid olaraq qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 ilə nikahı 19.04.2013-cü il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Gəlin kimi ünvan 1 ünvanına köçmüşdür. Kamran hərbiçi olduğundan xidmətdə olmuşdur. Qayınatası Rövşən və ailəsi həmin mənzildə yaşayırlar. Hal-hazırda özü və uşaqları həmin ünvanda qeydiyyatdadılrar. Cavabdehlə nikahı pozulmamış və ailə üzvüdür. Birgə nikahlarından 22.12.2016-cı il təvəllüdlü Namus 30.01.2019-cu il təvəllüdlü Mətanət adlı uşaqları olmuşdur. Artıq uzun müddətdir ki, kirayədə yaşayır. Əri işi ilə əlaqədar gələ bilmir, gəlin köçdüyü və qeydiyyatda olduğu mənzilə gedə bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2020-ci il tarixli 2(057)-1608/2020 nömrəli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(057)-1608/2020 nömrəli qərardadı ilə (hakim Ağarza Səmədov) İddiaçı cavabdeh X4 aid hissədə iddiadan imtina etdiyi üçün iddianın ona aid hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin normalarına uyğun mübahisəli evin hüquqi statusu müəyyən edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı mübahisəli evə 2012-ci il tarixdə köçdüyü və bu fakt 2009-cu ilin oktyabrın 1-dən sonra baş verdiyi üçün hazırkı mübahisə 01 oktyabr 2009-cu İİ tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli mənzilə 2012-ci ildə köçürülmüş, orada 7-8 ay yaşadıqdan sonra əri iİə birlikdə daimi yaşamaq üçün ərinin daimi iş yeri olan Daşkəsən rayonuna köçmüşlər. Həmin vaxtdan sonra iddiaçı mübahisəli mənzilə bir daha qayıtmamış və özünə məxsus cehiz əşyalarını da həmin mənzildən çıxarmışdır. Göründüyü kimi iddiaçı mübahisəli mənzildən özü könüllü qaydada daimi olaraq başqa yaşayış yerinə köçmüşdür. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.1 və 82.3-cü maddələrin tələblərinə əsasən onun mübahisəli mənzilə köçürülməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, 82.1, 82.2, 82.3, 82.4, 82.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyas iya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 2(106)-977/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Salyan Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(057)-1608/2020 nömrəli və 03 dekabr 2020-ci il tarixli 2(057)-1608/2020 nömrəli qərardadlarının ləğv edilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 2(106)-977/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Salyan rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(057)-1608/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya ins tansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 və onun ailə üzvlərinin yaşadığı ünvan 2 ünvanında olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmasa da, cavabdeh həmin mənzilə sahiblik və istifadə hüququ əldə etməklə mülkiyyət huququnu qeydə aldırmaq imkanına malikdir. Ona görə də cavabdehin sahiblik və istifadəsində olan mənzilə gözlənilən mülkiyyət hüququnun olması və iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilməsi 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsas götürülməklə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında olan mənzil ə gəlin köçsə də həmin mənzildə bir neçə ay yaşadıqdan sonra əri hərbçi-gizir olduğundan Daşkəsən şəhərinə köçmüşlər. Hər ikisi Daşkəsəndə 9 ay yaşadıqdan sonra əri onu orada ataraq evə gəlməmişdir. Pərvanənin cehizlərinin yarısı Salyandakı evdə, yarısı isə Daşkəsəndə olmuşdur. Məcbur qalaraq həmin cehizləri aid aldığı mağazaya toydan 7-8 ay sonra geri qaytarmışlar. Pərvanəyə aid cehizlər Salyan şəhərində yerləşən mənzildə qalmamışdır. Daşkəsəndən qayıtdıqdan sonra 2013-cü ildə Pərvanə atası evinə qayıtmış və bir il bir ay ata evində yaşadıqdan sonra yenidən əri ilə barışmış və Daşkəsən şəhərinə yaşamağa getmişlər. Orada bir il altı ay yaşadıqdan sonra yenidən 2017-ci ilin yanvarında aralarında mübahisə düşdüyü üçün Kamran arvadını atıb evi tərk etmişdir. 19.03.2017ci ildə əri ona baxmamış və yenidən atası evinə qaytarmışdır. Bir müddətdən sonra əri gəlib onu Daşkəsənə aparmış və sonralar yenidən atası evinə qaytarmışdır. Daha sonra Pərvanəyə kirayədə ev tutmuşlar və Pərvanə 3 ay orada yaşadıqdan sonra yenidən atası evinə geri qayıtmışdır. İşin qeyd olunan faktiki hallarından görünür ki, iddiaçı mübahisə olunan mənzillə «yetərli və davamlı əlaqəsinə» dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri kifayət qədər əsaslandırılmamış və formal mülahizə xarakterlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə onun ifadəsi təhrif olunmuş şəkildə göstərilmişdir. Bundan başqa, məhkəmənin cavabdehin mübahisəli mənzilə sahiblik və istifadə hüququnun olması əsasına uyğun olaraq mübahisəni 01.10.2009-cu ildə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarını əsas götürməklə həll etməsi hüquq normasının pozuntusu deməkdir. İddianın təmin olunması əsası kimi Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrini hesab edir. Hesab edir ki, məhkəmə mübahisə üzrə nəticəyə gələrkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarının tətbiq edilməməsinin səbəbini düzgün əsaslandırmamışdır. Məhkəmənin Mənzil Məcəlləsinin 82-ci maddəsinə istinad etməklə iddia tələbini təmin etməməsi qeyd olunmuş hüquq normasının pozuntusu deməkdir. Həmin normada tərəflər dövlət və vətəndaşdır. Onun həyat yoldaşı ilə münasibətlərinə xitam verilməmiş və faktiki olaraq nikah münasibətindədir. Bu səbəbdən də o, ailə üzvü hesab edilir. Göstərdiklərinə əsasən hesab edir ki, onun iddia tələbi təmin edilməlidir. b) Kasasiya şikayətinə qa rşı etirazın dəlilləri Cavabdeh2 vəkili V məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddiaçı ərindən boşanmadığını qeyd etsə də, xeyli müddətdir ki, ayrı yaşayır və Salyan Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli qətnaməsi ilə hər iki uşağa görə ərindən aliment alır. İddiaçı heç bir halda kirayəçinin ailə üzvü deyildir. Belə ki, iddiaçının Cavabdeh2 ailə üzvü olmaması Mənzil Məcəlləsinin 68.2-ci maddəsi ilə də müəyyən edilmişdir. Digər qohumlara aid şəxslərin dairəsinə gəldikdə isə, Ailə Məcəlləsinin 15-ci fəslində qanunverici digər qohumlar siyahısına qardaş və bacını, nənə və babanı, uşağı övladlığa götürmüş şəxsləri, ögey ata və ananı nəzərdə tutur. Bununla yanaşı, qanunvericilik digər qohumların kirayəçinin ailə üzvü hesab ol unması üçün həmin şəxsin kirayəçi ilə birgə yaşamasını və təsərrüfat aparmasını tələb edir. Halbuki, göründüyü kimi, iddiaçı mübahisəli mənzildə qısa müddət yaşamış, sonra isə heç vaxt yaşamamış, birgə təsərrüfat aparmamışdır. Həmçinin mübahisə düzgün olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri əsas götürülməklə həll edilmişdir. Daha sonra iddiaçı kasasiya şikayətində bir sıra maddi hüquq normalarının pozuntusuna yol verilməsini göstərmiş olsa da, pozuntunun nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. İddiaçı kasasiya şikayətində irəli sürdüyü tələbləri heç bir sübutla əsaslandıra və təsdiq edə bilməmişdir. İddiaçının kasasiya şikayətində istinad etdiyi hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən artıq tam və obyektiv araşdırılmış və onlara düzgün hüquqi qiymət veril mişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, cavabdeh X9 və 3-cü şəxs X7 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili V kasasiya şikayət inə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. 3-cü şəxs X8 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat apar ırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi iiə bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi cavabdehin ailə üzvü hesab olunmasına istinad edərək mübahisəli evdə köçüb yaşamaq hüququnun olmasını göstərsə də, apelyasiya kollegiyasının qeyd etdiyi kimi o, mübahisə olunan mənzillə «yetərli və davamlı əlaqəsinə» dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı onun ifadəsinin təhrif edildiyini qeyd etmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ifadəs inin təhrif olunması ilə əlaqədar nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə müvafiq protokola qeydlə bağlı ərizə ilə müraciət etməmişdir. Bu isə o demək hesab olunur ki, iddiaçı hər iki instansiya məhkəməsində vermiş olduğu ifadə ilə razılamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsini dəlil olaraq göstərsə də, ümumi kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesa b edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-977/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.