Məhkəmə qərarları › İş №2(102)-6285/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6285/2022

06.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6285/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şamailovnaya qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şamailovnaya qarşı paylı mülkiyyətdə olan payın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3171/2021 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh Şamailovna tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ( bundan sonra -iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın 1/8 hissəsində payına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhk əməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən cavabdehin 1/8 hissəsində payının naturada ayrılması, bu mümkün olmadıqda isə cavabdehin 1/8 hissəsində payın kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 13 avqust 2020-ci il tarixli, 2(027)-359/2020 saylı qətnaməsi ilə (hakim R.Həsənov) iddianın təmin edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-642/2021 nömrəli iş üzrə 9 mart 2021- ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmmədova Lətifə (sədrlik edən və məruzəçi hakim), Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

6. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) 2(102)-4647/2021 nömrəli iş üzrə 2021-ci il 12 avqust tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-3171/2021 nömrəli iş üzrə 2021-ci il 30 dekabr tarixli qətnaməsi ilə (hakimlər- Səyyad Qafari(sədrlik edən və məruzəçi hakim ), Telman Məmmədov və Şəmsəddin Abbasov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmişdir.

9. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-3171/2021 nömrəli, 2022-ci il 25 may tarixli qərardadı ilə kassasiya şikayətinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilmədiyi səbəbindən geri qaytarılması qərara alınmışdır.

11. Bundan sonra Cavabdeh Şamailovna yenidən qətnamədən kassasiya şikayəti ilə məhk əməyə müraciət etmiş, apellyasiya instansiyası məhkəməsinin 2(105)-3171/2021 saylı, 2022-ci il 28 sentyabr tarixli qərardadı ilə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmüş və kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.

13. Belə ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 21 fevral 2022-ci il tarixdə rəsmi qaydada alınmış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti 26 aprel 2022-cil tarixdə məhkəməyə daxil olmuşdur. Kassasiya şikayəti elektron qaydada verilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən həmin qətnamədən kasassiya şikayəti şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bitməsindən sonra, xx.xx.2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1, 135.1, 128.2, 129.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsinin 405.0.1, 128.2, 128.3, 129.1, 129.2, 129.3-cü maddələrinin tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(105)3171/2021 saylı qətnaməsinin cavadehə təqdim edilməsi ilə bağlı xəbərnaməli poçt qəbzinin (SS766389228AZ) surətindən göründüyü kimi qətnamə Quba rayonu, Qırmızı qəsəbə Poçtuna 21 fevral 2022-ci il tarixdə daxil olmuş, 03 mart 2022-ci il tarixdə isə Cavabdeh Şamailovnaya təqdim edilmişdir. Həmin əsasla kassasiya şikayəti verilməsi üçün müddətin əvvəli 03 mart 2022-ci il tarixidir. Azərbaycan Respublikasının MPM-in 405.0.1, 128.2, 128.3, 129.1, 129.2. və 129.3-ci maddələrinin mənasına görə Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(105)-3171/202 1 saylı qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin əvvəli 03 mart 2022-ci il, sonu 03 may 2022-ci il tarixə düşür. Hazırki kassasiya şikayətinə əlavə edilmiş 20 aprel 2022-ci il tarixli, SS706782976AZ nömrəli poçt qəbzinin surətindən göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, № 2(105)-3171/2021 saylı qətnaməsindən kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinə, şikayətin verilmə müddəti bitməmiş, yəni, kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

18. Maddə

128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması. 19. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

20. Maddə

129. Prosessual müddətlərin qurtarması 21. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

22. Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi. 23. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər

24. Maddə

405. Kassasiya şikayəti vermə müddəti 25.

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 26. 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələn dirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qərardad ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

32. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyünü əsas göstərmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada alınmış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti 26 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kassasiya şikayəti elektron qaydada verilmədiyindən, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 may 2022-ci il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bitməsindən sonra, xx.xx.2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.

34. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır.

35. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)3171/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh Şamailovnaya xx.xx.2022ci il tarixdə rəsmi qaydada təqdim edilmiş (İ cild səh. 231), cavabdeh tərəfindən kassasiya ş ikayəti isə xx.xx.2022-ci il tarixdə rabitə orqanına təqdim olunmuşdur (İ cild səh. 239).

36. Beləliklə müəyyən olunur ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürülməmişdir.

37. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3171/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı cavabdehə 5 iyul 2022-ci il tarixdə ünvanlanmış, lakin həmin qərardadın cavabdehə təqdim olunduğunu iş materiallarından müəyyən etmək mümkün olmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən işin bu halını nəzərə almamış, bu hala qiymət vermədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi barədə nəticəyə gəlmişdir.

39. Belə ki, nəzərə alınmalıdır ki, məhkəmə aktından şikayət vermək hüququna malik olan şəxs şikayəti prosessual müddətlər çərçivəsində verdiyi halda, həmin şikayət hər hansı bir pozuntuya əsasən bununla bağlı qəbul edilmiş qərardadla geri qaytarılarsa, şikayətin məhkəməyə daxil olduğu müddətdən onun geri qaytarılması barədə qərardad tərəfə rəsmi təqdim edilənədək olan müddət şikayət verən şəxsin iradəsindən asılı olmayan axan müddətidir.

40. Azərbaycan Respublikası MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

41. MPM-in 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sada lanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

42. Belə olan halda, kollegiya hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərardad Cavabdeh Şamailovnaya rəsmi qaydada təqdim olunmadığından, onun tərəfindən kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz.

43. Kollegiya hesab edir ki, işə yenidən baxılarkən göstərilən hallar araşdırılmalı və nəticəsindən asılı olaraq prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi nə qiymət verilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3171/2021 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar