Məhkəmə qərarları › İş №2(102)-6287/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6287/2021

25.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6287/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva X3 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1157/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Astara Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(018)-820/2020 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh Astara şəhər 2 saylı tam orta məktəbinin Pedaqoji Şurasına qarşı Astara 2 saylı tam orta məktəbinin pedaqoji şurası tərəfindən dərs bölgüsü aparılmamağı səbəbindən əmək müqaviləsinə uyğun dərs saatlarının ona verilməsi, əmək haqqının əmək müqaviləsinə uyğun hesablanması tələbi barədə iddiası təmin edilmiş, iddiaçı X2 əmək müqaviləsinə uyğun dərs saatlarının verilməsi, iddiaçı X1 əmək haqqının onunla bağlanmış əmək müqaviləsinə uyğun hesablanması, iddiaçı X2 məcburi iş buraxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə uyğun əmək haqqının verilməmiş hissəsinin hesablanıb ona verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli 2(106)1157/2021 nömrəli qətnaməsi ilə cavabdehin nümayəndəsinin apellyasiya şikayəti təmin edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı adından vəkili və nümayəndəsi qismində Vəkil kassasiya şikayəti vermişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti iddiaçının nümayəndəsi qism ində Vəkil tərəfindən 03.08.2021-ci il tarixdə imzalansa da, iş materiallarının 21-ci səhifəsində olan etibarnamənin müddəti 25.07.2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası MPM-nin Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılmalıdır Maddə

409. Apelly asiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Hesab edirəm ki, İddiaçı vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-nin 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli 2(106)1157/2021 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar