Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-629/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-629/21 (Açar sözlər: borcun əvəzinin girov predmetinə yönəldilməsi ) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh Cavabdeh və vəkili Mahmudov Müşfiq Ziyaddin oğlunun iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “borcun əvəzinin girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üz rə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2206/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 15 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit və girov müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh illik 35 faizlə, 12 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 3180 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Cavabdeh Cavabdeh mülkiyyətindəki qızıl əşyaları – 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ə dəd sığra (çəkisi 3,9 qr) öhdəliyin təminatı kimi yüklü edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, 3077.97 ABŞ dolları əsas, 915.66 ABŞ dolları faiz, 462.92 ABŞ dolları dəbbə pulu, cəmi 4456.55 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması, girov qoyulmuş 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığranın (çəkisi 3,9 qr) açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi, hərracda satılan girov qoyulmuş daşınar əmlakdan əldə olunan məbləğ tələb olunan borcdan artıq olduqda qalıq məblə ğin borcluya qaytarılması, əgər həmin məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehdən alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh keçmiş “İddiaçıbank” ASC-nin (indiki İddiaçı) “Quba” flialından xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 nömrəli kredit və girov müqavilələrinə əsasən illik 35 faizlə, 12 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 3180 ABŞ dolları borc almış, mülkiyyətindəki qızıl əşyalarını öhdəliyin təminatı kimi girov qoymuşdur.
5. Cavabdeh borcunu ödəməkdən yayınır. Kredit müqaviləsi üzrə 2019-cu ilin noyabr ayının 08-dək cavabdehin 3077.97 ABŞ dolları əsas, 915.66 ABŞ dolları faiz, 462.92 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 4456.55 ABŞ dollar ı borcu vardır.
6. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 295, 442, 445.1, 445.2.1, 448, 449, 450 və 462-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh iddiaya etiraz olaraq, ekspertiza keçirilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 3589 saylı ekspert rəyində qeyd edilib ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə (müddətin sonuna) 3077,86 ABŞ dolları məbləğində əsas, 948,58 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4026,44 ABŞ dolları məbləğində borcu var, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən kredit müqaviləs i üzrə cərimə hesablanmayıb.
9. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, cavabdeh bankdan kredit almış və əvəzinə qızıl əşyalarını girov qoymuşdur. Bir neçə il bundan əvvəl banka müraciət etmiş, lakin bankdan Cavabdeh girov qoyduğu qızıl-zinət əşyalarının satıldığı bildirilmişdir. Hesab edir ki, həmin qızıl-zinət əşyaları satıldığına görə borc ödənilmişdir.
10. Quba Rayon Məhkəməsinin 2(027)-457/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit və girov müqavilələri üzrə xx.xx.2016-cı il tarixə ödəniləcək günə manat məzənnəsi ilə hesablanmaqla 3077 (üç min yetmiş yeddi) ABŞ dolları 86 sent məbləğində əsas, 948 (doqquz yüz qırx səkkiz) ABŞ dolları 58 sent məbləğində faiz borc u olmaqla, cəmi 4026 (dörd min iyirmi altı) ABŞ dolları 44 sent borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın girov qoyulmuş 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığra (çəkisi 3,9 qr) qızıl zinət əşyalarına yönəldilməsi, həmin qızıl zinət əşyalarının qiymətləndirilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul məbləği hesabına Cavabdeh İddiaçı-yə olan kredit borcunun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərcinin tutulub, Ədliyyə Nazirliyi Məhkəmə X1 Xəzinədarlığı Agentliyindəki AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edlmişdir. (hakim İlqar Məmmədov)
11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit və girov müqavilələri bağlanmış, İddiaçı tərəfindən Cavabdeh illik 35 faizlə, 12 ay müddətinə məişət avadanlıqlarının alınması məqsədilə 3180 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh mülkiyyətindəki qızıl-zinət əşyaları girov müqaviləsi ilə yüklü etmişdir.
12. Birinci instansiya məhkəməsi hesab edib ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
13. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh İddiaçı-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/074343 saylı kredit və girov müqavilələri üzrə xx.xx.2016-cı il tarixə ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla 3077 (üç min yetmiş yeddi) ABŞ dolları 86 sent məbləğində əsas borcu, 948 (doqquz yüz qırx səkkiz) ABŞ dolları 58 sent məbləğində faiz borcu olmaqla, cəmi 4026 (dörd min iyirmi altı) ABŞ dolları 44 sent məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti iddiaçı «İddiaçı-nin xeyrinə tutulmalıdır. Tutma girov qoyulmuş 3 ədəd sep, qolbaq, sığra (çəkisi 41,4 qr), 1 ədəd qolbaq (çəkisi 49,7 qr), 1 ədəd kişi saatı (çəkisi 55,6 qr), 1 ədəd qadın saatı (çəkisi 4 qr), 3 ədəd qadın üzüyü (çəkisi 18 qr), 1 ədəd sünbül qolbaq (çəkisi 14,4) qr və 1 ədəd sığra (çəkisi 3,9 qr) qızıl zinət əşyalarına yönəldilməli, həmin qızıl zinət əşyaları qiymətləndirilməklə açıq hərracda satılmalı və satışdan əldə edilən pul məbləği hesabına Cavabdeh İddiaçı -nə olan kredit borcu ödənilməli və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılmalıdır.
14. Həmçinin birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsinin iddiaya etiraz kimi göstərdiyi dəlillərin ekspert rəyi ilə təkzib edildiyini göstərmişdir.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 270.1, 276.1, 297, 298, 385.1, 386.1, 449.1, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
18. İddiaçı-nin Quba Filialından xx xxxxxx 2019-cu il tari xdə çıxarış verilib, həmin çıxarışda cavabdehin son ödənişi xx xxxx 2015-ci ildə etməsi qeyd edilib, üstəlik borcun sonda sıfır olduğu göstərilib.
19. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun hansı səbəbdən müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilərək 3,5 il sonra məhkəməyə müraciət etdiyini, borc, faiz və dəbbə pulunun hansı müddətlər üçün hesablandığını araşdırmamışdır.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(027)-457/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Tağızadə Gülnarə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova,Telman Quliyev)
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olsa da, vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdıraraq belə nəticəyə gəlib ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh(Mahmudov Müşfiq Ziyaddin oğlu) kassasiya şikayəti vermişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apellyasiya məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və vəkili Mahmudov Müşfiq Ziyaddin oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini edilməməsini xahiş etdilər.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş dir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 270.1.Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair höquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Maddə
297. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr a edilməsi) başa düşülür. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasın da kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir 29.Kassasiya şikayətində Cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası qeyd edir ki, əsas borc məbləğinə aid hissədə apellyasiya instansiyası işin müəyyən etdiyi hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, əsas borc məbləği və tələbin girovda olan qızıl əşyalarına yönəldilməsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib, həmin hissədə birinci instansiya məhkə məsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya instansiyası məhkəməsi cavabdehin əsas borc məbləğinin 3077,86 ABŞ dolları olmasının ekspert rəyi ilə də təsdiq edilməsini, tərəflər arasında girov müqaviləsinin olmasını müəyyən etmişdir.
32. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini əsas borc məbləği və tələbin girova yönəldilməsinə dair hissədə dəyişdirmədən saxlamaqla, yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
33. Bununla da müəyyən edilir ki, əsas borc məbləğinə və tələbin girova yönəldilməsinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
34. Hazırki işdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas borc məbləği və tələbin girova yönəldilməsi hissəsində kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
35. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində cavabdeh xüsusi olaraq mübahisələndirməsə də, faiz borcuna aid hissədə qətnaməni dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi həmin hissədə faiz borcunu iddia tələbi həddində deyil, ekspert rəyində göstərilən məbləğdə tutmaqla birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasına əhəmiyy ət verməmişdir.
36. İddiaçı iddia ərizəsində faiz borcu kimi cavabdehdən 915,66 ABŞ dolları pul tutulmasını xahiş etmişdir.
37. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3589 saylı ekspert rəyində isə müqavilə müddətinin sonuna faiz borcu 948,58 ABŞ dolları müəyyən edilmişdir.
38. Göründüyü kimi, ekspert rəyində faiz borcunun məbləği iddia tələbində göstərilən məbləğdən artıqdır.
39. Mülki-prosessual qanunvericilik (218.3-cü maddə) bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır. Lakin birinci instansiya məhkəməsi faiz borcunu bankın iddia tələbi h əddində deyil, ekspert rəyində göstərilən məbləğdə müəyyən etməklə iddia tələbindən kənara çıxmış, apellyasiya instansiyası məhkəməsi də bunu nəzərdən qaçırmışdır.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə faiz borcu məbləği hissəsində dəyişdirilməli, faiz borcunun məbləği iddia tələbi həddində, yəni 915,66 ABŞ dolları müəyyən edilməlidir.
41. Məhkəmə kollegiyası İddiaçı-nin Quba Filialından xx xxxxxx 2019-cu il tarixdə verilmiş çıxarışda borcun sıfır olması barədə kassasiya şikayətinin dəlilin əsasız sayır. Çünki cavabdeh bu dəlilini təsdiq edən sübutu işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etmədiyindən, işin həmin halı müəyyən edilməyib.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən t əmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən tutulan faiz borcu 915,66 ABŞ dolları müəyyən edilməli, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2206/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh tutulan faiz məbləği 915,66 (doqquz yüz on beş dollar altımış altı sent) ABŞ dolları müəyyən edilsin. Apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.