Məhkəmə qərarları › İş №2(102)-629/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-629/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-629/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin iddianın qiymətinə görə geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3 və Cavabdeh4 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4657/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı MMC-nin kassasiya şikay ətinə 13 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2425,63 manat əsas, 120,28 manat faiz borcu, X2 855,36 manat əsas, 42,76 manat faiz borcu, Cavabdeh4 837,50 manat əsas, 41,87 manat faiz borcu və Cavabdeh3 2786,70 manat əsas, 139,33 manat faiz borcunun, eyni zamanda hüquqi xidmət üçün ödənilmiş 100 manat pulun və 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi tibbi xidmətlərin dəyərinin ödənilməsi ilə bağlıdır.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-962/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1638,23 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 47 manat hissəsinin Cavabdeh3 tutulub İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim İlkin Rüstəmli) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh3 da qətnamənin ona qarşı iddianın təmin olunmuş hissəsində ləğv, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-4657/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin olunmamı ş, Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qətnaməsi qismən – Cavabdeh3 qarşı iddianın təmin olunmuş hissəsində, yəni 1638,23 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 47 manat hissəsinin Cavabdeh3 tutulub İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin olunmamış, qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməsinin istisna edildiyi barədə qeyd edilmişdir.

7. İddiaçı MMC qətnamədən kassasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4657/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4657/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)

9. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamənin hər bir cavabdehə münasibətdə mübahisələndirilə bilən hissəsində iddianın qiyməti 5000 manatdan az olmuşdur. Bu səbədən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində qətnamədən kassasiya şikayəti verilməsinin qeyrimümkünlüyü xüsusi olaraq qeyd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 402.1. və 408.1.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Ka ssasiya şikayətinin dəlilləri

11. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, qətnaməsindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə istinad etməklə iddia tələbinin 5000 manatdan aşağı məbləğdə olduğuna görə kassasiya şikayətinin geri qaytarılması haqqında qərardad qəbul etmişdir. Halbuki işin materiallarından göründüyü kimi, bütün tələblərin ümumi məbləğinə əsasən, iddianın qiyməti (bütün tələblərin ümumi məbləği) 7249,43 manat olduğu üçün (Cavabdeh1 2425,63 AZN əsas 120,28 AZN faiz borcu, Cavabdeh2 855,36 AZN əsas borc və 42,76 AZN faiz borcu, Cavabdeh4 837,50 AZN əsas və 4 1,87 faiz borcu, Cavabdeh3 2786,70 AZN əsas, 139,33 faiz borcu olmaqla) məhkəmənin gəldiyi nəticə əsassızdır və kassasiya şikayətinin geri qaytarılması barədə qərardadın qəbul edilməsi üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının qanuni və əsaslı olduğunu bildirmiş, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr ist isna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə bu halda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

15. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.

16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Kassasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş h allarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, qətnamənin hər bir cavabdehə münasibətdə mübahisələndirilə bilən hissəsində iddianın qiyməti 5000 manatdan azdır.

20. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 402.1 və 408.1.1-ci maddələrinin tələblərinə uyğun olub.

21. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini – bütün tələblərin ümumi məbləğinə əsasən, iddianın qiymətinin 5000 manatdan çox olması – qəbul etmir.

22. Belə ki, işdən görünür ki, iddiaçı hər bir cavabdehdən ayrı-ayrılıqda pul tələb edir və hər bir cavabdehdən tələb edilən pulun miqdarı 5000 manatdan azdır. Tələb bölünən olduğu üçün bütün tələblərin ümumi məb ləğinə əsasən iddianın qiymətinin 5000 manatdan çox olması barədə dəlil əsaslı sayıla bilməz.

23. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4657/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar