Məhkəmə qərarları › İş №2(102)-6291/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6291/2019

07.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6291/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 vəkili X8 oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma” tələbinə dair ilk iddiası və cavabdehlər Cavabdeh2, Cavabdeh4 iddiaçılar İddiaçı1, İ ddiaçı2, İddiaçı3 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli 2(103)-4373/2019 nömrəli qətnaməsindən İddiaçı1 və vəkili X8 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 xxx saylı evdən istifadə hüquqlarının itirilməsi, cavabdehlərin xxx saylı evdən çıxarılmaları və cavabdehlərin onlara verilmiş torpaq sahəsində tikdikləri evə köçürülmələri barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir. İlkin iddianın əsaslarına görə xxx saylı ev mülkiyyət hüququ əsasında İddiaçı1 və digər iddiaçılara aiddir. Həmin evə dair DƏDRX tərəfindən 06 noyabr 2017-ci il tarixli ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən evin 1/3 hissədə İddiaçı1, 1/3 hissədə qızı İddiaçı2 və 1/3 hissədə oğlu İddiaçı3 məxsus olduğu qeyd olunmuşdur. İddiaçı3 yetkinlik yaşına çatmadığından onun qanuni nümayəndəsidir, izahatını həm də onun qanuni nümayəndəsi kimi verir. Cavabdehlər isə mərhum əri X3 bacısı və bacısının ailə üzvləridir. Cavabdehlərdən Cavabdeh1 2011-ci ildə mərhum əri X4 qarşı Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xxx saylı evin analarından qalmış miras əmlak kimi bölüşdürülməsini xahiş etmişdir, onlar məhkəmə baxışı zamanı barışıq sazişi bağlamışlar və saziş məhkəmə qərardadı ilə təsdiq edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 13 may 2011-ci il tarixli qərardadına əsasən, Cavabdeh1 xxx saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərəfdə yerləşən torpaq sahəsində divardan – divara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə özünə yaşayış şəraiti yaratmaq üçün torpaq sahəsi ayrılmışdır. Həmçinin Cavabdeh1 öz vəsaiti hesabına istifadəsinə ayrılmış torpaq sahəsini onların istifadəsində olan torpaq sahəsindən ayrılması üçün mişar daşından hasar inşa etməsi nəzərdə tutulmuş, Cavabdeh1 əmlak bölgüsü iddiasından imtina etmişdir. Mərhum əri tərəfindən barışıq sazişində qeyd olunan şərtlərə əməl edilmişdir. 2012-ci ildən ev mərhum ərinin mülkiyyətində olmuşdur. Lakin cavabdehlər şərtlərə əməl etmədiyindən mərhum əri cavabdehlərin yaşayı ş sahəsindən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılması tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi cavabdehlərin barışıq sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırılmış, lakin iddia təmin edilməmiş, daha sonra apellyasiya şikayəti təmin edilməmiş, lakin həyat yoldaşı bu mübahisəyə görə stress keçirərək vəfat etdiyindən kassasiya şikayəti verə bilməmiş, mübahisə həll edilmədən qalmışdır. Həyat yoldaşı vəfat etdikdən sonra ev iddiaçıların adına rəsmiləşdirilmişdir. Hazırda şərait tamamilə dəyişmişdir. Belə ki, cavabdehlər barışıq sazişində qeyd olunan yerdə özlərinə tam şəraitli yaşayış evi tikmişlər və həmin evdən istifadə edirlər. Lakin onlara məxsus evdən çıxmaq istəmirlər. Buna görə də aralarında tez-tez mübahisələr düşür və cavabdehlər onlara hədə-qorxu gəlirlər. Cavabdehlər onların ailə üzvü olmadıqları və barışıq sazişinə uyğun yaşayış yerinə malik olduqları halda, iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evdən çıxmırlar. Buna görə də aralarında demək olar ki, hər gün problemlər yaranır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qarşılıqlı iddia ilə bağlı bildirir ki, cavabdeh barışıq sazişi ilə evin bölüşdürülməsi tələbindən imtina etmişdir. Bundan başqa, cavabdehlər ən geci 25.05.2016-cı ildən mərhum X1 adına çıxarışın olduğunu bilmiş və iddia müddəti keçdikdən sonra məhkəməyə əsassız iddia vermişlər, ona görə də məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı, X3 adına xxx saylı evə dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə iddiaçılar onun mərhum qardaşı X1 ailə üzvləridir. xxx saylı ev xüsusi mülkiyyət hüququ əsasında onun və qardaşı X1 mərhum anası X2 məxsus olmuş, o, mərhum anasının vərəsəsi olmaqla mübahisə predmeti olan həmin evə dair digər vərəsə olan qardaşına qarşı payların müəyyən edilməsi barədə iddia qaldırmış, Qaradağ Rayon Məhkəməsinin 13 may 2011-ci il tarixli qərardadı ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən, xxx saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərəfdə yerləşən torpaq sahəsində divardan-divara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə həmin sahənin özünə yaşayış şəraiti yaratması üçün Cavabdeh1 ayrılması, X3 həmin sahədə inşa olunmuş hamamı sökməsi və inşa materiallarını öz istifadəsinə götürməsi, Cavabdeh1 öz vəsaiti hesabına onun istifadəsinə ayrılmış torpaq sahəsinin X3 istifadəsində olan torpaq sahəsindən ayrılması üçün mişar daşından hasar inşa etməsi, həmin evin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı birgə fəaliyyət göstərmələri və həmin torpaq sahəsinin hər hansı birinin adına özəlləşdiriləcəyinə baxmayaraq qeyd olunan torpaq sahəsinin barışıq sazişində nəzərdə tutulan qaydada bölüşdürülməsi üçün müvafiq hərəkətlər olunacağı, Cavabdeh1 iddia tələbindən imt ina etdiyi müəyyən edilmişdir. Barışıq sazişi ilə bağlı icra sənədi üzrə icraata 06.10.2017-ci il tarixdə xitam verilmişdir. O, barışıq sazişində qeyd olunan yerdə özlərinə yaşayış evi tikmişdir və hazırda həmin evdən oğlu istifadə edir. Lakin hesab edir ki, iddiaçıların cavabdehləri yaşadıqları evdən çıxarması əsassızdır. Belə ki, mərhum qardaşı 12 sentyabr 2012-ci ildə həmin evə dair öz adına çıxarış almış, barışıq sazişinin icra edildiyini əsas gətirərək onların həmin evdən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin 29 fevral 2016cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Ap ellyasiya Məhkəməsində onlara məlum olmuşdur ki, qardaşı həmin evə dair öz adına çıxarış almışdır. Həmin çıxarışla bağlı isə onun razılığı alınmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən Fuad Hüseynov) 2(002)-162/2019 saylı iş üzrə qəbul etdiyi 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus xxx saylı evdən istifadə hüquqları itirilməklə cavabdehlər xxx saylı evdən çıxarılmaları, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Xəyal Sarıyev) 06.05.2018-ci il tarixli 2(103)-4373/ 2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2019 saylı iş üzrə qəbul etdiyi 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı xxx saylı evdən istifadə hüquqları itirilməklə xxx saylı evdən çıxarılmaları barədə ilkin iddia tələbləri rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 və vəkili X8 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2019-cu il tarixli 2(103)-4373/2019 nömrəli qətnaməsin in ləğv edilərək ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qanun tələblərini uyğun olaraq ədalətli və qanuni qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq həmin qətnamə ləğv edilərək iş üzrə qanunsuz və əsasız qərar qəbul edilmişdir. Kassator kassasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçılar İddiaçı1 və vəkili V.Əhmədov kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri nə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qətnamə ilə cavabdehlərin qarşılıqlı id diası rədd edilsə də, onlar qətnamədən kassasiya şikayəti vermədiklərindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini ilkin iddianın rədd edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki hallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-348/2011 saylı, 13.05.2011-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və həmin mülki iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinə əsasən, xxx saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərəfdə yerləşən torpaq sahəsində divardan-divara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə həmin sahənin özünə yaşayış şəraiti yaratması üçün Cavabdeh1 ayrılm ası, X3 həmin sahədə inşa olunmuş hamamı sökməsi və inşa materiallarını öz istifadəsinə götürməsi, Cavabdeh1 öz vəsaiti hesabına onun istifadəsinə ayrılmış torpaq sahəsinin X3 istifadəsində olan torpaq sahəsindən ayrılması üçün mişar daşından hasar inşa etməsi, həmin evin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı birgə fəaliyyət göstərmələri və həmin torpaq sahəsinin hər hansı birinin adına özəlləşdiriləcəyinə baxmayaraq, qeyd olunan torpaq sahəsinin barışıq sazişində nəzərdə tutulan qaydada bölüşdürülməsi üçün müvafiq hərəkətlər olunacağı, qeyd olunan şərtlərlə Cavabdeh1 iddia tələbindən imtina etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 06.10.2017-ci il tarixli qərarının surətindən görünür ki, barışıq sazişi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin 2(002)348/2011 saylı, 13.05.2011-ci il tarixli qərardadı üzrə verilmiş icra sənədinin icrası təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, xxx saylı ev tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 18687 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 12.09.2012-ci il tarixində qeydiyyata alınmışdır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-226/2016 saylı, 29.02.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cava bdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4143/2016 saylı 25.05.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ № 818481 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 iyun 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, xxx saylı ev mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə İddia çı3 adına daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 18687 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 06.11.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyətinin Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 verilmiş 43 nömrəli 19.09.2018-ci il tarixli forma 2 üzrə arayışdan görünür ki, İddiaçı1 RX № ******* nömrəli çıxarışa əsasən, xxx saylı evin mülkiyyətçisidir. İddiaçı1 ailəsi üç nəfərdən ibarətdir: özü, İddiaçı2, İddiaçı3, onlardan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin evdə qeydiyyatdadırlar. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, barışıq sazişi ilə Cavabdeh1 üzərinə mübahisəli evdən istifadə hüququna xitam verilməsi və evdən çıxmaq barədə hər hansı öhdəlik götürməm işdir. Barışıq sazişi yalnız mübahisəli evin həyətyanı torpaq sahəsinin bölüşdürülməsi ilə bağlı olmuşdur. Lakin işin hazırki hallarına görə isə mübahisəli ev 8 saylı DNK-nın 2V-1-373 reyestr nömrəli 18.08.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına 12.09.2012-ci ildə, sonuncunun vəfatından sonra isə hər biri 1/3 hissə olmaqla İddiaçı1, İddiaçı3 və İddiaçı2 adlarına 09.02.2017 və 06.11.2017-ci illərdə xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Hazırki cavabdeh tərəfin mübahisəli evə istifadə hüququ X5 ilə onun razılığı əsasında həmin evdə birgə yaşamasından, birgə təsərrüfat aparmasından deyil, həmin evdə Cavabdeh1 mərhum anasının sağlığında və onun ölümündən sonra da yaşaması, faktiki olaraq mirası qəbul etməklə qanun üzrə vərəsə olmaq hüququndan yaranmışdır. Mübahisəli evə X3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Cavabdeh1 və onun ailə üzvlərinin istifadə hüququnun itirilməsinə əsas verə bilməzdi. Ən azından yuxarıda qeyd edildiyi kimi tərəflər arasında barışıq sazişində Cavabdeh1 mübahisəli evə dair istifadə hüququnun itirilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamış, eləcə də mülkiyyət hüququ X3 adına rəsmiləşməsi zamanı Cavabdeh1 istifadə hüququndan imtina etməsi barədə hər hansı öhdəliyi notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticələr ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin iddia üzrə nəticəyə gələrkən aşağıda göstərilən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, mərhum X5 və Cavabdeh1 doğma bacı-qardaş olmaqla 25.02.2005-ci il tarixdə vəfat etmiş mərhumə X1 övladları olmaqla, onun adına xüsusi mülkiyyətdə olmuş hazırki mübahisəli evdə mərhumənin sağlığından bəri yaşamaqla hər ikisinin miras olan evi faktiki olaraq qəbul etmələri, adları qeyd edilən şəxslər arasında sözügedən evin bərabər paylarla bölüşdürülməsinə dair mülki mübahisə gedişində tərəflər mübahisəni barışıq sazişi ilə bitirmək barədə razılığa gəlmiş və məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin şərtlərindən görünür ki, iddiaçı Cavabdeh1 məhz vərəsə kimi miras əmlakdan pay kimi özünə yaşayış şəraiti yaratmaq üçün evin yerləşdiyi torpaq sahəsindən bir hissə verilmişi, bunun müqabilində Cavabdeh1 iddiadan, yəni anasından miras qalan evin bərabər paylara bölünməsi və ½ hissəsinə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Apellyasiya instansiya məhkəməsi isə barışıq sazişinin şərtlərini düzgün təfsir etməyərək, barışıq sazişində Cavabdeh1 üzərinə mübahisəli evdən istifadə hüququna xitam verilməsi və evdən çıxmaq barədə hər hansı öhdəlik götürməməsi, barışıq sazişinin yalnız mübahisəli evin həyətyanı torpaq sahəsinin bölüşdürülməsi ilə bağlı olması qənaətinə gəlmişdir. Halbuki Qaradağ Rayon Məhkəməsinin 2(002)-348/2011 saylı, 13.05.2011-ci il tarixli qərardadı məhz Cavabdeh1 mərhum anasının sağlığında və onun ölümündən sonra da yaşadığı və faktiki olaraq mirası qəbul etməklə qanun üzrə vərəsə olduğunu iddia etdiyi evin ½ hissəsinə vərəsəlik hüququnun tanınması barədə mübahisə ilə bağlı olmuş və Cavabdeh1 torpaqdan pay almaqla evə olan vərəsəlik hüququndan imtina etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin mübahisəli evə istifadə hüququnun X5 ilə onun razılığı əsasında həmin evdə birgə yaşamasından, birgə təsərrüfat aparmasından deyil, həmin evdə Cavabdeh1 mərhum anasının sağlığında və onun ölümündən sonra da yaşam ası, faktiki olaraq mirası qəbul etməklə qanun üzrə vərəsə olmaq hüququndan yaranması nəticəsinə gəlməsi əsassız olmuşdur. Hazırki iş üzrə iddiaçılar tərəflərindən barışıq sazişi şərtlərinə əməl edildiyini, sazişdə göstərilən yerdə cavabdehlərin özlərinə tam şəraitli yaşayış evi tikdiklərini və həmin evdən istifadə etdiklərini, lakin hazırda onlara daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ ilə məxsus olan evdən çıxmadıqlarına istinad edərək cavabdehlərin evdən çıxarılmaları ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Cavabdeh1 06.05.2019-cu il tarixli məhkəmə iclasında verdiyi izahatında barışıq sazişində qeyd olunan yerdə yaşayış evi tikdiyini və həmin evdən hazırda oğlunun yaşadığını, ona ayrılan torpaq sahəsində hasar inşa etdiyini, lakin iddiaçıl arın mülkiyyətində olan evin 2 otağında 2002-ci ildən məskunlaşdığını və həmin evdən çıxarılması üçün əsas olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tələb istifadə hüququnun itirilməsi və evdən çıxarma olduğundan ilk növbədə evdən çıxarılması tələb olunan şəxslərin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüquqlarının olub-olmaması və bu hüquqa xitam verilib-verilməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh həmin evdə 2002-ci ildən yaşadığını bildirdiyindən onun istifadə hüququnun yaranıb-yaranmamasına Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verilməli, istifadə hüququ mövcuddursa, həmin şəxsin bu yaşayış sahəsinə ehtiyacının olub-olmaması araşdırılmalı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mübahisə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il qərarında müəyyən edilmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” Hazırki mübahisənin düzgün həlli üçün cavabdehin barışıq sazişi ilə ona ayrılmış torpaq sahəsində özünə yaşamaq üçün şərait yaradaraq fərdi yaşayış evi tikdiyi halda, mübahisə predmeti olan iddiaçıların mülkiyyətində olan yaşayış evində yaşamağa ehtiyaclarının olubolmaması araşdırılmalı, hazırki vəziyyətdə cavabdehlərin iddiaçıların mülkiyyətində olan evdən istifadə etmək hüququnun qalıb-qalmaması, mövcud olmuş hüquqlarının itirilməsi üçün əsasların mövcud olub-olmamasınıı aydınlaşdırmalı, mübahisəyə düzgün maddi hüquq normaları tətbiq edilməklə, iddia və ona edilən etirazın əsaslı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirən iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmə cavabdehlərin mübahisəli evə istifadə hüquqları mövcud olmaqda davam etmələri və həmin evə mülkiyyətçilərin tələbi ilə istifadə hüququnun itirilməli olmamasına nət icələrinə gəlməkdə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin qərarlarının, eləcə də, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1-ci maddələrinin tələblərinə əməl etməmiş, mübahisənin tam və obyektiv həlli baxımından apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (ə şyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsini yoxlanılan hissədə iş üzrə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayət i qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və vəkili X8 oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8374/18 saylı, 20 avqust 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar