Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6292/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-86/2018 saylı 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh 1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 İddiaçı-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşənfərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 İddiaçı-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşənfərdi yaşayış evindən çıxarılmaları və həmin fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Cəmilova (sədrlik edən və məruzəçi), Cavabdeh4 və İ.Kərimli) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, h azırki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-86/2018 saylı 27 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin evdən çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş ü zrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul olunduğundan qanunsuz və əsassızdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən s axlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstə rə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.07.2011-ci il tarixli 2(004)-2876/2011 saylı qətnaməsi ilə “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi məqsədi ilə ipoteka qoyulmuş əmlakların satılması tələbinə dair iddiası təmin edilərək əsas borc üzrə 98995,84 manat, faiz borcu üzrə 25316,85 manat, cəmi 166488,85 manat məbləğində borcun X2 tutularaq İddiaçı-yə ödənilməsi, ünvan 2 ünvanda yerləşən istifadədə olan 0.032831 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 69.6 kv.m yaşayış sahəsindən, 29.1 kv.m köməkçi sahədən ibarət 263a nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək həmin əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 16648 8,85 manat məbləğində pulun tutularaq “İddiaçı" ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 09.06.2016-cı il tarixdə 84 nömrəli reyestr kitabının 7681 nömrəli vərəqində İddiaçı-nin adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon MKTB-nin 56 saylı MKİS-nin 18.08.2016-cı il tarixli 127 nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh10 və X3 19 iyun 2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, cavabdehlər həmin ərizələrində ipoteka predmetinə tutma yönəldildiyi halda mənzili könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(005)5454/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 cavabdeh “xxxx” MMC-yə qarşı ünvan 1 ünvanda yerləşən evinə dair “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi nəticəsi haqqında 07 oktyabr 2015-ci il tarixli, 503 nömrəli hesabatının ləğv olunması barədə iddia tələbinin rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 2(103)-1934/2018 s aylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin maddi əsası kimi “İpoteka” haqqında Azərbaycan Respublikasının Qanununun 59.1, 59.2, 59.3, 59.4-cü maddələrinin, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 385.1 və 425.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsası nda belə nəticəyə gəlmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticələrinin ləğv olunması” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinin 06.11.2017-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 12.02.2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5099/2018 saylı 31.07.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 istinad etdiyi digər mülki iş üzrə- iddiaçı Cavabdeh1 cavabdeh Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə qarşı (İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilmə si” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinin 26.02.2019-cu il tarixli qətnaməsi isə 06.05.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar qətnamənin ləğvi və iddianın ona qarşı rədd olunmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin istinad etdiyi hallara, işin araşdırılmış hallarına və qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə koll egiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermiş, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 08 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6292/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6292/2019
02.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver