Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6293/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması, özbaşına tikilinin sökülməsi, mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçın Cavabdeh qarşı “qeyri-qanuni tikilmiş tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(105)-164/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə 1965-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan 125,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X10 İnstitutuna təhkim olunmuşdur.
2. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 16,581 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə üçün Kənd Təsərrüfatı Nazirliyi İddiaçı xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
3. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi B seriyalı 004331 saylı “Torpaqdan istifadə hüququna aid dövlət akt”ına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Publik hüquqi şəxs Cavabdeh qarşı qeyri-qanuni tikilmiş tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, 2-ci sovxoz ərazisində yerləşən 125,0 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, Cavabdeh torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandır ılmışdır ki, Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə 1965-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan 125,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X10 İnstitutuna təhkim olunmuşdur. 2019-cu ilin sentyabr ayında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X10 İnstitutuna ayrılmış 125,0 ha torpaq sahəsinin 0,30 ha hissəsinin qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilməsi və torpaq sahəsinin bir hissəsinin hasarlanması məlum olmuşdur. Bununla əlaqədar X10 İnstitutu tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə və Abşeron rayon Polis şöbəsinə müraciət edilmişdir. Cavabdeh torpaq sahəsinin Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarına əsasən onun anasına və bibisinə ayrılmasını, həmin torpaq sahələrinin hasarlanmamasına sə bəb kimi isə imkansız olmasını əsas gətirmişdir. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli X/1359 saylı məktubunda X6 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sənədlərdə olan torpaq sahəsinin yerləşmə sxeminin saxta olmasını və torpaq sahəsinin qanunsuz zəbt edildiyi göstərilmişdir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, torpaq sahəsinin iddiaçıya məxsus olması barədə hər hansı sübut yoxdur. Mərhum anası X1 Elmi Tədqiqat İnstitutunda 21 il, bibisi X9 isə 43 il işləmişdir. Mübahisəli torpaq sahəsi isə dövlət tərəfindən onlara pay verilmişdir.
7. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi alınmış və Hüquq və torpaq məsələləri” MMC-nin xx.xx.2020-ci il tarixli № 92 saylı rəyi ilə müəyyən edilmişdir ki, C avabdeh tərəfindən istifadə olunan torpaq sahəsi B seriyalı 004331 saylı “Torpaqdan istifadə hüququna aid dövlət akt”ına əsasən Azərbaycan SSR Nazirlər Kabinetinin 1965-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X10 İnstitutuna təhkim olunmuş torpaq sahələrinin və həmin Dövlət Aktı əsasında hazırlanmış Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli sahəsi olan çıxarışa əsasən 16,581 ha olan Kənd Təsərrüfatı Nazirliyi İddiaçı Publik hüquqi şəxsə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir.
8. Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1832/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cəmilə Səfiyeva) iddia təmin edilmiş, İddiaçın istifadəsində olan Abşer on rayonu, 2-ci sovxoz ərazisində (Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində) yerləşən 125,0 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi və onun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin İddiaçın mülkiyyətində olan Abşeron rayonu, 2-ci sovxoz ərazisində (Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində) yerləşən 125,0 ha torpaq sahəsinin ərazisində yerləşməsi və bununla da İddiaçın mülkiyyətində olan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna maneələr yarandığından, Abşeron rayonu, 2-ci sovxoz ərazisində (Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində) yerləşən 125,0 ha torpaq sahəsində tərəfindən inşa edilmiş tikili Cavabdeh öz vəsaiti hesabına sökülməli, zəbt olunmuş torpaq sahəsi boşaldılmaqla Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır.
10. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, Abşeron rayon X14 rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 47 saylı Azərbaycan ET X4 yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında qərarından çıxarışa əlavə edilən siyahıda cavabdehin anası kimi təqdim etdiyi 25-ci sırada X3 və 33-cü sırada X5 adları yox, müvafiq olaraq X8 və X12 adları qeyd edilmişdir. Beləliklə, cavabdehin iddiaya etirazının heç bir hüquqi əsası yoxdur.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 172.2, 180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1- ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmamış, əsassız qənaətə gəlinmişdir. Belə ki, o, istər məhkəmədə, istərsə də polis orqanlarında verdiyi izahatında uzun illərdir qeyd olunan ərazidə yaşadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, F-957 nömrəli arxiv çıxarışına əsa sən Abşeron XDS İcraiyyə Komitəsinin qərarının əlavələrində X10 İnstitutuna verilmiş həyətyanı torpaq alacaq şəxslərin siyahısının 33-cü sırasında X5 da (2 №-li sovxozda yaşayan) adı vardır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, F-1072 nömrəli arxiv çıxarışına əsasən Abşeron XDS İcraiyyə Komitəsinin qərarının əlavələrində X10 İnstitutundan verilmiş həyətyanı torpaq alacaq şəxslərin siyahısında 25-ci sırada X3 da (2 №-li sovxozda yaşayan) adı vardır. İş materiallarına əlavə olunmuş X10 İnstitutunun torpaq almaq istəyən əməkdaşlarının siyahısının 25-ci sırada X3 və 33-cü sırada X5 adları qeyd olunmuşdur. Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-ci tarixli, 11-107 saylı məktubuna əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 47 saylı qərarı ilə vətəndaşlara X10 İnstitutuna fərdi yaşayış evi tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasına dair siyahıda X7 və X5 adlarına 0,10 ha torpaq sahəsi ayrılması göstərilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmiş sxemə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 47 saylı qərarı ilə X6 məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin 1000 kv.metr olması göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 sentyabr 2019-cu il tarixli qərarda qeyd edilmişdir ki, Azərbaycan Milli Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən alınan sənədlər təhqiqata təqdim edilmişdir. Həmin sənəddə göstərilir ki, Abşeron XDS İcraiyyə Komitəsinin qərarının əlavələrində X10 İnstitutuna verilmiş həyətyanı torpaq alacaq şəxslərin siyahısında X5 da adı vardır.
14. Apellyasiya baxışında iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirilmiş və ekspertizanın 18 iyul 2022-ci il tarixli, 10/2039 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********63 reyestr nömrəli çıxarış sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda 16,581 ha torpaq sahəsi Kənd Təsərrüfatı Naz irliyi X10 İnstitutu Publik hüquqi şəxsinin istifadəsinə verilmiş torpaq sahəsinin xx.xx.2020-ci il tarixli, AA 548216 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən yerləşmə yeri müəyyən olundu. Həmin torpaq sahəsinin şimal-qərb istiqamətində 53 metr x 48,5 metr (0,257 ha) ölçüdə hissəsi cavabdeh tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə edilir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-164/2022 nömrəli iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1832/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 16,581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadə hüququ üzrə Kənd Təsərrüfatı Nazirliyi X10 İnstitutu Publik hüquqi şəxsin adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 969 nömrəli reyestr kitabının 92016 nömrəli vərəqi ndə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 10/2039 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********63 reyestr nömrəli çıxarış sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda 16,581 ha torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi X10 İnstitutu Publik hüquqi şəxsinin istifadəsinə verilmiş torpaq sahəsinin şimal-qərb istiqamətində 53 metr x 48,5 metr (0,257 ha) ölçüdə hissəsi cavabdeh tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə edilir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, qanunveric iliyə görə istifadə hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının istifadə hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mübahisəli torpaq sahəsindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 158.1.2, 158.4, 180.2, 180.4, 239.2-ci, Torpaq Məcəlləsinin 48, 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadl a əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Qətnamədən Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-164/2022 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, cavabdehin sözügedən daşınmaz əmlaka qanuni və əsaslı mülkiyyət gözləntisi vardı. Belə ki, cavabdeh Abşeron rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 saylı qərarı əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün müraciət edib hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ala bilərdi. Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən qanunvericiliyin tərkib hissəsi olan “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası” şəxsin qanuni və əsaslı mülkiyyət hüququ gözləntisini və bu zəmində mülkiyyət hüququnu qəbul edir. Lakin, işə baxan məhkəmə Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsini düzgün tətbiq etməyərək cavabdehin mülkiyyət hüququnun olmadığı və istifadə hüququnun yalnız iddiaçıya məxsus olması qənaətinə gəlmiş və bununla da maddi hüquq normasını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. İ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyəti ndən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllə
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şə rtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
28. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində v ə ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi
31. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
32. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən müəyyən etmişdir ki, mübahisəsi gedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir, cavabdeh tərəfindən həmin sahə hər hansı hüquqmüəyyəedici sənədə malik olmadığı halda zəbt edilmiş və özbaşına tikili inşa edilmişdir. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin qanunayuğun olmayan hərəkətləri iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır.
43. Cavabdeh dəlillərindən biri olaraq göstərir ki, torpaq sahəsi onun anasına və yaxın qohumuna ayrıl mış torpaq sahəsidir və bu torpaq sahəsindən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı deyil,
44. Apellyasiya instansiya məhkəməsi həmin dəlillərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qeyd etmişdir ki, Abşeron rayon X14 rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 47 saylı Azərbaycan ET X4 yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında qərarından çıxarışa əlavə edilən siyahıda cavabdehin anası kimi təqdim etdiyi 25-cı sırada X3 və 33-cü sırada X5 adları yox, müvafiq olaraq X8 və X12 adları qeyd edilmişdir. Beləliklə, cavabdehin iddiaya etirazının heç bir hüquqi əsası yoxdur.
45. Həmin halın sübut edilməsi isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür.
46. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli ol an halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
48. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mübahisəli torpaq sahəsinə dair müəyyən olunan sübutları təqdim edə bildiyindən, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, o, hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malikdir. Cavabdeh isə etirazının əsası ola biləcək sübutla rı təqdim edə bilməmişdir.
49. İşin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2(105)-164/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.