Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6294/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh X3 nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-746/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə cavabdehin istifadə hüququnun olubolmaması ilə bağlıdır.
2. Həmin mənzil əvvəllər mülkiyyət hüququ ilə X2 məxsus olmuşdur. O, 24.12.2015-ci ildə ölmüşdür. F.Hüseynovanın qızı (cavabdeh) Leyla İsmayılova 22.08.2017-ci ildə notarial qaydada təsdiqlənmiş müqavilə ilə anasından miras qalmış əmlakdan (ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən) ona çatan 9/14 hissə payını qardaşı (iddiaçının əri) X6 bağışlamışdır.
3. Daşınmaz əmlakın dövlət reyetsrindəki 18.04.2019-cu il tarixli məlumata görə mənzilin 12/14 hissəsi üzərində İddiaçı paylı mülkiyyət hüququ qeydə alınmış, 2/14 hissə isə mərhum Fazilə Hüseynovanın adında qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X3 iddiaçıya məxsus ünvan 3 ünvanında olan mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Yasamal rayon, Fuad İbrahimbəyov küçəsi, ev 35 saylı ünvanında olan mənzilin mülkiyyətçisidir. Cavabdeh X7 həmin mənzilə müvəqqəti olaraq pasport qeydiyyatına düşməsinə baxmayaraq, bir gün belə həmin mənzildə yaşamamışdır. Onun həmin mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır.
6. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 19 fevral 2020-ci il tarixli, 2(004)1048/2020 nömrəli qətnaməsi ilə iddia iddia qi smən təmin edilmiş, cavabdeh X3 ünvan 4 ünvanda olan mənzilin İddiaçı mülkiyyətində olan 12/14 hissəsinə dair istifadə hüquqlarının olmamasının müəyyən edilməsi qət edilmişdir. Qətnamənin nəticəvi hissəsində həmçinin qeyd edilmişdir ki, qətnamə X3 ünvan 3 ünvanında olan mənzilin İddiaçı mülkiyyətində olan 12/14 hissəsinə dair qeydiyyatının ləğvi üçün əsasdır.
8. Məhkəmə Mülki Məcəllənin 228-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh X7 ünvan 3 ünvanında olan mənzildə pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və həmin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürülməmiş, bununla əlaqədar tərəflər arasında hər hansı müqavilə bağlanılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin yalnız i ddiaçıya aid hissəyə, yəni mübahisəli mənzilin 12/14 hissəsinə istifadə hüququnun olmaması müəyyən oluna bilər. Belə ki, mübahisəli mənzilin qalan 2/14 hissəsi iddiaçının mülkiyyətində olmadığından, iddiaçı həmin hissəyə dair cavabdehin istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) 06 iyun 2021-ci il tarixli, 2(103)-746/21 nömrəli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli, 2(004)-1048/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının yaşayış sahəsindəki payı naturada ayrılmadığından onun payına düşən 12/14 hissəsinin mənzilin hansı sahələrini əhatə etməsi, bununla da cavabdehin istifadə hüquqlarının olmadığı sahələrin müəyyən edilməsi mümkün olmadığı halda, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu halları aydınlaşdırmadan iddia tələbini qismən təmin etmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsaslarındandır. İddiaçı eyni zamanda tələbini cavabdehin həmin mənzilə müvəqqə ti olaraq pasport qeydiyyatına düşməsi, bir gün belə həmin mənzildə yaşamaması ilə əsaslandırsa da, bu barədə əsaslı şübhədən kənar sübut təqdim etməmişdir. Mənzilin əvvəlki mülkiyyətçisi cavabdehin anası Fazilə Hüseynova olmuşdur. Cavabdeh mənzilə dair mülkiyyətçi hüquqları iddiaçıya keçənədək həmin ünvana anası tərəfindən 2011-ci il tarixdən qeydiyyata alınmışdır. Anasının vəfatından sonra isə miras əmlakın 9/14 hissə payı vərəsəlik hüququ əsasında cavabdehə keçmiş və o, həmin payı qardaşı – hazırkı iddiaçının əri Rafiq Hüseynova bağışlamışdır. Hazırda miras əmlakın 2/14 hissəsi açıq qalmışdır. İş üzrə olan əsaslı şübhədən kənar sübutlarla cavabdehin mənzilə anasının razılığı ilə qeydiyyata alınmasının formal xarakter daşıması, bir gün belə həmin mənzildə yaşamaması halları təsdiq edilmə mişdir. Buna görə də məhkəmə cavabdehin həmin mənzildən əvvəlki mülkiyyətçinin qızı olaraq onunla bərabər istifadə etmək hüququ əldə etdiyi nəticəsinə gəlmişdir. Hazırkı iddia paylı mülkiyyətdə olan əmlakda iddiaçının payı naturada müəyyən edilərək ayrıldıqdan sonra, yalnız həmin hissəyə münasibətdə əsaslı ola bilərdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X7 22.08.2017-ci ildə özünə düşən payı 8/14 hissəni qardaşı X6 bağışlamış, mülkiyyət hüququnu bağışlamaqla yanaşı, digər mənzilə dair hüquqlarından imtina etmişdir. Hal-hazırda mülkiyyətçi id diaçı olduğundan və cavabdeh onun ailə üzvü sayılmadığından MM-nin 228.2, 228.5-ci maddələri bu hallar üçün tətbiq oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına n və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsində n istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
20. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
21. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında tə sdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yar anır.
23. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarı:
29. Bənd
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əm ələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Kassasiya baxışının hədləri
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları hazırkı iş üzrə düzgün tətbiq edilməmişdir.
33. Belə ki, iddia tələbi cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmaması faktının məhkəmə qətnaməsi ilə təsbit edilməsi barədədir. İddiaçı bu tələbi irəli sürməkdə mənafeyini mülkiyyətində olan evə cavabdehin pasport qeydiyyatının silinməsi zərurəti ilə əsaslandırmışdır.
34. Belə olan halda, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığı məhkəmələr tərəfindən müəyyən edilməlidir.
35. Nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ müxtəlif əsaslara görə mövcud ola bilər. Şəxs bu hüquqa həm yaşayış sahəsi üzərindəki mülkiyyət hüququnun tərkib hissəsi kimi (MM, m.152.1, 152.5), həm məhdud əşya hüququ olan şəxsi servitut kimi (MM, m. 228.2, 228.5), həm ailə münasibətləri çərçivəsində (AM, m.30) malik ola, yaxud müqavilədən (məsələn, kirayə müqaviləsindən) irəli gələn tələb hüquqlarına görə yaşayış sahəsindən istifadə edə bilər.
36. Hazırkı işdən görünür ki, cavabdeh iddiaçının ərinin bacısıdır. Bu baxımdan onlar arasında mənzildən istifadə hüququnu əmələ gətirəcək ailə (qohumluq) münasibət lərinin olmadığı aşkardır.
37. Eyni zamanda mübahisə predmeti olan yaşayış sahəsindən istifadəyə dair tərəflər arasında hər hansı müqavilənin bağlanması barədə sübutlar təqdim olunmamışdır.
38. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mənzilin əvvəlki mülkiyyətçisi cavabdehin anası Fazilə Hüseynova olmuş, mənzilə dair mülkiyyətçi hüquqları iddiaçıya keçənədək cavabdeh həmin ünvana anası tərəfindən 2011-ci il tarixdən qeydiyyata alınmışdır. Bu qeydiyyatın formal xarakter daşıması və cavabdehin orada yaşamaması halları təsdiq edilmir. Buna görə də məhkəmə cavabdehin həmin mənzildən əvvəlki mülkiyyətçinin qızı olaraq onunla bərabər istifadə etmək hüququ əldə etdiyi nəticəsinə gəlmişdir.
39. Apellyasiya məhkəməsinin bu mövqeyi əsas götürülsə cavabdehin mənzilə ehtimal olunan h üququnun əsası kimi MM-in 228.5-ci nəzərdən keçirilə bilər. Həmin normaya görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan uşaqları yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (§ 22).
40. Bununla belə, diqqətdən qaçırılmamalıdır ki, hazırkı işdə mübahisə predmeti cavabdehin mənzilə istifadə hüququnun əmələ gəlməsi deyil, iddia qaldırılarkən belə hüququnun olubolmamasıdır.
41. Məlum olduğu kimi mənzildən istifadə (şəxsi servitut) hüququ hətta MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür (§ 23).
42. Təsa düfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir (§ 29).
43. Buna baxmayaraq apellyasiya məhkəməsi cavabdehin MM-in 228.5-ci maddəsinə əsasən yarandığını bildirdiyi istifadə hüququnun hazırkı işin halları baxımından sonradan aradan qalxıbqalxmadığını aralşdırmamışdır. Halbuki, iddia tələbinin düzgün həlli üçün həmin xüsusatlara hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir.
44. Kollegiya onu da nəzərə alır ki, mübahis əli yaşayış sahəsindən istifadə etmək hüququ cavabdehin (əgər varsa) həmin daşınmaz əşya üzərində mülkiyyət hüququndan da irəli gələ bilər.
45. Sözügedən yaşayış sahəsi daha əvvəl cavabdehin anası X1 mülkiyyətində olmuş və sonuncu 24.12.2015-ci ildə ölmüşdür. Bu hal mübahisəli mənzil üzərində cavabdehin vərəsəlikdən irəli gələn ümumi mülkiyyət hüququnun yarandığına dəlalət edir.
46. Bu baxımdan cavabdehin mənzilə ehtimal olunan hüququnun əsası kimi MM-in 152.5-ci maddəsi nəzərdən keçirilə bilər (§ 17).
47. Bununla belə, işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, cavabdeh Leyla İsmayılova 22.08.2017-ci ildə notarial qaydada təsdiqlənmiş müqavilə ilə anasından miras qalmış əmlakdan (ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən) ona çatan 9/14 hissə payını qardaşı X6 bağışlam ışdır. Daşınmaz əmlakın dövlət reyetsrindəki 18.04.2019-cu il tarixli məlumata görə mənzilin 12/14 hissəsi üzərində İddiaçı paylı mülkiyyət hüququ qeydə alınmış, 2/14 hissə isə mərhum Fazilə Hüseynovanın adında qalmışdır.
48. Kollegiya nəzərə alır ki, cavabdehin MM-in 228.5-ci maddəsi ilə mənzildən istifadə (məhdud əşya) hüququ yaranmış olsa belə, 2015-ci ildə mənzil üzərində Leyla İsmayılovanın bu hüquqdan daha geniş olan, yəni onu da əhatə edən mülkiyyət (tam əşya) hüququ meydana gəlmişdir. Bununla belə, L.İsmayılova həmin hüququna sərəncam verərək onu özgəninkiləşdirmişdir (iddiaçının əri olan qardaşına bağışlamışdır). Bu hal cavabdehin mübahisəli mənzil üzərindəki tam əşya hüququnun (o cümlədən həmin hüququn tərkib hissəsi olan istifadə hüququnun) başqasına verilməklə aradan qalxmasına dəlalət edir.
49. Buna baxmayaraq, apellyasiya məhkəməsi mərhum Fazilə Hüseynovadan vərəsəlik qaydasında cavabdehə (həm qanun, həm də varsa vəsiyyətnamə üzrə) keçən 9/14 hissənin ona çatan miras payının tamamını təşkil edib-etməməsini, açıq qalan 2/14 hissəyə cavabdehin hər hansı əsasla hüququnun olub-olmamasını araşdırmamış, əgər yoxdursa cavabdehin mənzildən özünə çatan paya sərəncam verməklə onu özgəninkiləşdirdiyi halda, hansı hüquqi səbəbə görə mənzilə hüququnun qalmasını əsaslandırmamışdır.
50. Qeyd olunanlar yuxarıda sadalanan maddi hüquq normalarının düzgün tətbiq edilmədiyinə və qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 27).
51. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nə zərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-746/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov