Məhkəmə qərarları › İş №2(102)-63/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-63/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-63/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(105)-1228/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, İd diaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, onun tərəfindən cavabdehə 3.600 manat kompensasiya ödənilməklə Qusar rayonu, Cibir kəndində yerləşən, 26 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən onun və mərhumə arvadı X6 mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.Q.Vəliyev) iddia təmin edilərək, iddiaçı tərəfindən cavabdehə 3.600 manat kompensasiya ödənilməklə Qusar rayonu, Cibir kəndində yerləşən, 26 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən iddiaçı və mərhumə arvadı X6 mülkiyyətində olan fərdi yaşayış evindən iddiaçının istifadə hüququna xitam verilməklə, onun həmin evdən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin həmin evdən istifadə hüququ hüququ vardır. İddiaçı tərəfindən cavabdehə təklif edilən 3.600 manat kompensasiya məbləği yetərli olmaqla, iddiaçının hesabına cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və S.A.Qafari) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Qusar Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh 02 fevral 1986-cı il tarixdə iddiaçının oğlu X7 ilə nikaha daxil olmuş və Qusar rayonu Cibir kəndində yerləşən mübahisəli evə köçmüşdür. Cavabdehlə mərhum X2 birgə nikahlarından 3 övladları olmuşdur, X1 X anasıdır. Cavabdehin əri X11 01 iyun 2003-cü il tari xdə, onun anası X15 26 mart 2008-ci il tarixdə ölmüşlər. X4 övladlarından biri olan X12 Azərbaycan Respublikası MM-nin 1159.3-cü maddəsinəəsasən mübahisəli evin birgə mülkiyyyətçisi olan X6 nəvəsidir və mübahisəli evdə yaşamaqla, atasına çatası miras payını qəbul etmişdir. Mübahisəli evin birgə mülkiyyətçisi olan X15 26 mart 2008-ci il tarixdə, onun oğlu, yəni cavabdehin əri X11 isə 01 iyun 2003-cü il tarixdə, miras qoyan anasından əvvəl ölmüşdür. X12 nəvə kimi mirası qəbul etdiyindən mübahisəli evdən və həmin evin yerlədiyi torpaq sahəsindən atasından ona çatası payın mülkiyyətçisidir. Cavabdeh X5 anası kimi onun ailə üzvü hesab edilən şəxslər kateqoriyasına daxildir, onların arasında etibarlı ailə münasibətləri vardır. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mül kiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mübahisəli evdə iddiaçının payı naturada ayrılmamışdır və həmin evin mülkiyyətçilərindən biri olan X5 anası olan cavabdehin mübahisəli evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə tələbi olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilərək, iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1243.1, 1243.2, 1255-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinəəsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xit am verilə bilər; Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə görə övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət v ermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlillərində tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, 26 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən, Qusar rayonu, Cibir kəndində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X6 adlarına qeydə alınıb. Cavabdeh, 1988- ci ildə X8 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və həmin vaxtdan hal-hazıra kimi Qusar rayonu Cibir kəndində yerləşən İddiaçı məxsus evdə qeydiyyatda olmaqla yaşayır. Onların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Həmin uşaqlardan iki qız uşağı ailə həyatı qurmuş, bir oğla n uşağı-25 avqust 1992-ci il təvəllüdlü X9 ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh və X3 başqa yaşayış evi yoxdur. X15 26 mart 2008-ci il tarixdə ölmüşdür. X13 12 dekabr 1961 -ci ildə anadan olmuşdur, atası X14, anası X10r. X11 01 iyun 2003-cü il tarixdə ölmüşdür. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsind ən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinəəsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin mübahisə edilməyən hallarından görünür ki, cavabdeh, 02 fevral 1986-cı il tarixdə iddiaçının oğlu X7 ilə nikaha daxil olmuş və Qusar rayonu Cibir kəndində yerləşən mübahisəli evə köçmüşdür. Cavabdeh ilə mərhum X2 birgə nikahlarından 3 övladları olmuşdur, X1 Xn anasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinəəsasən dövlət vərəsəlik hüququna təminat verir; Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1159.1.1-ci maddəsi nə əsasən birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə görə övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Apellyasiya instansiyası məhkəməsi işin mübahisə edilməyən hallarını nəzərə alıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tə tbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb haqla olaraq qeyd etmişdir ki, cavabdehin əri X11 01 iyun 2003-cü il tarixdə, onun anası X15 26 mart 2008-ci il tarixdə ölmüşlər. X4 övladlarından biri olan X12 Mülki Məcəllənin 1159.3-cü maddəsinə əsasən mübahisəli evin birgə mülkiyyyətçisi olan X6 nəvəsidir və mübahisəli evdə yaşamaqla, atasına çatası miras payını qəbul etmişdir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bun unla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşdən görünür ki, mübahisəli evin birgə mülkiyyətçisi olan X15 26 mart 2008-ci il tarixdə, onun oğlu, yəni cavabdehin əri X11 isə 01 iyun 2003-cü il tarixdə, miras qoyan anasından əvvəl ölmüşdür. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, X12 nəvə kimi mirası qəbul etdiyindən mübahisəli evdən və həmin evin yerlədiyi torpaq sahəsindən atasından ona çatası payın mülkiyyətçisidir və Cavabdeh X5 anası kimi onun ailə üzvü hesab edilən şəxslər kateqoriyasına daxildir, onların arasında etibarlı ailə münasibətləri vardır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görəəgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli evdə iddiaçının payı naturada ayrılmamışdır və həmin evin mülkiyyətçilərindən biri olan X5 anası olan Cavabdeh mübahisəli evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə tələbi olmamışdır və birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(105)-1228/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar