Məhkəmə qərarları › İş №2(102)-63/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-63/2024

13.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-63/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-63/2024 Açar sözlər: mülkiyyətə maneçiliyin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-969/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01 oktyabr 1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 aprel 1991-ci il tarixdə ölən X1 miras qalmış, Astara şəhəri Fioletov küçəsi 600 kvadrat torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,2 kvadrat metr, yaşayış sahəsi 35 kvadrat metr olan fərdi yaşayış evindən üçdə iki hissədə İddiaçı, üçdə bir hissədə Kazımov Araz İmaməli oğlunun irs almaq hüquqları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsində İddiaçı adına r əsmiləşdirilməsinə maneəçilik törədilməməsinə, ölçmə işlərinin aparılması üzrə reyestr xidmətinin mütəxəssislərinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsinə, faktiki yerində müayinənin keçirilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulmasına və 101 manat 40 qəpik dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 aprel 1991-ci il tarixdə ölmüş X1 miras qalmış 60,2 kv.m yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olan 2 otaqlı yaşayış evi Astara Rayon Məhkəməsinin 02 iyun 1992-ci il tarixli qətnaməsinə əsasən üçdə iki hissədə İddiaçı qıznın, üçdə bir hissədə Kazımov Araz İmaməli oğlunun mülikyyətinə keçmişdir. Həmin qətnamə əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. İdd iaçı həmin fərdi yaşayış evinin yerləşdiyi 600 kvadrat torpaq sahəsində də pay almaq hüququna malikdir. İddiaçı mülkiyyət hüququnu rəsmiləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, ancaq qeyd edilən idarənin 14 oktyabr 2022-ci il tarixli məktubuna əsasən mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi tələb olunur. Cavabdeh isə həmin hərəkətlərin aparılmasına maneəçilik törədir.

4. Cavabdeh iddianı qəbul etməmiş, etirazında bild irmişdir ki, torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına maneəçilik törətməmişdir.

5. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müvafiq çıxarışın verilməsinə dair ərizə ilə 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinin onun iştirakı ilə yerində müayinə edilməsinə tərəfindən şərait yaradılması tövsi yə edilmişdir. Ancaq İddiaçı tərəfindən hərhansı bir əmlaka dair qeydiyyat aparılması proseduru ilə əlaqədar 10 saylı Lənkəran Ərazi idarəsinin Astara rayon şöbəsinə hal-hazıradək rəsmi müraciət edilməmişdir. Belə olan halda, Cavabdeh torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsinə də maneəçilik törədə bilməzdir. Ona görə də iddia əsassız olmasına görə təmin edilməməlidir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76, 80, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmi şdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddia verməyə subyektiv hüququ vardır. Cavabdeh əsassız olaraq iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almasına maneələr yaradır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-969/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (İ.Əsədov (sədrliyi və məruzəsi ilə), hakimlər Z.Allahyarov və S.Mayılov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi qət edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ünvanladığı 14 oktyabr 2022-ci il tarixli məktubundan məlum olur ki, torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi tələb olunur. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinin iştirakının ilə yerində müayinə edilməsinə tərəfinizdən şərait yaradılmalıdır. Qeyd edilən işlərin aparılmasına tərəfinizdən şərait yaradılmadığından hazırkı ərizənizin icrası təmin edilməmişdir.

12. İddiaçı öz mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ölçmə işlərinin apa rılmasına maneələrin aradan qaldırılmasını və şərait yaradılmasını cavabdehdən tələb edir.

13. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. İddiaçı mülkiyyətə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişdir. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Cavabdeh tərəf etirazında heç bir maneçilik yaratmadığını bildirmişdir.

16. Kollegiya hesab etmişdir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. İddiaçının mərhum atasından miras yaşayış sahəsini vərəsə kimi qəbul etməsi iş materialları ilə təsdiqini tapmışdır. Bu baxımdan hazırkı tələblə müraciət edilməsində iddiaçının subyektiv hüququ vardır. Bundan başqa, ölçü işlərinin aparılması miras əmlaka hüquqların müəyyən edilməsi, yaxud kiminsə miras əmlakdakı paydan məhrum edilməsi kimi qiymətləndirilməməlidir və bu işlərin həyata keçirilməsi cavabdehin də hüquqlarının həyata keçirilməsinə maneə deyildir. Beləliklə, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməlidir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 29, Mülki Məcəllənin 157.4, Mülki Prosessual Məcəlləsinin 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onun tərəfindən heç kimin mülkiyyət hüququ pozulmamışdır və heç kim mülkiyyətindən mərhum edilməmişdir. Reyestr xidməti ölçmə işlərinin aparılması üçün onun həyətinə gəlməmişlər. O, məhkəmədə izhat verib, bun u təsdiqləmişdir. Məhkəmə isə cavabdehdən bunu sübut etməyi tələb edir. Görəsən cavabdeh bunu necə və hansı üsullarla sübut etməli idi? İddiaçı və reyestr xidmətinin əməkdaşlarıda onun həyətinə gəldiklərinə dair məhkəməyə hər - hansı bir sübut təqdim etməmişdirlər. Lakin apellyasiya məhkəməsi heç bir sübut olmadan belə nəticəyə gəlmişdir ki, iddiaçı bu barədə məhkəməyə sübut təqdim etmişdir. İddiaçı iddia ərizəsini verərkən aidiyyat qaydalarını da pozmuşdur. Əgər məhkəmə Reyestr Xidmətinin imtina məktubunu əsas götürürsə, onda iddia inzibati məhkəməyə verilməli idi. MPM-nin 388-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilirsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiy yəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. İddiaçı apellyasiya instansiya məhkəməsində yeni sübut olaraq Dövlət Ryestr Xidmətinin 14 oktyabr 2022-ci il tarixli imtina məktubunu təqdim etmişdir. Lakin məhkəmə iddiaçı tərəfindən həmin sübutun niyə birinci instansiya məhkəməsində təqdim etmədiyini əsaslandırmamışdır. Halbuki birinci instansiya məhkəməsi bu barədə sorğu göndərmiş və alınan cavabda qeyd edilir ki, iddiaçı bu barədə onlara müraciət etməmişdir. Cavabdeh heç kimi onun mülkiyyətindən mərhum etməmişdir. İddiaçının həmin torpağa mülkiyyət hüququ yoxdur. İddiaçı Kazaxstan vətəndaşı olduğu üçün o, burada torpaq əldə edə bilməz. Əgər o, 1993-cü ildə vərəsəlik yolu ilə istifadəsinə torpaq əldə etmişdirsə, torpaq qanunvericiliyinə əsasən o, bir il müddətinə həmin torp aq sahəsini özgəninkiləşdirməli idi. Lakin o, bunu etməmişdir. İddiaçı Dövlət Reyestr Xidmətinin hərəkətlərindən şikayət etdiyi üçün, o, iddia ərizəsi ilə ümumi məhkəmələrə deyil, müvafiq inzibati məhkəməyə müraciət etməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin əsassız olduğunu vurğulamış, onun rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin isə qanuni və əsaslı olduğunu qeyd edərək dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə t ələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkə mə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, vərəsəlik qaydasında həm də iddiaçıya məxsus olan daşınmaz əşyanın texniki pasportunun tərtib edilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin müayinə edilməsinə şərait yaradılmadığı həmin orqanın rəsmi məlumatı ilə təsdiqlənmişdir. Bu hal cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququna qarşı törədilən maneçilik kimi qiymətləndirilmiş və Mülki Məcəllənin 157.4-cü maddəsi ilə iddia əsaslı sayılaraq təmin edilmişdir.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə m addi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-969/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar