Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-63/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Habil oğluna, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, mübahisələndirilən əqdlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Habil oğluna, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı “etibarnamənin, alğısatqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-891/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 31 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, eyni zamanda X10 və X2 ümumi birgə mülkiyyətinə Yevlax rayonu Balçılı kəndində 5,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Həmin dövlət aktında iddia çıların və onların digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpağın ayrı-ayrı ərazilərdə yerləşməsi, ona görə də torpaq sahəsinin iki ədəd müxtəlif planşetlərdə əks edilməsi müəyyən edilir. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən, 120 nömrəli konturda (planşetdə) 49457,05 kv metr, 120A nömrəli konturda (planşetdə) 7030,03 kv metr olması göstərilmişdir.
3. İddiaçı1, İddiaçı3, İddiaçı2 (hazırkı iş üzrə iddiaçılar) və X1 rayonu Balçılı kəndində yerləşən ümumi sahəsi 5,65 ha olan torpaq sahəsindən onlara düşən hissəsinin üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ə mlakı ipoteka (girov qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün dövlət orqanlarında, idarələrdə, notariat ofislərində, asan xidmət mərkəzlərində, kooperativ və ictimai təşkilatlarda, o cümlədən DƏDRX-də onları təmsil etməyi, adlarından ərizə verməyi, imza etməyi, işləri aparmağı, onlara çatası sənədləri, arayışları, çıxarışları almağı, alğı-satqı ilə əlaqədar bank əməliyyatlarını aparmağı, alğı-satqı ilə bağlı notariusun depozit hesabından pulu almağı, vergi pulunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh3 (hazırkı iş üzrə cavabdeh) etibar etmişlər.
4. Yevlax rayonu, Balçılı kəndində yerləşən 4,95 ha kənd təsərrüfatı təyi natlı torpaq sahəsinə İddiaçı1, İddiaçı3, İddiaçı2(hazırkı iş üzrə iddiaçılar), X2 və X4 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı3, İddiaçı2(hazırkı iş üzrə iddiaçılar), X2 və X4 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 6. 30 avqust 2023-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı1, İddiaçı3, X12 və İddiaçı2 Yevlax rayonu, Balçılı kəndində yerləşən 4,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus hissəsini Cavabdeh4 satmışlar. Alğı-satqı zamanı İddiaçı1, İddiaçı3, X6 və İddiaçı2 etibarnamə üzrə nümayəndə Cavabdeh3 təmsil etmişdir. 7. 30 avqust 2023-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı1, İddiaçı3, X12 və İddiaçı2 Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus hissəsini Cavabdeh4 satmışlar. Alğı-satqı zamanı İddiaçı1, İddiaçı3, X6 və İddiaçı2 etibarnamə üzrə nümayəndə Cavabdeh3 təmsil etmişdir. 8. 30 avqust 2023-cü il tarixli, ******* və ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh4 Yevlax rayonu, Balçılı kəndində yerləşən 4,95 ha torpaq sahəsindən aldığı 3,96 ha torpaq sahəsinə və Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,70 ha torpaq sahəsindən aldığı 0,56 ha torpaq sahəsinə mülkiyyət hüququnu 01 sentyabr 2023-cü il ta rixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq bu barədə müvafiq çıxarışlar( ********** və ********** qeydiyyat nömrəli) almışdır.
9. Cavabdeh4 Yevlax rayonu, Balçılı kəndində yerləşən və mülkiyyətində olan 3,96 ha və 0,56 ha torpaq sahəsini 19 oktyabr 2023-cü il tarixli bağışlama müqavilələrinə əsasən Cavabdeh5 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən Cavabdeh3 verilmiş, o cümlədən Ədliyyə Nazirliyi Mingəçevir Regional Asan xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 12 noyabr 2019-cu il tarixli, 11974 nömrəli etibarnamənin etib arsız hesab edilməsi, cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli, 1174 nömrəli etibarnamənə əsasında nümayəndə - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə722 nömrəli alğı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 4,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,96 ha hissəsinə dair) etibarsız hesab edilməsi, cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli 1174 nömrəli etibarnamənə əsasında nümayəndə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə-721 nömrəli alğ ı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 0,70 ha kınd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,56 ha hissəsinə dair) etibarsız hesab edilməsi; Yevlax rayonu Balçılı kəndində yerləşən 3,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 1 sentyabr 2023-cü il tarixli, ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi, Yevlax rayonu Balçılı kəndində yerləşən 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 1 sentyabr 2023cü il tarixli, ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi; Yevlax rayonu, Balçılı kəndində yerləşən 4,95 ha və 0,70 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəs inə dair Cavabdeh4 ilə Cavabdeh5 oğu arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Yevlax rayonu, Balçılı kəndində yerləşən 4,95 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,70 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddiaçılar tələblərini onunla əsalandırmışlar ki, iddia tələbinin predmetini təşkil edən 4,95 ha və 0,7 ha torpaq sahəsi 7 il bundan əvvəl, iddiaçıların ailə üzvü, eyni zamanda mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçilərindən biri olan X7 tərəfindən Cavabdeh4 qardaşı X11 şifahi qaydada bağlanmış icarə müqaviləsi əsasında istifadə üçün vermişdir, lakin həmin torpaq sahəsinin sənədləri X11 verilməmişdir. X7 işləmək üçün Türkiyə Respublikasına gedən zaman iddiaçıları aldadaraq “torpaq sahəsinə subsidiya alırıq” adı altında iddiaçılardan və digər birgə mülkiyyətçi X3 etibarnamə almışdır. İddiaçılar etibarnaməni Cavabdeh3 ona görə vermişlər ki, sonuncu torpaq sahəsinə dair subsidiya ala bilsin. Təxminən 3 il bundan əvvəl X14 vəfat etdiyindən, onun cavabdeh olaraq işə cəlb edilməsi qeyri-mümkündür. Etibarnamə üzrə vəkalət verilən şəxs Cavabdeh3 mərhum X8 oğlu, o cümlədən Cavabdeh4 qardaşı oğlud ur. Sonuncu isə mübahisələndirilən etibarnaməni təsdiq edən notarius X9 dayısının oğludur. Cavabdeh3 etibarnamə əsasında iddiaçıların adından alğı-satqı müqavilələri bağlamış və torpaq sahələrini Cavabdeh4 satmış, sonuncu isə mübahisəli torpaq sahələrini Cavabdeh5 bağışlamışdır. Etibarnamə mübahisəli torpaq sahələrinin satılması üçün deyil, subsidiya alınması üçün verilmişdir. İddiaçıların qeyd olunan torpaq sahələrini satmaq niyyəti olmamışdır. İddiaçıların torpaq sahəsi satılmışdırsa hansı səbəbdən satışdan əldə olunan pul məbləği iddiaçılara verilməmişdir.
12. Yevlax Rayon Məhkəməsinin 2(039)-290/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim-Kamil Əliyev) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qəna ətə gəlmişdir ki, etibarnamə verilərkən notarius tərəfindən tərəflərə etibarnamənin hansı məqsədlə (etibar edilənə hansı səlahiyyətlərin) verilməsi izah olunmuşdur. Həmçinin etibarnamə ilə tərəflər razılaşaraq imza etmişlər. Həmin etibarnamə əsasında torpaq sahələri satılmışdır. Etibarnamədə qeyd olunan səlahiyyətlərdən kənara çıxılmamışdır. Etibarnamənin, daşınmaz əmlakın alğı-satqı müqavilələrinin və daşınmaz əmlakın bağışlama müqavilələrinin etibarsız sayılması üçün əsas yoxdur. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 140, 149.2, 152.1, 222.2, 351.2, 351.3, 354.1, 354.2, 355.1, 355.2, 357, 358.1, 358.2, 360.2, 404.1, 404.2, 560.1, 560.2 və 560.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 73.1, 73.2, 77.1, 106.1 və 217.4-cü maddələ rinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
16. Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Habil Hüseynov şifahi qaydada 5 illik icarə müqaviləsi bağlayandan sonra 3 il mübahisəli torpaqdan istifadə edibdir. Həmin 3 il ərzində Habil həmin torpaq sahəsini öz adına keçirmək üçün heç bir hərəkət etməyib. Çünki Habil bilirdi ki, torpaq sahəsi ona icarəyə verilib. Habil öləndən (4 iyun 2019-cu il) 6 ay sonra, yəni noyabr ayında Mirzəni öz əmiləri Sakit və Rahib öyrədərək, həmçinin notarius Elxan Hüseynov onlara dəstək olaraq bu cür qanunsuz addımlar atmışlar. Hətta 5 illik icarədən əvvəl də 10 il müddətinə torpaq sahəsini Habil istifadə edibdir. Həmin müddət ərzində Habillə iddiaçılar arasında heç bir narazılıq olmamışdır. Cavabdehlər məhz Habil öləndən sonra bu işlərə əl atmışlar. İddiaçılar 2023-cü ilin iyun-iyul aylarında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət edərək çıxarışların surətlərini əldə etmişlər. Həmin vaxt heç bir alğı-satqı baş verməyb. İddiaçılara bildirilib ki, torpaq sahəsi onlarındır və onlar da istifadə edə bilərlər. Onların məqsədi də torpaq sahəsindən istifadə etmək olub. Qeyd edilən məsələləri eşidən qarşı tərəf tələm-tələsik Ağdaş rayon notariat ofisinə müraciət edərək hazırkı müqaviləni imzalamışlar. Çünki artıq iyun-iyul aylarında aralarında mübahisə olub. Əgər iddiaçılar o vaxt etibarnaməni alğı-satqı üçün vermi ş olsaydılar və iyul ayında hələ də torpağın onların adlarında qaldıqlarını gördükdə, dərhal gedib həmin etibarnaməni ləğv etdirərdilər. Lakin məhkəmə tərəfindən bu hallar tam araşdırılmamış, bu hallara düzgün qiymət verilməmişdir ki, bu da əsassız bir qətamənin qəbul oluması ilə nəticələnmişdir. Məhkəmədə daxili inamın formalaşdırılması üçün bildirilir ki, niyə bütün notariat əməliyyatları (etibarnamənin verilməsi, alğı-satqı və bağışlama müqavilələri Mingəçevir və Ağdaş şəhərlərində aparılmışdır?! Hansı ki, torpaq sahəsi də Yevlax şəhərində yerləşir, iddiaçılar hər biri həm Yevlax rayonunda qeydiyyatdadılar, həm də Yevlax rayonunda yaşayırlar. Yevlax şəhərində də daimi fəaliyyət göstərən notariat kontoru mövcuddur. Çünki bütün bunlar notarius Elxan Hüseynovun qarşı tərəfə köməkliyi ilə h əyata keçirilmişdir. Müqavilələr bağlanarkən etibarnamədə qeyd olunan səlahiyyətlərdən kənara çıxılmamışdır, amma iddiaçıların həmin etibarnamədə nə yazıldığından məlumatı olmamışdır. Nə iddiaçılar etibarnaməni oxumuş, nə də etibarnamədə yazılanlar iddiaçılara izah edilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), Tural Həsənov və Əyyub Kərimov) 23 iyul 2024-cü il tarixli, 2(107)-891/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamasi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 adına iddiaçılar və Afət Verdiyeva tərəfindən 12 noyabr 2019-cu il tarixli AR-l seriyalı 878632 nömrəli etibarnamənin verilməsi işin mü bahiəsiz halıdır. Mübahisə doğuran hal, həmin etibarnamənin verilməsi məqsədidir. Torpaq sahəsi üçün subsidiyanın alınması məqsədilə etibarnaməni verdiklərini bildirən iddiaçılar, bu dəlili təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişlər. İddiaçılar tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair konkret səlahiyyətlər əks olunmuşdur. Təmsilçi olan Cavabdeh3 təmsil olunan iddiaçıların özlərinin formalaşdırdıqları iradənin vasitəçisi qismində çıxış edərək, torpaq sahəsinə dair 30 avqust 2023-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ni bağlamışdır.
19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 12 noyabr 2019-cu il tarixli AR-l seriyalı 878632 nömrəli etibarnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Mə hkəmə hesab etmişdir ki, etibarnamənin etibarsız hesab edilməsi üçün əsas müəyyən olunmadığına görə, həmin etibarnamə əsasında bağlanmış müqavilələr də etibarlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçılar (vəkil Nümayəndə olu) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.
21. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynlik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamələri ilə mübahisələndirilən etibarnamənin, alqı-saqtı müqaviləsinin, bağışlama müqaviləsinin və çıxarışların etibarsız hesab edilməməsi iddiaçıları torpaq sahələrindən məhrum etmişdir ki, bu da onların m ülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 152.1, 152.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdehlərin nümayəndəsu və vəkili Vəkil2 tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-891/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 16.1. Fiziki və hüquqi ş əxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
28. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
29. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
30. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. İddiaçıların kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassas iya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-891/2024 nömrəli iş üzrə 23 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.