Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-630/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilk və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, yeni inşa olunan binada sahənin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(105)-1180/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 20 mart 2007-ci il tarixli müqavilə ilə "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı verməyi öhdəsinə götürmüşdür. 20 mart 2007-ci il tarixli maliyyə arayışına görə İddiaçı qeyri-yaşayış sahəsinə görə 119000 manat ödəməklə MMC-yə borcu yoxdur. 2. 03 fevral 2012-ci il tarixdə alqı-satqı müqaviləsi ilə "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 113,52 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh2 verməyi öhdəsinə götürmüş və həmin tarixli maliyyə arayışına görə Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinə görə 61460 manat ödəniş edilməklə, onun MMC-yə heç bir borcu yoxdur.
3. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilərək, onunla "xxxx" MMC arasında bağlanan 12 avqust 2010cu il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsiş diyi ünvanda inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evini 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 133,3 kv.m. olan 60 saylı 4 otaqlı mənzilə və 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 kv.m. olan market üçün nəzərdə tutulmuş sahəyə dair Cavabdeh2 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahələrin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 2 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifələri Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 iyun 2019-cu il tarixli bildirişlə Cavabdeh1 MTK-ya rəsmi qaydada müraciət edərək, 5 gün ərzində "xxxx" MMC ilə bağlanılmış 20 mart 2007-ci il tarixli alıq-satqı müqaviləsinə və maliyyə arayışına əsasən ünvan 2 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə h üququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsini və ona rəsmi qaydada məlumat verilməsini xahiş etmişdir. Cavabdeh1 MTK 22 iyun 2019-cu il tarixli məktubu ilə ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113,52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi çıxarıldığından, göstərilən tələblərin yerinə yetirilməyin qeyri-mümkünsüzlüyü göstərilmişdir. O, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin iştirakı təmin olunmadan və ona xəbər verilmədən mülkiyyət hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. Cavabdeh2 ilə "xxxx" MMC arasında 03 fevral 20 12-ci il tarixli müqavilə onunla bağlanılmış müqavilədən 5 il sonra bağlanılmışdır. Qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququ onda olduğu halda, qeyri-yaşayış sahəsi təkrar Cavabdeh2 əsassız otaraq satılmışdır.
6. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlər arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı qanunsuz hərəkətləri ilə vurduğu mənəvi ziyana görə 5000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Həmin iddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə sübut olunmuşdur ki, mübahisəli sahə ilə bağlı onunla nayaH˝-E˝ MMC arasında bağlanmış 03 fevral 2012 -ci il tarixli alğı-satqı müqaviləsindən başqa digər müqavilə, o cümlədən ilk İddiaçıla nayaH˝-E˝ MMC arasında alğı-satqı müqaviləsi mövcud olmamış, həmin məhkəmə prosesində iştirak edən ssergorP˝-2016˝ MTK-nın sədri X10 onun iddiasının əsaslı olduğundan qəbul etmiş, tikinti işləri tam başa çatdıqdan sonra həmin sahənin ona təhvil veriləcəyinə dair məhkəmədə öhdəlik götürmüşdür. İlk İddiaçı mübahisələndirdiyi sahəyə dair onunla nayaH˝-E˝ MMC arasında 20 mart 2007-ci il tarixli alğı-satqı müqaviləsi mövcud olsaydı, onda ssergorP˝-2016˝ MTKnın sədri bu barədə 09 aprel 2018-ci il tarixli məhkəmə prosesində bildirərdi. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə və bu müqavilə üzrə 119000 pul ödəməsinə dair maliyyə arayışı həqiqətə uyğun olmayıb, 2012-ci ildən sonrakı dövrə geri tarixə saxtalaşdırılaraq, qanunsuz yolla əldə edilmişdir. İddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə dair məhkəməyə təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqavilə və maliyyə arayışı saxta olduğu səbəbindən etibarsızdır və məhkəmədə mübahisə predmeti ola bilməz. Belə ki, 20 mart 2007-ci il tarixli müqavilə və maliyyə arayışının saxta sənəd olmasını və 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılması faktı birbaşa aşağıdakı hallar ilə sübut olunur. Mübahisəli sahəyə dair İddiaçı məhkəməyə dəlil qismində təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqavilə blankı öz qrup mənsubiyyətinə görə 2007-ci ildə istifadə olunmuş blank formatına uyğun olmayıb, 2012-ci ildən sonra istifadə olunmuş blank qruplarına aiddir. Belə ki, Abşeron RİH Başçısının 25 avqust 200 6-cı il tarixli 301 №-li sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MMC-yə Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə 4 ha sahədə İ mərtəbəsi qeyri-yaşayış olan, 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. 2012-ci il tarixədək bu binanın layihəsi cəmi 13 mərtəbədən ibarət olmaqla, 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-13-cü mərtəbələrindəki cəmi 12 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulmuşdur. Buna görə də 2012-ci ilədək olan dövrdə istifadə olunmuş bütün əvvəlki müqavilə blanklarında “12 mərtəbəli bina” sözündən istifadə olunmuş və heç bir halda “14 mərtəbəli” sözündən istifadə olunmamışdır. Lakin, 2012-ci ildən sonra binanın konstruksiyasında dəyişiklik edilərək daha 2 mərtəbə artırılaraq 15 mərtəbəli olmuş, bunun 1-ci mə rtəbəsi qeyri-yaşayış, 2-14-cü yaşayış mərtəbələri isə müvafiq olaraq 1-14 mərtəbə kimi qəbul edilmişdir. Bu səbəbdən də 2012-ci ildən sonrakı dövrdə "xxxx" MMC-də istifadə olunmuş bütün müqavilə blanklarının 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində "14 mərtəbəli yaşayış evi” sözündən istifadə olunmuşdur. Halbuki, İddiaçı hazırda məhkəməyə təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqaviləsinin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində “14 mərtəbəli yaşayış evi” sözündən istifadə olunmuşdur ki, bu da öz qrup mənsubiyyətinə görə birbaşa sübut edir ki, əsl həqiqətdə həmin müqavilə 2012-ci ildən sonrakı dövrdə bir qrup vəzifəli şəxslərlə birlikdə geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edilmişdir. Həmçinin, Abşeron R İH Başçısının 25 avqust 2006-cı il tarixli 301 №-li sərəncamına uyğun olaraq 2012-ci ilədək "xxxx" MMC-nin istifadə etdiyi müqavilə blanklarında binanın İ mərtəbəsi qeyri-yaşayış mərtəbəsi kimi, 2-13-cü mərtəbələrində yerləşən yaşayış mərtəbələri isə müvafiq olaraq 1-12 mərtəbə kimi göstərildiyi səbəbindən, bütün hallarda qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələrin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində heç bir halda “1-ci mərtəbə” sözündən istifadə olunmamış, “qeyri-yaşayış mərtəbəsi” sözündən istifadə olunmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqavilənin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində “1-ci mərtəbə” sözündən istifadə olunmuşdur ki, bu da öz qrup mənsubiyyətinə görə birb aşa sübut edir ki, əsl həqiqətdə həmin müqavilə 2012-ci ildən sonrakı dövrdə, əsasən 2019-cu ildə bir qrup vəzifəli şəxslərlə birlikdə geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edilmişdir. Belə ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK-nın yeni rəhbəri Səməndərov 2019-cu ildə qəbul etdiyi qaydalara görə, əvvəlki dövrlərdə qəbul edilmiş “mərtəbə nömrələnməsi qaydaları”nı dəyişdirərək, qeyri-yaşayış mərtəbəsini 1-ci mərtəbə kimi, yaşayış mərtəbələrini isə müvafiq olaraq 2-15-ci mərtəbələr kimi göstərmişdir. Yəni, ilk dəfə qeyri-yaşayış mərtəbələri 1-ci mərtəbə kimi yalnız 2019-cu ildən etibarən göstərilmişdir. Həmçinin, İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə blankının arxa tərəfində 11-ci “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bənddə olan icraçı "xxxx" MMC-nin hüquqi ünvanı 04 oktyabr 2005-ci il tarixdə qeydiyyata alındığı “Bakı ş, Binəqədi rayonu” ünvanı göstərilməli olduğu halda göstərilməmiş, əvəzində isə gələcəkdə yəni 18 aprel 2007-ci il tarixdən sonra qeydə alındığı “M.Ə.Rəsulzadə 1” ünvanı göstərilmişdir. Odur ki, bu müqavilə bağlandığı anda mövcud olmayan gələcək ünvanın 1 ay əvvəl göstərilməsi faktı birbaşa qeyd olunan müqavilənin ən azı 18 aprel 2007-ci il tarixdən sonrakı dövrdə geri tarixə yazılaraq saxtalaşdırıldığını sübut edir. Həmçinin, İddiaçı həmin müqavilə blankının arxa tərəfində 11-ci “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bənddə, “Payçının imzası” olan yerdə İddiaçı şəxsiyyət vəsiqəsindəki imzasına uyğun olmayan imza aşkar olunur ki, müqavilənin bağlandığı anda İddiaçı tərəfindən deyil, başqa səlahiyyətsiz naməlum şəxs tərəfindən imza edildiyini sübut edir. "xxxx" MMC-nin inşa etdiyi binanın tikintisinə Abşeron rayon İcra Başçısının 25 avqust 2006-ci il tarixli 301 №-li sərəncamı ilə icazə verilsə də, bu binanın İ, İİ, İİİ və İV bloklarının tikintisi üçün torpaq sahəsi 28 dekabr 2007-ci ildə Xırdalan bələdiyyəsi tərəfindən ayrılaraq icarəyə verilmiş, V blokun torpaq sahəsi və bu torpaq sahəsinin üzərindəki yeməkxana isə 28 sentyabr 2007-ci il tarixədək X2 mülkiyyətində olduğu və həmin vaxt bu yeməkxana fəaliyyət göstərdiyi səbəbindən "xxxx" MMC-nin mülkiyyətində olmamış, bu səbəbdən də həmin vaxt bu binanın V bloku ümumiyyətlə mövcud olmamışdır. Lakin, "xxxx" MMC-nin direktoru Elman Tağıyev ilə X13 arasında bağlanmış 28 sentyabr 2007-ci il tarixli müqavi ləyə əsasən 498,8 kv.metr olan qeyriyaşayış binası, yəni yeməkxana "xxxx" MMC-yə təhvil verilmiş, yalnız bundan sonra həmin yeməkxananın torpaq ərazisi "xxxx" MMC-yə məxsus olmuş və üzərindəki yeməkxana sökülərək, 2009-cu ildən sonra hazırda mübahisələndirilən V blok inşa edilməyə başlamışdır. Yəni, İddiaçı müqaviləsinin doğruluğuna inansaq, onda görərik ki, 20 mart 2007-ci il tarixdə sözügedən V blok ümumiyyətlə mövcud olmamış və Elman Tağıyevin o dövrdə "xxxx" MMC-nin mülkiyyətində olmayan, yəni özgənin mülkiyyətində olan həmin torpaq və əmlak üzərindəki mülkiyyətə dair sərəncam vermək hüququ da olmamış və bu səbəblərdən də mülki qanunvericiliyin tələblərinə əsasən mövcud olmayan əşyaya dair müqavilə etibarsız hesab edilməlidir. Beləliklə, İddiaçı hazırda mübahisələndirdiyi qeyriyaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqaviləsi saxta olduğundan, onun həmin mübahisəli qeyri-yaşayış sahəsi üzərində heç bir sahiblik və istifadə hüququ yoxdur və ola bilməz.
8. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK həvalə edilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İdd iaçı 20 mart 2007-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyi andan sözügedən qeyri-yaşayış sahəsi onun sahibliyinə, istifadəsinə keçib. Belə olan halda, "xxxx" MMC özünə aid olmayan qeyri-yaşayış sahəsini və ya ona dair pay haqqını Cavabdeh2 sahibliyinə, istifadəsinə verməklə mülki qanunvericiliyin tələblərini pozmuşdur.
10. Qarşılıqlı iddia isə ilk iddianın tam rədd olunmasına yönəldiyindən, habelə qarşılıqlı iddia ərizəsində göstərilən hallar məhkəmədə sübuta yetirilmədiyindən rədd edilməlidir.
11. Cavabdeh2 mülki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsinə gəlincə isə məhkəmə göstərmişdir ki, iddia müddəti şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı öz hüququnun pozulduğunu 15 iyun 2019-cu il tarixli ərizə ilə Cava bdeh1 MTK müraciət etdikdən sonra sonuncunun 18 iyun 2019-cu il tarixli cavab məktubunu aldıqdan sonra bilmişdir. Belə olan halda İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməyib.
12. Daha sonra, İddiaçı hərəkətləri nəticəsində Cavabdeh2 5000 manat məbləğində mənəvi zərər dəyməsi mülki iş materialları ilə müəyyən olunmur. Ona görə də qarşılıqlı iddia rədd olunmalıdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.2, 377.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)159/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(105)-1760/2020 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovun və Z.İ.Məmmədovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)159/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 098 aprel 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxslər X8 və İddiaçı apel lyasiya şikayətləri vermiş və həmin iş üzrə icraat dayandırılmışdır. Həmçinin iddiaçıya verilmiş maliyyə arayışının üzərində olan rekvizitlərdə telefon nömrəsinin göstərilməsi həmin sənədin saxta olmasının sübutu kimi qiymətləndirilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 21.1, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1.2, 158.4, 337.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(105)-1760/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021ci il tarixli, 2(102)-2112/2021 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevin və Z.Ə.Əliyevin iştirakı ilə) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(105)-1760/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
20. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyriyaşayış sahəsinə dair müqavilə İddiaçıla daha əvvəlki tarixə bağlanmış və sonuncu məhz həmin fakta əsaslanaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 isə onunla 03 fevral 2012-ci il tarixdə müqavilə bağlanarkən İddiaçıla bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin mövcud olmamaqla 2012-ci ildən sonra bağlanmasını əsas göstərərək həmin müqavilənin etibarsız sayılmasını tələb etmiş və bu zaman 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız sayılması üçün əsas verən ciddi dəlillər irəli sürmüşdür. Həmin dəlillərin yoxlanılacağı təqdirdə sübut olunması İddiaçıla bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq, kassasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə q anuni və ədalətli qərarın qəbul edilməsi üçün həmin dəlillərin yoxlanılması və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə müvafiq surətdə qiymətləndirilməsi mütləq təmin olunmalı idi. Lakin işdən göründüyü kimi Cavabdeh2 həm qarşılıqlı iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış və onlara müvafiq hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, apellyasiya şikayətində sadalanan dəlillər yoxlanılmadan yalnız müqavilənin bağlanma tarixinə istinad olunmaqla mübahisənin həlli qanuni sayıla bilməz. Müqavilənin bağlanma tarixindən (20 mart 2007-ci il) xeyli müddət keçməsinə baxmayaraq İddiaçı qeyri-yaşayış sahəsinə iddia etməməsi, Cavabdeh2 qeyriyaşayış sahəsini n ona təhvil verilməsi tələbinə dair iddiası üzrə işə baxılarkən (04 aprel 2018-ci il tarixdə) məhkəmə iclasında MMC-nin qanuni təmsilçisi kimi iştirak edən Rafiq Nəsirovun 20 mart 2007-ci il tarixli müqavilənin mövcudluğu barədə susması, həm İddiaçıla, həm də Cavabdeh2la bağlanmış müqavilələrin əlyazma ilə icra olunmuş hissələrinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2019-cu il tarixli rəyinə əsasən eyni şəxs tərəfindən icra olunması, binanın 14 mərtəbəli binaya rekonstruksiya olunmasının 2012-ci ildə baş verməsinə baxmayaraq İddiaçıla bağlanmış müqavilədə binanın 14 mərtəbəli kimi göstərilməsi, İddiaçıla müqavilə bağlanan dövrdə qeyri-yaşayış sahəsinin hazırda yerləşdiyi “V” blokunun mövcud olmaması və s. kimi dəlillərin yoxlanılmaması, kollegiyaya görə mübahisəli hüquq münasibətin də müəyyənliyin yaranmasını təmin etməmişdir. Qətnamə işin həqiqi halları tam yoxlanılmadan, sübutların qiymətləndirilməsinə birtərəfli yanaşılmaqla çıxarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-1728/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovanın və T.O.Quliyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan “Proqress-2016˝ MTK-nın 18 avqust 2019-cu il tarixli məktubundan görünür ki, İdd iaçı “Hayan-E˝ MMC ilə bağlamış olduğu müqavilələrin ikinci nüsxəsi, müvafiq reyestr-qeydiyyat kitabının ilkin versiyası, müvafiq qəbz və maliyyə arayışları MMC-nin hüquqi varisi olan “Proqress-2016˝ MTK-da mövcud deyildir, həmin sənədlər “Hayan-E˝ MMC-nin əvvəlki rəhbəri X3 tərəfindən götürülmüş və MTK-ya qaytarılmamışdır. Digər tərəfdən İddiaçı ilə “Hayan-E˝ MMC arasında 20 mart 2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12 dekabr 2015-ci il tarixli, 15 saylı müqavilədən görünür ki, müqavilə İddiaçıla deyil, X11 ilə bağlanmışdır. Üstəlik iş materiallarından görünür ki, hər iki şəxs fərqli şəxsiyyət vəsiqələrinə, fərqli qeydiyyat ünvanına malikdirlər.
23. Göründüyü kimi, 12 dekabr 2015-ci il tarixli, 15 saylı müqavilə tərəflərin iradəsini ifadəsini əks etdirmir, səlahiyyəti o lmayan şəxs tərəfindən imzalanmış, müqaviləni bağlayan şəxslə onu imzalayan şəxs tamamilə fərqli adamlardır. Məhkəmə həmçinin müqavilənin orijinal nüsxəsinin tərəflərdə qalmamasını nəzərə almışdır.
24. İlk iddianın “Hayan-E˝ MMC-nin hüquqi varisi “Proqress-2016˝ MTK arasında 08 yanvar 2016-cı il tarixli, 204 saylı müqavilələrin etibarsız hesab edilməsi˝ hissəsində məhkəmə qeyd etmişdir ki, həmin müqavilə 12 dekabr 2015-ci il tarixli, 15 saylı müqavilə əsasında bağlanmışdır. Üstəlik, “Proqress-2016˝ MTK “Hayan-E˝ MMC-nin hüquqi varisi kimi dövlət reyestrində 15 fevral 2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Deməli yalnız 15 fevral 2016-cı il tarixdən sonra tərtib edilən müqavilələr “Proqress-2016˝ MTK tərəfindən imzalana bilərdi. Lakin hazırkı müqavilə “Proqress-2016˝ MTK-nın hüquqi va ris kimi dövlət qeydiyyatından keçməsindən əvvəl tərtib edilərək, imzalanmışdır. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, həmin müqavilə səlahiyyəti olmayan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmışdır.
25. Qarşılıqlı iddia üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, ilk iddia üzrə iddiaçının nümayəndəsi, Vəkil1 məhkəmədə verdiyi izahatdan görünür ki, İddiaçı ilə “Hayan-E˝ MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Beləliklə həmin müqavilə bağlanarkən İddiaçı həqiqi iradə ifadəsini əks etdirməmişdir. İddiaçı həmin müqaviləni sonradan bəyənməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı müqavilə eyni mənzilə dair Cavabdeh2 ilə “Hayan-E˝ MMC ilə arasında bağlanmış 12 avqust 2010-cu il tarixli müqavilənin olması səbəbindən Cavabdeh2 mənafelərinə toxunur.
26. Mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, İddiaçı qanunla nəzərdə ona verilmiş hüquqdan istifadə edərək məhkəməyə müraciət etmiş, onun hərəkətlərində bununla bağlı hər hansı qanunsuzluq müəyyən edilməmişdir.
27. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan ilk iddia üzrə İddiaçı “Proqress-2016˝ MTK-ya ünvanladığı 19 iyun 2019-cu il tarixli bildirişin surətindən və MTK-nın 21 iyun 2019-cu il tarixli cavab məktubundan görünür ki, mübahisəli mənzilin Cavabdeh2 ilə “Hayan-E˝ MMC arasında bağlanmış 12 avqust 2010-cu il tarixli müqavilə əsasında Cavabdeh2 sa tılmasını İddiaçı 2019-cu ilin iyun ayında bilmiş və həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı həmin tarixdə də məhkəməyə müraciət etmişdir.
28. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 329.1, 329.2, 331.1, 337.1, 351.5, 375.1, 375.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-1728/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, bu mümkün olmadıqda isə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022ci il tarixli, 2(102)-131/2022 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovun və İ.Ə.Şəfiyevin iştirakı ilə) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-1728/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
31. Həmin qərarda kassasiya məhkəməsinin mövqeyini ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri pozularaq əvvəlki kassasiya baxışında irəli sürülmüş göstərişlər icra olunmamışdır.
32. Digər tərəfdən, apellyasiya instansi yası məhkəməsi öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla deyil, tamam başqa işə aid olan sübutlara istinad etməklə əsaslandırmış və qətnamədə buraxılmış yanlışlığı nəinki düzəltməyə çalışmış, əksinə Cavabdeh2 qətnamədən verdiyi kassasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi 03 fevral 2012-ci il tarixli müqaviləni İddiaçı iddia tələbi üzrə etibarsız hesab etsə də, həmin müqavilə üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin də tələblərini pozmuşdur.
34. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlillərini qismən əsaslı saymış və hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(105)-1180/2022 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Ağayevin və Z.T.Məmmədovun iştirakı ilə) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk id dia üzrə İddiaçı iddiası təmin edilməmiş, Cavabdeh2 qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MTK-dan 119000 manatın alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın digər hissədə təmin olunmaması qət edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin 1.1-ci maddəsində göstərilmişdir ki, “İcraçı” Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbə, ümumi sahəsi 119 m² olan, 5-ci blok qeyri-yaşayış sahəsini “Payçı”ya verməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC-nin sifarişi əsasında hazırlanan "xxxx" MMC və 2007-ci il tarixli yaşayış binasının iş layihəsinə və "xxxx" MMC-nin sifarişi əsasında hazırlanan Azərbaycan Memarlar İttifaqı İ.Y.B-in 2009-cu il tarixli iş layihəsinə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən yaşayış binası 12 mərtəbədən ibarət olmuşdur. Bundan əlavə, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 899/2016 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, 2007-ci il tarixinə qədər mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair torpaq sahəsi X4 məxsus olmuş, sonradan "xxxx" MMC ilə X9 arasında bağlanmış 28 sentyabr 2007-ci il tarixli müqaviləyə əsasən H.Z.Tağıyev küçəsində yerləşən sahəsi 498.8 k v.m. qeyri-yaşayış binasını payçı "xxxx" MMC-yə vermişdir. Həmin qətnamədə istinad olunan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin vermiş olduğu 30 iyun 2016cı il tarixli rəyə əsasən X4 məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən sahəsi 498.8 kv.m. olan qeyri-yaşayış binasının mövcud olduğu ərazinin bütövlükdə hazırda "xxxx" MMC tərəfindən tikilməkdə olan yaşayış binasının 5-ci bloku ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Abşeron rayon icra hakimiyyəti başçısının 25 avqust 2006-cı il tarixli Sərəncamına əsasən "xxxx" MMC-yə Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə 0,4 hektar sahədə birinci mərtəbəsi qeyri-yaşayış olan 12 mərtəbəli yaşayış evinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. İşin mübahisələndirilməyən hallarına əsasən həmçinin müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıla "xxxx" MMC arasında 119 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilədə müqavilənin tarixi kimi 20 mart 2007-ci il tarix, yaşayış evinin mərtəbəliliyin isə 14 olduğu göstərilmişdir. İddiaçıla müqavilənin bağlanma tarixi kimi göstərilən dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın “V” bloku mövcud olmamışdır.
38. Bununla əlaqədar qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin dövrdə "xxxx" MMC-nin direktoru X1 bir neçə şirkəti: "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC olmalarına, həmin hüquqi şəxslər tərəfindən 14 mərtəbəli yaşayış binası inşa etdiklərindən, müqavilənin bağlanması zamanı kooperativə məxsus eyni formalı blanklardan istifadə edilməsinə dair dəlillərinə məhkəmə əsassız hesab etmişdir. Belə ki, həmin vaxt müqavilənin bağlanmasını əks etdirən eyni formalı blanklardan istifadə edilməmiş, həmin müqavilə formasında yaşayış evinin hansı ünvanda yerləşməsi əl yazısı əsasında deyil, texniki vasitələrdən istifadə edilməklə əks olunmuş hərflər əsasında müəyyən edilmişdir. Əksinə binanın 14 mərtəbəli binaya rekonstruksiya olunmasının 2012ci ildə baş verməsinə görə həmin tarixdən sonra binanın tikintisinin aparıldığı ünvan üzrə hər iki müqavilə formasından istifadə olunması mümkündür.
39. Bundan əlavə, Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2019-cu il tarixli rəyi ilə bu nəticəyə gəlinmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 154-cü vərəqəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və İddiaçı adlarından olan 20 mart 2007-ci il tarixli müqavilənin əlyazma mətni ilə mülki işin 159-cu vərəqəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh2 adlarından olan 03 fevral 2012-ci il tarixli 97 nömrəli əlyazma mətni öz aralarında - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Bununla əlaqədar X10 tərəfindən 29 noyabr 2021-ci il tarixində kassasiya instansiya məhkəməsinin hakiminə ünvanlanmış teleqramda qeyd olunmuşdur ki, 20 mart 2007-ci il tarixli müqavilə və eyni zamanda maliyyə arayışı 2014-cü ildə Novruz bayramı ərəfəsində "xxxx" MMC-nin təsisçisi X1 təkidi ilə onun tərəfindən tərtib edilərək yazılmış və Elman Tağıyev tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən X10 yenidən apellyasiya instansiyası məhkə məsinə teleqramla müraciət edərək, əvvəlki teleqramın onun iradə ifadəsini əks etdirmədiyini, Cavabdeh2 Beyləqana gələrək onun tərəfindən hazırlanmış məktublara tələsik imza etdirdiyini göstərmişdir. Bununla əlaqədar, növbəti məhkəmə iclasında Cəfərov X7 Rafiq Nəsib oğlu ilə telefon əlaqəsi saxladığını, o isə həmin teleqramın X1 yaxın qohumlarının təkidi ilə vurduğunu bildirmişdir. Bununla əlaqədar həmçinin Cavabdeh2 X6 öz xətti ilə yazılmış və imzası ilə təsdiq olunmuş Cavabdeh1 MTK-nın sədri X5 ünvanlanmış izahatı məhkəməyə təqdim etmişdir. Həmin əlyazmada hər iki müqavilənin və maliyyə arayışının onun tərəfindən tərtib edildiyi, 03 fevral 2012-ci il tarixli müqavilənin qanuni əsaslarla, 20 mart 2007-ci il tarixli müqavilənin isə "xxxx" MMC-nin təsisçisi X1 təkidi ilə yazıldığı göstərilm işdir.
40. Bundan əlavə, Abşeron Rayon Məhkəməsi 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ünvan 2 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113,52 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin qeyriyaşayış sahəsinin ona təhvil verilməsi tələbi təmin edilmişdir. Həmin işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında Cavabdeh1 MMC-nin qanuni təmsilçisi kimi iştirak edən Rafiq Nəsirov 20 mart 2007-ci il tarixli müqavilənin mövcudluğu barədə məhkəməyə hər hansı məlumat verməməklə, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir.
41. Beləliklə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlan mış müqavilənin tarixi "xxxx" MMC tərəfindən qeyri-qanuni 20 mart 2007ci il tarixə yazılmaqla, eyni qeyri-yaşayış sahəsinə dair 03 fevral 2012-ci ildə Cavabdeh2la bağlanmış müqavilə üzrə sonuncunun hüquqları pozulmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia tələbi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir.
42. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı qanunsuz hərəkətləri ilə 5000 manat məbləğində Cavabdeh2 mənəvi zərər vurmasına dair hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair əvvəl Cavabdeh2la bağlanmış müqavilənin mövcud olmasından İddiaçı məlumatlı olması, bununla əlaqədar onun Cavabdeh2la bilərəkdən qərəzli münasibətdə olması iş materialla rı ilə təsdiq olunmur.
43. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə etibarsız hesab edilməli olduğundan, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 119.000 manat "xxxx" MMC-nin hazırda hüquqi varisi olan Cavabdeh1 MTK-dan alınaraq İddiaçı verilməlidir.
44. Apellyasiya kollegiyası həmçinin hesab etmişdir ki, 03 fevral 2012-ci il tarixli müqavilənin "xxxx" MMC-nin direktoru kimi R.N.Nəsirovun imzalamağa səlahiyyətinin olmamasına dair qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-nın dəlilləri əsassızdır. Belə ki, işin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin təsisçisi E.H.Tağıyevin imzası ilə təsdiq olunmaqla 10 oktyabr 2011-ci il tarixli 10 nömrəli əmrlə X10 "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyətinin Nizamnaməsinə uyğun olaraq icraedici-sərəncamverici səlahiyyətlərlə direktor vəzifəsinə təyin olunmuşdur. Həmin əmrin əsli Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair apellyasiya icraatı dayandırılmış işə, surəti isə hazırkı iş materiallarına əlavə edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 337.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(105)-1180/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6.2, 324.5, 324.6, 337.1, 337.2, 752-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 79, 85, 88, 217.1, 217.4, 218.1, 420-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin faktiki halları hərtərəfli və obyektiv araşdırılmamış, Cavabdeh2 formal mülahizələri və uydurma fikirləri əsasında qanuni əsaslarla əldə etdiyi müqavilə etibarsız hesab edilmiş, hansı maddi hüquq normalarını n tətbiq edilməsi qətnamənin əsaslandırıcı hissəsində ümumiyyətlə göstərilməmiş və hansı əsaslarla bu qənaətə gəlinməsinin səbəbləri qeyd edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi araşdırmanı süni surətdə görüntü üçün apararaq əvvəllər araşdırılmış və artıq hüquqi qiymət verilmiş sübutlara və faktiki hallara təkrar tam əksinə münasibət bildirilmişdir. Kassasiya şikayətinin göstərişlərini nəzərə alaraq, həmin məsələlərlə bağlı ətraflı izahat yazılaraq, elektron kabinetdə yerləşdirilsə də, həmin izahata və orda yazılanlara ümumiyyətlə münasibət bildirilməmiş, qətnamədə əks olunmamışdır. Apellyasiya məhkəməsi prosessual hüquq normalarını pozaraq, yeni apellyasiya icraatında təqdim olunmuş sübutlara əsasən qətnamə qəbul etmişdir.
48. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8- 1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
49. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
50. Etiraz iş üzrə əvvəllər qəbul edilmiş məhkəmə aktlarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kassasiya şikayətindəki dəlillər həqiqətə uyğun deyil, kassasiya şikayəti işin əsassız uzadılması üçün verilmişdir. Etirazda maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:
51. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyas iya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia qismən təmin edilsə də, həmin tələb üzrə iddiaçı kassasiya şikayəti verməmişdir. Kassa tor apellyasiya məhkəməsinin qətnaməsini onun iddiasının rədd edilməsi, qarşılıqlı iddianın isə təmin olunan hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417. 1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vac ibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar).
58. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi səlahiyyətləri nəticəsində işdə olan sübutlara ardıcıl və ətraflı hüquqi qiymət verərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin qeyd olunan 20 mart 2007-ci il tarixdə deyil, Cavabdeh2 ilə müqavilə bağlanıldığı tarixdən sonra arxa tarixlə tərti b edilməsini və sonuncunun hüquqlarını pozduğu üçün etibarsız olması qənaətinə gəlmişdir (bax bənd 3644). Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmir.
59. Kassasiya şikayətinin işin halların tam araşdırılmaması və sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə gör ə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir.
60. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(105)-1180/2022 nömrəli qətnaməsi mübahisələn dirilən, yəni ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.