Məhkəmə qərarları › İş №2(102)-6301/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6301/2019

22.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6301/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli, 2(103)6675/2019 saylı qətnaməsindən Cavabdeh ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(005)48/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) İddiaçı Cavabdeh AS C qarşı “mənzildə əsaslı təmir aparılması üçün ödənilmiş 24.000 manat pulun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan 16.584 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət olunub. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli, 2(103)6675/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı m əhkəmədə cavabdeh təşkilata qarşı “mənzildə əsaslı təmir aparılması üçün ödənilmiş 24.000 manat pulun tutulması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 15 avqust 2016-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC ona qarşı ünvanın 1 otaqlı, ümumi sahəsi 73,5 kv.metr olan 161saylı mənzilin alqı-satqısına dair bağlanmış 05 may 2011-ci il tarixli müqaviləsi ləğv edilib. Eyni zamanda həmin ünvanda yerləşən mənzil onun tərəfindən boşaldılaraq “xxxx” ASC təhvil verilib. Sözügedən mənzilin hər kvadrat metri üçün 1.528,7 manat olmaqla, cəmi 120 ay müddətinə 112.359,45 manat ödəməli idi. Müqavilənin bağlanmasından sonra mənzildə tam təmir işləri aparmış və mənzilin təmirinə təxminən 24.000 manat pul xərcləyib. Mənzilin satın alınması üçün 4 il ə rzində bütövlükdə 42.000 manat pul ödəyib. Mənzildə aparılmış təmir işlər üçün santexnika - usta- material- 1.500 manat; işıq - usta- material – 1.000 manat; sementtorpaq - material – 1.500 manat; malyar usta – 4.000 manat; döşəmə - usta - material – 4.000 manat; metlax - giriş - 500 manat; hamam - usta - material – 5.000 manat; otaq qapıları – 2.000 manat; giriş qapı – 1.000 manat; oboy – 1.000 manat; pəncərə - 500 manat; balkoneyvan -material - təmir 500 manat; fəhlə maşını – 1.500 manat. Ona görə də mənzildə apardığı təmir xərclərinə görə cavabdeh təşkilatdan onun xeyrinə 24.000 manat pul tutulmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxar kən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izaht etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh “xxxx” ASC və vəkili X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlayarkən, mənzilə dair tərəflər arasında bağlanmış müqavilənin ləğv edilərək, mənzilin cavabdeh təşkilata geri qaytarılmasına, iddiaçının həmin mənzildə öz vəsaiti hesabına 16.584 manat dəyərində əsaslı təmir işləri aparılmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış 05 may 2011-ci il tarixli “mənzilin alqısatqısına dair müqavilə”yə əsasən, cavabdeh təşkilat ünvanın 1 otaqlı, ümumi sahəsi 73,5 kv.metr olan 161-ci mənzilini 120 ay müddətinə hər kvadrat metr üçün 1.528,7 manat ödəmək şərti ilə 112.359,45 manata iddiaçıya satıb. Lakin iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə sözügedən mənzilə dair bağlanmış 05 may 2011-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, h əmin mənzilin cavabdeh təşkilata geri qaytarılması qət edilib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. İddia ərizəsindən görünür ki, hazırda iddiaçı mənzildə apardığı əsaslı təmirə görə cavabdeh təşkilatdan 24.000 manat pul tələb edir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, sözügedən mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 16.584 manat təşkil edir. Apellyasiya isntansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb, ekspertin rəyini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının öz vəs aiti hesabına sözügedən mənzildə 16.584 manat dəyərində əsaslı təmir işləri aparması mülki iş materialları, o cümlədən ekspertin rəyi ilə tam təsdiq edildiyindən, iddia tələbini 16.584 manat məbləğdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və işdə, apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmü ş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh təşkilat iddia tələbinə etirazının əsası kimi, bu halları təkzib etmək üçün kifayət qədər ciddi arqumentlərdən istifadə etməmişdir. Belə ki, cavabdeh təşkilat mənzilin təmirini onlarla razılaşma bağlamadan həyata keçird iyi üçün iddiaçı qarşısında hər hansı öhdəlik daşımadığını və iddiaçıya mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməyə borclu olmadığını bəyan edirsə bunu sübut etməlidir. Çünki, bu halı sübut etmək vəzifəsi, artıq cavabdeh təşkilatın üzərinə düşür. İkincisi, cavabdeh tərəf mənzilin təmirini iddiaçının öz riski ilə həyata keçirdiyini, hər hansı yaxşılaşdırmalara görə cavabdeh təşkilatdan yaxşılaşdırmaların əvəzini tələb etməsinin mümkün olmadığını bildirsə də, bu dəlillər də cavabdeh təşkilatın iddiaçının hesabına əsassız varlanmağa əsas vermir. Üçüncüsü, birinci instansiya məhkəməsi təmir xərclərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və rəy alınmışdır. Tərəflər bu rəylə razılaşmayaraq vəsatət verərək təkrar məhkəmə tikinti-texniki ekspertiz asının keçirilməsini xahiş etmiş və hər iki vəsatət təmin edilərək təkrar ekspertiza təyin edilmiş və yeni rəy alınmışdır. İkinci rəydə mənzilin təmiri xərcləri birinci rəydəkindən 4.495manat artıq, yəni 16.584 manat müəyyən edilmişdir.Təkrar ekspertizanı həyata keçirən ekspert mənzil üzrə aparılmış işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında artmağa doğru yaranmış 4.495 manat (16.584-12.089) qiymət fərqini tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş iş növləri dəqiqləşdirilməklə işlərin həcminin artması ilə izah etmişdir. Dolayısı ilə ekspert bu rəydə qiymət fərqinin artmasına aydınlıq gətirmişdir. Bundan başqa, ekspert mənzildə təmir işlərinin hansı dövrdə başlanıb yekunlaşdığı barədə məlumatın mülki iş materiallarında olmadığından mənzilin təmir i şlərinin köhnəlmə (aşınma) faizini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Göründüyü kimi, təkrar ekspertizanı həyata keçirən ekspertin rəyində də bu məsələyə münasibət bildirilmişdir. Cavabdeh tərəf mənzilin təmirinə çəkilən xərc hesablanarkən malmaterialların qiyməti və ustanın xidmət haqqı bu günə olan mövcud qiymətlərlə, hətta bugünki qiymətlərdən də yuxarı, şişirdilmiş qiymətlərlə hesablandığını göstərsə də, bu dəlillər də əsaslı ola bilməz. Qeyd olunduğu kimi cavabdeh tərəf bəyan etdiyi halları sübut etməlidir. Əksinə iddiaçı təmir xərci kimi 24.000 manat tələb etmiş birinci instansiya məhkəməsi isə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianı qismən təmin etmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi məhk əmə üçün məcburi deyildir. Məhkəmə əsassızlığına görə ekspert rəyi ilə razılaşmaya və təkrar ekspertiza təyin edə bilər. Lakin məhkəmənin də ekspert rəyi ilə razılaşmaması və yenidən təkrar ekspertiza keçirilməsi üçün əsas olmalıdır. Belə bir əsasın olması isə işdən görünmür. Ona görə qeyd olunan ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfl i və obyektiv araşdırıb. Cavabdeh təşkilatın kassasiya şikayətinin əsassız olması Mülki Məcəllənin 157.6, 157.7-ci maddələrinin tələblərindən də irəli gəlir. Belə ki, həmin maddələrin mənasına görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini lələb edə bilər. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansi yası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli, 2(103)-6675/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar