Məhkəmə qərarları › İş №2(102)-6302/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6302/2021

29.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6302/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Subyektiv hüquq. Əhəmiyyətsiz əqd. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi qaydası. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh3 və onun vəkili X6 iştirakı ilə, Bakı Ape llyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6024/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanılan 084/08 və 085/08 saylı 17 noyabr 2008-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr əsasında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrılmış ümumi sahəsi 4000 kvadrat metr olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 çıxarılması, torpaq sahəsinin boşaldılaraq onların istifadəsinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin onların hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə edilməsində cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək göstərmişdir ki, sözügedən torpaq sahələri iddiaçıların istifadəsinə ayrılarkən həmin torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda dəqiq sərhədlərinin müəyyən edilməsi barədə Sxemlər tətib edilərək Buzovna bələ diyyəsi tərəfindən təsdiqlənərək iddiaçılara təqdim edilmiş, torpaq sahələri yerində naturada ölçülərək iddiaçılara təhvil verilmişdir. Sözügedən torpaq sahələri iddiaçılara icarəyə verildikdən sonra, iddiaçılar həmin torpaq sahələrini zibillərdən təmizlətdirərək orada abadlıq işləri aparmış, bitişik olmasına baxmayaraq hər bir torpaq sahəsinə ayrılıqda sərhədlərinin bəlli olması məqsədi ilə bir neçə daş hündürlüyündə dörd tərəfdən daş hasar çəkdirmişlər. Maddi imkansızlıq səbəbindən bir müddət həmin torpaq sahələrinin hasarını tam başa çatdıra bilməmişlər. Bir müddət bundan əvvəl, iddiaçılar həmin torpaq sahələrində iş aparmaq istədikdə Cavabdeh1 həmin sahəyə gələrək, sözügedən torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. İddiaçılar ondan bu barədə dediklərini təsdiqləmək üçün sübut tələb etdikdə o, iddiaçılara heç bir sənəd təqdim edə bilməmişdir. Sonradan Cavabdeh1 iddiaçılara qarşı Xəzər rayon Polis idarəsinin 2-ci Polis şöbəsinə müraciət edərək məsələ ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Faiq Əbilhəsənovun 01 avqust 2019-cu il tarixli qərarı ilə sözügedən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin polisdə aparılan araşdırma zamanı iddiaçılar sənədlərini təqdim etmiş və qərarda da, müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçılara məxsusdur. Bundan sonra Cavabdeh2, iş üzrə digər Cavabdeh5 adına Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə bağ evinin tikintisinə icazə verilməsinə dair Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsi sədrinin 01.06.2007-ci il tarixli 291 saylı sə rəncamına istinad edərək, iş üzrə Cavabdeh3 isə iş üzrə Cavabdeh4 Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsi sədrinin 27.05.2008-ci il tarixli 147 saylı sərəncamlarına istinad edərək, iddiaçılara məxsus sözügedən torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirərək həmin torpaq sahəsində iddiaçıların tikinti işləri aparmağına və işlər görməyinə maneçilik törədirlər. İddiaçılar cavabdehlərin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində qanuni əsaslarla onlara ayrılmış torpaq sahələrində heç bir iş apara bilmirlər. Cavabdehlər iddiaçılara istənilən şəkildə maneəçilik yaradaraq faktiki olaraq onlara məxsus torpaq 4000 kvadrat metr sahəsini zəbt etmişlər. Həmçinin cavabdeh lər iddiaçılara məxsus torpaq sahələrində tikintiyə başlamaq üçün hazırlıq işləri aparırlar. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öz qanunsuz hərəkətlərini davam etdirirlər. Bu səbəbdən də, torpaq sahəsi üzərində olan hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanılan 084/08 saylı 17 noyabr 2008-ci il tarixli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə ümumi sahəsi 2000 kvadrat metr olan torpaq sahəsi bağ-bostan bitkilərinin becərilməsi məqsədilə 25 il müddətinə İddiaçı1 icarəyə veril mişdir; İddiaçı1 icarəyə verilmiş torpaq sahəsinin sxeminə əsasən ayrılmış torpaq sahəsinin eni 39,80 metr, uzuznluğu 51,5 metrdir və həmin sxem ərazi idarəetmə və planlaşdırma şöbəsinin müdiri İ.Cəbrayılov tərəfindən təsdiq edilmişdir; Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 11 fevral 2009-cu il tarixli, GRQ seriyalı 104579 nömrəli (VÖEN **********) yerli (bələdiyyə) vergilərinin və ödənişlərin qəbulu üçün qəbzə əsasən İddiaçı1 (müqavilə № 084) 2009-2014-cü illər üçün torpaq vergisinə görə 120 manat pul ödəmişdir; Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanılan 085/08 saylı 17 noyabr 2008-ci il tarixli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə ümum i sahəsi 2000 kvadrat metr olan torpaq sahəsi bağ-bostan bitkilərinin becərilməsi məqsədilə 25 il müddətinə İddiaçı2 icarəyə verilmişdir; İddiaçı2 icarəyə verilmiş torpaq sahəsinin sxeminə əsasən ayrılmış torpaq sahəsinin eni 39,80 metr, uzuznluğu 51,5 metrdir və həmin sxem ərazi idarəetmə və planlaşdırma şöbəsinin müdiri İ.Cəbrayılov tərəfindən təsdiq edilmişdir; Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 11 fevral 2009-cu il tarixli, GRQ seriyalı 104578 nömrəli (VÖEN **********) yerli (bələdiyyə) vergilərinin və ödənişlərin qəbulu üçün qəbzə əsasən İddiaçı2 (müqavilə № 085) 2009-2014-cü illər üçün torpaq vergisinə görə 120 manat pul ödəmişdir; Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən qəbul edilmiş 01 avqust 2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar il ə vətəndaşlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X1 ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onlara mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir; Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin vətəndaş X7 Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında 27 may 2008-ci il tarixli, 147 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi, Şüşə zavodunun yanındakı ərazidə fərdi yaşayış evinin tikilməsi üçün 300 kvadrat metr torpaq sahəsi vətəndaş Cavabdeh4 satılmışdır; Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin vətəndaş Cavabdeh5 Buzovna qəsəbəsində bağ evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında 01 iyun 2007-ci il tarixli, 291 nömrəli sərəncamına əsasən Buz ovna qəsəbəsi Şüşə zavodunun yanındakı ərazidə 1200 kvadrat metr torpaq sahəsi bağ evinin tikilməsi üçün vətəndaş Cavabdeh5 istifadəsinə verilmişdir; 25 aprel 2013-cü il tarixli, 7E-3463 reyestr nömrəli etibarnamə ilə Cavabdeh5 Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 01 iyun 2007-ci il tarixli, 291 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi Şüşə zavodunun yanındakı ərazidə yerləşən 1200 kvadrat metr torpaq sahəsini özəlləşdirməyi, tikinti işləri aparmağlı, DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən çıxarış almağı, torpaq sahəsinə və mövcud tikiliyə dair sərəncam verməyi və digər hərəkətləri etməyi Cavabdeh6 80 il müddətinə, 25 aprel 2093-cü ilədək etibar etmişdir; Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Cavabdeh4 X2 qəsəbəsində Şüşə zavodunun ya nındakı ərazidə torpaq sahəsini almış və həmin torpaq Bələdiyyəsinə qaytararaq pulunu geri almışdır. 2011-ci ildə həmin torpaq sahəsini Cavabdeh3 almışdır. Eyni zamanda Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 01 iyun 2007-ci il tarixli sərəncamı ilə Cavabdeh5 Buzovna qəsəbəsi, Şüşə zavodunun yanındakı ərazidə 1200 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə görə Məhəmməd 16500 ABŞ dolları pul vermişdir. Bu müddət ərzində torpaq sahəsinin yanından neft kəməri keçmiş və o, Məhəmmədə həmin borunun çıxardılacağını demişdir. Məhəmməd həmin torpaq sahəsinə tikinti aparmaq üçün mişar daşı tökdürmüşdür. Sonra həmin torpaq sahəsinin 10 sotunu o, 2 sotunu isə Cavabdeh6 almışdır. Lakin bununla bağlı heç bir sənədləri yoxdur. O, torpaq sahəsini aldıqdan sonra 2017 -ci ildə oraya traktor gətizdirərək işlər görmüş və 4 daş hasar tikdirmişdir. Sonra iddiaçı gələrək torpağın ona məxsus olduğunu demiş və hasarı sökmüşdür. Orada əvvəldən nə olduğunu soruşsa da, Seyid bunu bilməmişdir. Əgər torpaq onun olsaydı orada çən olduğunu bilərdi. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, şəhid ailəsi olduğuna görə şikayət edərək torpaq sahəsinin verilməsini istəmişdir. X13 tərəfindən 15 sot torpaq sahəsi verilsə də, sonradan Bələdiyyənin sədri Mətləb ondan torpaq sahəsinə dair cizgini tərtib etmək adı ilə sənədin əslini almışdır. Ona Xəzər rayonu Buzovna Bələdiyyəsinin 08 iyun 2016-cı il tarixli, 018 saylı müqaviləsinə əsasən Buzovna qəsəbəsi, Abşeron küç əsi döngə 21-də 6 sot torpaq sahəsi ayrılmışdır. Tikinti işlərinin görülməsi məqsədilə həmin sahəyə daş, qum gətirtmişdir. Lakin Neft Şirkətinin əməkdaşları qeyd olunan sahənin neft şirkətinin ərazisi olduğunu bildirərək gəlib tikintini sökmüşlər. Eyni zamanda neft borusunu söküb aparmışlar. X5 müraciət edərək ona ilkin olaraq ayrılmış 15 sot torpaq sahəsinin verilməsini tələb etsə də, həmin torpaq verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2011ci ildə Buzovna qəsəbəsi, Şüşə zavodunun yanındakı ərazidə Cavabdeh4 etibarnamə əsasında torpaq sahəsi almışdır. Torpaq sahəsini ona Cavabdeh4 göstərmiş və sənəd göstərərək sərhədləri çəkdiyini dermişdir. Orada tikinti işlərinə başlamaq istəmiş, lakin “Socar”ın əməkdaşları gəlib həmin tikilini sökmüşlər və həmin ərazinin “Socar”ın torpağı olduğunu bildirmişlər. 2017-ci ildə Buzovna Bələdiyyəsinə müraciət edərək çertyoj verilməsini istəmişdir ki, tikinti işlərini aparsın. Buna görə bələdiyyənin sədri Mətləb ondan 1500 manat pul istəmiş, o isə buna görə 1000 manat pul vermişdir. Sonra hazırki iddiaçılar ortaya çıxaraq torpağın onlara məxsus olduğunu demişlər. Əlavə olaraq bildirmişdir ki, iddiaçıların tələblərinin heç bir hüquqi əsası yoxdur və istinad etdikləri icarə müqavilələri sonradan tərtib edilməklə saxtadır. Belə ki, hər iki iddiaçı Suraxanı rayon sakini olmaqla, Xəzər rayonunu Buzovna qəsəbəsinin sakinləri deyillər və onlarla belə bir müqavilənin bağlanması qanunla qadağan edilmişdir, yəni Azərbaycan Respu blikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin q ərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 23.10.2007-ci il tarixdə 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddəyə 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fə rdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Hazırki iş üzrə iddiaçılar isə ümumiyyətlə Buzovna Bələdiyyəsi ərazisində yaşamamışlar. Belə olan vəziyyətdə isə həmin şəxslərə torpaq hərracları keçirilmədən başqa rayonun sakininə torpaq sahəsi icarəyə verilə bilməz. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə vətəşkilatların istifadəsinə v ə ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.9-cu maddəsinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qe ydiyyatına alınır. 7.3-cü maddəsinə görə xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə: 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutlmuş "müvafiq icra hakimiyyəti orqanları"nı n səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 4-cü bəndinə əsasən (12 dekabr 2008-ci ildən qüvvədə olan redaksiyası) Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuşg hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxsləri n mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. 16-cı bandinə görə ayrılması Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, b ələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Sadalanan qanunvericilik aktlarına görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azarbaycan Respublika sı vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla digər hallarda (yəni fərdi ev kooperativ qarajlarin tikintisi, eləca də sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün hüquqi və fiziki şəxslərə torpaq ayrılması) bələdiyyə torpaqları üzərində mülkiyyət və icra hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azarbaycan Respublikası vətəndaşının mülkiyyətinə (icarasina) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahələrin xüsusiyyətinə və torpağın ayrilması məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sə nədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İşdan isə görünür ki, 17.11.2008-ci il tarixdə iddiaçılara bağ-bostan bitkilərinin becərilməsi üçün torpaq sahəsinin ayrılması Bələdiyyə torpaqlarının ayrılması haqqında qanunvericiliyin tələblərinə zidd olaraq hərracdan (müsabiqədan) kənar ayrılmış, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyati orqanlarının rəyi alınmamışdır. Bundan başqa, iddiaçılara 2008-ci ildən torpaq sahəsi ayrıldığı halda, hazırki vaxtadak orada hansı bağ-bostan bitkiləri becərmələri və ya fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmaları barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. E ləcə də, qeyd olunan torpaq sahəsinin 300 kvadrat metr hissəsi Buzovna bələdiyyəsinin 27.05.2008-ci il tarixli sərəncamı ilə X8 ayrılmaqla yüklü olmuşdur ki, yüklü torpaq sahəsi ilə bağlı torpaq ayırma sənədi ləğv olunmadan Buzovna bələdiyyəsi tərəfindən ümumiyyətlə başqa şəxslərə, o cümlədən iddiaçılara ayrıla bilməzdi. Həmçinin, iddiaçılar sübut kimi, icarə müqavilələrini təqdim etdikləri halda, həmin müqaviləyə əlavə edilən və müvafiq qaydalara uyğun tərtib edilmiş eskizi (cizgi) məhkəməyə təqdim etməmiş, kim tərəfindən çəkilməsi məlum olmayan sxemi təqdim etmişlər ki, həmin sxemin heç bir sübut əhəmiyyəti yoxdur. Göründüyü kimi, qeyd olunan mübahisəli torpaq sahəsi 2008-ci ilin may ayından iddiaçıların faktiki istifadalərinda olduğu halda, həmin vaxtdan keçən 12 il ərzində iddia qaldır ılmaması və ya aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməməsi, iddiaçının təqdim etdiklari sənədlərin sonradan tərtib edilməsini təsdiq edir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsi üzərində Buzovna bələdiyyəsinin mülkiyyət hüququnun, eləcə də iddiaçıların icara hüquqları daşınmaz əmlakın dövlat reyestrində qeydə alınmamış və rəsmiləşdirilməmişdir. Göstərilənərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2008ci ildə X2 qəsəbəsində torpaq sahəsini almış və həmin torpaq sahəsinin yerini ona Cavabdeh1 göstərmişdir. Sonra orada tikinti işləri aparmaq istəsə də, ona icazə verməmişlər. Torpaq sahəsi onu qane etmədiyindən Buzovna Bəl ədiyyəsinə müraciət edərək ödədiyi məbləği Mətanətdən geri almış və həmin torpaq sahəsinə dair Mətanətin göstərişi ilə Cəfərqulunun adına 2011-ci ildə etibarnamə vermişdir. Hazırda onun Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə torpaq sahəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xalasının kürəkəni Cavabdeh5 2007-ci ildə X2 qəsəbəsində 12 sot torpaq sahəsi almışdır. Sonra həmin torpaq sahəsinin 10 sotunu Cavabdeh1, 2 sotunu isə onlar almışlar. Məhəmməd torpaq sahəsinə dair onlara 25 aprel 2013-cü il tarixli etibarnamə vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf indən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin nümayəndəsi X10 göstərmişdir ki, vətəndaş hər hansı torpaq sahəsini icarəyə götürmək üçün ərizə ilə Bələdiyyəyə müraciət edir və onun müraciətinə əsasən torpaq sahəsi icarəyə ayrılır və bu barədə sxem tərtib olunurdu. Həmin sxemlər Buzovna Bələdiyyəsində qalmır, Milli Arxiv idarəsində saxlanılır. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 084/08 saylı 17 noyabr 2008-ci il tarixli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə ümumi sahəsi 2000 kvadrat metr olan torpaq sahəsi bağ-bostan bitkilərinin becərilməsi məqsədilə 25 il müddətinə İddiaçı1 icarəyə verilmişdir. Eyni zamanda Bakı şəhəri Xəz ər rayonu Buzovna Bələdiyyəsinin 085/08 saylı 17 noyabr 2008-ci il tarixli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə ümumi sahəsi 2000 kvadrat metr olan torpaq sahəsi bağbostan bitkilərinin becərilməsi məqsədilə 25 il müddətinə İddiaçı2 icarəyə verilmişdir. Bundan başqa Xəzər rayonu Buzovna Bələdiyyəsinin 08 iyun 2016-cı il tarixli, 018 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Cavabdeh2 Buzovna qəsəbəsi, Abşeron küçəsi döngə 21-də 600 kvadrat metr torpaq sahəsi icarəyə verilmişdir və həmin torpaq sahəsi İddiaçı1 ilə İddiaçı2 ayrılmış torpaq sahəsindən kənarda başqa ünvanda yerləşir. Buzovna Bələdiyyəsinin reyestrində Cavabdeh4 və Cavabdeh5 adlarına torpaq sahəsin in fərdi yaşayış evinin tikilməsinə və ya istifadəsinə ayrılması haqqında heç bir məlumat yoxdur. Məhkəməyə təqdim edilmiş ünvan 1 ünvanlanmış 21 noyabr 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, məktubda adları qeyd olunan şəxslərdən Cavabdeh2 Buzovna qəsəbəsi, Abşeron küçəsi döngə 21-də 08 iyun 2016-cı il tarixli, 018 saylı 600 kvadrat metr icarəyə verilməsi haqqında müqavilə ilə torpaq sahəsi ayrılmışdır. Digərlərinə isə Buzovna Bələdiyyəsi tərəfındən ayrılan torpaq sahələrinə dair sərəncamların surətləri Milli Arxiv İdarəsinə göndərildiyindən təqdim olunması mümkün deyildir. Məhkəməyə təqdim edilmiş ünvan 1 ünvanlanmış 13 yanvar 2020-ci il tarixli, 02/06 nömrəli məktubda qeyd edilmişdir ki, məktubda adları qeyd olunan şəxslərdən Cavabdeh4 və Cavabdeh5 adlarına torpaq sahəsinin fər di yaşayış evinin tikilməsinə və ya istifadəsinə ayrılması haqqında Buzovna Bələdiyyəsinin reyestrində heç bir məlumat yoxdur. Cavabdeh2 adına Buzovna qəsəbəsi, Abşeron küçəsi döngə 21-də 08 iyun 2016-cı il tarixli, 018 saylı 600 kvadrat metr icarəyə verilməsi haqqında müqavilə ilə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi İddiaçı1 ilə İddiaçı2 ayrılmış torpaq sahəsindən kənarda başqa ünvanda yerləşir. Göstərilənləri nəzərə alaraq ünvan 2 17 noyabr 2008 ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsinə dair” müqaviləyə əsasən İddiaçı1 istifadəsinə verilmiş 2000 kvadrat metr və Bakı şəhəri Buzovna bələdiyyəsinin 085/08 saylı 17 noyabr 2008 ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsinə dair” müqaviləyə əsasən İddiaçı2 istifadəsinə verilmiş 2000 kvadrat metr torpaq sahələri ilə ey nilik təşkil edib etməməsi (eyni torpaq sahəsi olmaqla eyni ünvanda yerləşməsi və ya ayrı-ayrı torpaq sahələri olmaqla ayrı-ayrı ünvanlarda yerləşmələri) barədə məktuba cavab olaraq bildirilir ki, həmin şəxslər arasında olan mübahisəyə əsasən torpaq sahələri eynilik təşkil etmir, torpaq sahələri barədə bələdiyyənin uçot qeydiyyatında yoxdurlar, yuxarıda göstərilən torpaq sahələri ərazi olaraq üst-üstə düşmür. Məhkəməyə təqdim edilmiş Dövlət Arxivinin Bakı filialının məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli, 806 saylı məktubunda qeyd edilmişdir ki, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin arxiv fondu üzrə 2008-ci ilə dair arxiv sənədləri, o cümlədən 27 may 2008-ci il tarixli, 147 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Digər tərəfdən bildirilir ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra Hakimiyyətlərinin (İcraiyyə Komitələrinin) qərar və sərəncamlarına uyğun saxlanılır. Adlara, soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək mümkün deyildir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) 15.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanılan 084/08 və 085/08 saylı 17 noyabr 2008-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr əsasında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrılmış ümumi sahəsi 4000 kvadrat metr. olan torpaq sahəsindən cavabdeh lər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin onların hesabına sökülməklə boşaldılaraq iddiaçıların istifadəsinə verilməsi, həmin torpaq sahəsindən iddiaçıların istifadəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçılara icarəyə verilməsi iş materiallarında olan sənədlər və tərəflərin izahatları ilə sübuta yetirilməklə işin mübahisə olunmayan tərəfidir. Həmçinin torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçıların faktiki sahibliyi və istifadəsində olmuş dur. Bu müddət ərzində isə qeyd olunan icarə müqavilələrini bağlamış Buzovna Bələdiyyəsi və başqa şəxslər tərəfindən iddiaçılara qarşı hər hansı tələb irəli sürməmiş, onların torpaq sahələrinə sahiblik və istifadə etmələrinə etiraz etməmiş və iddiaçılara verilmiş torpaq sahələrinin icarə müqavilələri mübahisələndirilməmişdir. Eyni zamanda ünvan 1 ünvanlanmış 13 yanvar 2020-ci il tarixli, 02/06 nömrəli məktubundan, bələdiyyənin nümayəndəsinin və Cavabdeh4 məhkəmədə verdiyi izahatlarından müəyyən olunur ki, Cavabdeh4 Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Buzovna Bələdiyyəsi sədrinin 27 may 2008-ci il tarixli, 147 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi, Şüşə zavodunun yanındakı ərazidə fərdi yaşayış evinin tikilməsi üçün 300 kvadrat metr torpaq sahəsi satılsa da, orada tikinti işl əri aparmaq üçün icazə verilmədiyindən və buna görə torpaq sahəsi onu qane etmədiyindən Buzovna Bələdiyyəsinə müraciət edərək ödədiyi məbləği geri almış və həmin torpaq sahəsinə dair Cavabdeh1 göstərişi ilə Cəfərqulunun adına 2011-ci ildə etibarnamə vermişdir. Hazırda Cavabdeh4 adına torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsinə və ya istifadəsinə ayrılması haqqında Buzovna Bələdiyyəsinin reyestrində heç bir məlumat yoxdur, faktiki olaraq da, Cavabdeh4 Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə torpaq sahəsi yoxdur. Bundan başqa iş materiallarında Cavabdeh5 istifadəsinə Buzovna qəsəbəsi Şüşə zavodunun yanındakı ərazidə bağ evinin tikilməsi üçün 1200 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 01 iyun 2007-ci il tarixli, 291 nömrəli sərəncamı olsa da, Xəzər rayonu Buzovna Bələdiyyəsinin 13 yanvar 2020-ci il tarixli məktubundan və bələdiyyənin nümayəndəsinin izahatlarından müəyyən olunur ki, Cavabdeh5 adına torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsinə və ya istifadəsinə ayrılması haqqında Buzovna Bələdiyyəsinin reyestrində heç bir məlumat yoxdur. Məhkəmə Xəzər rayonu Buzovna Bələdiyyəsinin 13 yanvar 2020-ci il tarixli, 02/06 nömrəli məktubunu və bələdiyyənin nümayəndəsinin izahatını nəzərə alaraq qeyd etmişdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə hazırda sahiblik və istifadələrində heç bir torpaq sahələri yoxdur. Eyni zamanda onlar iddiaçıların torpaq sahəsini zəbt etməmiş, orada hər hansı tikinti işləri aparmamış və iddiaçılara torpaqdan istifadə etmələrinə maneçilik törətməmişlər. Bu hal məhkəmə araşdırması zamanı tam olaraq öz təsdiqini tapmış və bu halı inkar edən hər hansı bir sənəd yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə rədd edilməlidir. Məhkəmə iddiaçıların Cavabdeh3 qarşı iddia tələbi bağlı qeyd etmişdir ki, cavabdeh 2011-ci ildə Buzovna qəsəbəsi, Şüşə zavodunun yanındakı ərazidə Cavabdeh4 etibarnamə əsasında torpaq sahəsi aldığını bildirsə də, həmin torpaq sahəsinin Cavabdeh3 satılmasına dair iş materiallarında alqı-satqı müqaviləsi və heç bir rəsmi sənəd yoxdur. Həmçinin həmin torpaq sahəsinin yerləşmə sxemi olmamaqla yanaşı torpaq sahəsinin iddiaçılara ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq ed ən heç bir sənəd təqdim olunmamış və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq cavabdeh izahatında mübahisəli torpaq sahəsini zəbt etdiyini və orada tikinti işləri görmək istədiyini, lakin “Socar”ın əməkdaşlarının həmin ərazinin “Socar”ın torpağı olduğunu bildirərək həmin tikilini sökdüklərini etiraf etmişdir. Məhkəmə iddiaçıların cavabdelər Cavabdeh1 və Cavabdeh6 qarşı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 01 iyun 2007-ci il tarixli sərəncamı ilə Cavabdeh5 Buzovna qəsəbəsi, Şüşə zavodunun yanındakı ərazidə ayrılmış 1200 kvadrat metr torpaq sahəsinin 10 sotunu, Cavabdeh6 isə 2 sotunu aldığını bildirsə də, Cavabdeh1 bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Cavabdeh6 Cavabdeh5 ona Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 01 iyun 2007-ci il tarixli, 291 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi Şüşə zavodunun yanındakı ərazidə yerləşən 1200kvadrat metr torpaq sahəsini özəlləşdirməyi, tikinti işləri aparmağlı, DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən çıxarış almağı, torpaq sahəsinə və mövcud tikiliyə dair sərəncam verməyi və digər hərəkətləri etməyi etibar etməsinə dair 25 aprel 2013-cü il tarixli, 7E-3463 reyestr nömrəli etibarnaməni təqdim etsə də, Xəzər rayonu Buzovna Bələdiyyəsinin 13 yanvar 2020-ci il tarixli məktubuna və bələdiyyənin nümayəndəsinin izahatına əsasən Cavabdeh5 adına torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsinə və ya istifadəsinə ayrılması haqqında Buzovna Bələdiyyəsinin reyestrində heç bir məlumat yoxdur. Cavabdeh5 istifadəsinə Buzovna qəsəbəsi Şüşə zavodunun yanındakı ərazidə bağ evinin tikilməsi üçün 1200 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 01 iyun 2007-ci il tarixli, 291 nömrəli sərəncamı olsa da, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh6 satılmasına dair iş materiallarında alqı-satqı müqaviləsi və heç bir rəsmi sənəd yoxdur. Həmçinin həmin torpaq sahəsinin yerləşmə sxemi olmamaqla yanaşı torpaq sahəsinin iddiaçılara ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən heç bir sənəd təqdim olunmamış və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq cavabdehlər izahatlarında mübahisəli torpaq sahəsini zəbt etdiklərini və orada tikinti işləri görmək istədiklərini etiraf etmişlər. Məhkəmə iddiaçıların Cav abdeh2 qarşı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Xəzər rayonu Buzovna Bələdiyyəsinin 08 iyun 2016-cı il tarixli, 018 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Cavabdeh2 Buzovna qəsəbəsi, Abşeron küçəsi döngə 21-də 600 kvadrat metr torpaq sahəsi icarəyə verilmişdir və həmin torpaq sahəsi İddiaçı1 ilə İddiaçı2 ayrılmış torpaq sahəsindən kənarda başqa ünvanda yerləşir. Buna baxmayaraq cavabdeh izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsində tikinti işlərinin görülməsi məqsədilə həmin sahəyə daş və qum gətirmişdir. Eyni zamanda Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onlara məxsus torpaq sahələrinin zəbt olunması ilə bağlı Xəzər RPİ-nin 2-ci PŞ-nə şikayət etmələri və araşdırma zamanı onların şikayətlərində qeyd olunan dəlillərin öz əksini tapmaması, nəticə olar aq Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən 01 avqust 2019-cu il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mübahisəli torpaq sahəsini zəbt etmələrini təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə icarə müqavilələrinə əsasən iddiaçıların istifadəsinə ayrılmış mübahisəli torpaq sahəsini zəbt etmiş, orada tikinti işləri aparmışlar və iddiaçılara torpaqdan istifadə etmələrinə maneçilik törədirlər. Bu hal məhkəmə araşdırması zamanı tam olaraq öz təsdiqini tapmış, bu halı inkar edən hər hansı bir sənəd yoxdur və cavabdehlər mübahisəli torpaq sahəsinin onlara məxsus olmasını təsdiq edə n sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrılmış ümumi sahəsi 4000 kvadrat metr olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 çıxarılmalı, həmçinin iddiaçılara məxsus torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililər onların hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq iddiaçıların istifadəsinə verilməlidir. Torpaq sahəsindən iddiaçıların istifadəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Qətnamədən Cavabdeh3 tərəfindən ayrıca verilmiş apellyasiya şikayətində qətnamənin ona hissədə ləğv edilməsi və bu hissədə iddia tələbinin rədd olu nması xahiş edilmişdir. Qətnamədən Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X4 tərəfindən birgə verilmiş apellyasiya şikayətində qətnamə ləğv olunması və iddia tələbinin rədd olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Elşən Kazımov, İlham Kərimli) 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbləri rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını 2 müqavilə təşkil edir: 1) Bozovna Bələdiyyəsi ilə 1-ci İddiaçı1 arasında bağlanmış 17.11.2008-ci il tarixli, 084/08 nömrəli icarə müqaviləsi; 2) Bozovn a Bələdiyyəsi ilə 2-ci İddiaçı2 arasında bağlanmış 17.11.2008ci il tarixli, 085/08 nömrəli icarə müqaviləsi. Hər bir müqavilə üzrə bələdiyyə mülkiyyətində olan 2000 kvadrat metr, iki müqavilə üzrə cəmi 4000 kvadrat metr torpaq sahəsi iddiaçılara 25 il müddətinə icarəyə verilib. Müqavilələri bələdiyyə sədri imzalamışdır. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə qərarı olmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 55-ci maddəsi torpaq sahəsi üzərində hüquqların yaranma əsaslarını müəyyən edib, həmin əsaslardan biri “müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr” kimi göstərilib. O cümlədən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mü lkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində fiziki və hüquqi şəxslərin hüququnun yaranması üçün 2 sənəd olmalıdır: 1.qərar, 2. müqavilə. Məhkəmə hesab etmişdir ki, qərar və müqavilə ayrı-ayrılıqda hüquq yaratmır, onlar birlikdə mövcud olmalıdır: əvvəlcə qərar verilməli, daha sonra qərarın əsasında müqavilə bağlanmalıdır. Torpağın icarəyə verilməsi barədə bələdiyyə qərar olmadan bələdiyyə sədri heç kəslə torpaq sahəsinin icarəyə veilməsi barədə müqaviləsi bağlaya bilməz. Bələdiyyə kollegial orqandır, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, bu qa yda “Bələdiyyələrin statusu haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsində qeyd olunub. Bundan başqa, Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. Göründüyü kimi, torpağın icarəyə verilməsi üçün zəruri sənədlərin hazırlanması və razılaşdırılması olmalıdır, lakin belə sənədlər hazırlanmadan və razılaşdırılmadan 4000 kvadrat metr torpaq sahəsi 1 nəfər bələdiyyə sədrinin bağladığı müqavilə ilə 25 il müddətinə iddiaçıların icarəsinə verilib. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyə tsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İcarə müqavilələri əhəmiyyətsiz əqd olduğuna görə hüquqi nəticə - torpağa hüquq yaratmır. Qeyd edilənərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıların torpağa hüququ olmadığına görə iddia əsassızdır, rədd edilməlidir. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, mə hkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxan zaman qanunvericiliklə nəzərdə tutulmuş əmlak hüquqları ilə bağlı maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, hazırki iş üzrə iddiaçılar artıq 12 ildən artıqdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə ümumi sahəsi 4000 kvadrat metr olan torpaq salıələrindən istifadə edirlər. Məhz iddiaçılar Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə onlar arasında bağlanmış müqavilənin tələblərindən kənara çıxmamış, torpaq sahələrindən təyinatı üzrə istifadə etmişdirlər. Beləliklə, iddiaçıların sözügedən torpaq sahələri üzərində əmlak hüquqları yaranmışdır. Hazırki mülki iş mate rialları ilə də sübut edilir ki, hər iki torpaq sahəsinə dair sxem bələdiyyənin ərazi idarəetmə və planlaşdırma şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş və hər iki iddiaçı torpaq vergisinə görə pul ödəmişdir. Həmçinin torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçıların faktiki sahibliyi və istifadəsində olmuşdur. Bu müddət ərzində isə qeyd olunan icarə müqavilələrini bağlamış Buzovna Bələdiyyəsi və başqa şəxslər tərəfındən iddiaçılara qarşı hər hansı tələb irəli sürməmiş, onların torpaq sahələrinə sahiblik və istifadə etmələrinə etiraz etməmiş və iddiaçılara verilmiş torpaq sahələrinin icarə müqavilələri mübahisələndirilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçıların sözügedən əmlaklar üzərinə əmlak hüquqlarının mövcudluğuna hüquqi qiymət verməmiş, əmlak hüquqlarını tənzimləyən maddi hüquq normalarını hazırki işə tətbiq etməmiş, iddiaçıların torpağa hüququ olmadığım bildirərək maddi hüquq normalarının pozuntusu ilə qətnamə çıxarmışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə iddiaçılar arasında bağlanmış müqavilələrin əhəmiyyətsiz əqd olması ilə bağlı da düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfındən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətszdir. 340.2-ci maddəyə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə iddiaçılar arasında müqavilə bağlanmasında məqsəd iddiaçılar tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Şüşə zavodunun yanındakı ərazidə bağ-bostan bitkilərinin becərilməsi olmuşdur, Müqavilə bağlanan zaman konkret məqsəd bəlli olmuşdur. Yəni qeyd edilən müqavilələr nə görünüş üçün bağlanmanış, nə də ki, başqa bir əqdi pərdələmək məqsədi daşımamışdır. Beləliklə, sözügedən müavilələrin əhəmiyyətsiz əqdlər olması ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələ bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh3 və onun vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçıların vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının başqa vaxta keçirilməsi xahiş etmiş, lakin səhhəti ilə bağlı məhkəməyə hər hansı bir sənəd göndərməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə ə sasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçılar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun et ibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında h əyata keçirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara mübahisəli torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar Bələdiyyə qərarının olmaması işin mübahisələndirilməyən halıdır. Bu halı iddiaçılar da mübahisləndirmir. İddiaçılar hesab edirlər ki, mübahisəli torpaq sahələrinin onların icarəsinə verilməsi üçün Bələdiyyə sədri ilə bağlanmış müqavilə kifayət edir, qərarın olmaması əhəmiyyət kəsb etmir. Lakin bu qənaət Torpaq Məcəlləsinin 55-ci maddəsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin normalara görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçılar kassasiya şikayətində həmin torpaq sahələrindən 12 ildən artıqdır ki, etirazsız istifadə etdiklərini bildirirlər. Lakin bu hal onların həmin torpaq sahələrinə icarə və ya digər hüquq əldə etmələri nəticəsinə gəlməyə imkan vermir. İddiaçılar mübahisəli torpaq sahələrinə dair hər hansı hüq uqları yaranmadığından onların həmin torpaq sahəsinə olan hüquqların müdafiəsi ilə bağlı iddia tələbi qaldırmaqda da subyektiv hüquqları olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə h üquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçılar kassasiya şikayətində daha sonra göstərmişlər ki məhkəmə həmin müqavilələri əhəmiyyətsiz əqd hesab edərkən Mülki Məcəllənin tələblərini pozmuşdur. Həmin müqavilələr nə görünüş üçün bağlanmış, nədəki başqa əqdi pərdələmək üçün bağlanmış əqd deyildir. Kollegiya bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin əqdlərin nə görünüş üçün, nədə ki başqa əqdin pərdələnməsi üçün bağlanması qənaətinə gəlməmişdir. Məhkəmə bələd iyyəyə məxsus torpaq sahəsinin bələdiyyənin adından təkcə kollegial orqan olan bələdiyyənin qərarı icarəyə verilə bilməsi, bələdiyyə sədrinin belə bir səlahiyyətinin olmaması, sədrin yalınz qərar olduqda müqavilə bağlamaq hüququnun olması əsası ilə həmin müqavilələri əhəmiyyətsiz əqd hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir və əhəmiyyətsiz əqdlər yalnız Mülki Məcəllədə sadalanmış əqdlərlə məhdudlaşmır (Mülki Məcəllənin 340-cl maddəsi). Kollegial orqan olan bələdiyyənin qərarı olmadan Bələdiyyə sədri tərəfindən torpaq sahələrinin icarəyə verilməsi barədə müqavilə özü özlüyündə etibarsız olmaqla əhəmiyyətsiz əqdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqavilə sinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Hazırki işdə mübahisəli torpaq sahələrinin iddiaçılara satılmasına dair müqavilələr bağlanarkən əqdin subyekt təkibinə dair şərtlər qanunvericliklə müəyyən edilmiş tələblərə cavab vermir. Belə ki, Bələdiyyə sədri torpaq sahələrini özgəninkiləşdirərkən səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2( 103)-6024/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar