Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6305/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə aid mülkiyyət şəhadətnaməsinin və çıxarışın etibarsız sayılması tələbi, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası, sübutetmə yükü) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1 və onun vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X5 və vəkili Əlixanlı Elgün İsa oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İd diaçı3 Cavabdeh1 qarşı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın da həmin hissədə ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1478/2021 saylı 23.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,06 ha torpaq sahəsidir. Həmin sahə Azərbaycan SSRİ Nazirlər Sovetinin 06 iyun 1989-cu il tarixli, 247 nömrəli qərarı ilə İddiaçı1 təhkim edilmişdir.
2. İddiaçı1, həmin torpaq sahəsini 01 avqust 1996-cı ildə sadə yazılı iltizamla 1.500 ABŞ dollar ı müqabilində qardaşı X1 vermişdir. İddiaçı1, iltizamda həmin məbləğin 1.000 dollarını aldığını, qalan 500 dollarını iki ay müddətində tələb edəcəyini, torpağı M.Nadirovun daimi istifadəsinə verdiyini qeyd etmişdir. İltizam İddiaçı1 və şahidlərin imzaları ilə təsdiq edilmişdir. Eyni zamanda iltizamın ikinci səhifəsinə “500 yüz aldım” sözləri ilə qeyd aparılmış və imza atılmışdır.
3. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-1392F nömrəli şəhadətnamədən görünür ki, həmin torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 199-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı1, onun ailə üzvləri İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir.
4. Eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair JN-2397F nömrəli şəhadətnamədən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən 0,09 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Şəhadətnamədə mülkiyyətin İddiaçı1ya keçməsinin əsası kimi Quba rayon Dövlət Notariat Kontorunun 14 mart 2006-cı il tarixli, 4ə-591 saylı alqı-satqı müqaviləsi qeyd olunmuşdur.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin məlumatına əsasən həmin şəhadətnaməyə dövlət reyestrindən 29 noyabr 2011ci il tarixli, **********66 reyestr nömrəli çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA ******* nömrəli çıxarışa əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdeh1 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamənin onlara aid 0,06 hissədə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 29 noyabr 2011-ci il tarixli Çıxarışın onlara aid 0,06 ha hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Veysəlqara Nadirovdan miras qalmış Quba rayonu, İ Nügədi kəndindəki yaşayış evində doğulmuş və doğulduğu vaxtdan hal-hazıra kimi həmin evdə yaşamışlar.Torpaq islahatı gedişindən əvvəl həyətyanı tor paq sahəsi almaq üçün sovxoza müraciət etmiş, sovxoz tərəfindən İddiaçı1 ata evinin arxa tərəfindən 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair 2006-cı ildə onların adına JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı1 həmin şəhadətnaməni atasına məxsus sənədlərlə birlikdə evdə saxlamışdır. İddiaçı1 valideynlərinin sağlığında və onlar öləndən sonra onlardan miras qalmış evdə ailəsilə birlikdə yaşayaraq mirası faktiki idarə etdiyindən bu ilin əvvəllərində atasının evinə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün sənədləri axtararkən evə dair bütün sənədlərin, eləcə də ona və ailə üzvlərinə məxsus ata evinin arxa tərəfində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamənin olmad ığını görmüşdür. Bu barədə bacı və qardaşlarından soruşmuş, evə dair sənədlərin sürətini təkrar çıxartdırarkən ona məlum olmuşdur ki, qardaşı Mehman Nadirov sağ ikən analarının adına banka qoyulmuş pulu almaq üçün öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə almış və bununla əlaqədar evdən sənədləri gizli yolla ələ keçirmişdir. Bundan başqa Mehman Nadirov ona və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsini həmin ərazidə boş qalmış bələdiyyəyə məxsus 0,03 ha torpaq sahəsi ilə birlikdə cəmi 0,09 ha torpaq sahəsinə dair qanunsuz yolla Nübar Nadirovanın adına DT və XK-dan Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F Kod 30319018 Şəhadətnamə almışdır. Sonra da həmin Şəhadətnaməyə əsasən cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* say lı ********** qeydiyyat nömrəli 29.11.2011-ci il tarixli Çıxarış almışdır. DƏDRX-dan aldığı cavab məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, Seriya MA ******* saylı, ********** qeydiyyat nömrəli, 29.11.2011-ci il tarixli Çıxarış Torpağın Mülkiyyətə verilməsinə dair JN-239F, Kod 30319018 saylı şəhadətnaməyə əsasən verilmiş, həmin şəhadətnamənin verilməsinə əsas olan sənəd isə Quba rayon Notariat kontorunun 14 mart 2006-cı il tarixli 4-Ə-591 saylı alqı-satqı müqaviləsi olmuşdur. Bundan sonra X8 Xidmət mərkəzinin Notariat Kontoruna sorğu vermiş, sorğunun cavabında Quba rayon Notariat Kontorunda 14.03.2006-cı il tarixli, 4ə591 saylı müqavilənin arxiv sənədləri arasında aşkar olunmadığı qeyd edilmişdir. Mübahisəli torpaq sahəsi aldıqları vaxtdan hazıra kimi onların istifadəsindədir. O na və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsinə dair heç bir alqı-satqı müqaviləsi yoxdur, onlar notariat kontorunda belə bir müqavilə bağlamamışlar.
8. Quba Rayon Məhkəməsinin (hakim R. Həsənov) 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.
9. Məhkəmə iddia tələblərini rədd edərkən Mülki Məcəllənin 140, 324.1, 337.1, 339.2, 646.1, 647.2-ci maddələrinə istinad etmişdir.
10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərA.Abbasov (sədrlik edən və məruzəçi), T.Məmmədov və Ş.Abbasov) 05 iyul 2019-cu il tarixli, 2(105)-2171/2019 nömrəli qətnaməsi ilə iddiaçıların apelly asiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh1 Quba rayonunun Nügədi kəndinin ərazisində 0,09 ha torpaq sahəsi verilməsi barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına verilmiş JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan plan üzrə 0,06 hahissədə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş MA seriyalı, 0303818saylı, ********** qeydiyyat nömrəli, 29 noyabr 2011-ci il tarixli çıxarış qeyd edilən hissədə ləğv edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 140, 144.1, 567; “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Qanunun 8.0.3-cü maddələrinə istinad etmişdir.
13. Cavabdeh1 qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki İ icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) 2(102)-7158/2019 nömrəli iş üzrə 15 noyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)2171/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır
15. Kassasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 5.3, 560.1, 560.2, 560.3.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat 1
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), G.Tağızadə və F.Məmmədov) 18 iyun 2020-ci il tarixli, 2(105)1005/2020 nömrəli qətnaməsi ilə Quba rayon məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh1 Quba rayonunun Nügədi kəndinin ərazisində 0,09 ha torpaq sahəsi verilməsi barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına verilmiş JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan plan üzrə 0,06 ha hissədə etibarsız hesab edilmiş, Cavabdeh1 adına həmin şəhadətnamə əsasında verilmiş MA seriyalı, 0303818saylı, ********** qeydiyyat nömrəli, 29 noyabr 2011-ci il tarixli çıxarış 0,06 ha hissədə ləğv edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 139-1.1.3, 140, 144.1, 567; Torpaq Məcəlləsinin 49, 66, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.5-ci maddələrinə istinad etmişdir.
18. Cavabdeh1 qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki İİ icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) 2(102)-477/2021 nömrəli iş üzrə 17.02.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1005/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 5.3, 16.1, 140, 144.1, 329.1, 337.1, 560.1, 560.2, 560.3.1, 560.3.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİİ icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), G.Tağızadə və F.Məmmədov) 23.06.2021-ci il tarixli, 2(105)1478/2021 nömrəli qətnaməsi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti təmin edilməmiş; Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsasla ndırma ilə razılaşmışdır.
23. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
26. Bundan əlavə, torpağın mülkiyyətə verilməsinə dair JN2937F KOD ********* saylı şəhadətnamədə istinad edilən 4ə-591 saylı 14 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi ümumiyyətlə mövcud olmamışdır. Bununla bağlı verilmiş sorğulara cavablarda arxiv sənədlərində cavabdehə məxsus şəhadətnamədə göstərilən müqavilənin mövcud olmadığı açıq-aşkar qeyd edilmişdir. Belə ki, həmin 4ə-591 saylı müqavilə 11 aprel 2006-cı il tarixdə tamamilə fərqli şəxslər arasında tam ayrı bir torpaq sahəsi barəsində bağlanılmışdır.
27. Həmçinin məhkəmənin qətnaməsini iddiaçıların mövcud olmayan 14 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürməməsi ilə əsaslandırması isə məhkəmə tərəfindən cavabdehin mövqeyinə uyğunlaşdırılmaqla səhv maddi hüquq normalarının tətbiqi ilə qəbul edilməsini təsdiq edir. Dəfələrlə işin düzg ün həll edilməsi üçün sorğular verilməsi barədə vəsatətlər verilsə də məhkəmə vəsatətləri təmin etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi cavabdehə torpaq sahəsinə dair şəhadətnamənin və müvafiq çıxarışın verilməsi üçün əsas olmuş “alqı-satqı" müqaviləsinin heç bir yerdə mövcud olmamasına qiymət verməmişdir. Qeyd edilən məsələni dövlət orqanının çatışmamazlığı kimi və ya sənədin yoxa çıxması kimi deyil əksinə həmin torpaq sahəsinə hüququn yaranmaması kimi baxmaq lazımdır. Hazırki halda cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin alqı- satqı müqaviləsi əsasında əldə etdiyini iddia edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İndiki halda isə həmin prinsiplərə uyğun olaraq cavabdeh torpaq sahəsini alqısatqı müqaviləsinə əsasən aldığını sübut etməlidir, belə bir sübut isə mövcud deyil. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qətnaməsində 01 avqust 1996-cı il tarixli iltizama istinad etməsi isə məsələnin digər bir absurd tərəfidir. Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakların alqı-satqısı, icarəyə verilməsi və ya digər formada mülkiyyət hüququnun başqa şəxsə keçməsinin konkret müəyyən edilmiş qaydaları uzun illərdir mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
31. Cavabdeh1 nümayəndəsi X5 və vəkili Əlixanlı Elgün İsa oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
32. Digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
33. Maddə. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifa də edilməsinə yol verilmir.
35. Maddə.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Maddə. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
37. Maddə. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
38. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
46. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 13 il ərzində Torpağın Mülkiyyətə verilməsinə dair JN-1397F, KOD 30319018 nömrəli Şəhadətnamə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış əsasında mübahisəli torpaq sahəsinə mülkiyyət hüquq əsasında sahib olmuş və ondan istifadə etmişdir.
47. Apellyasiya məhkəməsi Ali Məhkəmənin mövqeyini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, mübahisəli torpaq sahəsi yuxarıda göstərilən qaydada əvvəlcə iddiaçıların, daha sonra isə cavabdehin adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən həmin sahə üzərindəki mülkiyyət hüququ 29 noyabr 2011-ci il tarixdə aparılmış **********66 reyestr qeydi ilə cavabdehə məxsusdur. Məlum olduğu kimi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır.
48. Bu baxımdan hazırkı işdə mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçılar istinad etdikləri halları sübuta yetirməlidirlər.
49. Baxılan işdə iddiaçılar mübahisəli sahənin cavabdehin adına qeyd ə alınmasına əsas olmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-2397F nömrəli şəhadətnamənin etibarsız sayılmasını tələb edirlər. Buna əsas kimi torpaq sahəsinin alqısatqısına dair Quba rayon Dövlət Notariat Kontorunda 14 mart 2006-cı il tarixli, 4-ə-591 saylı müqavilənin bağlanmadığını bildirirlər.
50. Bu mövqe daşınmaz əşyaların rəsmi reyestrini aparan dövlət orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki məlumatın əsaslı olmadığı iddiasına söykənir. Belə olan halda, həmin hal mötəbər, şübhə yaratmayan və kifayətedici dəlillərlə sübuta yetirilməlidir. Daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Bu baxımdan notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamas ına görə müqavilə tərəfi məsul tutula bilməz. Özü də belə müqavilə uzun illər əvvəl 2006-cı ildə bağlanmışdırsa, şəxsin həmin müqaviləni saxlamağa heç bir marağı olmamışdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsası olan müqavilə ilə bağlı mübahisə yarandıqda, həmin müqavilə ilk növbədə təsdiqləndiyi notariat orqanından yoxlanılmalı, bu mümkün olmadıqda ən azı həmin dövr üzrə müqavilələrin müvafiq qaydada qeydiyyatının aparıldığı reyestr kitablarındakı məlumatlarla eyniləşdirmə aparılmalıdır. Məhz həmin arxiv sənədləri, kitabları və digər məlumatlarla müqavilənin bağlanmadığı şübhəyə yer qalmayacaq şəkildə təsdiqləndikdə iddia olunan hal sübuta yetirilmiş sayıla bilər. Əks halda daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyi prezumpsiyası dəyişmə z olaraq qalır.
51. Bundan başqa, kollegiya bir daha xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, hazırkı işin müəyyən edilmiş hallarından biri odur ki, mübahisəli torpaq sahəsi 01.08.1996-cı il tarixdə İddiaçı1 tərəfindən 1.500 ABŞ dollarına cavabdehin atası Mehman Nadirova satmış və bu barədə tərəflər yazılı iltizam imzalamışlar. Həmin iltizamda pulun alındığı təsdiq edilmişdir.
52. İddiaçı1 torpaq sahəsini 01.08.1996-cı il tarixdə Mehman Nadirova satmadığını, həmin iltizamı M.Nadirovdan aldığı borc pula görə yazdığını, borcunu sonuncuya qaytardığını, sahənin aldığı vaxtdan onların istifadəsində olduğunu bildirsə də, həmin məlumatın işin faktiki hallarına açıq-aşkar uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının dediyi kimi olsaydı torpaq sahəsinin satılması ilə bağlı öz qardaşı ilə t orpaqla bağlı rəsmiləşmə aparılmasına heç bir lüzum yox idi, bunu özünün dediyi kimi borc müqaviləsi kimi də rəsmiləşdirə bilərdilər.
53. Cavabdeh tərəf bildirir ki, əslində həmin iltizamla torpaq sahəsi onlara satılmış və təhvil verilmişdir. İddiaçı1, iltizamda açıqca və öz xətti ilə yazmış və imzalamışdır ki, həmin torpağa dair “bu gündən etibarən bir təmənnam olsa hər ildə bir o qədər faiz gələcək və ödəyəcəm”. Yəni iddiaçı həm torpağı təhvil vermişdir, həm də bildirir ki, bu torpağa dair hər hansı iddiası və tələbi olmayacaq. Cavabdeh, 1996-cı ildə azyaşlı olduğundan atası sahənin alınmasına dair iltizamı öz adına yazdırmış, torpağın alqısatqısına dair müqavilə müvafiq qaydada rəsmiləşməmişdir. Torpaq sahəsi alındığı vaxtdan etibarən onların sahibliyində olmuş, sahənin torpaq və su v ergilərini özləri ödəmişlər.
54. Apelyasiya Məhkəməsi sübutlara məcmu halında qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsi qapısı bağlı vəziyyətdə iddiaçının sahibliyində olsaydı, cavabdeh torpaq sahəsinə dair çıxarış ala bilməzdi. Çünki, torpağa dair çıxarış alınarkən dövlət orqanının mütəxəssisləri gəlib yerində ölçmə işləri aparırlar. Ən azından iddiaçı mütəxəssisləri görər, bununla bağlı 2018-ci ildə deyil, ən azı çıxarış alınan zaman 2011-ci ildə mübahisə başladardı.
55. Ümumiyyətlə işin faktiki hallarına görə mübahisəli torpaq sahəsi artıq uzun ilərdir ki, cavabdehin müldkiyyətindədir. Həmin uzun illər ərzində iddiaçı tərəfin bundan məlumatsız olması ağlabatan deyil. Çünki daşınmaz əmlakn mülkiyyətçisi ona sahibliklə bağlı zəruri hərəkətləri həyata keçirməyə borcludur və bu baxımdan əmlakın mülkiyyətçisi olmadığını bilməli idi. Hansıki, yuxarıda qeyd olunduğu məhkəmələr müəyyən etmişlər ki, torpağa sahibliklə bağlı cavabdeh torpaq və suvarma haqlarını ödəmişdir.
56. İşdə olan X2 12.11.2018-ci il tarixli, 133 nömrəli arayışından görünür ki, Cavabdeh1 2006-cı ildən həyətyanı torpaq vergilərini JN-2397 F saylı şəhadətnaməyə, 2011-ci ildən isə ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ödəmişdir.
57. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
58. Məhkəmə hansı sübutun daha mötəbər olmasını işdə olan digər sü butlarla müqayisəli şəkildə yoxlayır. Hazırkı işdə iddiaçının işin əhəmiyyət kəsb edən halları ilə bağlı bildirdikləri şübhədən kənar deyil. Beləki, iddiaçının uzun illər ərzində torpağın cavabdehin mülkiyətində olmasını bilməməsi, son vaxtlar sənədləri qoyduğu yerdə aşkar etmədikdə bu barədə məlumatlanması, torpaq sahəsini qardaşına güzəştə gedərək pul alması, bu barədə yazılı iltizam tərtib edilməsi, məhkəmə iclaslarında alınan pulun torpağa görə deyil, borc məqsədi ilə alınması barədə izahat və.s məntiqə uyğun olmayan məlumatlar iddiaçı tərəfin məlumatlarının həqiqiliyini şübhə altına alır ki, bunu da məhkəmələr haqlı olaraq cavabdeh tərəfin xeyrinə şərh etmişlər.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prose ssual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1478/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.