Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6306/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxxoğluna qarşı “özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülüb torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahəsinin zəbt edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının vəkili xxxoğlunun, Cavabdehin vəkili X3 oğlun un iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)146/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Qobustan rayon Aqrar İslahat Komissiyasının sədrinin təsdiq etdiyi Qobustan rayonun Mərəzə qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 766-cı qrafasında İddiaçı 0,04 ha həyətyanı torpaq sahəsi ayrıldığı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsünə dair X4 kitabında 10 iyun 2009-cu il tarixli A 153198 sayla uçota alınmış İddiaçı adına 436 kvadrat metr to rpaq sahəsinə dair Plan və Ölçü sənədi işlənmişdir. Qobustan rayonu X2 06 oktyabr 2004-cü il tarixli, 64 saylı qərarı ilə Cavabdeh xxxoğlunun daimi istifadəsinə sahibkarlıq fəaliyyəti ilə bağlı Qobustan şəhərinin ünvan 1v küçəsində 30 kvadrat metr (6x5 metr) torpaq sahəsi icarəyə verilmişdir. Qobustan rayonu İHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin 04 sentyabr 2015-ci il tarixli, 012 saylı rəyinə əsasən şəhərin arxitektura görünüşünə xələl gəldiyinə görə Cavabdeh xxxoğluna qonşusu xxx məxsus obyektlə eyni xəttə müasir memarlıq üslubuna uyğun obyekt tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 avqust 2016-cı il tarixli mütəxəssis rəyinə və onun əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2016-cı il tarixli ekspert rəyinə görə, İddiaçı ayrılmış torpaq sahəsinə dair A 220074 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən göstərilən sərhədlər naturada müəyyən edildi. Müəyyənləşdirmə zamanı aydın oldu ki, Cavabdeh xxxoğlu həmin sahədə tikinti işləri aparmışdır. Onun inşa etdirdiyi tikilinin 5 kvadrat metr hissəsinin İddiaçı məxsus torpaq sahəsinə düşməsi müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh xxxoğluna ünvan 1 tərəfindən 6m x 5m ölçüdə torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış, lakin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərinə riayət olunmamış, bələdiyyə ilə Cavabdeh xxxoğlu arasında icarə müqaviləsi bağlanmamış, torpaq icarəsi DƏDRX-də qeydə alınmamışdır. Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2020-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 19 noyabr 2020-ci il tarixli **********71 saylı mütəxəssisə rəyinə əsasən, İddiaçı qanuni istifadəsində olan 400,0 kv.metr və Qobustan rayonu Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı mülkiyyətinə verilmiş 436,0 kv.m torpaq sahələrinin 36,0 kv.m-nin ayrı-ayrılıqda yerləşmə mövqeyini əks etdirən heç bir texniki sənəd və ya hər hansı sxem aşkar edilmədiyindən (yaşayış məntəqəsinin həyətyanı layihəsi hazırlanan zaman hazırlanmış sxem və cizgilərdə qanuni istifadədə olan və zəbt kimi istifadə edilib pay torpağından çı xılan ərazi ilə ayrı-ayrılıqda göstərilmədiyindən) Cavabdeh xxxoğlu tərəfindən tikilmiş tikilinin Qobustan şəhərinin ünvan 1v küçəsində zəbt etdiyi ehtimal olunan 5 kvadrat metr torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olan 400 kvadrat metr sahədə, yaxud əlavə tutduğu 36 kvadrat metr sahədə inşa edildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli ekspert rəyinə və "xxxx" MMC-nin 10 aprel 2021-ci il tarixli mütəxəssisə rəyinə əsasən, Cavabdeh xxxoğlu tərəfindən ünvan 1v küçəsində inşa edilmiş 55 kv.metr olan tikilinin 35 kvadrat metri İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsi tərəfindən 10 iyun 2009-cu il tarixli 1501 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə qanuni istifadəsinə ayrılmış 436 kv.metr sahəyə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh xxxoğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, qanunsuz tikdiyi tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya Qobustan şəhərinin ünvan 1v küçəsində yaşayış evi tikmək məqsədilə 436 kvadrat metr torpaq sahə si ayrılmış, həmin torpaq sahəsi üçün Azərbaycan Respublikası DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Torpaq sahəsini alan vaxt oraya daş tökdürsə də, maddi imkanının olmaması səbəbi ilə yaşayış evi tikdirə bilməmişdir. Sonradan tikinti işləri aparmaq istədikdə məlum olmuşdur ki, cavabdehin tikdirdiyi obyekt ona məxsus torpaq sahəsinin ön hissəsində 10 metr eni olan ərazinin yarısını əhatə etmişdir və bu hal tikinti işlərinin aparılmasına maneə yaradır. Cavabdeh xxxoğlu bu sahədə kişi bərbərxanası tikərək bərbər kimi fəaliyyət göstərir. Qobustan Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(026)-04/2016 nömrəli qətnaməsi ilə (hakim Q.M.Hacıyev) iddia təmin edilmiş, Cavabdeh xxxoğlunun İddiaçı xüsusi mülkiyyətində olan və özbaşına tutduğu 5 kvadrat metr torpaq sahəsindən çıxarılması, Cavabdeh xxxoğlunun özbaşına tutduğu torpaq sahəsində tikdirdiyi və İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin onun öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 49.2, 111.1-111.3-cü, Mülki Məcəlləsinin 157.2, 178.1-ci maddələrinə istinad etməklə, iş üzrə alınmış 16 sentyabr 2016-cı il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh xxxoğlu apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(026)-04/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş e tmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2017-ci il tarixli, 2(105)-496/2017 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.Abbasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(026)-04/2016 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi torpaq sahəsinin planı və ölçüsü hüquq müəyyənedici sənəd hesab oluna bilməz. Həmin plan və ölçü səlahiyyətli orqanın torpaq ayırma barədə qərarından sonra tərtib oluna bilər və yalnız həmin qərarla birlikdə hüquqi əhəmiyyət daşıya bilər. Lakin iddiaçı tərəfindən Qobustan rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli, 05 saylı qərarını təqdim edə bilməmişdir. Həmçinin Qobustan rayon Aqrar İslahat Komissiyası səlahiyyətli orqan olmadığından, dəyəri ödənilmədən, hərracdan kənar iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2017-ci il tarixli, 2(105)-496/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli, 2(102)-8583/2017 n ömrəli qərarı ilə (hakim Ə.A.Mirzəliyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.A.Qoldman və G.A.Quliyevdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2017-ci il tarixli, 2(105)-496/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 65, 67, 68-ci maddələrinə, “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarına istinad etməklə göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü barədə sənəddən görünür həmin sənəd X4 kitabında müvafiq nömrə ilə uçota alınmışdır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(105)-1249/2018 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.G.Rəhimovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(026)-04/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən olunmuş hallara və kassasiya məhkəməsinin əvvəlki icraatda irəli sürülmüş mövqeyə istinad etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Cavabdeh xxxoğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(105)-1249/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2(102)-351/2020 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və E.R.Vəliyevadan ibarət tərkibdə) Cavabdeh xxxoğlunun kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(105)-1249/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Cavabdeh xxxoğl unun icarəsinə verilmiş ünvan 1 tərəfindən 6m x 5m ölçüdə torpaq sahəsi ilə bağlı “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərinə riayət olunmaması, bələdiyyə ilə Cavabdeh xxxoğlu arasında icarə müqaviləsi bağlanmaması, torpaq icarəsinin DƏDRX-də qeydə alınmaması iddiaçının iddia tələblərinin təmini baxımından hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsi əsası ilə həmin tikilinin sökülməsi tələbi barədə iddiaçı subyektiv hüquqa malik deyil, bu barədə tələbi müvafiq dövlət orqanları irəli sürə bilər. Hazırki işdə iddiaçının tələbinin faktiki əsasını o hal təşkil edir ki, cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsində yerləşən bər bərxana ona məxsus torpaq sahəsində yerləşir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən istifadə edilən bərbərxananın iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi barədə qənaətə gələrkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etmişlər. Lakin iş materiallarına əlavə edilmiş digər sübutlarla ekspert rəyi arasında ziddiyyət olmasına məhkəmələr əhəmiyyət verməmişlər. İşdən göründüyü kimi, iddiaçıya Qobustan rayon Aqrar İslahat Komissiyasının 0,04 ha həyətyanı torpaq sahəsi ayrılmağına baxmayaraq, iddiaçının adına 436 kvadrat metr torpaq sahəsinə dair Plan və Ölçü sənədi işlənmişdir. Bundan başqa iş materiallarında olan Qobustan Bələdiyyəsinin sədri V.Novruzov tərəfindən imzalanmış və möhürlənmiş, Qobustan RİHB-nin Memarlıq və tikinti şöbəsinin m üdiri M.Əliyev tərəfindən imzalanaraq təsdiqlənmiş və möhürlənmiş Qobustan şəhərinin Baş Planından görünür ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri ayrı-ayrı sahələrdə yerləşir, həmsərhəd deyildir. Bu hallar ekspertiza tədqiqatı aparılarkən öz əksini tapmamış, məhkəmə tərəfindən isə həmin sənədlərə hüquqi qiymət verilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, ekspert tədqiqat apararkən yalnız iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 avqust 2016-cı il tarixli, **********97 saylı mütəxəssis rəylərinə istinad etmiş, məhkəmənin ekspert qarşısında qoyduğu sualları cavablandırmaq üçün əlavə hər hansı bir tədqiqat aparmamışdır. Məhkəmələr nəzərə almamışdır ki, Torpaq sahəsinin Plan və Öl çüsünə dair sənəd texniki sənəd olmaqla mövcud vəziyyəti əks etdirir, torpaq sahəsinin texniki göstəricilərini əks etdirir. Hazırki iş üzrə hüquq müəyyənedici sənəd rayon AİK-nın 22 iyul 2002-ci il tarixli 05 saylı qərarıdır. Həmin qərarla İddiaçı 400 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Digər tərəfdən isə müəyyən edilir ki, iddiaçının adına 436 kvadrat metr torpaq sahəsinə Plan və Ölçü sənədi 10 iyun 2009-cu il tarixdə tərtib edilmiş, cavabdehə torpaq sahəsi isə 06 oktyabr 2004-cu il tarixdə ayrılmışdır. Qeyd olunan hallar işin qanuni və əsaslı həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmələr diqqətdən qaçırmış, cavabdehin zəbt etdiyi ehtimal olunan 5 kvadrat metr torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olan 400 kvadrat metr sahədə, yaxud əlavə tutduğu 36 kvadrat metr sahədə olduğunu müəyyən etməmişdir ki, bu da məhkəmə qətnaməsinin qanuni və əsaslı olmadığına dəlalət edir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-146/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və E.M.Əhmədovdan ibarət tərkibdə) Cavabdeh xxxoğlunun apellyasiya şikayəti təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(026)-04/2016 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh xxxoğluna qarşı “özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülüb torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası mə hkəməsi təkrar apellyasiya araşdırılması nəticəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 68-ci, Mülki Məcəlləsinin 148.2, 157.2, 178.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, Torpaq sahəsinin Plan və Ölçüsünə dair sənəd texniki sənəd olmaqla mövcud vəziyyəti əks etdirir, torpaq sahəsinin texniki göstəricilərini əks etdirir. Hazırki iş üzrə hüquq müəyyənedici sənəd rayon AİK-nın 22 iyul 2002-ci il tarixli 05 saylı qərardır. Həmin qərarla iddiaçıya 400 kvadrat metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi iddiaçı tərəfindən Dövlət qeydiyyatından keçilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-146/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarında torpaq sahəsi kv.m.-lə deyil, sotla qeyd edilmiş, torpaq sahəsi yuvarlaq olaraq 4 sot kimi qeyd edilmişdir. Lakin həmin qərarın əlavəsi olan xəritədə iddiaçıya ayrılmış 766 nömrəli torpaq sahəsinin 436 kv.m. olduğu və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsünə dair X4 kitabında 10 iyun 2009-cu il tarixli, A153198 sayla uçota alınmış İddiaçı adına 436 kvadrat metr torpaq sahəsinə dair Plan və Ölçü sənədi ilə eynilik təşkil etdiyi öz təsdiqini tapmışdır. Yəni Torpaq sahəsinin Plan və Ölçü sənədində AİK-nın 22 iyul 2002-cİ il tarixli 05 saylı qərarına və həmin qərarın əlavəsi olan xəritəyə əsasən düzgün olaraq torpaq sahəsi 436 kvadrat metr olaraq göstərilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 oktyabr 2018-ci il tarixli **********45 nömrəli məktubunda da yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri barədə siyahıda iddiaçının adının 766-cı sırada olduğu və torpaq sahəsinin 0,0436 ha olduğu qeyd edilmişdir. İş üzrə keçirilmiş 16 may 2021-ci il tar ixli ekspert rəyindən də görünür ki, AİK-nın 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi 436 kvadrat metrdir, yəni 36 kvadrat metr torpaq sahəsi məhkəmənin qərarında qeyd etdiyi kimi onun tərəfindən zəbt edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili X3 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxı şının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktların a təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından biridir. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 65-ci maddəsini n 2-ci bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsi pinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürdüyü göstərişlərini icra edərək, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəsi qanunvericiliyə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddianın təmini üçün iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsinin tam hüdudları müəyyən olunmalı, həmin sahənin bir hissəsinin isə cavabdeh tərəfindən zəbt edilməsi təsdiqini tapmalıdır. Lakin işdə olan materiallarla iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçü lərini dəqiq müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, iddiaçının torpaq sahəsinin 5 kv.m. hissəsinin (məhz həmin sahənin zəbt edilməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş və iddiaçı apellyasiya şikayəti verməyərək, bu sahə ilə razılaşmışdır) cavabdeh tərəfindən zəbt olunması halı apellyasiya icraatlarında tədqiq olunmuş sübutlarla, o cümlədən keçirilmiş ekspertizalarla birmənalı olaraq müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə koll egiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsa sən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-146/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanı
Məhkəmə qərarları › İş №2(102)-6306/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6306/2021
27.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver