Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6308/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər X1rşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-294/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Sumqayıt şəhər X3rajı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Sumqayıt şəhər X3rajında Tibbi Təcili təxirəsalınmaz yardım kalonunda sürücü işləmiş və qaraj müdirinin 24 may, 09 avqust, 15 avqust və 14 sentyabr 2018-ci il tarixli əmrləri ilə əmək intizamını pozması ilə əlaqədar onun barəsində intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Bundan sonra 06 oktyabr 2018-ci il tarixdə işə 43 dəqiqə gecikməsi ilə əlaqədar işəgötürənin 10 oktyabr 2018-ci il tarixli əmri ilə İddiaçı əvvəllər dəfələrlə verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq yenidən əmək qanunvericiliyini pozmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmasını əsassız hesab edən İddiaçı həmin əmrin ləğv edil məsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması barədə məhkəmədə iddia qaldırmış, Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin iş hazırda apellyasiya baxışı ərəfəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 may, 09 avqust, 15 avqust və 14 sentyabr 2018-ci il tarixlərdə onun barəsində tətbiq edilmiş intizam tənbehlərinin qanunsuz olmasını əsas göstərməklə həmin əmrlərin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5596/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.İ.İsmayılov) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyas ı məhkəməsində birinci icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək onun barəsində intizam tənbehinin tətbiq edilməsindən xəbərsiz olmasını, həmin əmrlərin qərəzli olmaqla onların verildiyi günlərdə işdə olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3990/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5596/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk i Kollegiyasının 2(102)-2358 saylı, 11 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-294/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(060)-5596/2019 saylı qətnaməsi ləğv edilmiş, cavabdehin 24 may 2018 -ci il tarixli və 21 avqust 2018-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmrlərinin ləğv edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-294/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 186.İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə187 İntizam tənbehi verilməm işdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə189 Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən onun barəsində əvvəllər dəfələrlə intizam tənbeh inin tətbiq edilməsinə baxmayaraq bundan nəticə çıxarmaması və işə gecikməklə yenidən intizam xətasına yol verməsi əsas göstərilmişdir. İddiaçının həmin əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qaldırdığı iddia, işdən göründüyü kimi apellyasiya baxışı ərəfəsindədir və həmin işin baxılması başa çatdırılmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr onun barəsində əvvəllər tətbiq edilmiş intizam tənbehləri ilə əsaslandırıldığından, iddiaçı isə həmin əmrin ləğv edilməsini tələb etdiyindən, həmin işə baxan məhkəmə əmrin qanuniliyini yoxlayarkən eyni zamanda əmrin əsaslarını da yoxlamağa borcludur. İddiaçıya intizam tənbehlərinin tətbiq edilməsinin qanuniliyinin yoxlanılması həmin iş üzrə mübahisənin predmetinə daxil olduğu halda iddiaçının həmin əmrləri ayrıca icraa tda mübahisələndirməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin ərizənin baxılmamış saxlanılmasının əsaslarını müəyyən edən 259-cu maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə işi baxılmamış saxlamalıdır. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, hazırkı iş üzrə olan qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.4, 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh Sumqayıt şəhər X3rajı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-294/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnam əsi ləğv edilsin. İddiaçı Sumqayıt şəhər X1rşı onun barəsində olan intizam tənbehlərinin tətbiq edilməsi barədə əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6308/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6308/2021
17.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver