Məhkəmə qərarları › İş №2(102)-631/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-631/2024

16.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-631/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul, təmirə çəkilmiş xərclərin ödənilməsi) 16.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(105)-982/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 fevral 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X7 29 dekabr 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə yerləşən fərdi yaşayış evində yaşamışdırlar.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında olan 29 dekabr 2017-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 19 mart 2021-ci il təvəllüdlü X3 anası - X2 himayəsində qalması və İddiaçı 19 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 175 manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olana qədər 40 manat maddi yardımın xx.xx.2021-ci il tarixd ən başlayaraq tutulub X4 verilməsi qət edilmişdir.

3. Tərəflər arasında mübahisə Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə yerləşən fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) tikintisinə çəkilən xərclə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin tikintisinə çəkilmiş 30.000 manat xərcin cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 2015-ci ilin yanvar ayında nişanlandıqdan 7-8 ay sonra Sevdanın anası Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsində özləri üçün ev tikmək qərarına gəlmiş və ti kinti xərclərini tamamilə özü və atası Cəbrayıl Kərimov çəkmişdir. Tikinti işləri 2 ilə yaxın davam etmiş, ev hazır olduqdan sonra isə onlar nikaha girərək orada yaşamışlar. Lakin, 2021-ci ilin dekabrında nikahları pozulmuş, cavabdehlər isə nə evin pulunu qaytarırlar, nə də ki, onu yaşamaq üçün oraya buraxırlar. Görünür ki, cavabdehlərin məqsədi fərdi həyət evini tikdirərək, mənimsəmək, əsassız varlanmaq olmuşdur.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddiaya qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, mübahisə predmeti olan ev Cavabdeh1 məxsus torpaq sahəsində onun Rusiya Federasiyasında işləyən həyat yoldaşı Ramazan İsmayılovun oradan göndərdiyi maddi vəsait hesabına tikilmişdir. Sadəcə, cavabdehlər qadın olduğundan tikinti işlərinə nəzarət və rəhbərliyi idd iaçıya həvalə etmişlər. Əgər iddiaçının həmin vəsaiti vardırsa, o, başqa yerdə mənzil ala və ya ev tikə bilərdi.

7. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdilər və əlavə olaraq bildirdilər ki, 2015-2017-ci illərdə mübahisəli evin tikintisinə onlar tərəfindən 30000 manat xərc sərf olunmuşdur.

8. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini, iddiaçının onlara qarşı olan tələbinin əsassız olduğunu, 2015-2017-ci illərdə mübahisəli evin tikintisinə onlar tərəfindən 30000 manat xərc sərf olunduğunu bildirdi.

9. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Cəbrayıl tikinti başlayandan bitənədək orada olmuş, işlərə nəzarət və rəhbərlik etmişdir.

10. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərm işdir ki, tərəflərlə qohum deyildir. O, mübahisəli evin tikintisində usta olmuş, zəhmət haqqını və inşaat materiallarının pulunu Cəbrayıldan almışdır.

11. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının atasıdır. Mübahisəli ev əsasən onun vəsaiti hesabına 45000-50000 manata başa gəlmişdir. Bu xərcin təxminən 5000 manatı oğlu, iddiaçının, qalanı isə onun vəsaitidir. Ev hazır olduqdan sonra oğlu Yalçın cavabdeh Sevda ilə evlənərək oraya köçmüş, 3-4 il yaşadıqdan sonra isə boşanmışlar. Evin inşasında isə nə keçmiş qudası, nə də başqa şəxslər yardımçı olmamışlar. O, 2009-cu ildən təqaüdədir, 400 manat pensiya alır, həyat yoldaşı da, Yalçın da işləyirdilər. Digər övladları Elçin yataqxanada, Cəlal isə 5-6 ildir ki, kirayədə qalır.

12. Məhkəmə iclasında şahid X9 ifadəsində g östərmişdir ki, o, Sevda ilə iş yoldaşı olmuşdur. Sevda nişanlı olanda onun atasının göndərdiyi pullar hesabına ev tikilirdi, amma tikintiyə nəzarəti qaynatası edirdi. O, pulun göndərilməsini, qayınataya verilməsini, habelə bankdan çıxarılmasını görməmiş, tikinti üçün vəsaitin atası tərəfindən Rusiya Federasiyasından göndərilməsini Sevda və onun anası Natəvandan eşitmişdir.

13. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, cavabdeh Sevda onun qardaşı nəvəsidir. O, Rusiya Federasiyası vətəndaşıdır və Moskva şəhərində yaşayır. Ramazan ondan ev tikdiyi üçün borc istəmiş, o, da iki dəfə hərəsində 5000 manat olmaqla, cəmi 10000 manat pul vermişdir. Pulu ABŞ dolları ilə, 2016-cı ildə Moskvada Ramazana 3000, 2017-ci ilin axırında da Azərbaycanda 3000 Natəvana borc vermişdir.

14. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, cavabdeh Sevdanın rəfiqəsidir. Sevdanın dediyinə görə atasının göndərdiyi pulla anasının torpağında ev tikilmişdir. Cəbrayılı evə cehizlər gələndə orada görmüşdür. Evin tikintisində kimin işlədiyini və onlara pulu kim verdiyini bilmir.

15. İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 640 saylı, eskiz layihəyə əsasən (B-1766) torpaq sahəsində inşa olunmuş fərdi həyət evi X6 tərəfindən tikilərək oğlu (iddiaçı) və gəlininin (Cavabdeh2) birlikdə yaşamaları üçün istifadələrinə verilmişdir. Qeyd olunan fərdi həyət evinin tikilib başa çatmasına çəkilən bütün xərclər X6 tərəfindən ödənilmişdir. Cəbrayıl Kərimov tərə findən tikinti işləri başlanmazdan qabaq qeyd olunan torpaq sahəsi tamamilə boş olmuş və orada heç bir tikinti işləri aparılmamışdır. İddiaçı və Cavabdeh2 nikahları pozulanadək həmin evdə yaşamışlar və həmin evdə bir qız uşaqları olmuşdur.

16. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********06400 №-li abunə kodu iddiaçıya məxsusdur.

17. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 82.5 m2 olan B-1766 saylı evin və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 0.1 2 m2 olan B-1766 saylı evin mülkiyyətçisi Cavabdeh1dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq ********* nömrəsi və ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır

18. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 yanvar 2023-cü il tarixli, e-2(060)-106/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh1 mübahisəli evin tikintisinə sərf olunmuş 5000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının atasının sözügedən evin tikintisinə rəhbərliyi və nəzarəti həyata keçirməsi, eləcə də inşa at materiallarının dəyərini və ustaların əmək haqlarını ödəməsi işin mübahisəsiz halı olaraq müəyyənləşdirilmişdir. Qeyd olunan hallar həm tərəflərin izahatları, habelə şahid ifadələri ilə təsdiqini tapır. Belə olduqda, cavabdeh tərəf iddiaçının atasının tikintiyə sərf etdiyi pulun onların deyil, xarici ölkədə işləyən Ramazan İsmayılovun (Cavabdeh1 həyat yoldaşı) göndərdiyi vəsait olması barədə dəlillərini sübut etmək vəzifəsi daşıyır. Lakin, bu halı təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədi. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş şahidlər ifadələrində tikintiyə sərf olunmuş pulun cavabdehlərin və ya Ramazan İsmayılovun iddiaçıya, eləcə də onun atası - Cəbrayıl Kərimova verilməsini göstərməmiş, eləcə də məhkəmə araşdırmasında pul köçürmələri, vəsaitin qəbuluna dair sənədlərin mövcud olmaması aşkarlanmışdır. Odur ki, məhkəmə, evin inşasına çəkilmiş xərcin cavabdeh tərəfinə məxsusluğunun sübuta yetirilməməsi qənaətinə gəlir. Lakin tərəflərin izahatından, şahid Cəbrayıl Kərimovun, həmçinin digər şahidlərin ifadələrindən, eləcə də işin faktiki hallarından aydın olur ki, mübahisəli əmlakın tikintisinə qoyulmuş xərcin yalnız beş min manatı iddiaçının vəsaitidir. Məhkəmə hesab edir ki, iddiaçı özünün əmlakını tələb etmək hüququna malikdir. Qalan məbləğə dair tələb irəli sürmək üçün onun subyektiv hüququ mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsinə əsl iddiaçı ilə əvəz etmək və ya əlavə iddiaçı cəlbinə dair təklif verilsə də, o, bununla razılaşmadığından işə irəli sürülmüş tələblər üzrə baxılmışdır. Bundan əlavə, məhkəmə hesab edir ki, mübahisəli ev hazırda Cavabdeh1 mülkiyyətində olduğundan, iddiaçının hesabına o, əmlak əldə etdiyindən iddiaya cavab vermək öhdəliyini də məhz Cavabdeh1 daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia beş min manatın Cavabdeh1 tutulması həcmində əsaslıdır.

20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cəbrayıl Kərimovun ifadəsini “xərcin təxmin ən 5000 manatı oğlu, iddiaçı Yalçının, qalanı isə onun vəsaitidir” kimi qeyd etsə də, əslində onun ifadələri təhrif olunmuşdur. Belə ki, o, ifadəsində bildirmişdir ki, o və arvadı da özlərində olan vəsaitləri oğluna kömək etmək məqsədilə ona bağışlamışdırlar. 2 ilə yaxın bir müddətdə mərhələli şəkildə evin tikintisini həyata keçirmişdirlər. Ata, oğul və ana hər hansı bir iş qurmaq məqsədilə, gəlir əldə etmək məqsədilə iş görməmişlər, hər hansı bir şirkət yaratmamışlar, MMC təsis etməmişlər ki, onların hər birinin nizamnamə kapitalı olsun və gələcəkdə hər kəs öz qoyduğu vəsaitə uyğun olaraq gəlir əldə etsin. Cəbrayıl Kərimov və onun həyat yoldaşı yəni iddiaçının valideyinləri iddiaçıya ev tikməkdə maddi baxımdan yardımçı olmuşlar. Həmin evin tikilməsində hərənin ayrıca öz payı və gəliri n əzərdə tutulmamışdır. Hətta məhkəmə iclası zamanı şahid Cəbrayıl Kərimov məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o özündə olan vəsaiti də evin tikintisini başa çatdırmaq üçün oğluna hədiyyə etmişdir. Göründüyü kimi valideynləri qeyd olunan pul vəsaitlərini öz övladlarına əvəzsiz olaraq, heç bir qeyd şərt olmadan (şərtləşdirilməmiş) bağışlamışlar. Mülki qanunvericiliyin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edil diyi ehtimal olunur.

23. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatında cavabdehlər tərəfindən verilmiş iddia tələbinə dair etirazda da bildirilmişdir ki, iddiaçı ilə Cavabdeh2 2015-ci il tarixdə nişanlanmışlar. İddiaçının şəxsi evi olmadığından və yeni ev alıb ailə həyatı qurmaq üçün maddi imkanı olmadığından Cavabdeh1 (həyat yoldaşı Ramazan İsmayılov) iddiaçıya və onun ailə üzvlərinə təklif edərək bildirmişdir ki, (həyat yoldaşı Cavabdeh1) mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha sahəsi olan boş torpaq sahəsinin üzərində yeni nişanlanmış gənclər üçün ev inşa etsin və orada y aşasınlar. Bu fikrə belə gəlinmişdir ki, Sevda evin kiçik qızı və sonuncu övladı olduğundan iddiaçının maddi imkanı olmadığından onların kirayədə qalmamaları üçün Sevdanın anasına məxsus torpaq sahəsinin üzərində Sevdanın atasının maddi köməyi ilə ev tikilsin. Uzun illərdi ki, Sevdanın atası (Ramazan İsmayılov), Rusiya Federasiyasının Moskva şəhərində işləyir. Bundan sonra Sevdanın atası (Ramazan İsmayılov) (2015-2017) 2 il ərzində hissə-hissə müxtəlif vasitələrlə (həyat yoldaşı Cavabdeh1) evin tikilməsi üçün pul göndərmiş və həmçinin özü də bir neçə dəfə Moskva şəhərindən Sumqayıt şəhərinə ailəsinin yanına gələndə evin tikilməsi üçün pul vermişdir. Sevda və onun anası (Cavabdeh1) qadın olduqları üçün tikinti işləri ilə məşğul olmamışlar və bu işi gələcək qudaları iddiaçının atası X1 həval ə etmişlər. Tikinti başa çatdıqdan sonra 2017-ci ildə İddiaçı ilə Cavabdeh2 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra həmin mübahisəli evdə yaşamağa başlayıblar. Bundan sonra iddiaçı ilə Cavabdeh2 bir gənc ailə kimi yaxşı yaşamışlar və birgə təsərüffat aparmışlar. Lakin, sonradan iddiaçının ailəsinə laqeyd yanaşması, mütəmadi olaraq ailədaxili münaqişələrin baş verməsi və sonunda bu xoşa gəlməz hallar dözülməz hala çatdığından Cavabdeh2 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qət edilmişdir. Bundan sonra, iddiaçı yaşananlarla bağlı cavabdehlərdən maddi və mənəvi qisas almaq qərarına gəlmişdir. Bununla bağlı, iddiaçı hazır da məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini əsassız olaraq onunla əsaslanmışdır ki, evin tikilməsində öz vəsaiti və onun valideynlərinin vəsaiti ilə tikilmişdir. Bununla bağlı sual yaranır, əgər iddiaçının və onun valideynlərinin maddi imkanı var idisə, onda niyə Sumqayıt şəhərində hazır evlər almırdılar? Həmin evin tikilməsinə çəkilən xərcə Sumqayıt şəhərində hazır fərdi ev və ya mənzil almaq mümkündür. Bundan əlavə əgər maddi imkanları var idisə, onda niyə evin tikilməsi 2 il müddətində olub?! Elə maddi imkanları olsaydı 2-3 ay ərzində evi tikib başa çatdıra bilərdi və buna görə də cavabdehlə tez bir zamanda ailə həyatı qurardı. Həmçinin iddia tələbində tələb olunan 30.000 manatı evin tikilməsi ilə bağlı nələrə xərclənməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. B undan əlavə iddiaçı, iddia ərizəsində qeyd edir ki, bir halda ki, cavabdehlə ailə-nikah münasibətlərinə xitam verilib, o zaman evin tikintisinə çəkilmiş xərclər aralarında bölünməlidir. Əgər iddiaçı çəkilmiş xərci birgə nikah dövrünə şamil edirsə, onda 30.000 manatın ½ hissəsini tələb etməlidir, yəni 15.000 manatı. Lakin çəkilmiş xərc rəsmi nikaha daxil olmadan cavabdehlər tərəfindən çəkilmiş xərcdir. Bundan əlavə iddiaçı, iddia ərizəsində qeyd edir ki, məhkəmə prosesi zamanı tikintiyə çəkilən xərclərin dəqiq müəyyən olunması üçün müvafiq ekspertiza təyin olunmalı və tikintinin dəyəri dəqiq müəyyən olunmalıdır. Əgər evin tikilməsinə çəkilən xərc iddiaçı və onun valideynləri tərəfindən çəkilibsə, onda onlar daha yaxşı bilməlidirlər ki, evin tikilməsinə nə qədər vəsait xərclənib. Məhkəmə ged işatında bir daha sübut olundu ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində evin tikilməsinə çəkilmiş 30.000 manat xərcin cavabdehlərdən tutulması xahiş olunmuşdur. Lakin, məhkəmə iclasında iddiaçının atası X5 şahid qismində verdiyi ifadəsindən göründüyü kimi, iddia tələbi ilə şahid qismində dindirilmiş iddiaçının atasının ifadəsində ziddiyyət yaranır. Bundan əlavə, iddiaçının atası bildirir ki, o və onun həyat yoldaşı pensiya alırlar. Digər övladları yataqxanada və kirayədə yaşayırlar. İddiaçının atası və anasının pensiyası ilə yığılmış vəsait ilə hazırki evi tikilməsinə xərc qoymaqdansa, ilkin olaraq digər övladlarını evlə təmin etməliydilər. Bundan əlavə iddiaçı, iddia ərizəsində qeyd edir ki, evin bütün kommunal xərcləri, onun tərəfindən ödənilmişdir, abonent saldol arı onun adınadır. Əgər bir evdə ailə kimi yaşanılırsa birgə təsərrüfat aparılırsa, evin kommunal xərcləri ailənin başçısı kimi, evin kişisinin adına olmalıdır. İddia ərizəsində qeyd etdikləri kimi, cavabdeh tərəfin əsassız varlanmaq fikri olsaydı, onda evin kommunal xərcləri torpağın mülkiyyətçisi Cavabdeh1 adına rəsmiləşərdi. Həmçinin fərdi yaşayış evində yaşayan şəxs mülkiyyətçi olmadan da, istehlakçı kimi abonent müqaviləsi bağlayaraq istifadə edə bilər. Bundan əlavə, məhkəmə prosesləri zamanı iddiaçı və cavabdeh tərəfindən şahidlər dindirilmişdir. Lakin nədənsə məhkəmənin hər iki tərəfin şahidlərinə yox, məhz iddiaçının şahidlərinə daxili inamı yaranmışdır. Buradan da görünür ki, məhkəmə işə ədalətsiz, iddiaçının verdiyi izahata və iddiaçı tərəfindən dindirilmiş şahidlərin ifadəsinə i nanaraq birtərəfli baxaraq qərar qəbul etmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-982/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və İ.Dəmirov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin Cavabdeh1 25.000 manatın alınaraq iddiaçıya verilməsinin rədd edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin olunmuşdur. Cavabdeh1 ümumilikdə 30.000 manat alınaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir.

26. Məhkəmə cavabdehin apellyasiya şikayətinə münasibətd ə qeyd etmişdir ki, tərəflər arasında mübahisə həmin fərdi yaşayış evinin tikintisinə çəkilən xərclə bağlı yaranmışdır. Belə ki, iddiaçı 30.000 manat xərcin onun tərəfindən çəkildiyini göstərir, cavabdeh tərəf isə həmin halı inkar edir, tikintiyə sərf edilən pulun iddiaçı tərəfin deyil, xarici ölkədə işləyən Ramazan İsmayılovun (Cavabdeh1 həyat yoldaşı) göndərdiyi vəsait olduğunu iddia edir. Lakin cavabdeh tərəf məhkəməyə bu halı təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə iddiaçının atasının sözügedən evin tikintisinə rəhbərliyi və nəzarəti həyata keçirməsi, eləcə də inşaat materiallarının dəyərini və ustaların əmək haqlarını ödəməsi işin mübahisəsiz halı olaraq müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsində qeyd olunan hallar həm tərəflərin izahatları, həm də şahid i fadələri ilə təsdiqini tapmışdır. Odur ki, apellyasiya şikayəti təmin olunmamalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin evin tikintisinə qoyulmuş xərcin iddiaçı və atası tərəfindən çəkilməsi, iddiaya cavab vermək öhdəliyinin evin mülkiyyətçisi Cavabdeh1 daşıması qənaətinə gəlməsini əsaslı hesab etsə də, iddiaçının 25.000 manat məbləğə dair tələb irəli sürmək üçün onun subyektiv hüququnun mövcud olmaması barədə gəldiyi qənaəti əsaslı hesab etməmişdir.

28. Belə ki, işin müəyyən edilmiş halları onu göstərir ki, iddiaçının atası mübahisəli evin tikinti və təmir xərclərini Cavabdeh1 üçün deyil, oğlunun yəni iddiaçının və ailəsinin evlə təmin edilməsi üçün çəkmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin təmir və tikintisinə sərf ol unmuş 25.000 manatı da tələb etmək üçün iddiaçı subyektiv hüquqa malikdir və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, iddiaçının Cavabdeh1 qarşı 25.000 manatla bağlı tələbi də təmin olunmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.6, 157.7, 1091.1 və 1091.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh1 (vəkil X15) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

36. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıq da vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar ap arılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilmişdir.

50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi və bu maddədən irəli gələrək Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir.

51. Qanunun həmin normalarına əsasən əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahib ayırmaq mümkün olmayan yaxşılaşdırmaların dəyərinin əvəzinin ödənilməsini tələb edə bilər. Belə tələbetmə hüququ isə əsassız varlanmadan irəli gəlir.

52. Hazırki işdə tərələr qəbul edirlər ki, cavabdehin mülkiyyətində torpaq sahəsi olmuş, iddiaçı ilə cavabdehin qızı ilə rəsmi nikah münasibə tlərinə girməzdən əvvəl gənc ailənin yaşayış evi ilə təmin etmək məqsədi ilə evin tikilməsini qərarlaşdırmışlar.

53. İşin mübahisəli halı evin tikintisinə çəkilmiş xərcin tərəflərdən hansının vəsaitini əsasında aparılması ilə bağlıdır.

54. İşin digər mübahisəsiz halı evin tikintisinə 30.000 manat pulun xərclənməsindən (cavabdeh tərəf məhz həmin məbləğdə xərc çəkilməsini mübahisələndirmir, iddiaçı həmin həddə tələb irəli sürsə də, onun tərəfindən şahid qismində dindirilmiş atası daha artıq həddə xərcin çəkilməsini göstərir) ibarətdir.

55. Cavabdeh göstərir ki, çəkilmiş xərc Rusiya Federasiyasında yaşayan həyat yoldaşının vəsaiti əsasında aparılmış, evin tikintisi cavabdeh və onun atası tərəfindən onların tapşırığı ilə həyata keçirilmişdir, iddiaçı tərəfin hər hansı vəsaiti sərf olunmamışd ır.

56. Bu halda tikintinin aparılmasına rəhbərlik və başa çatdırılması iddiaçı tərəfin həyata keçirməsi aşkardır.

57. Xərcin kimi tərəfindən çəkilməsi ilə nəticəyə gələn apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xərcin məhz cavabdeh tərəfin vəsaiti əsasında aparılmasını təsdiq edən heç bir sübut mövcud olmamışdır. Evin üzərində isə artıq cavabdehin mülkiyyət hüququnun tanınması təsdiq olunur. Bu halda iddiaçının və atasının vəsaiti əsasında tikilmiş və sonradan tam olaraq onun sahiblik və istifadəsinə keçmiş evə çəkilmiş xərci Mülki Məcəllənin 157.7-ci maddəsinə istinad edərək, yaxşılaşmanın əvəzi olaraq tələb etmək hüququna malik deyildir.

58. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məh kəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Göstə rilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(105)-982/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar