Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-631/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun İddiaçı qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənza də Rauf Sücəddin oğlunun İddiaçı qarşı “mənzilin dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 2(103)-5869/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) satılmasına razılıq verilməsi barədə Cavabdeh1 xx.xx.2016-cı il tarixli, X4 xx.xx.2016-cı il tarixli, Cavabdeh2 xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər. 2. xx.xx.2016-ci il tarixli alqı-satqı müqaviləsi ilə X19 Sücəddin oğlu mübahisəli mənzili 40000 manata alıcı İddiaçı satmışdır. Satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
3. Mübahisəli mənzil xx.xx.2016-ci il tarixdən İddiaçı tam xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
4. Həsənzadə X7 rayonu, Ə.Naxçıvani küçəsi, ev 28 ünvanında yerləşən 7 saylı mənzildə xx.xx.1995-ci il tarixdən xx.xx.2008-ci il tarixədək qeydiyyatda olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində İddiaçı cəlb olunmaqla) mənzilə dair daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)2116/2023 saylı qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Həsənzadə Rauf Sücəddin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1346/2024 saylı, xx.xx.2024-cü il tarxli qərarı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 ilə xx.xx.2016-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli mənzili almış və xx.xx.2016-cı il tarixdə onun adına həmin mənzilə dair mülkiyyət hüququ verilmişdir. Lakin əvvəlki mülkiyyəçinin bacısı və bacısı qızı bu günə kimi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən çıxmamışlar və faktiki olaraq həmin mənzildə yaş ayırlar. Cavabdehlərin həmin mənzildə yaşamaları, hələ də pasport qeydiyyatında olmaları onun mülkiyyət hüququ barədə sərbəst və müstəqil qərar qəbul etməyinə, faktiki mülkiyyətində olan mənzilində yaşamağına və istifadə hüququna ciddi şəkildə maneəçilik yaradır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması zərurəti vardır.
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişlər ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. Belə ki, onlar mübahisəli mənzilə həmin mənzilin mülkiyyətçisi olmuş X2 razılığı ilə qeydiyyata alınmış, uzun müddət ailə üzvləri kimi həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamışlar və hazırda da yaşayı rlar. Cavabdeh1 1995-ci il tarixdən mübahisəli mənzilinə qeydiyyata alınmış, Cavabdeh2 isə həmin mənzildə doğulmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizə verməmişlər. X6 mübahisəli mənzili xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Mənzil satılarkən Rauf Həsənzadə həmin mənzildə qeydiyyatda olmamışdır. O, mübahisəli mənzildən 2008-ci il tarixdə (mənzil satılarkən həmin mənzildə qeydiyyatda olmamışdır) qeydiyyatdan çıxmış, mənzilə aid sənədləri alıcı İddiaçı vermiş, mənzil alıcının faktiki sahibliyinə keçmişdir. Lakin mübahisəli mənzil heç vaxt İddiaçı istifadəsində olmamışdır. İddiaçı mübahisəli mənzilin onun istifadəsinə verilməsini uzun müddət tələb etməmişdir. İddiaçı mənzili alarkən onların həmin mənzildə qeydiyyatda olmaqla yaşadıqlarını bilmiş, alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı müqavilədə onların mənzildən qeydiyyatdan çıxmalarını tələb etməmişdir. Müqavilədə onların mübahisəli mənzildən qeydiyyatdan çıxmaları barədə hər hansı qeyd yoxdur. İddiaçı mənzili alarkən aldığı mənzilə baxmamışdır, çünki mənzilin alqı-satqı müqaviləsi formal xarakter daşıyırdı. İddiaçı bu günədək bir dəfə də olsun mənzildə olmamış, mənzilin hansı şəraitdə olması, quruluşu barədə hər hansı məlumata malik deyildir. xx.xx.2016-cı il tarixindən bu günədək mübahisəli mənzildə onlar yaşamış və istifadə etmişlər, mənzilin bütün kommunal xərcləri onlar tərəfindən ödənilmişdir. 10. xx.xx.2023-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə X9 Nizami Əmiş oğluna qarşı “mənzilin dəyərinə görə 155000 manatın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair onunla İddiaçı arasında bağlanmış xx.xx.2016-cı tarixli alqı-satqı müqaviləsi üzrə həmin vaxt mənzilin dəyərini təşkil edən 155000 manatın və ödənilmiş 445 manat dövlət rusumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Bacısı Cavabdeh1 Sücəddin qızının həyat yoldaşı X17 Cavadovdan 2016-cı ilin mart ayında 200000 ABŞ dolları məbləğində borc pul almış, sonuncu həmin pulun bir hissəsini başqa şəxslərdən aldığını və həmin şəxslərin pullarını tələb etm əklə onu narahat etdiklərini, söz-söhbətə son qoymaq üçün Sənan Ələkbərovun Bakı şəhərində ev tapmasını və həmin evi banka girov qoymaqla pul götürüb həmin şəxslərə verilməsini, bununla da İddiaçı həmin şəxslərə olan borcunun, Sənan Ələkbərovun isə banka olan borcunun bağlanmasını sonuncuya təklif etmişdir. Məsələ ilə bağlı Sənan Ələkbərov ona müraciət etmiş və adına olan yuxarıda qeyd olunmuş mənzili banka girov qoymaqla kredit götürüb İddiaçı verilməsini, banka olan borcu isə özünün ödəyəcəni bildirmiş və kredit məsələsi ilə bağlı İddiaçıla görüşməyi tapşırmışdır. Məsələ ilə bağlı o, İddiaçıla görüşdükdə sonuncu ona bildirmişdir ki, bank ona yüksək məbləğdə kredit verməz. Ona görə də İddiaçı ona məxus mənzili formal olaraq özünün adına keçirməyi və onun isə mənzili girov qoyaraq bankdan pul götürüb ona verməyi təklif etmişdir O, Sənan Ələkbərovun sözlərinə görə İddiaçı bu işdə səmimi olmasına inanaraq özünə məxsus mübahisəli mənzili formal olaraq xx.xx.2016-cı il tarixli alqı-salqı müqaviləsi əsasında onun adına keçirtmiş, lakin həmin mənzilə görə hər hansı bir məbləğdə pul almamışdır. Həmin vaxt adı çəkilən mənzilin bazar qiymətinin 155000 manat təşkil etməsinin cavabdeh İddiaçı məlum olmasına baxmayaraq, alqı-satqı müqaviləsinin üzərində 40000 manat qeyd olunmuş məbləğ belə ona verilməmişdir. Müqavilənin üzərində mənzilin qiymətinin 40000 manat göstərilməsi İddiaçı tərəfindən bu mənzilin aldatma yolu ilə ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunmuş alqı-satqı müqaviləsi formal olaraq bağlandığı üçün o, mənzilin pulunu İddiaçı tələb etməmişdir. Çünki araların da olan razılaşmaya əsasən banka olan borc ödənildikdən sonra həmin mənzil yenidən onun adına keçirilərək təhvil veriləcəkdi.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 bildirmişdir ki, 2016-cı il tarixdə mübahisəli mənzil iddiaçı tərəfindən 40000 manata alınıb və Rauf Həsənzadə pulu məxaric orderinə-qəbzə əsasən qəbul etmişdir. Bir müddət iddiaçı cavabdehlərin mənzildə yaşamasına icazə verib. Sonradan 2018-2019-cu illərdə iddiaçı mənzildən çıxarma ilə bağlı iddia qaldırıb, lakin həmin vaxt cavabdehlər başqa yaşayış yerləri olmadığına görə müəyyən vaxta qədər mübahisəli mənzildə yaşamaları üçün xahiş etmişlər, bu səbəbdən də həmin iş baxılmamış saxlanılmışdır. Bundan başqa üçüncü şəxsin iddia tələbini iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, iddia müdd əti tətbiq edilməklə üçüncü şəxsin iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili Vəkil3 iddia ərizəsinə etiraz etməklə təmin edilməməsini xahiş edərək bildirmişdir ki, iddiaçı cavabdehlərə qarşı əsassız iddia qaldırıb. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əgər alıcı digər şəxslərin istifadə hüququ olan mənzili alırsa, deməli həmin şəxslərin mənzilə istifadə hüququ var. İddia ərizəsindən və qarşı tərəfin izahatından görünür ki, iddiaçı mənzili alarkən cavabdehlərin orada qeydiyyatda olduqlarını bilib. Lakin alqı-satqı müqaviləsində onların qeydiyyatdan çıxarılması ilə bağlı bənd qeyd edilməyib, yalnız Rauf Həsənzadənin qeydiyyatdan çıxarılması qeyd olunub. Yəni bu o deməkdir ki, alıcı mənzili alarkən mənzildə olan cavabdehlərin mənzildə istifadə hüquqlarını tanımaqla almışdır. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eləcə də üçüncü şəxsin iddia ərizəsinin təmin edilməsinə etiraz etmir.
14. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 nömrəli iş üzrə 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim X3) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və onlar həmin mənzildən çıxarılması, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155000 manatın öd ənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçıların özlərinə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlundan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsi ilə əlaqədar qeyd etmişdir ki, iş materialları ilə sübut olunur ki, iddiaçı dəyərini ödəməklə, rəsmi qaydada notariat orqanında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almışdır və həmin mənzil hal-hazırda onun mülkiyyətindədir. İş materiallarında olan notariat icraatındakı iş üzrə cavabdehlər Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, Cavabdeh2ovnanın xx.xx.201 6- cı il tarixdə Ukrayna Respublikası, Kiyev şəhər notariat dairəsi tərəfindən təsdiq olunmuş ərizələrindən görünür ki, onlar mübahisəli mənzilin satılmasına razıdırlar. Bununla da onlar mənzilin satılmasına, yəni özgəninkiləşdirilməsinə etiraz etməmiş, öz iradə ifadələrini bildirmişlər. Qeyd edilən mənzil iddiaçıya satılsa da hazırki gündə cavabdehlər orada qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olmaqla yaşamaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə əvvəllər də məhkəməyə müraciət etmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)4163/2020 saylı, xx.xx.2020-ci il tarixli qə rardadına əsasən İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Bu səbəbdən də cavabdehlərin istifadə hüquqların xitam verilməli, onlar mübahisəli mənzildən çıxarılmalıdırlar.
16. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə əlaqədar qeyd etmişdir ki, onun dəlilləri əsassızdır. Onun mübahisəli mənzili satmaq niyyətində olmadığını, mənzilin dəyərinin 40000 manat olmadığını, onun həmin məbləği almadığını, mənzilin alqı-satqı müqaviləsi vaxtı dəyərinin 155000 manat olmasına dair dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, tərəflər mübahisəli mənzilin alqı-satqısını 40000 manata razılaşmışlar və həmin məbləğ də İddiaçı tərəfindən depozitə qoyulmuşdur. Yəni alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsinə əsasən notarial qaydada təsdiq edilmiş və eləcə də mənzilin dəyəri tərəflərin razılığı ilə müəyyənləşdirilmişdir. Müqavilə bağlandıqdan keçən müddət ərzində R.S.Həsənzadə tərəfindən nə alqı-satqı müqaviləsi, nə də ki, pulun dəyəri mübahisələndirilməmişdir. Yalnız İddiaçı cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə məhkəmədə iddia qaldırdıqdan sonra R.Həsənzadə də qeyd edilən iddia ilə müraciət etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)2116/2023 saylı qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)01346/2024 saylı, xx.xx.2024-cü il tarxli qərarı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iş materiallarından, o cümlədən qanuni qüvvədə olan məhkəmə qərarlarından, iddia əizəsindən və eləcə də apellyasiya, kassasiya ş ikayətlərindən görünür ki, X2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə hazırkı iş üzrə olan “mənzilin dəyərinin ödənilməsi” tələbinə dair iddiaları mahiyyət etibarı ilə eynidir. Yəni hər iki iddia ərizəsində qeyd edilir ki, mənzilin alqı-satqı müqaviləsi formal olaraq, başqa əqdi pərdələmək üçün bağlanmış, Sənan Ələkbərovun borcuna görə mənzil İddiaçı adına keçirilmiş, bunun müqabilində R.Həsənzadəyə pul verilməmişdir. Bundan başqa apellyasiya və kassasiya şikayətərində R.Həsənzadə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin bazar qiymətinin 155000 manat olmasına baxmayaraq alqı-satqı müqaviləsində mənzilin dəyəri 40000 manat qeyd olunmuş, hətta həmin məbləğ belə ona verilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 50 saylı Notariat ofisinin 28 noyabr 2023-cü il tarixli, 2842 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notarisat Ofisində X19 Sücəddin oğlu ilə alıcı İddiaçı arasında bağlanmış “Alqı-satqı müqaviləsi” üzrə əmlakın satış dəyərini təşkil edən pul vəsaiti notarius tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına ünvanlanmış məktub əsasında alıcı İddiaçı tərəfindən notariusun həmin bankda olan depozit hesabına mədaxil edilmiş və müqavilə rəsmiləşdirildikdən sonra X19 Sücəddin oğluna həmin pul vəsaitinin depozit hesabından götürülməsinə dair məxaric çeki təqdim edilmişdir. Pul vəsaitinin depozit hesabına mədaxil edilməsi barədə qəbz notariat işinə əlavə edilmiş və işə birinci instansiya məhkəməsi ndə baxılarkən verilmiş sorğu əsasında mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin qeyd olunur ki, alqı-satqı müqaviləsi üzrə mədaxil edilmiş pul vəsaiti notarius tərəfindən təqdim edilmiş məxaric çeki əsasında X19 Sücəddin oğluna verilmişdir. Məktuba əlavə edilmiş pul vəsaitinin notariusun depozit hesabına mədaxil və məxaric edilməsi barədə "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2016-ci il tarixdə 40000 manat məbləğində pul vəsaiti Bakı şəhəri 50 saylı Notariat Ofisinin depozit hesabına mədaxil edilmiş, elə həmin tarixdə Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən 40000 manat pul vəsaiti hesabdan məxaric edilmişdir. Göründüyü kimi iddiaçı 40000 manat pulu almadığını bildirsə də, "xxxx" ASC-yə məxsus hesabdan çıxarış məlumatlarına əsasən qeyd ol unan məbləğdə pul iddiaçı Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən notariusin depozit hesabından məxaric edilmişdir. Sadəcə sənədlərin saxlanılması müddəti nəzərə alınmaqla, qəbz ləğv olunmuşdur. Qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilin alqı-satqı muqaviləsi qanunauyğun tərtib olunub və mənzilin qiyməti müqavilə azadlığı şəraitində tərəflərin iradəsinə uyğun qaydada müəyyən edilmiş, cavabdeh tərəfindən depozitə qoyulmuş məbləğ iddiaçı tərəfindən götürülmüşdür. Məhkəmə qeyd edir ki, X5 tərəfindən qaldırılmış iddiaların adı müxtəlif olsa da mahiyyət, məzmun etibarı ilə eynidir, bir-birindən fərqlənmir. Bundan başqa onun “alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi” tələbinə dair iddiası üzrə mülki işin araşdırılması zamanı demək olar ki, hazırkı iddia tələbinə da ir dəlillərə də qiymət verilmişdir. Ona görə də üçüncü şəxs X2 iddiasını əsaslandırdığı dəlillərə yuxarıda qeyd olunan məhkəmə qərarları ilə araşdırılaraq qiymət verildiyindən və iş materialları ilə təkzib olunduğundan iddia təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, R.Həsənzadə isə xx.xx.2023-cü il tarixdə, yəni 7 ildən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, qanunda nəzərdə tutulmuş iddia müddətini üzrlü səbəblər olmadan ötürmüşdür.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 152.1, 152.5, 157.4, 178.1, 203.1, 373.2, 375.1 və 375.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Nizami Əmiş oğlunun iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, İddiaçı həmin mənzili alarkən cavabdehlərin həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını bilirdi, alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı müqavilədə cavabdehlərin mənzildən çıxmağını tələb etməmişdir. Müqavilədə onl arın mübahisəli mənzildən çıxmağı barədə hər hansı qeyd yoxdur. İddiaçı mənzili alarkən aldığı mənzilə baxmamışdır, alqı-satqı müqaviləsi formal xarakter daşıyırdı. İddiaçı bu günədək bir dəfə də olsun mənzildə olmamış, mənzilin hansı şəraitdə olması, quruluşu barədə hər hansı məlumata malik deyildir. xx.xx.2016-cı il tarixindən bu günədək mübahisəli mənzildə onlar yaşamış və istifadə etmişlər. 8 ilə yaxın müddətdə mənzilin bütün kommunal xərcləri onlar tərəfindən ödənilmişdir, bu müddətdə mənzildə böyük təmir işləri aparıblar. Bütün xərclər X6 tərəfindən ödənilib. İddiaçı, həqiqətən də, mübahisəli mənzili almış olsaydı, onlara 8 il müddətində mənzildə yaşamağa imkan verməzdi. Onların Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsindəki 28 saylı evin 7-ci mənzilinə istifadə hüquqları v ardır, həmin hüquq da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Mübahisəli mənzilə mülkiyyət hüququnun İddiaçı keçməsi onların istifadə hüququnun xitamına səbəb olmur. İddiaçı onların mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşadıqlarını bildiyi üçün onun hazırkı iddianı qaldırması onun vicdanlı olduğunu inkar edir. Onların mübahisəli mənzilə istifadə hüququ alqı-satqının müstəqil predmeti ola bilməz. Onlar mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin mənzilə olan hüquqlarının pozulmasını aradan qaldırmağı tələb edə bilərlər. xx.xx.2016-cı il tarixili alqı-satqı müqaviləsinin 11-ci maddəsinə əsasən, mübahisəli mənzili xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü maddəsinə əsasən, X1 mübahisəli mənzildən xx.xx.2017 -ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 17-ci maddəsinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. X1 mübahisəli mənzildən 2008-ci ildə (mənzil satılarkən həmin mənzildə qeydiyyatda olmamışdır) qeydiyyatdan çıxmış, mənzilə aid sənədləri alıcı İddiaçı vermiş, mənzil alıcının faktiki sahibliyinə keçmişdir. Lakin mübahisəli mənzil heç vaxt İddiaçı istifadəsində olmamışdır. İddiaçı mübahisəli mənzilin onun istifadəsinə verilməsini uzun müddət tələb etməmişdir. İddiaçının guya aralarında belə bir məhkəmə mübahisəsi olması barədə iddia ərizəsində göstərdiyi dəlil əsassızdır. İddiaçı tərəfindən həmin halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5869/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - X8 (sədrlik edən və məruzəçi), X14 və X15) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-118/2024 saylı, 23 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət re yestrində qeydə alınmışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur.
24. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlərin orada qeydiyyatda olması, bu günədək yaşaması, komunal xərcləri ödəməsi, təmir işləri aparması yaxud müqavilədə mənzidən çıxarılmanın tələb edilməməsi və ya bu barədə qeydin olmaması iddianın əsassız olduğuna dəlalət etmir. Çünki bu hallar iddiaçıya mülkiyyətçi kimi hazırkı tələbi irəli sürməyə maneə ola bilməz. Mənzil alınarkən iddiaçının mənzilə baxmaması, mənzildə olmaması, qurluşu barədə heç bir məlumatının olmaması da da heç nəyi dəyişmir.Çünki bu cür dəlillər həqiqi olsa belə şikayətin uğurlu olduğunu təsdiq etmir. Cavabdehin sözügedən mənzildə istifadə hüququnun olması belə onun itirilməsinə və mənzildən çıxarılmanı istisna etmir. Çünki cavabdeh mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş ərizəsi ilə razılıq vermişdir. Demək ki, mənzilə mülkiyyət hüququnun iddiaçıya keçməsi onun istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması üçün əsas hesab edilir. Birdə ki, cavabdeh iddiaçının ailə üzvü yaxud digər qohumu deyil, ailə qanunvericiliyinə əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququ da yoxdur. Demək ki, cavabdehin həmin mənzildən istifadə hüququ da qala bilməz. Mənzilə dair alqısatqı müqaviləsinin etibarlı əqd olması artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə də birinci instansiya məhkəməsi həmin xüsusatlar üzrə hüquqi dəyərləndirmə aparıb və iddiası rədd edilib, o, isə bunu mübahisələndirməyib. Demək ki, mübahisəli mənzilin üçüncü şəxs tərəfindən iddiaçıya satılması və hazırda mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır. Çünki hazırkı işdə müstəqil tələb irəli sürən üçüncü şəxs bundan əvvəl ayrıca məhkəmə icraatında, hər üç instansiya məhkəməsini keçməklə mənzilə dair alqı-satqı müqaviləsinin etibarsızlığına və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş və iddiası rədd edilmişdir. Yəni, alqı-satqı müqaviləsinin, o cümlədən mənzilin müqavilədə göstərilən qiymətinin qanuniliyi öz təsdiqini tapmışdır. Həmin işdəki iddia nın dəlilləri ilə, hazırkı apellyasiya şikayətinin dəlilləri ilə qismən eynilik təşkil edir. Demək ki, qeyd olunan iş üzrə çıxarılan məhkəmə aktları ilə müəyyən edilənlər də hazırkı iddianın uğurlu olması baxımından əhəmiyyət daşıyır. Ona görə də, cavabdehin iddiaçının vicdanlı olduğunu inkar edən dəlillərdən istifadə etməsi də başadüşülən deyildir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 139.1, 146.1, 146.2, 148.2, 152.1, 152.5, 157.2 və 178.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti işin hallarına istinad olunaraq onunla əsaslandırılmışdır ki, cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisi X2 bacısı və bacısı qızıdırlar. Onlar mübahisəli mənzilə, həmin mənzilin mülkiyyətçisi olmuş X2 razılığı ilə qeydiyyata alınmış və uzun müddət ailə üzvləri kimi həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamış və yaşayırlar. X2 razılığı ilə onun ailə üzvləri kimi mübahisəli mənzilə köçürüldüklərindən həmin mənzilə istifadə hüququ əldə etmişlər. Cavabdeh1 1995-ci ildən mübahi səli mənzilinə qeydiyyata alınmış, Cavabdeh2 isə həmin mənzildə doğulmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizə verməmişlər.
28. İşə baxan hakimin hazırkı mübahisənin həllində qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etməsi yolverilməzdir, həmin məhkəmə aktları hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətli sübut kimi qiymətləndirilə bilməz. Həmin məhkəmə aktları mənzilin mülkiyyətçisi olmuş X6 ilə hazırkı İddiaçı arasında “alqı-satqı müqaviləsinin etibarsız sayılması” barədədir. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktların hazırkı mülki iş üzrə tərəf olan cavabdehlərə və onların mübahisəli mənzildən istifadə hüquqlarına hər hansı aidiyyəti yoxdur.
29. Apellyasiya məhkəməsi cavabdehlərlə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi arasında mənzili boşaldacaqları barədə müqavilə olmadığını və mənzilin alqı-satqı müqaviləsi bağlanılarkən alıcının bunu tələb etməməsi halını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən gəldiyi nəticəni təsdiq edən sübutlar ziddiyyətlidir, tərəflər arasında mövcud olmuş faktlar nəzərə alınmamışdır. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olması və alqı-satqı müqaviləsi bağlanılarkən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi barədə hər hansı qeydin olmaması, 8 il müddətində cavabdehlərin mübahisəli mənzildə yaşamağı, bu illər ərzində iddiaçının cavabdehlərdən mənzili boşaltmağı tələb etməməsi, aralarında qanunvericiliyin tələblərinə uyğun yazılı müqavilə bağlanmaması barədə iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.
30. A pellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmamışdır. Məhkəmə sübutları tam araşdırmamış, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxmamışdır. Müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmam ışdır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət etməsini yoxlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
33. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdiril miş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətində göstərilən dəlillər iddiaya etirazda və apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
52. Cavabdehin kassasiya şikayətinin işin faktiki hal larının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5869/2025 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.