Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6314/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6314/21 (Açar sözlər: mənzildən çıxarılma ) Bakı şəhəri, 21 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4314/2021 saylı, 24.06.20 21-ci il tarixli qətnaməsindən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 03.11.2017-ci il tarixli çıxarışda ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilin iddiaçıya məxsus olması göstərilmişdir. Ona görə iddiaçı hazırkı tələblə çıxış edərək keçmiş sakinlərin çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabd ehlər Cavabdeh1, X2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 03.11.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin buna baxmayaraq cavabdehlər mənzildə yaşamaqda davam edirlər. Halbuki, mənzil onun adına qeydiyyatdan keçdiyi gündən cavabdehlər oradan istifad ə hüquqlarını itiriblər. Cavabdehlərin sözügedən mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Onlarla heç bir qohumluq əlaqəsı yoxdur və onlar iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşmışdır. Həmçinin, onların onun mənzilində qeydiyyatda qalması X1 həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığının alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzili boşaldaraq iddiaçıya təhvil verməli, oradan çıxarılmalıdırlar.
4. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-352/21 saylı 02.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilin boşaldaraq İddiaçı təhvil verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148. 2, 152.1, 152.5, 157.4, 178.1, 228.1, 228.2, 228.5-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) 2(103)-4314/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəmə sinin qətnaməsindən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr qərar qəbul edərkən eyni tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəsini almış Bakı Apellyasia Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsinin müəyyən etdiyi halları nəzərə almadan qətnamə çıxarmaqla kobud prosessual pozuntuldara yol vermişlər. Həmin qətnamə ilə müəyy ən edilmişdir ki, iddiaçının adına verilmiş çıxarış qanunsuz məhkəmə qətnaməsi əsasında əldə edilmişdir və çıxarışın verilməsinə əsas olan qətnamə ləğv edildiyindən qətnamənin geriyə dönüşü yolu ilə çıxarış ləğv edilməlidir. Cavabdehlər çıxarışın ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişlər və işə baxan məhkəmələr bunu nəzərə almamışlar. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı X4 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında onun izahatı alınmamışdır.
14. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:
15. Maddə.
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə.
29. Hissələr İ və İİ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. Maddə.
152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilir sə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.
23. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.
24. Maddə 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. İddianı təmin edən məhkəmələr ona əsaslanmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzilə dair İddiaçı adına mülkiyyət sənədi mövcuddur, m übahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir.
29. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlak iddiaçının mülkiyyətində olduğundan mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqları itirilməlidir. Belə ki, cavabdehlər iddiaçıya münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdehlər Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onların həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyes trində qeydə alınması tələb olunur.
30. İşin faktiki halları və maddi hüququn tətbiqi ilə bağlı məhkəmələrin gəldiyi qənaət açıq-aşkar səhvdir.
31. Beləki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisələrlə bağlı məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki halları belədir: İddiaçı 2015-ci ildə Orxan adlı şəxsə 100.000 Dollar borc vermiş və borcun təminatı olaraq üç nəfərlə ipoteka müqaviləsi bağlayır. İpotekalardan biri hazırkı mübahisəli mənzil barəsində olmuşdur. 2016-cı ilin yanvarında hazırkı mübahisəli mənzilin mülkiyyətçisi Ənvər Mehdiyev vəfat edir. İddiaçı həmin ilin sonunda Orxanla müqaviləyə dəyişiklik və əlavə imzalayır. Müqavilənin müddəti 2017-ci ilədək uzadılır, kreditin məbləği aşağı salınır və 84.000 ABŞ dolları məbləğində müəyyən edilir. Kredit ödənilmədiyi üçün 2 017-ci ildə iddiaçı borcun tutulması və ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbi irəli sürür və iddia təmin olunur. Mənzil icra icraatı qaydasında iddiaçıya təhvil verilir və o, həmin qətnamə əsasında adına çıxarış alır. Bundan xəbər tutan vərəsələr (hazırkı iş üzrə cavabdehlər) qeyd olunan qətnamədən apelyasiya şikayəti verirlər və qətnamə mübahisəli mənzilə tələbin yönəldilməsi hissəsində ləğv olunaraq icraata xitam verilir o əsasla ki, ölmüş şəxsə qarşı iddia irəli sürülə bilməzdi. Bundan sonra iddiaçı ayrıca iddia irəli sürərək borcun vərəsələrdən(hazırkı cavabdehlərdən) tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbini irəli sürür. Cavabdehlər də ipotekanın və Çıxarışın etibarsızlığı barədə qarşılıqlı iddia tələbi irəli sürürlər. 1-ci instansi ya ilk iddianı təmin edir, qarşılıqlı iddianı rədd edir. Həmin qətnamədən cavabdehlərin verdiyi apelyasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli qərardadı ilə ilk iddianın ləğv olunaraq baxılmamış saxlanması qərara alınır və eyni tarixli qətnamə ilə qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamə ləğv olunaraq iddia başqa əsaslarla rədd edilir.
32. Bakı Apelyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsi tərəflər arasında aşağıdakı məsələni həll etmişdir.
33. Qətnamədə deyilir: 06.12.2015-ci il tarixində iddiaçı Hidayət Şahtaxtanski ilə başqa şəxsin - hazırkı işdə iştirak etməyən şəxs Orxan Nəcəfovun arasında kredit müqaviləsi bağlanıb, iddiaçı həmin şəxsə borc pul verib. Kreditin qaytarılmasının təmin edilməsi üçün ipotekadan isti fadə olunub. Bu məqsədlə 06.12.2015-ci il tarixində iddiaçı Hidayət Şahtaxtanski ilə Ənvər Mehdiyevin (vəfat edib) arasında ipoteka müqaviləsi bağlanıb, Ənvər Mehdiyevə məxsus olan, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev № 35-də yerləşən 46 №-li mənzil ipoteka ilə yüklü edilib. Hazırkı işdə cavabdeh kimi göstərilən Cavabdeh3, Cavabdeh1 və X8 Mehdiyevinin övladlarıdır, onun hüquq varisləri hesab olunurlar. Kredit müqaviləsi üzrə mübahisə artıq həll olunub. Başqa iş üzrə qəbul olunmuş qətnamə ilə kredit müqaviləsi üzrə 84.000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması qət olunub və həmin qətnamə qanuni qüvvəyə minib. Hazırkı işdə mübahisə kredit müqaviləsi üzrə pul tələbinin (qətnamə ilə artıq müəyyən edilmiş tələbin) ipoteka predmeti olan mənzilə yönəldilməsi barədədir. İşdə 2 iddia bar: ilk və qarşılıqlı iddia. İddiaçının ilk iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə 84.000 ABŞ dolları məbləğində tələb ipoteka predmeti olan mənzilə yönəldilsin, mənzilin satışı hesabına 84.000 ABŞ dolları məbləğində tələb təmin olunsun və mənzil 1 ay ərzində boşaldılsın. Cavabdehlərin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, ipoteka müqaviləsinə xitam verilsin, ipoteka predmeti olan mənzilə dair iddiaçının adına verilmiş RX seriyalı, ******* nömrəli, 03.11.2017-ci il qeydiyyat tarixli reyestr çıxarışı etibarsız hesab olunsun.
34. Hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən qarşılıqlı iddia tələbi ilə bağlı Bakı Apelyasiya məhkəməsi qeyd olunan qətnaməsində müəyyən etmişdir: Qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələb onunla əsasla ndırılıb ki, 06.12.2015-ci il tarixli ipoteka müqaviləsi eyni tarixli kredit müqaviləsindən əmələ gələn 100.000 ABŞ dolları məbləğində öhdəliyin icrasının təmin olunması məqsədilə bağlanmış, 24.01.2016-cı il tarixində ipotekaqoyan Ənvər Mehdiyev vəfat etmiş, bundan 11 ay sonra – 17.12.2016-cı il tarixində İddiaçı ilə borcalan Orxan Nəcəfovun arasında “kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşma imzalanmışdır. Bu razılaşmada kredit müqaviləsinə dəyişiklik edilmiş, kreditin məbləği 84.000 ABŞ dolları müəyyən edilmişdir. Bundan başqa, sonuncu razılaşmanın təminatı kimi Əli Nəcəfov ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsində göstərilib: “İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir”. Lakin hazırkı mülki işdə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübut yoxdur. Bundan başqa, “İpoteka haqqında” Qanunun 14.1.1-ci maddəsində qeyd olunub: “İpoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır”. Sonradan əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilmiş, bu dəyişiklik ipoteka müqaviləsində öz əksini tapmamış və əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə ki, 06.12.2015-ci il tarixində bağlanan kredit müqaviləsində kreditin məbləği 100.000 ABŞ dolları, kreditin qaytarılma tarixi 06.12.2016-cı il müəyyən edilmişdir. Sonradan – 17.12.2016-cı il tarixində bağlanan əlavə razılaşmada müqavilənin predmetinə və öhdəliyin icra müddət ində dair şərt dəyişdirilmişdir: müqavilənin predmeti 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50.000 ABŞ dollarının) qaytarılma günü 15.01.2017-ci il tarixinə, qalan hissəsinin (34.000 ABŞ dollarının) qaytarılma günü isə 15.03.2017-ci il tarixinə təyin olunmuşdur. Göründüyü kimi, ipoteka müqaviləsi və dəyişikliklər qüvvəyə minməmişdir. Qüvvəyə minməmiş müqaviləyə xitam verilə bilməz, çünki xitam qüvvənin əksidir, qüvvəyə minmə baş vermədən xitam mümkün deyil. 1-ci instansiya məhkəmə bu tələbi rədd etsə də, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır.
35. Eyni zamanda həmin qətnamədə qarşılıqlı iddiadakı 2-ci tələb barədə də məh kəmə mövqeyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin iddia da təmin oluna bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, qeydiyyatın hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, qeydiyyat vasitəsilə aşağıdakılar tanınır və təsdiq olunur: 1) hüququn əmələ gəlməsi; 2) hüququn məhdudlaşdırılması; 3) hüququn başqasına keçməsi; 4) hüquqa xitam verilməsi. Hazırkı işdə 3-cü hal – hüququn keçmə si baş verib. Yəni ipoteka predmeti olan mənzil üzərində mülkiyyət hüququ əvvəlki mülkiyyətçidən iddiaçıya keçib, hüququn keçməsi 02.11.2017-ci il tarixində reyestrdə qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib. Bu qeydin aparılmasına əsas Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 nömrəli iş üzrə qəbul etdiyi 06.07.2017-ci il tarixli qətnamə olub. Belə ki, həmin qətnamə ilə qət olunub ki, kredit müqaviləsi üzrə borc tutulsun və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin. Həmin qətnamədən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 2(103)-1039/2018 nömrəli iş üzrə qəbul etdiyi 14.02.2018-ci il tarixli qərardadla qərara alınmışdır ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi bir hissədə - kredit müqaviləsi üzrə tələbin ipoteka pre dmeti olan mənzilə yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Lakin bu qərardad qəbul edilənə qədər Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin icrası həyata keçirilib, mənzil üzərində iddiaçı mülkiyyət hüququ əldə edib və həmin hüququ qeydə alınıb. Ona görə də bu məsələ - əvvəlki mülkiyyətçinin mülkiyyət hüququna dair qeydin bərpası qətnamənin icrasının geriyə dönüşü qaydasında həll olunmalıdır. Bunu Nərimanov Rayon Məhkəməsi təmin etməlidir, çünki icraya yönəldilmiş qanunsuz qətnamə (ölmüş şəxsə qarşı qəbul olunmuş qətnamə) həmin məhkəmə tərəfindən qəbul olunub və həmin məhkəmə tərəfindən icraya yönəldilib. Ona görə də cavabdehlər qətnamənin icrasının geriyə dönüşünün təmin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidirlər.
36. Bakı Apelyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının tələbinin əsası kimi istinad etdiyi Çıxarışın hüquqi vəziyyəti ilə bağlı məhkəmənin mövqeyi ortadadır. Açıq-aşkar məhkəmə qeyd etmişdir ki, həmin çıxarış qanunsuz (ona görə ki, ləğv edilib) məhkəmə qətnaməsinin icrası nəticəsində əldə edilmiş sənəddir və həmin sənəd icrada dönüş qaydasında həll edilməlidir. Buna baxmayaraq məhkəmələr həmin sənədə əsaslanaraq iddiaçının əmlakın qanuni mülkiyyətçisi kimi tanıyaraq iddianı təmin etmişlər. 37. 01.10.2021-ci il tarixədək qüvvədə olan prosessual qanunvericilikdə icrada dönüş institutu nəzərdə tutulmasa da, bununla bağlı oturuşmuş məhkəmə təcrübəsi formalaşmışdı. Qeyd olunan t arixdən sonra prosessual qanunvericiliyə daxil edilən normalarda isə icrada dönüş edilməsi məhkəmənin vəzifəsi kimi qeyd edilmişdir. Qanunvericinin haqlı olaraq güddüyü məqsəd ona doğru inkişaf edir ki, məhkəmənin qanunsuz qərarı əsasında baş vermiş hüquqi nəticələr məhkəmələrin özünün təşəbbüsü ilə ləğv etməlidir.
38. Ona görə işə yenidən baxılarkən icrada dönüş məsələsinə baxılıbbaxılmaması, məhkəmənin həmin məsələni öz təşəbbüsü ilə həyata keçirib-keçirməməsi aydınlaşdırılmalı, həmin prosedurların baş verib-verməməsindən asılı olmayaraq iddiaçının tələb etdiyi əmlakın mülkiyətçisi olubu-olmaması ilə bağlı dəyərləndirmə aparmaqla mübahisəyə hüquqi qiymət verilməlidir.
39. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və proses sual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
40. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4314/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.