Məhkəmə qərarları › İş №2(102)-632/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-632/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-632/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, preyudisiya, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil oğlunun, Cavabdeh2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1183/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 332 saylı qərarı ilə Cavabdeh2 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi uzun müddət ərzində İddiaçı istifadəsində olmuş, sonucu tərəfindən torpaq sahəsi dəmir hasara çəkilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(074)-103/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin olunmuş, JN-400 saylı 41004018 saylı torpaq şəhadətnaməsi üzrə ona məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, metal torun bərpa edilməsi və onun həmin torpaqdan qanunsuz istifadəsinə son qoyulması, İddiaçı 60 ma nat pulun alınıb “xxxx” MMC-nin, 100 manatın isə Məhkəmə Ekspertiza Mərkəzinin hesablarına köçürülməsi qət edilmişdir. “S-əmlak qiymətləndirmə Ekspert Mərkəzi”nin xx xxxxxxxx 2019-cu il tarixli rəyinə əsasən Şamaxı rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli 332 saylı qərarı ilə (JN-400A, KOD ********) 0,12 ha torpaq sahəsinin hasara alınmasında çəkilən xərc 2019-cu ilin sentyabr ayı üçün 14120 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 5000 manat torpağa görə, 10000 manat dəmir hasara çəkdiyi xərclərin, 160 manat ekspertiza xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barə də qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə Cavabdeh1 torpaq sahəsini satın almışdır. 28 il həmin torpaq sahəsi iddiaçının sahibliyi və istifadəsində olmuşdur. O, torpaq sahəsini kvadrat metri 50 manat olan dəmirlə hasara çəkmiş, ümumilikdə usta xərcləri ilə yanaşı həmin torpağı dəmirlə hasarlamaq üçün 10000 manat xərc çəkmişdir. Lakin qanunlardan xəbərsizliyindən istifadə edən Cavabdeh1 oğlu Cavabdeh2 atasının satdığı torpağın guya ona satılmadığını iddia etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 JN-400 saylı 41004018 saylı torpaq şəhadətnaməsi üzrə məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, metal torun bərpa edilməsi və həmin torpaqdan qanunsuz istifad əyə son qoyulması qət edilmişdir. Həmin mülki iş üzrə məhkəmə iclasında Cavabdeh2 torpağın atası tərəfindən 180 şirvana satıldığını etiraf etmişdir. Hazırda həmin torpaq sahəsi üçün cavabdeh 5000 manat pul tələb edir. Belə olan halda həmin torpaq sahəsinin real bazar qiyməti 5000 manat təşkil edir. Həmin torpaq sahəsini üzərinə xərc qoyub dəmir torla hasarlamış, həmin torpaq sahəsinə, qaz, su çəkdirmişdir. Bütün bunlar hamısı xərc tələb edir. Lakin cavabdehin oğlu xxxhəmin dəmir toru sökərək satmışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Həmçinin xxx məhkəmədə ona qarşı iddia qaldırması üzündən həmin ərazidə keçirilmiş ekspert xərcləri ondan tutulmuşdır. Torpaq sahəsinə çəkilmiş xərclərin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspertə müra ciət etmiş və müstəqil ekspertin rəyinə əsasən həmin torpaq sahəsinin hasara alınmasına çəkilən xərc 14120 manat təşkil edir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(074)-151/2019 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh1 torpağın dəyəri üzrə 160 manatın alınıb İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hasara çəkilmiş xərc üzrə 10000 manat və ödənilmiş dövlət rüsumu üzrə 30 manatın alınıb İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(074)-151/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1183/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(074)-151/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hasara çəkilmiş xərc üzrə 10000 manat və ödənilmiş dövlət rüsumu üzrə 30 manatın alınıb İddiaçı qaytarılması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsi, qətnamənin Cavabdeh1 torpağın dəyəri üzrə 160 manatın alınıb İddiaçı qaytarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı özbaşına qanunsuz iş gördüyü və onun üzərinə hazırda mübahisələndirdiyi metal torun bərpası vəzifəsi qoyulmuşdur. Belə olan halda özbaşına gördüyü işlərə görə çəkdiyi məsrəfləri tələb etməsinin əsassızdır. Həmçinin həmin qətnamə ilə dəyəri tələb edilən metal torun Cavabdeh2 məxsusluğu müəyyən olunur. Ona görə də iddiaçının hazırda metal torun Cavabdeh2 tərəfindən sökülüb satılması iddiası əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı isə məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmiş faktları yenidən mübahisələndirir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1183/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən düzgün olmayaraq Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsini tətbiq etmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş metal torla hazırki mübahisələndirilən qətnamədəki metal lövhələri qarışıq salmışdır. İddiaçı torpaq sahəsini aldıqdan sonra metal tordan ibarət çəpəri çıxarıb, dəmir lövhələrdən hasar çəkmişdir. Həmin hasarı 1992-ci ildə cavabdehlərin razılığı ilə çəkmişdir. Torpaq sahibinin 26 il susması razılığın əlamətidir. Həmçinin məhkəmənin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadı əs assız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi təmin olunmayan hissədə mübahisələndirildiyindən, cavabdeh isə kassasiya şikayəti vermədiyindən, hazırki kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən – hasara çəkilmiş xərcə görə 10000 manat məbləğində pulun cavabdehlərdən tutulmasından ibarət tələbin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyl əri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyn i faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddia tələbinin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi süb utun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Müəyyən olunur ki, iddia bir neçə tələbdən ibarət olmaqla, hazırda mübahisələndirilən tələb cavabdehə məxsus torpaq sahəsinə hasarın çəkilməsi ilə əlaqədar 10000 manat məbləğində pulun tutulmasından ibarətdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq preyudisial əhəmiyyətə malik Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə istinad etmiş və hazırki tələbi əsassız bilmişdir. Belə ki, həmin qətnamə ilə Cavabdeh2 məxsus olan torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahəsini əhatə edən metal torun bərpa edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi ilə torpaq sahəsini əhatə edən metal tordan ibarət hasar ın bərpası iddiaçının üzərinə öhdəlik olaraq qoyulduğundan, həmin öhdəliyini icrası ilə əlaqədar sökülməli olan hazırki hasarın dəyəri torpaq sahəsinin mülkiyyətçisindən tələb oluna bilməz. Torpaq sahəsinin qanunsuz istifadəsi ilə əlaqədar iddiaçının çəkdiyi xərcin əvəzinin tələbi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı metal hasarın ona məxsusluğunu iddia etdiyi halda, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən həmin hasarı (onun sökülən elementlərini) tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düz gün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1183/2020 nömrəli qətnaməsi mübahisələndirilən – hasara çəkilmiş xərcə görə 10000 manat məbləğində pulun cavabdehlərdən tutulmasından ibarət tələ bin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar