Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-632/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: beh verilmiş pul tələbi, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6011/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 1 aprel 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları m üəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ev almaq üçün Cavabdeh2 (bundan sonra – cavabdeh) 10000 ABŞ dolları məbləğində pul vermişdir. İş materiallarına əlavə olunmuş müqavilənin kserosurətindən görə Bəhruz Nuriyev-2392/99 ünvanında yerləşən və X1 məxsus mənzilin alqı-satqısı ilə bağlı iddiaçı tərəfindən 10000 ABŞ dolları məbləğində beh verilmiş, müqavilədə mənzilin satılacağı gün kimi 11-15 avqust 2013-cü il aralığı qeyd olunmuşdur.
2. İddiaçı sonradan mənzili almaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu olduğu 16800 ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ünvan 1 ünvanında yerləşən 4 otaqlı 120 kv metr olan mənzilini satmaq adı ilə ondan 12000 ABŞ dolları məbləğində pul almış və aldığı pulu bu günə qədər qaytarmamışdır. Belə ki, 2015-ci ilin yanvar ayında o, ev alqı-satqısı ilə məşğul olan Cavabdeh1 ilə həmin mənzilə baxmışdır. Mənzil onun xoşuna gəlmiş və o, öz evini satıb baxdıqları bu mənzili almaq qərarına gəlmişdir. O, mənzili almaq üçün cavabdehə Cavabdeh1 yanında həmin mənzildə 10000 ABŞ dolları pul vermişdir. Sonradan, arvadı və oğlu ilə gəlib mənzilin yerləşdiyi ünvana baxanda mənzil metrodan uzaq olduğu üçün onların xoşuna gəlməmişdir. Bu səbəbdən pulu verdiyi günün sabahı cavabdehlə görüşmüş, ailəsinin evi almağa razı olmadığı üçün verdiyi pulu geri istəmişdir. Cavabdeh bildirmişdir ki, ondan aldığı pulun üzərinə 5000 ABŞ dolları da qoyaraq ev almaq üçün kiməsə beh vermişdir. Lakin, cavabdeh polisdə ifadə verəndə bildirmişdir ki, ondan aldığı pulu heç kəsə beh verməyib, həmin pulla borclarını ödəyib. İddiaçı cavabdehdən beh verdiyi adamdan pulunu geri alaraq qaytarmasını istəmiş, cavabdeh qaytaracağına söz vermişdir. İki-üç gündən sonra onlar üçü birgə görüşmüş, cavabdeh ona bildirmişdir ki, Cavabdeh1 və iddiaçı onu 5000 ABŞ dolları ziyana salıblar, odur ki, hərəsi ona 2500 ABŞ dolları verməlidirlər. Uzun mübahisədən sonra o, 2000 ABŞ dolları pulu gətirib cavabdehə vermiş, cavabdeh isə yerdə qalan 500 ABŞ dollarını onlara hörmət edib keçmişdir. Cavabdehin ondan 12000 ABŞ dollarını alması, müstəntiqə verdiyi izahatında da öz əksini tapmışdır. İddiaçı uzun müddət Qazaxıstanda olmuş, bir neçə dəfə Bakıya gəlib-getmişdir. Telefonunu itirdiyi üçün cavabdehlə əlaqə saxlaya bilməmişdir. O, 2023-cü ilin aprel ayının əvvəllərində cavabdehi tapıb onunla görüşmüş və pulunu tələb etmişdir. İddiaçı isə pulu ev almaq üçün kiməsə beh verdiyini, beh verdiyi adamın da öldüyünü, eləcə də verdiyi pulun üstündən xeyli vaxt keçdiyini, odur ki, iddiaçının pulunun batdığını bildirmişdir. Beləliklə, cavabdeh ona borclu olduğu 12000 ABŞ dollarını və hər gecikdirilmiş il üçün 5 faiz olmaqla 4800 ABŞ dollarını ödəməlidir.
5. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, mərhum atasının müalicəsi ilə əlaqədar banklara və bir neçə şəxsə xeyli borcu olmuşdur. Ona görə də 2013-cü il ilin may ayında mənzilini satışa qoymuşdur. İddiaçı Cavabdeh1la mənzilə baxdıqdan mənzili a lmaq istədiyini bildirmiş, onlar öz aralarında 215000 ABŞ dollara razılaşmış, iddiaçıya mənzili təcili оlaraq satmaq istədiyini, borclarını qaytarmaq üçün pul lazım olduğunu bildirmiş, iddiaçı həmin gün, yəni xx.xx.2013-cü il tariхdə həmin mənzildə ona 10000 ABŞ dolları pulu beh kimi vermiş və qalan pulları sənədləşmə prosesində verə biləcəyini bildirmişdir. Onlar öz aralarında müqavilə imzalayaraq behi rəsmiləşdirmişlər. İddiaçı isə yaxın günlərdə qalan pulu düzəldib mənzili alacağını bildirmişdir. Bundan sonra iddiaçını təxminən 1 ay müddətində gözləmiş və həmin müddət ərzində dəfələrlə ona zəng vuraraq mənzilin alqı-satqı işlərini yekunlaşdırmağını, qalan pulları ödəməli olduğunu bildirsə də, iddiaçı telefonlara cavab verməmiş, cavab verəndə isə mənzili başqa şəxslərə satmamağını bild irərək, pulu düzəldib mənzili alacağına onu arxayın salmışdır. İddiaçıdan beh aldığı üçün evi başqa şəxslərə sata bilməmiş, olanlardan təqribən 1-2 ay keçdikdən sonra iddiaçı ona zəng vuraraq görüşmək istədiyini bildirmiş, iddiaçı ona əlavə olaraq yenidən 2000 ABŞ dolları sayaraq beh vermiş və qalan pulları verməsi üçün bir neçə gün də gözləməyini xahiş etmişdir. Bir müddət sonra təkrar görüşləri zamanı, iddiaçı maddi imkanı olmadığı üçün qalan pulları düzəldə bilmədiyi üçün evi ala bilməyəcəyini bildirmiş, cavabdeh isə behi borclarına qaytardığını, pulunun olmadığını dedikdə iddiaçı pulların halal xoşu olduğunu, onu da gözlətdiyi üçün, yəni mənzili başqa şəxlərə sata bilmədiyi üçün üzrlü saymasını xahiş etmişdir. Beləliklə, mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasına (icra edilmə məsinə) görə beh vermiş tərəf kimi iddiaçı özü məsuliyyət daşıyır. Behi geri tələb etdiyi halda və bu beh qaytarılmadığı halda iddiaçının yenidən 2000 ABŞ dоlları verməsi ağlabatan deyildir. Bu оnu göstərir ki, iddiaçı 2000 ABŞ dоlları əlavə beh verdiyi zaman da mənzili almaq niyyətində оlmuşdur.Göründüyü kimi, iddiaçı beh verdikdən sоnra alqı-satqı müqaviləsinin bağlanmamasının оnunla bağlı оlduğunu inkar etməmiş, əksinə təsdiq etmişdir. Buna görə məsuliyyəti iddiaçı özü daşıyır və beh qaytarılmamalıdır.
6. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək göstərmişdir ki, iddiaçı bеhi 2015-ci ilin yanvar ayında dеyil, 28.07.2013-cü il tarixdə vеrmişdir. Bеh vеrdiyi günün sabahsı xx.xx.2013-cü il tarixidir və onun özünün göstərdiyi kimi qəbul еdilsə, həmin gündən bеhin qaytarılma dığını və qaytarılmayacağını bilirdi. Lakin, iddiaçı xx.xx.2023-cü il tarixdə mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmiş, bununla da iddia müddətini ötürmüşdür.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1607/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Ü.Yusifova).
8. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunan evlərin alqı-satqısı müqaviləsində mənzilin sahibi X3 qeyd olunmuşdur. Lakin, hər iki tərəf iddiaçı tərəfindən verilmiş behin cavabdehə verilməsini təsdiq edirlər. Bu işin mübahisəsiz halı olduğu üçün məhkəmə hesab etmişdir ki, məhz Cavabdeh2 iddiaya cavab verməli olan şəxsdir.
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh sözügedən mənzilin alqısatqısı barədə razılığa gəlmişlər. İddiaçı mənz ilin alqı-satqısı üçün cavabdehə beh vermiş və qalan pulu ödəmək üçün ondan müddət istəmişdir. İddiaçı isə bir müddət sonra evi almasından imtina etmişdir. İddiaçı iddia ərizəsində, həmçinin məhkəmədə verdiyi izahatında, beh verdikdən sonra arvadı və oğlu ilə mənzilin yerləşdiyi ünvana baxıb və metrodan uzaq olduğu üçün onların xoşuna gəlmədikləri səbəbindən mənzili almaqdan imtina etdiyini bildirmişdir. Həmçinin Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı verdiyi behi cavabdehdən tələb etməmiş və ona “halal xoşu” olduğunu bildirmişdir. Belə olan halda müqavilənin icra edilməməsində məsuliyyət iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddiaçı tərəfindən verilmiş beh məbləği cavabdehdə qalmalıdır və iddiaçıya qaytarılmamalıdır. Qanunvericili yin tələbinə görə müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh qarşı tərəfdə qalır.
10. Məhkəmə qeyd olunanlarla yanaşı onu da göstərmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, beh müqaviləsi mənzilin alqı-satqısı ilə əlaqədar, yəni daşınmaz əmlakla əlaqədar bağlanmışdır və bu halda iddia müddəti 6 il hesab olunmalıdır. Evin alqı-satqısına dair müqavilə 28.07. 2013-cü il tarixdə bağlanmış və beh həmin tarixdə verilmişdir. İddiaçı isə behin geri qaytarılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.
11. Məhkəmə iclasında iddiaçı indiyə kimi məhkəməyə müraciət etməməsini uzun müddət Qazaxıstan Respublikasında olması ilə əsaslandırmışdır. Lakin məhkəmə müəyyən etmişdir ki, bir dəfə xx.xx.2018-ci i l tarixdə “Antalya” istiqamətində ölkədən çıxış etmiş və xx.xx.2018-ci il tarixdə ölkəyə giriş etmişdir.Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 385.1, 390.1, 460.1, 491.1, 491.2, 492.1, 492.2-ci, 373cü, 385.1, 390.1-ci, 460.1-ci. 491-ci və 492-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
14. Apellyasiya şikayəti aşağıdakı dəlillərə istinad edilməklə əsaslandırılmışdır: 1) Cavabdehin məhkəmə iclasında təqdim etdiyi müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmamış, notarial qaydada təsdiq edilməmiş, həmçinin müqavilənin tarixi üzərində düzəliş edilmişdir. Belə ki, beh 2013-cü ildə deyil, 2015-ci ildə verilmişdir. Cavabdeh polisdə verdiyi izahatında behin verildiyi ərəfədə inflyasiya olması və ona xeyli ziyan dəydiyini bildirmişdir. Sözügedən inflyasiya isə 2015-ci ildə baş vermişdir. Eyni zamanda, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. 2) İşə baxan məhkəmə beh məbləğinə aidiyyatı olmayan, sonradan əlavə verilmiş 2000 ABŞ dollarına münasibətdə araşdırma aparmamış və bu hala qiymət verməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6011/2023 nömrəli xx.xx.2023 -ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər S.Bəhramzadənin sədrliyi və məruzəsi ilə, X.Mərdanova və E.Həsənovdan ibarət tərkibdə)
16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin tarixi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqavilənin tarixinin sonradan düzəliş edilməklə 2013-cü il edildiyini, əslində isə 2015-ci ildə bağlandığını bildirsə də, qeyd olunan müqavilənin 6-cı bəndinə nəzər yetirildikdə mənzilin alqı-satqısı tarixinin 2013-cü il olduğu görünür.
17. Məhkəmə kollegiyası iddia müddətinə münasibətdə onu da əlavə etmişdir ki, birinci instansiya məhkəməsi əsas tələbdən törəmə tələb olan gecikdir ilmiş faiz məbləği kimi tələb edilən məbləği də təmin etməməkdə haqlı olmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 369.1,372.1, 373.2, 375.2, 376, 385.1, 390.1, 460.1, 491.1 və 492.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyətində olan mənzilə dair beh müqaviləsi bağladığını iddia etsə də onunla iddiaçı arasında heç bir be h müqaviləsi bağlanmamışdır. Çünki, cavabdeh sözügedən beh müqaviləsinin tərəfi olmamışdır. Belə olduğu halda mübahisə tərəfləri arasındakı münasibəti beh müqaviləsinə istinad edərək araşdıran, eyni zamanda 6 illik iddia müddətini tətbiq edən məhkəmələr düzgün olmayan nəticəyə gəlmişlər. Belə ki, iş üzrə cavabdeh iddiaçını aldadaraq onun pulunu almış, iddiaçı isə əvvəlcə polisə müraciət etmiş və aldadılaraq əlindən alınmış pulun geri qaytarılmasını tələb etmişdir. Bağlanmış beh müqaviləsi Rəşad Yusifov tərəfindən imzalanmış və mənzilin sahibi də o olduğu halda iddiaçı haqlı olaraq pulunu mənimsəmiş şəxsdən pulunu tələb etmişdir ki, bu halda da beh müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi qanunauyğun olmamışdır. Beləliklə, pul tələbi ilə bağlı 10 illik ümu mi iddia müddəti tətbiq olunmalı və müqavilədə sonradan düzəliş edilən tarixə istinad edilməlidir.
21. İddiaçı şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2 və 376-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 17.3, 77, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
25. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəli yin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
30. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
31. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün m üəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Cavabdehlə mənzilə dair beh müqaviləsi bağlamaması, sözügedən beh müqaviləsində cavabdehin tərəf olmaması, cavabdehin iddiaçını aldadaraq onun pulunu alması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və bunun sonuncunun qardaşı X2 məxsus mənzilin alqı-satqısı ilə bağlı olması, mənzilin alqı-satqısına dair müqavilənin bağlanmamasında iddiaçının təqsirli olması mübahisəsizdir. Belə olan halda cavabdehin mənzilin mülkiyyətçisi olması deyil, cavabdehin mənzilin satmasından imtinası və ya onun tərəfindən üzərinə götürdüyü öhdəliyə digər səbəblərdən əməl olunmaması işin nəticəsi üçün əhəmiyyət kəsb edir. Məhkəmələ r tərəfindən müəyyən edilmiş hallara görə isə beh verilmiş mənzilin alqı-satqısı iddiaçının təqsiri ucbatından baş tutmamışdır.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6011/2023 nömrəli iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.