Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6326/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı lpo "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6326/21 (Açar sözlər: borcun ödənilməsi) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması və tutmanın nəqliyyat v asitəsinə yönəldilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7022/2021 nömrəli, 23.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin “Lada” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2013cü il tarixli, 2275 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, 8800 manat məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “VAZ-21095” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşd ur. Eləcə də həmin tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 2. 10.06.2019-cu il tarixli, **********324 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 4345.97 manat əsas, 2171.91 manat faiz, 630.77 manat gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ olmaqla, cəmi 7148.65 manat kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7148.65 manat məbləğində kredit borcunun – bundan 4345.97 manat əsas, 2171.91 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasə n hesablanmış 630.77 faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsini və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, vaxtınd a ödəniş etməmişdir.
5. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə istinad edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2021 nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2275 nömrəli, 16.07.2013-cü il kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqavilənin uzadılması halı baş verməmiş, bununla da, iddiaçı tərəfindən borcalana qarşı məhkəmədə iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş üç illik, zaminə qarşı isə, məhkəmədə iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətləri ötürülmüşdür.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 373.2, 377.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1-ci maddələrinə və Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarına istinad etmişdir.
9. Birinci instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı lpo "xxxx" KB ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Səmədov) 23.07.2021-ci il tarixli, 2(103)-7022/2021 nömrəli qətnaməsi ilə iddiaçı lpo "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912 /2021 nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsi 28.02.2019-cu il tarixində geri qaytarılsa da, bank növbəti dəfə məhkəməyə yalnız 07.04.2021-ci ildə - yəni iki il bir aydan da artıq müddət keçdikdən sonra müraciət etmişdir. Bu səbəbdən də iddiaçının iddia müddətinin tətbiq edilməməsi barədə göstərdiyi dəlillər əsassızdır. İddiaçı həmçinin apellyasiya şikayətində bildirmişdir ki, bank tərəfindən məhkəməyə 07.06.2019-cu il tarixində müraciət edildiyindən, iddia müddəti ötürülməmiş hesab edilməli, iddia ərizəsi həmin tarixdən məhkəməyə verilmiş hesab edilməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Lakin iş materiallarından görünür ki, Yasamal rayon məhkəməsinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı 28.06.2019-cu il tarixli, 2(004)-4522/2019 saylı qərardadı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10708/2019 saylı, 05.08.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərardad ləğv edilmədiyindən, iddia ərizəsi məhkəməyə müraciət edildiyi 07.06.2019-cu il tarixindən hesablana bilməz. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etməməsi halına da istinad etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iddia müddətinin tətbiq edilməsi barədə ərizədən (i.v. 63) görünür ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı 06.05.2021-ci il tarixində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, qanuni və əsaslıdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətləri n Sığortalanması Fondu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır və dəlilləri bundan ibarətdir ki:
1. İddia müddəti ötürülməsi barədə apellyasiya məhkəməsi yanlış nəticəyə gəlmişdir.
2. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir.
19. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
21. Maddə. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Maddə. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
23. Maddə. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfini n tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Maddə. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
25. Maddə. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
31. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, iddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla düzgün hüquqi qiymət verilmişdir.
33. Kassasiya kollegiyası qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxsl ər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.
34. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövr ü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009cu il tarixli qərarında Avro pa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
36. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin et mək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur. (MPM 88.maddə)
38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyas ı Qərara aldı: İddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7022/2021 nömrəli, 23.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova