Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6328/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası və iddiaçı Cavabdehlər Nəsimi rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı “qərarın, təklifin digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)61/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Tərəflər arasında olan borc tələbi üzrə mübahisə
1. Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli, 2(006)-2149/2010 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, Cavabdeh 20.000 manat məbləğində verilmiş borc pul, alınmış əmlaka görə 1.000 manat borc pul, əldən çıxmış gəlirə görə 5.000 manat, vurulmuş mənəvi ziyana görə 5.000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 31.020 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
2. Həm in qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2010-cu il tarixli, 2(103)-4925/2010 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh 20.000 manat məbləğində verilmiş borc pul, alınmış əmlaka görə 1.000 manat borc pul, əldən çıxmış gəlirə görə 1.000 manat, vurulmuş mənəvi ziyana görə 5.000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2011-ci il tarixli, 2(102)-1480/11 saylı qərarı ilə qismən təmin edilmiş, Cavabdeh 20.000 manat məbləğində verilmiş borc pul, alınmış əmlaka görə 1.000 manat borc pul, əldən çıxmış gəlirə görə 1.000 manat, vurulmuş mənəvi ziyana görə 2.000 manat və ödəni lmiş dövlət rüsumuna görə 20 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
4. Məhkəmənin göstərilən qətnaməsi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1480/2011 nömrəli 20 may 2011-ci il tarixli icra sənədi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. b) Borc tələbi üzrə qətnamənin icra olunması
5. Qətnamənin icra mərhələsində Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin borc əvəzinə verilməsi təklif olunmuş və tələbkar bubunla razılaşmışdır.
6. Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə xx.xx.2013-cü il tarixli qərarı əsasında tələbkar xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a saylı yaşayış evinin zirzəmisindəki 18.0 kv.m olan ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.
7. Qətnamə əsasında tələbin borclunun əmlakına yönəldilməsi Cavabdeh tərəfindən mübahisələndirilmişdir. c) İcra məmurunun xx.xx.2013-cü il tarixli “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv edilməsi tələbi üzrə icraat
8. Cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 və 3-cü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92 “a” ünvanda yerləşən binanın zirzəmisindəki 18,0 kv. m qeyri-yaşayış sahəsinin (6 saylı qarajın) borc əvəzi ndə 3-cü şəxsin adına keçirməklə rəsmiləşdirilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2 inz (81)2695/2013 saylı qərarı ilə iddianın təmin edilərək, iddiaçıya məxsus, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92 “a” ünvanda yerləşən binanın zirzəmisindəki 18,0 kv.m qeyri- yaşayış sahəsinin (6 saylı qarajın) borc əvəzində 3-cü şəxsin adına keçirməklə rəsmiləşdirilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv edilməsi qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyası nın xx.xx.2014-cü il tarixli, 2-1(103)-145/2014 saylı qərarı ilə cavabdeh və 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(102)-675/14 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının xx.xx.2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Bundan sonra Cavabdeh ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuruna qarşı qərarın ləğv edilməsi haqqın da iddia tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının xx.xx.2017-cü il tarixli qərardadı ilə iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçının iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilməmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ç) İddiaçı adına verilən ******* nömrəli çıxarışın ləğv edilməsi tələbi üzrə icraat
17. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri ünvan 1 ünvanda y erləşən qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyatının ləğv edilərək, onun əsasında İddiaçı adına verilən ******* nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir. 18. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-273/19 saylı 07 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-1976/2019 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-273/19 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2020ci il tarixli, 2-1(102)-1976/19 saylı qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, 3-cü şəxs İddiaçı işə cəlb edilməklə ünvan 2 ünvanda yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyri-yaşayış sahəsinə (6 saylı qarajın) dair çıxarışın ləğv edilməsinə dair inzibati iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barəd ə ərizəsi təmin edilməmişdir. d) 17 yanvar 2013-cü il tarixli təklifin və verilən qərarların və sənədlərin ləğv edilməsi, "xxxx" MMC-nin adından saxta tərtib edilmiş qeyd 12-194 nömrəli, 09 aprel 2012-ci il tarixli saxta əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və Nəsimi rayon İcra Şöbəsinin rəisi Nazim Nərnimanov və icra məmuru Səbuhi Məmmədov tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarsinə göndərilən bütün sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi tələbi üzrə icraat
22. İddiaçı Cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanova və böyük icra məmuru Səbuhi Məmmədova qarşı (3-cü şəxs X2 və "xxxx" MMC üçüncü şəxs kimi işə cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən ona məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) İddiaçı adına keçirilməsi barədə verilən 17/70 182/3 nömrəli, 17 yanvar 2013-cü il tarixli təklifin və verilən qərarların və sənədlərin ləğv edilməsi, "xxxx" MMC-nin adından saxta tərtib edilmiş qeyd 12-194 nömrəli, 09 aprel 2012-ci il tarixli saxta əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və Nəsimi rayon İcra Şöbəsinin rəisi Nazim Nərnimanov və icra məmuru Səbuhi Məmmədov tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarsinə göndərilən bütün sənədlərin etibarsız hesab edilərək, ləğv edilməsi barədə qərar çıxarılmasını və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. 23. 1 saylı İnziba ti-İqtisadi Məhkəməsinin 01 iyun 2015-ci il tarixli, 2-1(81)-100/2015 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 sentyabr 2015ci il tarixli, 2-1(103)-1462/2015 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2015ci il tarixli, 2-1(81)-100/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2016-cı il tarixli, 2-1(102)-197/2016 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 09 sentyabr 2015-ci il tarixli, 2-1(103)-1462/2015 saylı qərarı d əyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1-ci iş (İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılması və iddiaçının istifadəsinə verilməsi tələbi üzrə)
26. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92 a saylı yaşayış evinin zirzəmisində yerləşən 18 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) boşaldılması və Cavabdeh istifadəsindən alınaraq iddiaçının istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)5/2019 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin edilərək İddiaçı mülkiyy ətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92 a yaşayış evinin zirzəmisində yerləşən 18 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) boşaldılması və Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. 2-ci iş (iddiaçı Cavabdehlər Nəsimi rayon icra və probasiya şöbəsinə və qeyrilərinə qarşı 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin, qeyri-yaşayış sahəsinin borc tələbi əvəzinə verilməsi barədə icra məmurunun 22 may 2013-cü il tarixli qərarın, ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, DƏDR-dən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi üzrə) 28. 2-ci iş üzrə iddiaçı Cavabdehlər Nəsimi rayon icra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq Nəsimi rayon İcra şöbəsi tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq İddiaçı adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17 yanvar 2013-cü ilk tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2011-ci il tarixli, 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilm əsi barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən qanunsuz qəbul olunmuş 22 may 2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)282/2020 saylı qətnaməsi ilə (hakim C.Musayeva) iddia tələbi qismən təmin edilərək Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92a nömrəli binanın zərzəmisindəki 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 22 may 2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92a nömrəli binanın zərzəmisindəki 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qaraja dair İddiaçı mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş 28 iyun 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 30. 1-ci iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 31. 2-ci iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsindən 3-cü şəxs İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2514/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova, Elnur Həsənov və Vahid Sadıqov) 1-ci işlə 2-ci iş bir icraatda birləşdirilmişdir.
33. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam, dolğun, hərtərəfli və obyektiv araşdırıb, onlara hüquqi qiymət verilməmiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Qətnamədə məhkəməyə verdiyi dəlil və sübutları hakim qeyd etməmiş, ədalətsiz qətnamə çıxarmışdır. 34. 3-cü şəxs İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı Cavabdeh artıq eyni tələb, eyni əsaslarla və eyni tərəfə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki mülki işin tələbləri, əsasları və tərəfləri, şikayətində qeyd etdiyi işlərin tələbləri, əsasları və tərəfləri ilə eynidir. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraatına xitam verilməli olduğu halda, qeyd etdiyi məhkəmə qərarlarının heç birini nəzərə almamış, nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadı ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) 2-ci iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsi ləğv edilmiş, idd iaçı Cavabdehlər Nəsimi rayon icra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı “qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının eyni məhkəmə tərkibi tərəfindən qəbul edilmiş eyni tarixli, eyni saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadını Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli qərarına istinadla belə əsaslandırıb ki, 2-ci iş üzrə iddiaçının “qanunsuz və əsassız olaraq Nəsimi rayon İcra şöbəsi tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq İddiaçı adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17 yanvar 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən qanunsuz qəbul olunmuş xx.xx.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətərinin qanunsuz hesab edilməsi” barədə tələbinə ayrıca iddia icraatı qaydasında deyil, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, şikayət formasında icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır.
38. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən qanunsuz qəbul olunmuş xx.xx.2013-cü il tarixli qərarın ləğv edilməsi tələbi ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur.
39. Məhkəmə kollegiyası qeyd edib ki, göründüyü kimi, ünvan 4 ünvanda yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) İddiaçı adına rəsmiləşdirilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarının qanuniliyi və əsaslılığı qüvvədə olan məhkəmə aktları ilə hüquqi qiymət verilmiş və sözügedən qərarlar qüvvədədir. Kollegiya qeyd edir ki, iddiaçı Cavabdeh Ə mlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur.
40. İddiaçı Cavabdeh iddiaçının qanunsuz və əsassız olaraq Nəsimi rayon İcra şöbəsi tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq İddiaçı adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17 yanvar 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin, icra məmurunun qərarından irəli gələn hüquq müəyyənedici sən ədlərin etibarsız hesab edilərək ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bütün bunlarla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2014-cü il tarixli, 2-1 (102)-675/14 saylı qərarı ilə müəyyən olunmuşdur ki, borclunun əmlakının qiymətləndirici tərəfindən qoyulmuş qiymətə tələbkarın adına keçirməklə qiymətləndirilməsi barədə cavabdeh icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarın qanuniliyi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılarkən hazırkı iddia ilə mübahisələndirilən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92 “a” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) X1 adına keçirilməsi barədə verilən 17/70 182/3 nömrəli, 17 yanvar 2013-cü il tarixli təklifin və verilən qərarların və sənədlərin, əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin Qeyd 12-194 saylı, 09 aprel 2012-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın və Nəsimi rayon İcra Şöbəsi tərəfindən əmlakın tələbkarın adına qeydə alınması barədə hərəkətlərinə qiymət verilmiş, bu zaman icra məmurunun hər hansı pozuntuya yol verməsi müəyyən olunmamışdır.
42. Qeyd olunanlara əsasın məhkəmə kollegiyası hesab etmişdir ki, 2-ci iş üzrə iddiaçının tələbinə iddia icraatı qaydasında məhkəm ədə baxılmalı olmadığından (məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, şikayət formasında icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır), bundan əlavə qeyd olunan tələblər üzrə artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarları olduğundan, iş üzrə icraata xitam verilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi həmçinin qərardadın nəticə hissəsində qeyd etmişdir ki, iddiaçının qeyd olunan tələblərinə artıq qüvvədə olan məhkəmə qərarları ilə qiymət verildiyindən, iddiaçıya şikayət formasında icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəməyə müraciət etmək hüququnun izah edilməsinə zərurət qalmır.
44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 261.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin yenidən apelyasiya baxışına göndərilməsini, müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş müddəti ötürülmüş apellyasiya şikayətinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. 4
6. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulub. Hazırki iş üzrə icraat Cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Nəsimi rayon İcra şöbəsinin keçmiş rəisi Nazim Nərimanov, Nəsimi rayon İcra şöbəsinin keçmiş icra məmuru X5 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qərarın, təklifin, digər sənədlərin və s. ləğv edilməsi” tələbinə dair mülki iş üzrə qəbul olunacaq məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-832/2020 saylı qərardadını qəbul etmiş hakim Xəyal Sarıyev əvvəki mülki işin baxılmasında iştirak etmişdir. Bundan başqa, məhkəməyə guya təqdim edilmiş və mübahisə predmeti ola n borc müqaviləsi yalan olduğundan həmin müqavilə əhəmiyyətsizdir. İddiaçı cavabdehlər tərəfindən qanunsuz və əsassız verilən qeyri-yaşayış sahəsi olan 6 saylı qaraj onun mülkyyətidir və bu mülkiyyəti qanunsuz olaraq onun əlindən alınıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
48. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
49. Ma ddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
51. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində Cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022ci il tarixli, 2(103)- 61/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
58. Belə ki, baxı lan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPM-nin 261.0.1 və 261.0.2-ci maddələrinin tətbiqi ilə bağlıdır.
59. MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
60. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstirusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
61. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə təminatlar nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla m üəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir.
62. İş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
63. Bu baxımdan Cavabdeh hazırda baxılan iddia tələbində irəli sürülmüş tələblər təhlil edildikdə görünür ki, həmin tələblər, İddiaçı Cavabdeh qarşı 20.000 manat məbləğində borcun, alınmış əmlaka görə 1.000 manat borcun, əld ən çıxmış gəlirə görə 5.000 manat pulun və vurulmuş mənəvi ziyana görə 5.000 manat pulun tutulması barədə iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası ilə əlaqəlidir (bu qərarın 1-4cü paraqrafları).
64. Yəni Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1480/2011 nömrəli 20 may 2011-ci il tarixli icra sənədinin icrası mərhələsində onun mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsinin tələbkar İddiaçı adına keçirməklə rəsmiləşdirilməsi barədə icra məmurunun 17 yanvar 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin, həmin icra vərəqəsinin icrası çərçivəsində qeyri-yaşayış sahəsinin borc tələbi əvəzinə verilməsi barədə icra məmurunun 22 may 2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv olunmasını tələb edir. 65. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
66. Məhkəmə qərarının icrası ilə əlaqədar mübahisələrin məhkəmə aidiyyəti məsələsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli qərarında aydınlıq gətirilmişdir.
67. Həmin qərarda göstərilmişdir ki, cra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarında n şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
68. Konstutusiya Məhkəməsini bu hüquqi mövqeyinə əsasən, məhkəmə qətnaməsinin (qərarın) icrasından irəli gələn mübahisələr hüquqi təbiəti etibarilə, həmin qətnamənin (qərarın) qəbul edildiyi mülki işin davamını təşkil edir. Bu qəbildən olan mübahisələrə ayrıca iddia icraatında deyil, yekin qərar qəbul edilmiş işin davamı kimi baxılmalıdır və məhkəmə təcrübəsi də məhz bu cür formalaşmışdır.
69. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də bu əsaslardan çıxış edib Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini tətbiq etməklə iş üzrə icraata xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı və qanunidir.
70. Kassatorun işə baxmış hakimlərə etiraz dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər Bakı Apellyasiya Məhkəməsinin sədrinin xx.xx.2022-ci il tarixli qərardadında araşdırılmış və etiraz üçün əsasların olmadığı müəyyən edilmişdir.
71. Məhkəmə kollegiyası, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadının çıxarılmasında iştirak etmiş hakimlər tərəfindən işə baxılmasına yol verməyən, Azərbaycan Respublikası MPM-nin 19 və 20-ci maddələrində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir.
72. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadın nəticə hissəsində “iddiaçının qeyd olunan tələblərinə artıq qüvvədə olan məhkəmə qərarları ilə qiymət verildiyindən, iddiaçıy a şikayət formasında icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəməyə müraciət etmək hüququnun izah edilməsinə zərurət qalmaması” barədə mövqeyi ilə də razılaşır.
73. Çünki icraata xitam verilməsinin qaydası və nəticələrini tənzimləyən MPM-nin 262-ci maddəsinin tələbinə görə, MPM-nin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir (262.3-cü maddəsi).
74. Lakin iş materiallarından göründüyü kimi Cavabdeh «icra məmurunun xx.xx.2013-cü il tarixli “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv edilməsi» (8-16-cı paraqraflar), «İddiaçı adına verilən ******* nömrəli çıxarışın ləğv edilməsi» (17-21-ci paraqraflar), «17 yanvar 2013-cü il tarix li təklifin və verilən qərarların və sənədlərin ləğv edilməsi, "xxxx" MMC-nin adından saxta tərtib edilmiş qeyd 12-194 nömrəli, 09 aprel 2012-ci il tarixli saxta əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və Nəsimi rayon İcra Şöbəsinin rəisi Nazim Nərnimanov və icra məmuru Səbuhi Məmmədov tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarsinə göndərilən bütün sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi” (22-25-ci paraqraflar) tələblərinə məhkəmələrdə baxılmışdır.
75. İşə baxmış apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)61/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.