Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-633/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, XXX İddia tələbi: zəbt edilmiş yolun açılması, yolda inşa edilmiş özbaşına tikilinin sökülməsi və torpaq sahəsinə istifadə hüququnun tanınması Açar sözlər: torpaq üzərində mülkiyyət hüququnun əmələ gəlmə əsasları, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi və vəkili X1, digər Cavabdeh2 i ştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.1989-cu il tarixli “icarə müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha sahəsi olan P 1377 saylı torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Həmin ərazidə yerləşən B-1335 saylı torpaq sahəsi X2, 1377, 1377 C saylı torpaq sahələri Cavabdeh2 və 1335 C saylı torpaq sahəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. B-1335 saylı torpaq sahəsinin sahibi 2018-ci ildə məhkəmədə iddia qaldıraraq, onun torpaq sah əsinə bitişik 0,02 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsini tələb etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan və bələdiyyənin bu barədə müvafiq qərarı olmadığından iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxx 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş, Novxanı bağları ərazisində yerləşən, sahəsi 0,12 ha olan, P 1377 saylı bağ sahəsinə gedən yolun açılması, həmin yol üzərində inşa edilmiş özbaşına tikililərin sökülməsi, ona məxsus Novxanı bağlar ərazisində yerləşən, sahəsi 0,12 ha olan, P 1377 saylı bağ sahəsinə bitişik təqribən 2 sot sahəsi olan boş torpaq sahəsinin onun qanuni istifadəsinə və sahibliyinə v erilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, bağ sahəsinin qarşısında təqribən 0,02 ha torpaq sahəsi vardır ki, həmin sahənin boş qalması baxımsızlığa və oraya müxtəlif insanların zibil tökməsinə şərait yaradır, natəmizliyə səbəb olur. Həmin boş sahənin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətinə verilməsi və bütün bağ sahəsinin özəlləşdirilməsi üçün köməklik göstərilməsi üçün XXXnə müraciət etsə də, bələdiyyədən ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdehlər də onun bağ sahəsinə gələn yolu kəsərək öz həyətyanı sahələrinə qatmışlar. Bu səbəbdən də o, evinə daha uzun yolla getməli olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən vətəndaşların qanuni sahibliyində olan bağ torpaq sahələri əvəzsiz qa yda onların mülkiyyətinə verilməlidir. İş üzrə alınmış xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, Novxanı bağlar massivinin bölgü sxeminin olmaması səbəbindən Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən, sahəsi 0,12 ha olan, B-1377 (P-1377) saylı bağ sahəsinin daxilində yolun mövcud olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Novxanı bağlar ərazisində yerləşən, sahəsi 0,12 ha olan, B 1377 (P 1377) saylı bağ sahəsinə bitişik təqribən 2 sot sahəsi olan boş torpaq sahəsinin onun qanuni istifadəsinə və sahibliyinə verilməsinə dair müvafıq i ddianı qaldırması üçün subyektiv hüququ yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Torpaq Məcəlləsinin 49, 55, 56, 66-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1985/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev, G.F.Tağızadə, L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını t am, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin iddiaçıya münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmaqla işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclas ında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələl ərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləni n 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Torpaq Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 49.1 və 49.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habel ə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzə rə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-633/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-633/2021
03.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver