Məhkəmə qərarları › İş №2(102)-633/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-633/2022

07.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-633/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “həyətyanı və pay torpaq sahəsinə qanun üzrə vərəsə tanınma, mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, məcburi pay, miras əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tə rkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(104)-2889/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarı ilə ünvan 1 kəndində 8055,06 kv.metr həyətyanı torpaq sahəsi xxxoğlunun, həmçinin 1,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xxxoğlunun, X2, X6, X3, X7, X1, X4, X8 və X5 mülkiyyətinə verilmişdir. xxxoğlu və İddiaçı1 25 iyun 2007-ci ildə nikaha daxil olmuşlar, nikahlarından İddiaçı2 anadan olmuşdur. Cavabdeh xxxoğlunun X10 ilə ailə münasibətlərindən anadan olmuş övladıdır. xxxoğlu 14 oktyab r 2007-ci il tarixdə ölmüşdür. xxxoğlunun 16 iyul 2005-ci ildə vəsiyyətnamə tərtib edərək, ünvan 2 kəndində yerləşən bütün əmlakını - evini, həyətyanı və pay torpaq sahəsini Cavabdeh vəsiyyət etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin 24 iyul 2020-ci il tarixli qərarından görünür ki, miras əmlakın vərəsələr arasında paylarına müvafiq bölünməsi ilə bağlı mübahisə olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 s aylı qərarı ilə A353494 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair hüquqi sənədi əsasında mərhum xxxoğlunun adına qeydə alınmış 8055,06 kvadratmetr həyətyanı və mülkiyyət hüququna dair dövlət aktı əsasında xxxoğlu və 8 nəfərdən ibarət ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə verilmiş ünvan 2kəndinin ərazisində yerləşən 1,34 ha pay torpaq sahəsinin xxxoğlunun payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakları faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi və miras əmlaklara paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, xxxoğlu vəfat etdikdən sonra sonuncuya məxsus təsərrüfatda iddiaçılar və cavabdeh yaşamış və mirası faktiki qəbul etmişlər. Şəmkir Rayon Məhkəməsinin 11 mart 2021-ci il ta rixli, 2(076)-59/2021 nömrəli qətnaməsi ilə (hakim Z.Ş.İmanov) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum xxxoğlunun qanun üzrə vərəsələri tanınmaları, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən xxxoğlunun mülkiyyətinə verilmiş və ondan miras qalmış ünvan 2 kəndində yerləşən 8055,06 kvadratmetr həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə isə İddiaçı2 mirası faktiki qəbul etməsi faktı müəyyən edilməsi, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən JN-996, KOD 50400048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında xxxoğlunun və digərlərinin (ümumilikdə 9 nəfər) mülkiyyətinə verilmiş ünvan 2 kəndində yerləşən 1,34 ha kənd təsərrüfatı torpaq sa həsinin 1/9 hissəsinin 1/6 hissəsinə (ümumi əmlakın 1/54 hissəsinə) İddiaçı1, 1/9 hissəsinin 1/6 hissəsinə (ümumi əmlakın 1/54 hissəsinə) isə İddiaçı2 mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi ilə, MM-in 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1166, 1193, 1243.2, 1243.3, 1255-ci maddələrinə istinad edərək müəyyən etmişdir ki, mərhum xxxoğlundan qalmış mirası onun vərəsələri – arvadı və qızı olan iddiaçılar, həmçinin oğlu olan cavabdeh təsərrüfatı idarə etməklə faktiki olaraq qəbul etmişlər. Məhkəmə miras qoyanın sağlığından cavabdehə vəsiyyətnamə verməsini, iddiaçıların məcburi paya malik olmalarını nəzərə almışdır. b) Apellyasiya instansiyası məhkəm əsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli, 2(076)-59/2021 nömrəli qətnaməsinin mübahisələndirdiyi hissəsində ləğv edilməsi və digər mülkiyyətçilərin də nəzərə alınmaqla, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(104)-2889/2021 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyevdən və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(076)-59/2021 nömrəli qətnaməsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən xxxoğlunun mülkiyyətinə verilmiş və ondan miras qalmış ünvan 2 kəndin də yerləşən 8055,06 kvadratmetr həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə isə İddiaçı2 mirası faktiki qəbul etmələri faktının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq vəsiyyətnaməni və digər vərəsələrin məcburi paylarını nəzərə alaraq Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən xxxoğlunun mülkiyyətinə verilmiş və ondan miras qalmış ünvan 2 kəndində yerləşən 8055,06 kvadratmetr həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə isə İddiaçı2 mirası faktiki qəbul etməsi faktını müəyyən etmişdir. Cavabdeh 8055,06 kv.m həyətyanı torpaq sahəsinə dair A 353494 nömrəli torpaq sahəsinin plan və ölçü sü sənədində yalnız atası xxxoğlunun adı qeyd edilsə də, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən JN 996, KOD 50400048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd edilmiş 9 nəfər şəxslərin də həmin torpaq sahəsində mülkiyyətçi kimi mülkiyyət paylarının nəzərə alınmalı olmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən apellyasiya məhkəməsi qeyd etmişdir ki, 8055,06 kv.m həyətyanı torpaq sahəsinə dair A 353494 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi qanuni sənəd olmaqla, mübahisələndirilməmiş və orada torpaq sahəsinin yeganə mülkiyyətçisi xxxoğlu olmaqla, başqa mülkiyyətçilərin adları yoxdur. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən JN -99 6, KOD 50400048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında 9 nəfər şəxslərin adalarının qeyd edilməsi başqa bir hüquqmüəyyənedici sənəd üzrə onların payının olması anlamına gəlmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(104)-2889/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli qərarı ilə ünvan 1kəndi ərazisində kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahəsi mərhum atasına və 9 nəfər ailə üzvlərinə verilmiş, 1,34 ha torpaq sahəsinə dair dövlət aktında həmin şəxslərin adları göstərilsə də, 8055,06 kv.m. həyətyanı torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə təkcə mərhum atasının adı qeyd olunmuşdur. Halbuki, onların hər birinin həyətyanı torpaq sahəsinə pay hüquqları olmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də göründüyü kimi, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən xxxoğlunun mülkiyyətinə verilmiş və ondan miras qalmış ünvan 2 kəndində yerləşən 8055,06 kvadratmetr həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə isə İddiaçı2 mirası faktiki qəbul etmələri faktının müəyyən edilməsi hissəsində qanuniliyinin yoxlanılması təşkil etmişdir. Hazırda apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsi nə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifad ə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu d axildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yeri nə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.1-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmaya raq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki iş üzrə hər iki tərəfin miras qoyanın birinci növbədə vər əsələri olmaları, cavabdehə vəsiyyətnamə qoyulsa da, iddiaçıların miras əmlaka məcburi paya malik olmaları və hər iki tərəfin miras əmlaka sahiblik etməklə və onun idarə etməklə, mirası faktiki qəbul etmələri işin mübahisəsiz hallarıdır. Mübahisənin predmeti yalnız ünvan 1 kəndində 8055,06 kvadratmetr həyətyanı torpaq sahəsinin hansı həcmdə miras kütləsinə daxil olmasıdır. Kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işdə olan sənədlərə əsasən həmin torpaq sahəsi tam olaraq mərhumun mülkiyyətində olmuşdur. Kassator həyətyanı torpaq sahəsinin paylı mülkiyyətdə olduğunu göstərsə də, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan torpaq sahəsinə tam olaraq tərəflərin vərəsəlik hüquqlarının tanınması MM-in 139 və 1151.1-ci maddələrinə uyğun olmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 08 iyun 2021-ci tarixli məktubunu əlavə etsə də, məhkəmə kollegiyası həmin sənədə hüquqi qiymət verilməsini qeyrimümkün hesab edir. Belə ki, kassasiya instansiyası məhkəməsinə əlavə sübutların təqdim edilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(104)-2889/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar