Məhkəmə qərarları › İş №2(102)-633/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-633/2024

20.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-633/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)5992/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı və ya işçi) 2006-cı ildən 2021-ci ilədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – cavabdeh və ya işəgötürən) strukturuna daxil olan qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır.

2. İddiaçı 06 mart 2020-ci il tarixli əmrlə X1 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş,xx.xx.2020-ci il tarixdə onunla bir illik əmək müqaviləsi bağlanmış, işəgötürənin xx.xx.2020-ci il tarixli 368/K nömrəli əmri əsasında onunla bağlanmış əmək müqaviləsinin mü ddəti 1 il uzadılmışdır.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli 502/K nömrəli əmri əsasında Azərbaycan iddiaçı xx.xx.2022-ci il tarixinədək X1 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.

4. Cavabdehin №1044/Ü saylı xx.xx.2021-ci il tarixli əmri ilə vətəndaş Nüşabə Əlisa qızının şikayət ərizələri əsasında müraciətin obyektiv araşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısının alınması və nöqsanlara səbəb olan şəraitin aradan qaldırılması məqsədilə X1 Təsərrüfatı Mərkəzinin direktoru olan iddiaçı barəsində xidməti araşdırma təyin edilmiş və xidməti araşdırma aparıldığı dövrdə sonuncunun səlahiyyətlərinin icrası dayandırılmışdır.

5. İşəgötürənin xx.xx.2022-ci il tarixli, 572/K nömrəli əmri əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əs asən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir.

6. İddiaçının son haqq-hesabı tutulmalar çıxıldıqdan sonra - 939.09 manat xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına köçürülmüşdür.

7. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.

8. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərilmiş məktubda onun barəsində cinayət təqibinə xitam verildiyi q eyd olunmuşdur. İddiaçı məktubu aldıqdan sonra xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla cavabdehə işə bərpa olunması ilə bağlı müraciətlər etmişdir.

9. Cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsində uyğun vakant vəzifə olmadığından işlə təmin olunmağınız imkanlarımız xaricindədir. Gələcəkdə uyğun iş yerləri yaranarsa müraciətinizə yenidən baxılacaqdır”.

10. Bundan sonra iddiaçı iddia tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya müraciət etmiş, cavabdeh mediasiya prosesində iştirakdan imtina etmiş, bu barədə xx.xx.2023 tarixli arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 572/K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına 939 manat pul köçürülmüşdür. Həmin vaxt mühasiblə telefon danışıqları zamanı ona məlum olmuşdur ki, bu pul işdən çıxarılması ilə əlaqədar ödənilən son haqq-hesabdır. Müqavilənin bir il müddətinə bağlanmasını, iyun ayında müddətin bitməsini bilsə də, cinayət işi onun xeyrinə yekunlaşdıqdan sonra müqavilə müddətinin uzadılacağını güman etmi şdir. Bu səbəbdən cinayət işinin yekununu gözləmişdir. Prokurorluq orqanından bəraət məzmunlu məktubu aldıqdan sonra həmin məktubu öz ərizəsinə əlavə edərək cavabdehə işə bərpa olunması üçün müraciət etmiş, vakant vəzifə olmadığından işlə təmin olunmamışdır Bu səbəbdən vakant yerlərin açılması üçün gözləmiş, hesab etmişdir ki, ixtisaslı kadr olaraq rayon ərazisində ona iş təklif ediləcəkdir. Lakin sonradan vakant yer olsa da, işə bərpa olunmadığından işə bərpa tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir.

13. Cavabdeh, iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddia əsassızdır və formal mülahizələrə söykənir. Nazirliyin 2022-ci il 20 iyun tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. 18-xx. xx.2022-ci il tarixləri müvafiq olaraq qeyri-iş günlərinə (şənbə və bazar) təsadüf etmişdir. Göründüyü kimi, iddiaçının Nazirliklə bağladığı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə əsasən xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı iddia müddətini ötürərək, mediasiya təşkilatına 2023-cü ilin mart ayında, məhkəməyə isə 2023-cü ilin may ayında müraciət etmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2854/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia rədd olunmuşdur.

15. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına (məhkəmədə verdiyi izahatlar, son haqq-hesabın köçürülməsi, işə bərpa olunması ilə bağlı müraciətləri, cavabdehin 16 yanvar 2023-cü il tarixli cavab məktubu bunu sübut edir) baxmayaraq, mediasiya orqanına 29 mart 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi, işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 9 ay sonra mediasiyaya müraciət etmişdir.

16. Məhkəmə iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı işə bərpa tələbinə dair iddiası q anunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 373, 375-ci, Əmək Məcəlləsinin 11 (bənd “b”), 45, 47, 68, 73, 83, 296-cı madələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə y eni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əsasən xitam verilmişdir. Lakin onun faktiki olaraq belə bir əmrin verilməsindən xəbəri olmamışdır və həmin əmrin surəti cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza əlavə edilməklə məhkəmə baxışı zamanı təqdim edilmişdir. Həmin müddətə qədər onun işdən çıxarılma əmrinin surəti və əmək kitabçası ona təqdim edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5992/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), M.Məmmədov və A.İmanov) apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

23. İddiaçı (Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Şikayət, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

27. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

28. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

29. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün ə sasdır. Əmək Məcəlləsi

31. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

32. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

33. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

34. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

35. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.

36. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

37. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı ha llarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

38. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

39. Maddə 294 (1-ci hissə). Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün f ərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

40. Maddə 294 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

41. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayət inin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

53. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya instansiya məhkəmələrinin baxışında cavabdehin istinad etmədiyi yeni hallarla bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5992/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar