Məhkəmə qərarları › İş №2(102)-6334/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6334/2021

06.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6334/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi” X4rşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, müddətli və müddətsiz əmək müqaviləsinin bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6571/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnamə sindən cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi” X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 1988-ci ildən cavabdeh müəssisədə çalışır, 02 aprel 1994-cü il tarixdən isə istesalat təlimi ustası vəzifəsində işləyir. 16.09.2019-cu il tarixdə İddiaçı tərəfindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X5 direktoru R.Xanlarova ünvanlanmış ərizəyə əsasən, İddiaçı 15.07.2020-ci il müdətinədək (təhsil ili müddətində) istehsalat təlim (i/t) ustası işinə qəbul edilməsini xahiş etmiş, həmçinin 15.07.2020-ci il tarixdə müddətli əmək müqaviləsinə həmin tarixdən xitam olunacağı barədə məlumatlandırılmışdır. “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X5 direktoru, işəgötürən X1 İddiaçı arasında 16.09.2019-cu il tarixdə 10 ay müddətinə, 15.07.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti bitdiyinə görə işəgötürənin 01.07.2020-ci il tarixli, 66 №-li əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə olan müddətli əmək müqaviləsinə 15.07.2020-ci il tarixdən xitam verilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi haqqında 01.07.2020-ci il tarixli, 66 nömrəli əmrlə İddiaçı istifadə olunmamış məzuniyyət günlərinə görə 16.09.2019-cu il tarixdən 15.07.2020-ci il tarixədək olan dövrü üçün 35 təqvim gününün pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaç ı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 01 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqının hesablanması və mənəvi zərərə görə 1000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 39 il iş təcrübəsi var və bunun 32 ilini eyni müəssisədə çalışmışdır. 2019-cu ilin iyul ayında mərkəzə yeni təyin edilmiş müdir müavini Xalidə Hümbətova onu otağına dəvət edərək bildirmişdir ki, əmək müqaviləsinin müddəti bitib, onun qarşısına şərt qoyaraq, ya 1 illik əmək müqaviləsi imzalamağı, ya da işdən azad olunacağını bildirmişdir. O, müqaviləni imzalamayac ağını bildirsə də, sonda məcbur qalaraq uzun müddətdir işlədiyi iş yerini itirməmək üçün müqaviləni imzalamışdır. Əmək müqaviləsi 1 il müddətinə 2019-cu ilin iyul ayından 15.07.2020-ci il tarixədək bağlanmışdır. İstehsalat təlimi ustası işi daimi xarakter daşıdığı halda onunla əmək müqaviləsi müddətli bağlanmışdır. Ona müqavilə müddəti bitdikdən sonra işlə təmin ediləcəyi bildirilsə də, 15.07.2020-ci il tarixdə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən 01.07.2020-ci il tarixli 66 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. 2020ci ilin sentyabr ayında X.Hümbətova ona bildirmişdir ki, ona iş verə bilməyəcək, halbuki iş təcrübəsi olmayanlar, texnikum bitirənləri, az bal toplayanları işlə təmin etmişdir. İşlədiyi müddət ərzində işini vicdanla yerinə yetirmiş, verilən bütün tapşırıqları qüsursuz olaraq həyata keçirmiş, heç bir nöqsana yol verməmiş, işlədiyi müddət ərzində heç bir töhmət, xəbərdarlıq almamış, barəsində intizam tənbeh tədbiri olmamışdır. Həmçinin o, Təhsil Nazirliyinin keçirdiyi istehsalat ustalarının diaqnostika qiymətəndirilməsində yüksək bal toplamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 10.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı cavabdeh Mərkəzin direktoruna 16.09.2019-cu il tarixli ərizə ilə müraciət edərək, onu Mərkəzə 15.07.2020-ci il müddətinədək (təhsil ili müddətində) istehsalat təlim ustası işinə qəbul edilməsini xahiş etmişdir. İddiaçının xahişi nəzərə alınmaqla ərizəsi əsasında onunla cavabdeh Mərkəz arasında 16.09.2019-cu il tar ixində əmək müqaviləsi bağlanmışdır. İddiaçı dəfələrlə Mərkəz rəhbərliyinin qəbulunda olarkən onun müqaviləsinin bitmə tarixi ilə bağlı məlumatlandırılmışdır. İddiaçı onunla bağlanan müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin ləğv olunmasını tələb etsə də, həmin əmrin qanunsuz olması ilə bağlı hər hansı bir sübut növünə əsaslana bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tərəflər arasında bağlanmış 16.09.2019-cu il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilərək işə bərpa olunması, məcburi iş buraxmaya görə 5 aylıq, yəni 2300 manat əmək haqqının və mənəvi zərərə görə 1000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ötürülmüş iddia müddətinin bərpasına dair ərizə təqdim edərək, işdən çıxarılma barədə əmr və əmək kitabçası ona xeyli müddət sonra təqdim edildiyindən məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə edə bilməməsini nəzərə alaraq iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Təhsil İşçiləri X3 Respulika Komitəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda ona bildirilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi 01.07.2020-ci il tarixli, 66 nömrəli əmri ilə 15.07.2020-ci il tarixdən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Müqaviləyə xitam verilməsi barədə əmrlə razı olmadığı halda əmrin ləğv edilməsi və işə bər pa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 03.11.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ixtisası və iş təcrübəsi üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vakant yer olmadığından Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, peşə təhsili müəssisələrində müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı müsabiqədə iştirak etməyi tövsiyə edilmiş, lakin bu imkandan istifadə etməmişdir. Azərbaycan Təhsil İşçiləri X3 Respulika Komitəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, Əmə k Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. O, uzun illərdir işlədiyinə görə və istehsalat təlimi ustası vəzifəsi daimi xarakterə malik olduğu üçün hesab edilmişdir ki, onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim Günel Abbasova) 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X6 İddiaçı arasında bağlanmış 16.09.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi işburaxma müddəti üzrə 01.07.2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının uzun illər işləməsinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması, digər işçilərlə müqayisədə ayrıseçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrıseçkiliyin əsası kimi hesab olunmalıdır. Həmçinin məhkəmə iddiaçının ötürülmüş iddia müddətinin bərpasına dair ərizəsinə münasibətdə hesab etmişdir ki, iddia müddəti bərpa edilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Elşən Kazımov, İlham Kərimli) 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə m alik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən məhz “f” bəndindəki müddəaya istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa “tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı işəgötürənə yazdığı ərizədə (iş v. 45) xahiş edib ki, müəssisənin adının dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsi müddətli (10 ay) bağlansın. Nəzərə alınmalıdır ki, həmin ərizə ilə iddiaçı müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olur. Lakin müəssisənin adı motiv sayıla bilməz, çünki müəssisənin adı ilə müqavilənin müddəti arasında heç bir əlaqə yoxdur. Ona görə də sual yananır ki, uzun müddət istehsalat təlimi ustası vəzifəsində işləyən iddiaçı hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verib? Ağlabatan motiv yoxdur. Ona görə də hesab olunur ki, iddiaçı ərizəni işəgötürənin diktəsi ilə yazıb. İddiaçı özü də bildirir ki, işəgötürən ona deyib ki, əgər müddətli əmək müqaviləsinin bağlanması barədə ərizə yazmasa onu işə qəbul etməyəcək, ona görə də işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq ərizə yazmağa məcbur olub. Məhkəmə qeyd etmişdir ki, əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığana istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqavilələri bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərinin sayının və ya ştatının ixtisarına görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. Əgər işçi özünün “arzuolunmaz” sayılmasına şərait yaratmırsa, əmək münasibətləri öz axarında davam edir. Çünki müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Ona görə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 16.09.2019-cu il tarixli əmək müqaviləsini müddətsiz bağlanmış hesab edib. Müqavilə müddətsiz sayıldığına görə işəgötürənin onu Əmək Məcəlləsinin 68-ci maddəs inin “b” bəndinə əsasən ləğv etməsi qanuna uyğun deyil. İddia müddəti ilə bağlı apellyasiya şikayətinin dəlilinə qiymət verən məhkəmə hesab etmişdir ki, iddia müddəti keçməyib. Belə ki, iddia ərizəsi 10.12.2020-ci il tarixdə məhkəməyə daxil olub. Cavabdeh iddiaçıya müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi günü təsdiq edən sübutları məhkəməyə təqdim edə və həmin günlə 10.12.2020-ci il tarixinin arasında 1 aydan çox vaxt olduğunu sübut edə bilmir. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri M əzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.3 Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4 Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən h allar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə

47. Bənd “f” Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqavilə bağlanıla bilər. Maddə 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 74.2 Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Maddə

296. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarını n şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı: “...işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6571/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar