Məhkəmə qərarları › İş №2(102)-6339/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6339/2022

19.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6339/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6339/2022 Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı şəhəri, 19 dekabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2(107)-861/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və s. tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 vəfat etdiyindən onun cavabdehlər siyahısından çıxarılmasını və iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə veri lmiş: 1.02 ha torpaq sahəsinin 0.5399,79 ha hissəsinin Cavabdeh2 Təhsini qızının qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona yerilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qəbələ Rayon Məhkəməsinin (hakim E.B.İsayev) 13 aprel 2022-ci il tarixli, 2(025)-34/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin geri qaytarılması və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) 01 sentyabr 2022-ci il tarixli, 2(107)861/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-34/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

6. Apellyasiya instansiyası məhkəm əsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olmasına baxmayaraq yenidən həmin tələblə məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduqda tərəfin həmin tələblə bağlı yenidən iddia qaldırmasını qadağan edir.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 əvvəlki iş üzrə cavabdeh olmasa belə o, Cavabdeh1 vərəsəsi olduğundan həmin tələblə bağlı yenidən Cavabdeh1 vərəsəsinə iddia qaldırmaq hüququ yoxdur.

8. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətn aməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

9. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. 11. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.”

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3, 261.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəki l) həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinə təqdim edilmiş qətnamənin surətindən də görünür ki, iddiaçı və cavabdeh şəxslər eyni olmasına baxmayaraq, iddia tələbi eyni deyildir və mahiyyət etibarı ilə fərqlidir. Belə olduğu təqdirdə apellyasiya məhkəməsi işin icratına xitam verməklə əsassız və qanunsuz qərardad çıxarmış, mülki işə apellyasiya şikayəti əsasında mahiyyəti üzrə baxmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız məh kəmə qərardadı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

17. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xi tam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

18. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır.

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya məhkəməsinin qərardadından və kassasiya şikayətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-xx/xx/2008 nömrəli qətnaməsinə əsasən, JN- 0774, KOD 40614018 saylı Dövlət Aktının B planşetində göstərilən və İddiaçı yəni-on un və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5399,79 kv.m torpaq sahəsindən istifadə olunmasında cavabdeh Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan X1 tərəfindən mane olan hallar aradan qaldırılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının eyniməzmunlu tələbinə daha əvvəl məhkəmə aktı ilə baxıldğı və həll edildiyi üçün işin icraatına xitam vermişdir.

24. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 əvvəlki iş üzrə cavabdeh olmasa belə o, Cavabdeh1 vərəsəsidir. Qanuna əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər.

25. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

26. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2(107)-861/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar