Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6343/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: müddətin bərpası tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1276/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Raul adlı azyaşlı uşağı ilə birlikdə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(051)-1498/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin olunması qət edilmişdir.
3. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apel lyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İş materiallarından müəyyən оlunmuşdur ki, birinci instansiya məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(051)-1498/2022 saylı qətnaməsi 15 avqust 2022-ci il tarixdə tərəflərə, o cümlədən iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 2 ünvanına göndərilmiş, 18 avqust 2022-ci il tarixdə həmin ünvanda xəbərnaməyə “nəvəsi Cavabdeh2” qeydi ilə imza edilməklə təhvil alınmışdır. 5. 21 sentyabr 2022-ci ildə iddiaçı məhkəməyə ərizə təqdim edərək qətnamənin surətini almadığını, ona görə də qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnamənin surətinin iddiaçya təqdim olunmasını təsdiq edən xəbərnamə iş mater iallarında olmasına baxmayaraq, iddiaçının “müəyyyən səbəblərdən” qətnaməni almaması əsasını qəbul edərək həmin tarixdə qətnamənin surətini iddiaçıya təqdim etmiş və iddiaçı bu barədə olan məhkəmə qəbzini imzalamışdır.
6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 7 oktyabr 2022-ci il tarixli, 2(107)-1276/2022 nömrəli qərardadı ilə (hakimlər-Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya qeyri-mümkün hesab edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı apellyasiya şikayəti vermək üçün müəyyən olunan prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçıya qətnamənin surəti 18 avqust tarixdə rəsmi olaraq verilmişdir, 21 sentyabr 2022-ci il tarixdə qətnamənin surətinin iddiaçıya təqdim olun ması isə məhkəmə sənədinin təkrar verilməsi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayəti isə 22 sentyabr 2022-ci il tarixdə elektron imza ilə imzalanmaqla “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə məhkəməyə daxil olmuşdur. Beləliklə, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyən edilmiş 1 aylıq müddət üzrlü səbəblər olmadan 4 gün ötürülmüşdür.
8. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya şikayətini vermə müddətini ötürməmişdir. Belə ki, iddiaçı kimi İddiaçı da məhz qanunla müəyyən edilmiş müddət ərzində - 21 sentyabr 2022-ci il tarixdə qətnaməni əldə etmiş və dərhal apellyasiya şikayəti verilmişdir. Qərardadda qeyd olunur ki, birinci instansiya məhkəməsinin 04 avqust 2022-ci il tarixdə tərəflərə göndərilmiş, 18 avqust 2022-ci il tarixdə İddiaçı nəvəsi – “Cavabdeh2” qeydi ilə imza edilməklə təhvil alınmışdır. Əvvəla, Cavabdeh2 baxılan iş üzrə cavabdehdir. İddiaçı məhz Günay və onun anası Arzuya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında kəskin ixtilaf, mübahisə və münaqişələr olduğundan bir-biri ilə danışmır və ünsiyyətdə olmurlar. Cavabdeh2 İddiaçı adına göndərilmiş qətnaməni a lınması məhz qətnamənin geri qaytarılmasının qarşısını almaq və dolayısı ilə iddiaçının şikayət verməsinə mane olmaq məqsədi daşımışdır. Məlumat üçün bildiririk ki, İddiaçı 80 yaşı var, səhhəti ilə bağlı kəskin problemləri olduğu və cavabdehlərin ona qulluq-qayğı göstərməməsi səbəbindən 2022-ci ilin fevral ayından Rusiya Federasiyasının Moskva şəhərinə oğlunun yanına getmişdir. Mübahisə doğuran qətnamə çıxarılan məsələyə baxılarkən və qətnamə tərəflərə göndərilərkən Mingəçevir şəhərində olmamış və məhkəmədə iştirak etməmişdir. İşlə bağlı nümayəndəsinə göndərdiyi 04 avqust 2022-ci il tarixli etibarnamə ünvana məhz sentyabr ayında çatdığına görə şikayət verilən mübahisəli qətnamə məhz iş materiallarında göstərilən tarixdə nümayəndə tərəfindən alınmış və dərhal apellyasiya şikayəti verilmişdi r. Qeyd olunan hallar birinci instansiya məhkəməsinə bəlli olduğundan, əlavə araşdırma aparılmasına zərurət olmadığı üçün məhkəmə apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərməklə heç bir qanun pozuntusuna yol verməmiş, MPM-nin 361-ci maddəsinin tələblərinə riayət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
17. Maddə 361.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir.
18. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu M əcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya bax ışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiall arını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 oktyabr 2022cu il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
23. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin 4 avqust 2022-ci il tarixli qətnaməsinin surəti 15 avqust 2022-ci il tarixdə tərəflərə, o cümlədən iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 2 ünvanına göndərilmiş, 18 avqust 2022-ci il tarixdə həmin ünvanda xəbərnaməyə “nəvəsi Cavabdeh2” qeydi ilə imza edilməklə təhvil alınmışdır.
24. İddiaçı 21 sentyabr 2022-ci ildə məhkəməyə ərizə təqdim edərək qətnamənin surətinin ona verilməsini xahiş etmiş, məhkəmə həmin gün qət namənin surətini ona təqdim etmiş və iddiaçı 22 sentyabr 2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir.
25. Apellyasiyanı qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti iddiaçıya 18 avqust 2022-ci il tarixdə çatdırılmışdır, həmin tarixdən hesablandıqda iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür.
26. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iş üzrə iddiaçı və cavabdehlər, həmçinin iddiaçıya göndərilmiş qətnamənin surətini alan Cavabdeh2 eyni ünvanda yaşayırlar, iddia tələbi cavabdehlərin həmin ünvanda yaşayış sahəsindən istifadə hüququna xitam verilməsindən ibarətdir, Cavabdeh2 işin nəticəsində maraqlıdır, ona qarşı yönəlmiş tələbinin rədd olunması barədə qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi, həmin işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması onun mənafeyinə uyğun deyildir. Belə olan halda Cavabdeh2 məhkəmə sənədini ünvan sahibi olan iddiaçıya verməsi ağlabatan deyildir. Apellyasiya məhkəməsi apellyasiyanı qeyri-mümkün hesab edərkən göstərilən halı nəzərə almamış, qətnamənin surətinin iddiaçıya 18 avqust 2022-ci il tarixdə çatdırılmasını inandırıcı hesab etməkdə səhvə yol vermişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən vəziyyətdə apellyasiya məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə etməli və nəticəsindən asılı olaraq qərar etməli idi.
28. Şərh edilənlərə əsasən apellyasiya məhkəməsinin qərardadı lə ğv olunmalı və mülki iş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidlir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1276/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.