Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6349/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5715/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh (bundan sonra – cavabdeh) 30 yanvar 2020-ci il tarixdə Ziya Bünyadov prospektində “XXX” BM-də yerləşən "AAA" mağazasından 2500 manata “Apple İphone 11 PRO 256 GB, Midnight Green” markalı mobil telefon almışdır. Cavabdeh 19 iyul 2020-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə (bundan sonra – RPİ) ərizə ilə müraciət edərək mağazadan 2500 manata aldığı mobil telefonda istehsal qüsuru olduğuna görə telefonu həmin mağazaya qaytarmasına baxmayaraq, mağazada işlədikləri və fəaliyyət göstərdikləri halda pandemiyanı bəhanə gətirərək, yalandan işləmədiklərini dediklərini və ona qarşı dələduzluq edərək ona 2500 manat məbləğində maddi ziyan vurduqlarını bildirmişdir. Fakt üzrə RPİ-nin İstintaq Şöbəsində araşdır ma aparılmış və tərəflərin izahatları alınmışdır. Araşdırma zamanı İddiaçı (bundan sonra – iddiaçı) dəymiş ziyanın əvəzi kimi hazırkı iş üzrə cavabdehə 1.000 manat məbləğində pul ödəmiş və bundan sonra cavabdeh ərizə ilə müraciət edib ona məxsus mobil telefonun təmir edilib özünə qaytarıldığını və əlavə olaraq ona 1.000 manat pul verildiyini bildirərək cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Tərəflər arasındakı məsələ mülki xarakterli olduğundan 04 avqust 2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat, mənəvi zərərin əvəzi olaraq 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 3030 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, telefondakı qüsurlar tərəfindən aradan qaldırılmışdır. Lakin, sonradan cavabdeh telefonun yenisi ilə əvəz olunmasını tələb etmişdir. Bu tələbinə rədd cavabı aldıqda RPİ-yə müraciət etmişdir. RPİ-nin əməkdaşları hər hansı bir çağırış vərəqəsi və rəsmi məktub göndərmədən ona məxsus mağazaya gələrək, işçiləri idarəyə aparmışlar. Sonradan o da RPİ-yə gəlmiş, idarəyə gəldikdən sonra işçilər sərbəst buraxılsa da, özü gecəyə qədər idarədə saxlanılmışdır. Cavabdehin tələbi ilə polis əməkdaşları ona cavabdehə 1000 manat verilməsini bildirmişlər. Son nəticədə bütün gününü ac və susuz idarədə keçirdiyini görüb heç bir əsas olmadan cavabdehə 1000 manat vermək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh ərizə yazaraq, telefonunun təmir olunduğunu və əlavə olaraq 1000 manat vəsait aldığını bildirmişdir. Beləliklə, cavabdeh hər hansı bir hüquqi əsas olmadan telefonun təmirindən əlavə 1000 manat məbləğində pul vəsaitini almış və bununla da əsassız varlanmışdır. Bundan başqa ona mənəvi ziyan da vurulmuşdur. Belə ki, cavabdehin şikayəti nəticəsində heç bir əsas olmadan bir gününü polis idarəsində ac və susuz keçirmişdir və cavabdehin bu hərəkəti şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə mənəvi sarsıntı və fiziki iztirab keçirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, telefonu X2 adına rəsmiləşdirilmiş mağazadan almışdır. Qısa müddət sonra mobil telefonu işlədərkən, telefonun alt dinamikində səslənmədə ciddi qüsurların olduğunu hiss etmişdir. 01 iyul 2020-ci il tarixdə mağazanın əməkdaşı Maksim Kliyev ondan telefonu qəbul edərək, zəmanət talonunda telefonun alt dinamikində xışıltı olduğunu qeyd etmişdir. Həmin vaxtdan telefon mağazada qalmışdır. Bir həftədən sonra Maksim Kliyev bildirmişdir ki, Elnur Novruzov ona məxsus telefonu Azərbaycan Respublikası üzrə ‘'Apple” Şirkətinin rəsmi "Alma Store” biznes-əməkdaşlıq servis mərkəzinə müayinəyə göndərmişdir. "Alma Store” biznes-əməkdaşlıq servis mərkəzində müayinədən sonra 09 iyul 2020-ci il tarixdə tərtib edilmiş rəsmi rəydə qeyd olunmuşdur ki, mobil telefonun dinamikində problem var, səs aydın gəlmir və bu qüsur istehsalat qüsurudur. Həmçinin rəydə qeyd olunmuşdur ki, telefon açılıb yoxlanı lmış və zədə izi aşkar olunmamışdır. Əldə edilmiş servis rəyindən sonra yenidən mağazaya yaxınlaşanda, mağazanın işçiləri pandemiya ilə əlaqədar telefonun yenisi ilə əvəz edilməsi üçün Dubaya baş ofisə göndərilməsi mümkün olmadığından, telefonun təmir ediləcəyini bildirmişlər. Halbuki, telefona "xxxx" Şirkəti tərəfindən verilmiş beynəlxalq zəmanət şərtlərinə və milli qanunvericiliyə əsasən, qüsuru olan mobil cihazının yenisi ilə dəyişdirməyi tələb etmək onun müstəsna hüququdur. Beynəlxalq və yerli qanunvericiliyin qaydalarının pozulması hallarını gördükdə RPİ-yə ərizə ilə müraciət etmişdir. 30 iyul 2020-ci il tarixdə Elnur Novruzov ona cavab məktubu göndərərək, telefonun 23 iyul 2020-ci il tarixdə təmir edildiyini və daxili zəmanət şərtləri əsasında telefonun yenisi ilə əvəz edilməsinin mü mkün olmadığını bildirmişdir. 04 avqust 2020-ci il tarixdə RPİ-də Elnur Novruzovu və əvvəl ümumiyyətlə tanımadığı hazırkı iddianı verən İddiaçı görmüşdür. Polis İdarəsində olarkən, İddiaçı izahat verərək göstərmişdir ki, 2019-cu ildən "xxxx" Şirkətinin təsisçisi və direktorudur. Elnur Novruzov isə həmin şirkətdə broker vəzifəsində işləyir. İddiaçı izahatında göstərmişdir ki, guya ona məxsus mobil telefonu müayinə etdikdə həmin telefonun yuxarı dinamikində cüzi xırıltı səsinin olduğunu müəyyən etmişlər, 2020-ci ilin iyun ayının sonlarında mobil telefonun stereo dinamikini 50 manat pulun müqabilində "İnteqral Texno” servisdə yenisini qoyduraraq tam saz vəziyyətdə ona təhvil vermək istəmişlər, o isə götürməmişdir. Elnur Novruzov da həmin məzmunda izahat vermişdir. O, öz növbəsində, Polis İdar əsində bildirmişdir ki, "xxxx" Şirkətində istehsal olunan telefonlar yalnız Azərbaycanda rəsmi servisi olan “Alma Store” biznes-əməkdaşlıq servis mərkəzində mülkiyyətçinin rəsmi razılığı ilə təmir edilə və yoxlanıla bilər. Bu səbəbdən də, razılığı olmadan naməlum şəxs tərəfindən açılmış telefonun qəbul edilməsindən imtina etmişdir. Bundan sonra Elnur Novruzov ona istehsal qüsurlu telefonun qaytarılması və maddi ziyan kimi 1000 manat ödənilməsini təklif etmişdir. Elnurun bu təklifi ilə razılaşaraq telefonu və ona dəymiş maddi ziyandan 1000 manat pulunu götürmüşdür. Bundan sonra cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, iddiaçı ona qarşı əsassız varlanma barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddiada qeyd olunan pul vəsaitinin məhz müstə ntiqin təzyiqi altında verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, pandemiya təzə başlayan zaman müştəri telefonu mağazaya gətirmiş, bütün servis və mağazaların əksəriyyəti bağlı olmuşdur. Müştəridən telefonu təhvil alıb servisə vermişlər. Sonra müştəri telefonu servisdən götürməyə gəlməmişdir. Bir müddət keçdikdən sonra RPİ-nin əməkdaşları tərəfindən dələduzluğa görə İdarəyə aparılmışlar və orada xeyli müddət qalmışlar. Telefonu təmir etməklərinə baxmayaraq müştəriyə əlavə olaraq İdarədə 1000 manat pul vermişlər. Pul müştəriyə Rüstəm tərəfindən verilmişdir. Polis İdarəsində müştəri yə verilən pulun mağazaya və ona aidiyyəti yoxdur. Pulu verməyəcəkləri təqdirdə İdarədən buraxılmayacaqdılar. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, oğlu iddiaçıya məxsus mağazadan telefon almışdır. Bir müddətdən sonra telefonda problem yaranmışdır. Mağazaya müraciət etmələrinə baxmayaraq yaranmış nasazlığa görə cavab vermək istəməmişlər, mağazanın əməkdaşları onları süründürmüşlər. Xeyli müddət keçdikdən sonra telefonu götürmüşlər və oğlunun icazəsi olmadan açmışlar. Onlar polisə müraciət etmişlər və telefon Polis İdarəsinə sonradan Elnur tərəfindən gətirilmişdir. Oğluna İdarənin koridorunda 1000 manat pul verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-890/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni ona təzyiq göstərilməsi nəticəsində cavabdehə 1.000 manat məbləğində pul verməsi, bununla da cavabdehin onun hesabına əsassız olaraq 1.000 manat məbləğində varlandığı sübuta yetirilmədiyindən və beləliklə də iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən hazırkı iddia rədd edilməlidir. Eyni zamanda cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 581.1, 581.2, 587.1, 588.1, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra – MPM) 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında hər hansı bir müqavilə bağlanmasını təsdiq edən sübut yoxdur. Hətta cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş yazılı etirazda göstərilmişdir ki, cavabdeh şahid qismində dindirilmiş X1 mobil telefon almış, iddiaçını əvvəllər tanımamış və ilk dəfə polis idarəsində görmüşdür. X5 adından tərtib edilmiş satış çeki də əlavə olunmuşdur. Belə olan halda məhkəmənin hansı əsasla iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu qənaətinə gəlməsi anlaşılan deyildir. İş üzrə şahid qismində dindirilmiş Elnur Novruzov cavabde hə pul vəsaitinin onun tərəfindən ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi də qəbul etdiyi qətnamədə cavabdehə ödənilən 1000 manat vəsaitin məhz onun tərəfindən ödənilməsini müəyyən etmişdir. Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, cavabdeh telefonun təmir etdirildiyini və əlavə olaraq 1000 manat vəsait aldığını bildirmişdir. Birinci instansiya məhkəməsi 1000 manat vəsaiti cavabdehə vurulmuş zərər kimi qiymətləndirmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, telefon təmir edildiyi təqdirdə zərər aradan qalxmış olur və əlavə hər hansı bir pul məbləği ödənilməsinə ehtiyac qalmır. Digər tərəfdən zərərin məhz iddiaçı tərəfindən vurulmasına dair də işdə heç bir sübut mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyas ı məhkəməsi) 2(103)-5715/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində sonuncunun əs assız varlanmasına istinad etsə də, iş materiallarından görünür ki, hazırkı mübahisənin əsasını cavabdehə nasaz vəziyyətdə satılmış mobil telefonun təmir edilməsi və nasaz vəziyyətdə satılmış mobil telefona görə ödənilmiş 1000 manat kompensasiya məbləği təşkil edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun əsassız varlanması halı iş materialları ilə müəyyən edilmir. İddia tələbinin məqsədini iddiaçının cavabdehə ödədiyi 1000 manat məbləğində pul vəsaitinin təyinatını təhrif edərək, cavabdehə münasibətdə üstün mövqe tutmaq və həmin pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi təşkil edir. Belə ki, iddiaçı 1000 manat məbləğində pul vəsaitini təzyiq və məcburiyyət qarşısında cavabdehə verməsinə istinad etsə də, həmin halları sübut edə bilməmiş, polis əməkdaşları və cavabde h tərəfindən ona təzyiq edilərək 1000 manat məbləğində pul vəsaitinin ondan zorla alınması ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət etməmişdir. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbini mənəvi ziyanın tutulması hissəsində də təmin etməmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Şikayətin əsası kimi, Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2, 1092.1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini r əhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
567. Alqı-sat qı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddələr 581.1, 581.2. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satı cının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (madd ə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlar a qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5715/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.