Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-635/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2705/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin faktiki halları
1. Naftalan Şəhər Məhkəməsinin 21.02.2012-ci il tarixli, 2(052)-35/2012 saylı qətnaməsi ilə Naftalan şəhər dövlət notariat kontorunun 01.05.1995-ci il tarixli tərtib etdiyi 2-V/17 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməsi arvadın ümumi birgə əmlakdan düşən hissədə və qanun üzrə vərəsələrin payına miras əmlakdan düşən hissədə qismən etibarsız sayılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qediyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına olan 24.02.2011-ci il tarixli, ******* nömrəli çıxarış, Bayramov İsmayıl Hilal oğlunun adına olan texniki pasport və onunla bağlı sənədlər etibarsız sayılmış, ünvan 1 ünvanda yerləşən X14 və X1 miras əmlaklarının – yaşayış ev i, həyətyanı torpaq sahəsi və digər tikililərdən qanun üzrə vərəsələr – X11, İddiaçı, X4, X3 hər birinə həyətyanı torpaq sahəsindən 345 kv.metr, yaşayış evindən 31.63 kv.metr, digər tikililərdən 18.98 kv.metr, qanun və vəsiyyət üzrə vərəsə Bayramov İsmayıl Hilal oğluna həyətyanı torpaq sahəsindən 2070 kv.metr, yaşayış evindən 189,78 metr, digər tikililərdən 113.88 kv.metr pay bölünmüş, onların paylı mülkiyyət hüquqları tanınmışdır.
2. Naftalan Şəhər Məhkəməsinin 13.06.2014-cü il tarixli, 2(052)-94/2014 saylı qətnaməsi ilə ünvan 2 ünvanda 0,345 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 316,3 kv.m. yaşayış sahəsi 96,4 kv.m., yardımçı sahəsi 219,9 kv.m. olan yaşayış evindən, 0,0345 ha torpaq sahəsi, 14,0 kv.m. və 12,6 kv.m. yaşayış otaqları, 6,2 kv.m. dəhliz, 3,6 kv.m. açıq eyvan naturada ayrılaraq İddiaçı verilmiş, 2-ci mərtəbədə yerləşən 28,4 kv.m. sahəsi olan otaqla 14,0 kv.m. sahəsi olan otaq arasında olan qapının iddiaçının hesabına hörülüb bağlanması, digər mülkiyyətçilərə aid olan qaz, elektrik, su, telefon xəttinin iddiaçının sahəsindən çıxarılması, X12 və Cavabdeh tərəfindən İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə qarşı hüquq pozucu fəaliyyətlərinə son qoyulması qət edilmişdir.
3. Naftalan Şəhər Məhkəməsinin 07.11.2014-cü il tarixli, 8(052)-23/2014 saylı qərardadı ilə Naftalan Şəhər Məhkəməsi tərəfindən verilmiş 13.06.2014-cü il tarixli, 2(052)-94/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. 4. 25.04.2014-cü il tarixli, ******* saylı çıxarışa görə Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evi payl ı mülkiyyət hüququ əsasında İddiaçı, X11, X4, X9 və Bayramov İsmayıl Hilal oğlunun adına qeyd edilmişdir. 5. 17.02.2015-ci il tarixli, ******* saylı çıxarışa görə Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı, X4, X9, Bayramov İsmayıl Hilal oğlu və X5 adına qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh və qeyrilərinə qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 3 ünvanında yerləşən evinin 1-ci mərtəbəsində olan köhnə hamamın qapısının cavabdeh tərəfindən daşla hörülüb qapanmasının və onun sərbəst istifadə etməsinin, eləcə də su çənini düşürüb öz tərəflərinə birləşdirilməsinin təmin ed ilməsi, Cavabdeh, onun ailə üzvlərinin və anası X6 hüquqa zidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ilkin İddiaçı məhkəməyə iddianın həcminin artırılması tələbinə dair ərizə təqdim edərək, cavabdehin ona məxsus olan hamamdan çıxarılmaqla hamamın qapısının hörülməsi, cavabdehin su çəninin ona aid hissədən sökülüb götürülməsi, həmçinin cavabdehə məxsus işıq, qaz xətlərinin də ona aid hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı daha sonra iddia ərizəsində dəqiqləşdirmə edilməsinə dair ərizə təqdim edərək, Cavabdeh anası X6 cavabdeh qismində işə cəlb edilməsi, Naftalan şəhəri, V.Quliyev küçəsi 02 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tam təmin edilməsinə, həmin evin birinci mərtəbəsindəki 13.3 kv.metr sahəli hamamın Cavabdeh alınaraq onun mülkiyyətinə verilməsi, Cavabdeh istifadəsində olan su çəninin mülkiyyətində olan evinə vurduğu ziyanı nəzərə alaraq, həmin su çəninin cavabdehlərin hesabına yerləşdiyi ərazidən götürülərək, onun evinə ziyan vurmayacaq bir yerə quraşdırılması, cavabdehlərin hüquqa zidd hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh İddiaçı qarşı əmlakın boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və İddiaçı qanunsuz zəbt etdiyi atası Bayramov İsmayıl Hilal oğlundan onlara miras qalmış Naftalan şəhəri, V.Quliyev küçəsi, 02 ünvanda yerləşən mənzilin atasına düşən hissəsindən çıxarılması, qarajın və eyvanın alınıb ona v erilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bibisidir. Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 fevral 2012-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən X14 və X1 miras əmlakının – yaşayış evi, həyətyanı torpaq sahəsi və digər tikililərdən qanun üzrə vərəsələr X11, İddiaçı, X4, X2 hər birinə həyətyanı torpaq sahəsindən 345 kv.metr, yaşayış evindən 31.63 kv.metr, digər tikililərdən 18.98 kv.metr, qanun və vəsiyyət üzrə vərəsə atası Bayramov İsmayıl Hilal oğluna həyətyanı torpaq sahəsindən 2070 kv.metr, yaşayış evindən 189.78 kv.metr, digər tikililərdən 113.88 kv.metr pay bölünmüş, onların mülkiyyət hüquqları tanınmışdır. Atası şizofreniya xəstəsi olmuş, hərəkətlərini idarə edə bilməmişdir. Bundan istifadə edən bacıları İddiaçı və X4 miras əmlakı öz adlarına keçirmək istəmişlər. Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.06.2014-cü il tarixli, 2(052)-94/2014 saylı qətnaməsi ilə ünvan 2 ünvanda 0.345 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 316.3 kv.metr yaşayış sahəsi 96.4 kv.metr, yardımçı sahəsi 219.9 kv.metr olan yaşayış evindən, 0.0345 ha torpaq sahəsi, 14.0 kv.metr və 12.6 kv.metr yaşayış otaqları, 6.2 kv.metr dəhliz, 3.6 kv metr açıq eyvanın naturada ayrılaraq İddiaçı verilməsi, 2-ci mərtəbədə yerləşən 28.4 kv.metr sahəsi olan otaqla 14.0 kv.metr sahəsi olan otaq arasında olan qapının iddiaçının hesabına hörülüb bağlanması, digər mülkiyyətçilərə aid olan qaz, elektrik, su, telefon xətti iddiaçının sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə Naftalan şəhər icra qrupu tərəfindən icra edilmiş və 19.08.2014-cü ildə bu barədə akt tərtib edilmişdir. Həmin qətnamə tam icra edildiyindən icraata xitam verilmişdir. Qətnamə icra olunarkən Naftalan şəhər icra qrupu tərəfindən Gülbənizə əsassız olaraq artıq mülkdən ayrılıb verilmişdir. Halhazırda İddiaçı qətnamə icra olunmasına baxmayaraq yenidən məhkəmədə iddia qaldırmışdır. Cavabdeh göstəriləndən artıq mülkdən yer almış, demək olar ki, zəbt etmişdir. Bibisi atasının xəstəliyindən istifadə edərək Naftalan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 fevral 2012-ci il tarixli qətnaməsi ilə atasına verilmiş mülkdən bir neçə kvadrat metr əmlakı heç kimdən xəbərsiz öz adına keçirmiş və bu barədə sənəd əldə etmişdir. Bundan əlavə onlara məxsus qarajı zəbt etmiş və hasarlamışdır. 11.Na ftalan Şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(052)-04/2021 saylı qətnaməsi ilə (hakim G.Ə.Şirinov) ilkin iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən və istifadəsində olan tikililərə dair verilmiş texniki pasportda göstərilən 2 və 3 saylı hamam tikililərinin 1 saylı otağa Cavabdeh tərəfindən istifadə olunan sahəyə açılan qapının bağlanması və həmin otağın daxilində çəkilmiş su və kanalizasiya xətlərinin iddiaçının mülkiyyətinə toxunulmadan sökülərək götürülməsi, Cavabdeh istifadəsində olan torpaq sahəsində dəmir dirəklər vasitəsi ilə ikinci mərtəbə səviyyəsində iddiaçının istifadəsində olan yaşayış evindən 10 sm kənarda quraşdırılmış su çəninin Cavabdeh tərəfindən götürülərək iddiaçının istifadəsində olan yaşayış evinə ziyan vurmayacaq bir yerdə quraşdırılmas ı, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın boşaldılmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 28.10.2019-cu il tarixli, 14290 saylı rəyi üzrə ekspertiza xərci 100 manat və 14.09.2020-ci il tarixli, 5014 saylı rəyi üzrə ekspertiza xərci 100 manat, cəmi 200 manat məbləğində pul vəsaitindən, İddiaçı 50 - (25+25) manatın, Cavabdeh və X7 150 - (75+75) manatın tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
13. Məhkəmə eyni zamanda Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi əmlakın boşaldılması tələbinə münasibətdə hesab etmişdir ki, qeyd olunan qarşılıqlı iddia tələbi qarşılıqlı iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz.
14. Məhkəmə həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2020-ci il tarixli, 5014 nömrəli rəyi ilə mü əyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən tikilinin parametrləri, quruluşu 22 aprel 2014-cü il tarixdə İddiaçı istifadəsində olan tikililərə dair verilmiş texniki pasportda göstərilən 2 və 3 saylı tikililərin 1 saylı otağa açılan qapı bağlanmış, həmin otağın daxilində su və kanalizasiya xətləri çəkilmiş, həmin tikililər Cavabdeh tərəfindən tutularaq istifadə olunmuşdur. Hamam tikililərinin Cavabdeh tərəfindən istifadə olunan sahəyə açılan qapısı bağlanılmalı, texniki pasportda nəzərdə tutulan hal-hazırda hörülmüş qapı boşluğu yenidən açılmalı və kommunal xətlər mülkiyyətçinin mülkiyyətinə toxunulmadan sökülərək götürülməsi mümkündür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər X12 və Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(052)-04/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və ədalətsiz olmuşdur. Belə ki, məhkəmə onun qarşılıqlı iddiasına qiymət verməmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2705/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(052)-04/2021 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır. 17.Apellya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən və istifadəsində olan tikililərə dair verilmiş texniki pasportda göstərilən 2 və 3 saylı hamam tikililərinin 1 saylı otağa Cavabdeh tərəfindən istifadə olunan sahəyə açılan qapının bağlanılması və həmin otağın daxilində çəkilmiş su və kanalizasiya xətlərinin iddiaçının mülkiyyətinə toxunulmadan sökülərək götürülməsi, Cavabdeh istifadəsində olan torpaq sahəsində dəmir dirəklər vasitəsi ilə ikinci mərtəbə səviyyəsində iddiaçının istifadəsində olan yaşayış evindən 10 sm kənarda quraşdırılmış su çəninin Cavabdeh tərəfindən götürülərək iddiaçının istifadəsində olan yaşayış evinə ziyan vurmayacaq bir yerdə quraşdırılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin araşdı rılmış hallarına uyğundur. Belə ki, işdə olan ekspertiza rəyi ilə də müəyyən olunur ki, iddiaçının istifadəsində olan 2 və 3 saylı hamam tikililərin 1 saylı otağa açılan qapısı bağlanmış, həmin otağın daxilində su və kanalizasiya xətləri çəkilərək, həmin tikililər Cavabdeh tərəfindən tutularaq istifadə olunur. Qeyd olunan hamam tikililərinin Cavabdeh istifadə olunan sahəyə açılan qapı bağlanılmaqla, texniki pasportda nəzərdə tutulan hal-hazırda hörülmüş qapı boşluğu yenidən açılmaqla və kommunal xətlərin mülkiyyətçinin mülkiyyətinə toxunmadan sökülməklə götürülməsi mümkündür. 18.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh özünün istifadəsində olan torpaq sahəsində dəmir dirəklər vasitəsi ilə ikinci mərtəbə səviyyəsində iddiaçının istifadəsində olan yaşayış evindən təqri bən 10 sm kənarda su çəni quraşdırmışdır ki, bununla da iddiaçının sahəsinə müdaxilə olmasa da, su çənindən onun yataq otağının divarlarına su axıntısı baş verir ki, bu da nəmlik və digər qüsurlara səbəb olur. Belə olan vəziyyətdə, həmin su çəninin evin cavabdehə aid hissəsində quraşdırılması daha uyğun və qonşuluq hüquqlarına hörmətə layiq hesab oluna bilər. 19.Apellyasiya instansiyası məhkəməsi Cavabdeh qarşılıqlı iddiasına qiymət verməməsi ilə bağlı apellyasiya dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin dəlil əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini araşdıraraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamış, sübut edilməmiş və formal mülahizələrə əsaslanmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi bildirmişd ir ki, mübahisə edilən evdə Cavabdeh mərhum atalarının mülkiyyət payı olsa da, onlar mirası qanuni formada qəbul edib, adlarına sənədləşdirməmiş, onların adına texniki pasport tərtib edilməmiş və yalnız işdə olan İddiaçı aid tərtib edilmiş çıxarış və texniki pasport əsasında yuxarıda qeyd edilən ekspert rəyi verilmişdir ki, bu rəylə cavabdehin iddiaçıya münasibətdə müdaxiləsi öz təsdiqini tapmışdır. 21.Cavabdeh tərəf İddiaçı tərəfindən Bayramov İsmayıl Hilal oğlundan onlara miras qalmış Naftalan şəhəri, V.Quliyev küçəsi 02 ünvanda yerləşən mənzilin zəbt edilməsi, qarajın və eyvanın tutulması barədə heç bir mötəbər sübut növü təqdim edilməmiş və həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Ka ssasiya şikayətlərinin dəlilləri
22. İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə qiymət verməyərək prosessual pozuntuya yol vermişdir. Belə ki, apellyasiya şikayətində cavabdehlər ekspert rəyinin əsaslandırılmadığını, iş üzrə təkrar ekspertizanın keçirilməsini qeyd etmişlər. Apellyasiya instansiyası məhkəməsi isə ilkin iddianın təmin edilməsinə yönəlmiş suallar olmasına və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində vərəsələrə ayrıla n paylarda göstərilən ölçülər olmasına baxmayaraq, qətnaməsində təkrar ekspertizanın keçirilməsinə münasibət bildirməmiş və digər apellyasiya şikayətinin dəlillərinə ümumi sözlərlə qiymət vermişdir.Həmçinin apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə tənqidi yanaşmayaraq iş üzrə təkrar ekspertizanın keçirilməsini və ekspert qarşısında suallar qoyaraq fərqli tədqiqat metodlarının tətbiq edilməsi ilə qeyd edilən uyğunsuzluğun müəyyən edilməsini müzakirə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)2705/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
170. Qonşuluq hüququ 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonş unun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
30. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İş materiallarından göründüyü kimi, İddiaçı iddia tələbi onun mülkiyyətində olan evin birinci mərtəbəsindəki 13.3 kv.metr sahəli hamamdan istifadə üzrə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və evinin divarına yaxın quraşdırılmış su çəninin mülkiyyətində olan evə ziyan vurması səbəbindən götürülüb evinə ziyan vurmayacaq başqa yerdə quraşdırılması barədədir.
33. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bə rpa edilməsinə yol verilə bilər.
34. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
35. Apellyasiya instansiyası məhkəməsi evin hamam hissəsi ilə bağlı irəli sürülmüş iddianın maddi-hüquqi əsası kimi haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci maddəsini və su çəninin yerinin dəyişdirilməsi barədə iddianın maddihüquqi əsası kimi Mülki Məcəllənin 170.2-ci maddəsini seçmişdir.
36. İddiaçı evin mübahisəli hamam hissəsinə subyektiv hüququnun olmasına dair sübut kimi daşınmaz əmlak ın dövlət reyestrindən çıxarışı və evin ona aid hissəsinə dair tərtib olunmuş texniki pasportu təqdim edir. Texniki pasportda mübahisəli hamam hissəsi İddiaçı mülkiyyətinə düşən sahə kimi göstərilmişdir və cavabdeh bunun əksini təsdiq edən sübutu təqdim etməmişdir. Qarşılıqlı iddiaçı tərəfindən bu cür sübutun təqdim olunmaması onun iddiasının rədd olunması üçün əsasdır. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsd iq edilməsi barədə hüquqi aktdır.
38. İddiaçı subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının evinin hamam hissəsindən və ya onun bir hissəsindən cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir. Çünki Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. 39. 2-ci halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Həm ekspertin rəyi, həm də tərəflərin izahatları ilə İddiaçı aid hamam hissəsindən cavabdehin istif adə etməsi müəyyən edilmişdir.
40. Bu halda iddianın tikilinin hamam hissəsinə aid hissədə təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri mövcud olur və iddianı həmin hissədə təmin etməkdə məhkəmələr haqlı olmuşdur.
41. Eyni zamanda cavabdeh tərəfindən quraşdırılmış su çəninin yerinin dəyişdirilməsi barədə iddianın təmin olunmasının əsasları da məhkəmə tərəfindən düzgün müəyyən edilmişdir.
42. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspe rtiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. İlkin iddia üzrə cavabdeh təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2705/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.