Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-635/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin reqres qaydada tələb edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5776/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26.10.2013-cü il tarixli, MİB-RNF-0241-0/13 saylı nəqliyyat vasitələrinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış X2 məxsus "xxxx" markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinə uğrayan avtomobilə xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən 27.566 manat zərər dəymiş və həmin məbləğ sığorta dəyərinin 75%-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilir. 2. "xxxx" ASC-də xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək sığortalanmış, "xxxx" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, H.Ə liyev prospektində yol nəqliyyat hadisəsinə uğramışdır. Dəymiş zərər 27566 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 4539,60 manat razılaşdırılmış azadolma məbləği və avtomobilin qalıq hissələrinin dəyəri olan 6500 manat çıxılmaqla 19224,40 manat sığorta ödənişi edilmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-114/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 4. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il ta rixdə həyata keçirilmiş sığorta ödənişini onlardan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onların üzərinə düşəcəyi barədə xəbərdar olunmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.372,47 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini хahiş еtmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmış və qeyd etmişdir ki, xx.xx.2014cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Şəfa” stadionunun qarşısında X1 məxsus olan və xx.xx.2008-ci il tarixli etibarnamə ilə Cavabdeh2 istif adəsinə verilmiş “Hyundai Excel” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Əlibala oğlu tərəfindən idarəetmə hüququ olmadan idarə edilərkən ASC-də əmlak sığortası qaydasında sığortalanmış X4 idarə etdiyi "xxxx" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulub. "xxxx" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən 30264 manat məbləğində sığorta etdirilib. 19.224,40 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin Neftçilər filialının xx.xx.2014-cü il tarixli, 4135 saylı məktubuna əsasən sığortalı X2 nəğd şəkildə ödənilib. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 001078 saylı kassa məxaric orderinin surətindən müəyyən olunur ki, zərərin aradan qaldırılması üçün ASC tərəfindən 19.224,40 manat sığorta ödənişi ö dənilib. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/3752 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 19.224,40 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilib. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 19224,40 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olub.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/170 saylı rəyinə əsasən, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əs asən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "xxxx" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26.334 manat müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5234 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı "xxxx" markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat, avtomobilin normal vəziyyətdə qiyməti 30300 manat, təxmini qalıq dəyəri isə 3966 manat müəyyən edilmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Q. Əliyeva) iddianın təmin edilməsi, 19224,40 manat sığorta ödənişi məbləği və ödənilmiş 147,67 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub, "xxxx" ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmədə müəyyən olunmuş faktiki halla r iddiaçı ilə cavabdehlər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidirlər. Məhkəmə hesab edir ki, sığorta müqaviləsi üzrə sığorta məbləğindən tərəflər arasında razılaşdırılmış sığorta məbləğinin 15%-i miqdarında şərtsiz azadolma məbləği 4539 manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri 6500 manat çıxılmaqla, 19224,40 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən tutulmasına dair iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1108.1, 1114.1-ci maddələri, “İcbari sığortalar haqqında” Azərba ycan Respublikası Qanununun 25.1, 25.1.3-cü maddələri, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 103.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-204/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ona bildiriş göndərməmiş, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazım i qaydada xəbərdar etməmiş, əsassız olaraq işə onun iştirakı olmadan baxaraq qanunsuz qətnamə qəbul etmişdir. Artıq bu hadisənin üstündən 10 il keçmişdir. İddiaçı "xxxx" ASC ona qarşı belə bir iddia tələbi qaldırmaq hüququ yoxdur, çünki, iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd olunmalıdır. O məhkəmə iclasına dəvət olunmadığından və məhkəmədə iştirak edə bilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim edə bilməyib. Hal hazırda o belə bir ərizə ilə məhkəməyə müraciət edir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qeyd etmişdir ki, hadisə 10 il əvvəl olmuşdur. Hadisə nəticəsində 2 il 6 ay azadlıqdan məhrum etmə cəzas ı alıb. Maşını idarə etmə hüququ olmayıb. Maşın dostunun olub və qəza zamanı maşınla üzbəüz toqquşub. İddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Hazırkı iş üzrə iddia müddəti 3 ildir. Məhkəmə iclaslarından məlumatı olmayıb. Ona bildiriş göndərilməyib, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmayıb. Məhkəməyə ərizə ilə müraciət edib, qətnaməni alıb. Axtarışda olmağı barədə məlumatı olmayıb. Hazırda işləmir, kirayədə yaşayır. Ailəlidir və övladı var. İddianı ödəməyə imkanı yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. ünvan 2 ünvanında qeydiyyatdadır. Ola bilsin poçt əməkdaşlarına qapını açan olmayıb.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirir ki, maşını alandan sonra 5-6 ay sürüb. Daha sonra sahibinə qaytarı b. O da maşını başqasına satıb. O da orada olub. O da azadlıqdan məhrum etmə cəzası alıb, maşının kim idarə etdiyini bilməyib. Hadisədən xəbəri olmayıb. Texniki pasportun sahibi məhkəməyə dəvət edilməyib. Ondan sonra maşını 8 şəxs idarə edib. O digər cavabdehi heç tanımır, ilk dəfə məhkəmədə görüb. İddia müddəti ilə bağlı 3 illik müddət tətbiq edilməli idi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(103)-5776/2024 saylı qətnaməsi ilə (hakimlər G.Axundova (məruzəçi), X.Sarıyev və F.Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə (iddianın Cavabdeh1 münasibətdə təmin edilən hissəsində) dəyişdirilmədən saxlanılması qət etmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə mülki hüquq pozuntularından irəli gələn öhdəlik hüquq münasibəti olduğu üçün ümumi iddia müddəti olan 10 illik müddət tətbiq edilir. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Hazırkı işin hallarından göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixdə sığorta ödənişi edilmişdir. 8 il sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi 15%-i miqdarında şərtsiz azadolma məbləği 4539 manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri 6.500 manat çıxılmaqla, 19.224,40 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən tutulmalı olması ilə bağlı düzgün qə naətə gəlmişdir.
18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 373.2, 377.4, 936.1, 936.2, 936.5, 1108.1, 1108.2, 1114.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 35.1, 77.1, 135.7-ci, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, 24 oktyabr 2024-cü il tarixli, 2(103)-5776/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirəm.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı münasibətə mülki hüquq pozuntularından irəli gələn öhdəlik hüquq münasibəti kimi yanaşmaq düzgün deyildir, çünki tərəflər arasındakı münasibətin yaranma mənbəyi müqavilə əsasında yaranan sığorta münasibətləridir. Müqavilə tələbləri üzrə isə iddia müddəti 3 ildir. Həmçinin iddia ərizəsində qeyd edilir ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər həmin avtomobilin dəyərinin 75%-dən artıq olduğu üçün dəymiş zərər göstərilən qaydada hesablanıb. Ancaq cavabdeh tərəf olaraq qeyd edir ki, iddiaçının bu arqumenti həqiqəti əks etdirmir. Əgər qəza nəticəsinə hər-hansı avtomobilə 75%-dən artıq ziyan dəyərsə o zaman ölüm hadisəsi qaçılmaz olmalı idi. Ancaq qəza zamanı belə bir hadisə baş verməmişdir. Eyni zamanda iş materiallarına Cavabdeh1 təqsirli bilinməsinə dair qərar, yol-nəqliyyat hadisəsinin sxemi və s. əl avə edilməmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən prosessual hüquq normaları pozularaq qətnamə qəbul edilmiş, sübutlar obyektiv araşdırılmamış, mübahiəli avtomobilə dəymiş ziyanın şişirdildiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəzəri hesablama yolu ilə keçirilmiş, avtomobil fiziki olaraq ekspertizaya təqdim edilməmişdir. Həmin avtomobilə dəymiş ziyan həddindən artıq şişirdilmişdir. Bu kimi boşluqların aradan qaldırılması yalnız ağlabatan müddət ərzində iddia qaldırılacağı təqdirdə mümkün idi. Lakin sığorta şirkətləri davamlı olaraq uzun müddətlərdən sonra iddia ərizələri ilə məhkəməyə müraciət edərək şişirdilmiş məbləğlərdə pul vəs aitlərinin vətəndaşlardan tutulmasına nail olurlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
26. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
27. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
28. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
29. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsind ə mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
30. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hü quq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məsələyə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq i qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
44. Kassatorun dəymiş ziyan məbləğinin düzgün hesablanmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində yalnız iddia müddətinin braxılmasına istinad etmiş, reqress tələbin məbləği ilə bağlı hər hansı dəlil göstərməmiş, apellyasiya məhkəməsi də apellyasiya şikayətinin dəlilləri həddində işi araşdırmışdır. Belə olan halda, kassatorun kassasiya şikayətinin bu dəlilləri üzrə məhkəmə kollegiyası hər hansı qiymətləndirmə aparmır və onlar qətnamənin ləğvinə əsas kimi qəbul edilə bilməz.
45. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutl ar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5776/2024 nömrəli, 24 oktyabr 2024-cü il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.