Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6352/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, Cavabdeh2 və onun (habelə digər Cavabdeh1) vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)6523/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 iddiaçının keçmiş əri, Cavabdeh1 isə keçmiş qayınanasıdır. İddiaçı Cavabdeh2 ilə 17 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh2 19 dekabr 2013-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alğı-satqı müqaviləsinə əsasən, X1 Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsinin icarə hüquqlarını almışdır. İddiaçını köçürülməsini tələb etdiyi mübahisəli ev həmin torpaq sahəsində inşa olunmuş və iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2019-cu ilədək birlikdə bu evdə yaşamışlar.
2. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş 14.01.2013-cü il təvəllüdlü Mustafa adlı uşaq İddiaçı yanında saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladı X2 cavabdehlərə məxsus olan və Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 1-ci köndələn küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2lə birgə nikah dövründə olduğu müddətdə, yəni 2013-cü ildə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunun ərazisində 0.025 ha torpaq sahəsini 99 il müddətinə icarə hüquqları əsasında satın almışlar. Müqavilədən sonra DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən bölgü sxemi hazırlanmış, torpaq sahəsi ayrılaraq cavabdehə təhvil verilmişdir. 2014-cü ildə cavabdehlə birgə nikahda olduğu müddətdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və elə 2014-cü ildən də həmin fərdi yaşayış evinə köçərək yaşamağa başlamışlar. Fərdi yaşayış evinin kommunal xidmətləri keçmiş qayınanası Cavabdeh1 Şamil qızının, yəni cavabdehin adına rəsmi qeydə alınmışdır. Nikahı pozulandan sonra onu azyaşlı uşağı ilə birlikdə cavabdeh mübahisəli fərdi yaşayış evindən məcburi qaydada çıxarmış, evin qıfılını dəyişdirmiş və onu evə buraxmamışdır. Bu səbəbdən də kirayədə yaşayır, kirayədə yaşamaq və kirayə haqqını ödəməkdə çətinlik çəkir. Buna görə də cavabdehlə birgə nikah dövründə inşa etdiyi və bir müddət birlikdə yaşadığı müba hisəli fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı həmin evə heç bir vəsait xərcləməmiş, əksinə mübahisəli evin yerləşdiyi torpaq sahəsini anasının göndərdiyi pulla almış, sonra anasının köməyi ilə evi tikdirmişdir. Həmin fərdi yaşayış evinə 2015-2016-cı illərdə köçmüşlər və o zamanlar valideynləri də orada yaşayıblar. Hal-hazırda özü də orada yaşayır. Evin onun pulu ilə tikilə bilməsi mümkünsüzdür, çünki aylıq 180 manat əmək haqqı alır.
6. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, nə iddiaçı, nə də oğlu Mehdi mübahisəli evin tikilməsinə, torpağın alınmasına hər hansı bir vəsait xərcləməmişdir. İddiaçı sonuncu dəfə evdən çıxıb gedən zaman onu dayısı oğlu aparmış, bir neçə ay dayısının evində qalmışdır. Mübahisəli fərdi yaşayış evi 2015-2016-cı illər ərzində onun heyvan saxlamaq üçün götürmüş olduğu kreditlə tikilib.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(010)1444/2021 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilənlər işin halları, tərəflərin izahatları və işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı tələbində ona əsaslanır ki, mübahisəli ev onun Cavabdeh1 oğlu Cavabdeh2 ilə nikaha girdikdən sonra tikilmişdir və həmin evin tikintisində o, vəsait xərcləmiş və 2014cü ildən həmin evdə yaşamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin evdə yaşaması işin mübahisəsiz halı ols a da, həmin evin tikintisində iddiaçının vəsait xərcləməsi və ya hər hansı bir əməyinin olmasını təsdiqləyəcək sübutlar iş materallarında yoxdur. Digər tərəfdən, müddət baxımından da, iddiaçının və həyat yoldaşının evin tikildiyi ərəfədə tikintiyə vəsait xərcləmələri ağlabatan deyildir. Çünki həmin ərəfədə iddiaçının həyat yoldaşı Cavabdeh2 və ya iddiaçının özünün hər hansı qazanc əldə etmələri ilə bağlı sübutlar da yoxdur. İddiaçının uzun müddət həmin evdə yaşaması faktı isə iddiaçının həmin evdə yaşamaq hüququnun tanınması üçün yetərli deyildir. Evin tikintisinin birgə nikah dövrünə təsadüf etməsi faktı özü özlüyündə onun birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilməsi anlamına gəlmir.
9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yaranmışdı r, ona görə də mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi baxımından həll edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 157-ci maddələrinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)-6523/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 a prel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı azyaşlı övladı X3 ilə birgə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 1-ci köndələn küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, mübahisəli evin tikintisinin birgə nikah dövrünə təsadüf etməsi, habelə evin altındakı torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsi, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2019-cu ilə kimi azyaşlı övladı ilə birgə mübahisəli evdə birlikdə yaşaması, iddiaçının Bakı şəhəri 19 saylı notariat ofisində verdiyi ərizənin məzmunu və həmin ərizənin Cavabdeh2 verdiyi vədləri yerinə yetirmədiyi üçün iddiaçının da ərizəsindən imtina etməsi faktını, habelə cavabdehlərin mübahisəl i fərdi yaşayış evinin 2015-2016-cı illər ərzində məhz onların heyvan saxlamaq üçün götürmüş olduğu kredit əsasında tikilməsini birbaşa təsdiq edən sübutların işdə mövcud olmamasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh2 və onun (habelə digər Cavabdeh1) vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına heç bir səbəb göstərmədən gəlməmişlər. Məhkəmə kolleg iyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
2. Mənzil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə
8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər norm ativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Maddə
68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçü n işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya d igər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən və məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, mübahisəli ev birgə nikah müddətində iddiaçının əri tərəfindən istifadə hüququnun alğısatqı müqaviləsi əsasında əldə edilmiş torpaq sahəsində, birgə nikah dövründə inşa edilmişdir və iddiaçı ilə 2019-cu ilə kimi azyaşlı övladı ilə mübahisəli evdə birlikdə yaşamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mübahisəli fərdi yaşayış evinin 2015-2016-cı illər ərzində məhz onların heyvan saxlamaq üçün götürmüş olduğu kredit vəsaiti hesabına tikilməsi barədə dəlillərini də araşdırmış və müəyyən etmişdir ki, cavabdehlər bu faktı birbaşa təsdiq edən sübutları təqdim etməmişdir.
29. Məhkəmə işin hallarına əsasən bildirmişdir ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəy yən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
30. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən iddiaçının yaşayış sahəsinin sahibləri olan ailə üzvlərinin tərkibindən çıxmasına baxmayaraq, ailə üzvlərinə məxsus olan eyni hüquqlara malik olduğuna istinad etməklə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
31. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının Bakı şəhəri 19 saylı notariat ofisində verdiyi ərizədə, Cavabdeh2lə nikah müddətində əldə etdikləri əmlaka dair iddia və tələb irəli sürməyəcəyi barədə ərizəsini də iddianın təmin olunması üçün maneə olmadığını bildirmişdir.
32. Məhkəmənin bu qənaəti də əsaslıdır. Çünki əvvəla Azərbaycan Respublikası MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
33. Bundan başqa, Ailə Məcəlləsinin 38-ci maddəsində nikaha daxil olan şəxslər arasında nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş – nikah müqaviləsi bağlamaq hüquqları nəzərdə tutulmuşdur. Nikah müqaviləsi ilə ər və arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ərarvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
34. Ailə Məcəlləsinin 39-cu maddəsinə əsasən nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
35. Lakin cavabdehlərin təqdim etdiyi, iddiaçının yazıb notariat qaydada təsdiqlənmiş ərizəsi Ailə Məcəlləsində müəyyən olunmuş nikah müqaviləsinə bərabər tutula bilməz.
36. Bundan başqa, Ailə Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvadda n birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
37. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz təsdiqini tapmır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)6523/2021 saylı qətnaməsi dəyişdirilməd ən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.