Məhkəmə qərarları › İş №2(102)-6353/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6353/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6353/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, apellyasiya baxışında yeni sübutlar, çəkişmə prinsipi, hüquqi həqiqət prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-739/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində yaranmış borcun, 2000 manat vurulmuş zərərə görə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdehlə uzun müddət qonşuluq münasibətində olmuşlar və həmin müddətdə (təxminən 2016-cı ildə) cavabdeh onların etibarından sui-istifadə edərək öz övladı üçün cehizlik əşyaları və bundan əlavə əlbəəl satmaq məqsədi ilə geyim, gümüş və digər əşyaları nisyə şəklində almışdır və son nəticədə cavabdehin bu günə onlara 7000 manat məbləğində borcu yaranmışdır. Cavabdeh dəfələrlə onlara yalan vəd verərək borcunu ödəməkdən yayınmışdır və uzun müddət borcunu ödəmədiyi üçün onlara təxminən 2000 manat məbləğində zərər vurmuşdur. Bu səbəbdən Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin 1 saylı Polis Şöbəsinə (bundan sonra – Polis Şöbəsi) şikayət ərizəsi ilə müraciət etmişlər, lakin Polis Şöbəsinin 24.09.2019-cu il tarixli məktubunda məsələ ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələ bini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdehə pul verməmişlər. İddia tamamilə əsassızdır, sübutetmə yükü iddiaçıların üzərinə düşür, lakin onlar heç bir sübut təqdim etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı Minarə onun uzaq qohumu və qonşusudur. Cavabdehi iddiaçının evində tanımışdır. X2 borcu olduğunu eşitmişdir. Günel onun yanında Minarəyə demişdir ki, 5 mindən çox borcu var, maaş kartını versin, Minarə borcdan çıxsın. Digər şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı Minarə onun qonşusudur. Cavabdehlə də evləri yaxındır. O, Günellə alış-veriş etmişdir. Günelin Minarəyə nə qədər borcu olduğunu bilmir. Tərəflərin arasında borc məsələsi olduğunu kənddə eşitmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1460/2020 nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişlər. İddiaçıların dəlillərini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş qonşuları təsdiq etmişlər, lakin işin tədqiq olunan halları ilə uyğunlaşmayan, iddiaçılarının maraq və mənafeyinə uyğun verilən şahid ifadələri inandırıcı deyildir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun tutulması hissəsində öz təsdiqini tapmadığından, borc məbləğinin qaytarılmaması ilə əlaqədar iddia çılara dəymiş zərərin tutulması hissəsində də iddia tələbi təmin edilə bilməz. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçılar apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmışlar, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulduğunu, işin tam, hərtərəfli və obyektiv araşdırılmadığını, şahidlərin ifadələrinin nəzərə alınmadığını, Polis Şöbəsindən materialların tə ləb olunaraq baxış keçirilməməsini qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş, İddiaçı2 Polis Şöbəsinə verdiyi şikayət ərizəsi üzrə araşdırma materiallarına əsasən məhkəmə müəyyən etmişdir ki, İddiaçı2 şikayətində və sonradan verdiyi izahatında cavabdehə 7000 manatlıq mal (qadın geyimi, uşaq geyimi, ev əşyası) verməsini, lakin cavabdehin pulu tam ödəməməsini, 2000 manat hissəsini qaytarsa da, 5000 manat borcunun qalmasını göstərmiş, araşdırma zamanı, həmçinin cavabdehin əri X5 izahat vermiş, izahatında həqiqətən həyat yoldaşının iddiaçılardan 7000 manat dəyərində müxtəlif əşyalar almasını, pulun bir hissəsini qaytarmasını və sair bildirmişdir. İşin apellyasiya icraatı zamanı tədqiq edilmiş, iddiaçıların təqdim etdiy i cavabdehə məxsus plastik bank kartı, "xxxx" ASC-nin ödəniş kartı üzrə 07 may 2019-cu il tarixli çıxarış, cavabdehin iş yeri üzrə arayışa əsasən məhkəmə müəyyən etmişdir ki, cavabdeh mağazada xadimə işləyərək, 180 manat əmək haqqı alır, iddiaçılar kartdan ümumilikdə 540 manat pul çıxararaq borca silmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-739/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçıların xeyrinə 4460 manat pul, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 manatın tutulma sı qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçıların sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmış, lakin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələri, habelə iddiaçıların şikayət ərizəsi üzrə araşdırma materiallarından da tərəflər arasında borc münasibətlərinin olduğu öz təsdiqini tapmışdır Bundan başqa, cavabdehə məxsus plastik bank kartının, "xxxx" ASC-nin ödəniş kartı üzrə 07 may 2019-cu il tarixli çıxarışın, cavabdehin iş yeri üzrə arayışın iddiaçılarda olması bir daha tərəflər arasında müvafiq münasibətlərin yaranmasını təsdiq edir. Lakin iddiaçılar iddia tələbində cava bdehdən 7000 manat pul tələb etsələr də, araşdırılmış qeyd edilən sübutlardan (iddiaçının Polis Şöbəsinə yazdığı şikayət ərizəsi, cavabdehin ərinin pulun bir hissəsinin qaytarılması barədə izahatı və sair) aydın olur ki, cavabdeh pulun 2000 manat hissəsini ödəmiş, kartdan isə iddiaçı tərəf 540 manat çıxarmışdır. Belə olan halda, iddia həmin hissədə qismən, yəni 4460 manat həddində əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi 2000 manat zərərin ödənilməsi hissədə təmin oluna bilməz. Çünki, iddiaçı tərəf ziyanla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, iddia tələbini həmin hissədə əsaslandıra bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 600.1, 600.4-cü, MPM-in 14.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdehə məhkəmə iclası barədə məlumat verməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Şikayətdə qeyd olunmuşdur ki, cavabdehin əri X1 Şöbəsində verdiyi izahatında cavabdehin iddiaçılardan 7000 manat dəyərində nisyə mal aldığını tə sdiq etmişdir. Lakin cavabdeh artıq 4 ilə yaxındır ki, faktiki olaraq ərindən ayrılmışdır, onlar ayrı yaşayırlar. Odur ki, onun izahatı qəsd və qərəzdən başqa bir şey deyil. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, işdə olan digər sübutlar, şahidlərin ifadələri, cavabdehin maaş kartını iddiaçılara verməsi faktları da iddianın əsaslı olmasını sübut edir. İddiaçılar cavabdehin kartından ümumilikdə 540 manat pul çıxarmışlar, lakin sonra bu mümkün olmamışdır. Bu barədə birinci instansiya məhkəməsinə bank hesabından çıxarışı və sair sübutları təqdim etmişlər. Lakin, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər iddiaçının qohumu və qonşusudur, onlar mübahisənin birbaşa iştirakçısı olmamışlar. Həmçinin, maaş kartı iddiaçı tərəfindən götürülmüş, cavabdeh bununla bağlı Nəsimi Rayon Polis İdar əsinə müraciət etmiş, məhz bundan sonra kart geri qaytarılmışdır. Şikayətin əsası kimi, MPM-in 106.1, 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili şikayətin məzmununa uyğun izahat verməklə, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiklərini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digə r iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. MPM (işə baxıldığı dövrdə qüvvədə olan redaksiyada) Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə ə saslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar t əqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə

371. Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan sə bəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənə dlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Baxılan iş üzrə iddiaçılar cavabdehdən şifahi nisyə-satqı müqaviləsi üzrə yaranmış 7000 manat borcun və 2000 manat zərərin qaytarılmasını tələb edirlər. İddiaçılar sübut qismində birinci instansiya məhkəməsinə kserosurət sənədlər və iki şahid təqdim etmişlər. Şahidlərdən biri danışıqlarında n cavabdehin iddiaçılardan birinə borcu olduğunu və cavabdehin onun yanında borcun 5 mindən artıq olduğu məzmununda ifadə vermişdir. Digər şahid isə cavabdehin iddiaçılara nə qədər borcu olduğunu bilmədiyini, tərəflər arasında borc məsələsi olduğunu kənddə eşitdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiyası məhkəməsinin iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdehə pul verməmişlər. İddia tamamilə əsassızdır, sübutetmə yükü iddiaçıların üzərinə düşür, lakin onlar heç bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçıların apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçıların əlavə təqdim etdikləri və məhkəmənin öz təşəbbüsü ilə verdiyi sorğu əsasında tələb edərək əldə etdiyi sübutlar əsasında müəyyən etmişdir ki, cavabdehin iddiaçılara şifahi alqı-satqı müqaviləsi üzrə 7000 manat borcu yaranmışdır. Məhkəmə iş üzrə əlavə faktlar və sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin cavabdehlərdən asılı olmayan hansı səbəblərə görə mümkün olmadığı barədə işdə iştirak edən şəxslərlə hər hansı müzakirə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsinin tərəflərlə müzakirə etmədən öz təşəbbüsü ilə iş üzrə sübutların əldə olunması üçün polis orqanına sorğu verməsi, həmin sorğu əsasında əldə edilmiş sübutlara istinadla qərar qəbul etməsinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə s übutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırkı iş üzrə apellyasiya instansiya mə hkəməsinin apellyasiya icraatı mərhələsində öz təşəbbüsü ilə sübutlar əldə etməsi və həmin sübutlar əsasında işin hallarını müəyyən etməsi prosessual qanunvericiliyin yuxarıda istinad edilən norma və prinsipləri baxımından yolverilməz olmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanması, həmin müqavilə üzrə cavabdehin iddiaçılara borcunun yaranması barədə nəticəyə gəlməklə yanaşı, iddiaçı tərəfin izahatları ilə yanaşı işdə olan hansı sübutlar əsasında cavabdehin iddiaçılara məhz 7000 manat borcunun yarandığı barədə qənaətini iş materiallarına istinadla əsaslandırmamışdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində l əğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mülki prosessual qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prinsip və normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-739/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunmuş hissəsində ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar