Məhkəmə qərarları › İş №2(102)-6355/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6355/2019

29.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6355/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2, vəkili X3, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(075)3592/2018 hakim C.F.İmanov)İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı barəsində şər və böhtan xarakterli məlumatlar ya yaraq şərəf və ləyaqətinin alçaldılması ilə bağlı 30000 manat, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi, cavabdehlər tərəfindən müxtəlif instansiyalara ünvanlanmış müraciət və ərizələrdə həqiqətə uyğun olmayan məlumatların həmin instansiyalara ünvanlanan ərizələrdə cavabdehlər tərəfindən təkzib edilməsi, ondan Şəki ŞRPŞ-nin kollektivi qarşısında üzr istəməsi və yazdıqlarının təkzib edilməsi tələbinə dair iddiası və Cavabdeh2 İddiaçı qarşı mənəvi zərərin əvəzi kimi 50000 manat, maddi zərərin əvəzi kimi 30000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qarşılıqlı iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-959/2019 hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov, A.A.Mahmudov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh2 аpellyasiya şikayəti təmin edilməmiş, qətnamə qismən, ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilmiş, Cavabdeh2 mənəvi zərərə görə 500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, elektron poçt vasitəsi ilə ünvanladığı müraciətində “bəli mən rüşvət alıb bilərəkdən qanunsuz qərar qəbul etmişəm, sənin etdiyin şikayətlərə baxmıram, mən bahalı maşın sürür, vəzifəmdən istifadə edib 100 ha-la taxıl əkir, rəis olmağımdan istifadə edib hədə qorxularla özüm üçün biznes qurmuş, bahalı həyat tərzi sürmək üçün polis rəisi fəzifəsindən istifadə edirəm” deməsi barəd ə və “rüşvətxor, mafiyoz, tərbiyəsiz və kobud” kimi yalan məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirinə, “öz çirkin maraqlarına görə rüşvət alaraq qanunsuz qərarlar qəbul edən, rüşvət alıb şikayətimə baxmamaqla mənim ölümcül döyülməyim üçün şərait yaradan” kimi yalan məlumatların Azərbaycan Respublikası Baş Prokuroruna Cavabdeh2 tərəfindən ərizə göndərilməsi ilə təkzib edilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək ilkin iddianin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində şər və böhtan xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətinin alçaldılması ilə bağlı 30000 manatın, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manatın Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi, cavabdehlər tərəfindən müxtəlif instansiyalara ünvanlanmış müraciət və ərizələrdə həqiqətə uyğun olmayan məlumatların cavabdehlər tərəfindən təkzib edilməsi, ondan Şəki ŞRPŞ-nin kollektivi qarşısında üzr istəməsi və yazdıqlarının təkzib edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək, mənəvi zərərin əvəzi kimi 50000 manat, maddi zərərin əvəzi kimi 30000 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlillə ri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən Elman Musayevin hərəkətlərindən polis rəisi, vəzifəli şəxs İddiaçı göndərilmiş şikayətlərlə bağlı heç bir tədbir görülməmiş, müraicətləri cavabsız qalmışdır. Cavabdeh2 hesab etmişdir ki, İddiaçı əməlləri qanuna ziddir, bu baxımdan yuxarı instansiyalara müraciət etmişdir. Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa ünvanlanmış müraciətlərdə pozulmuş hüquqlarının bərpası və hüquq pozuntusuna adekvat qiymət verilməsi ilə bağlı xahişdən ibarət olmuşdur. Göründüyü kimi o, konstitusion hüquqlarını həyata keçirmişdir. Belə olan təqdirdə şərəf və ləyaqətin, işgüzar nüfuzun pozulması barədə iddia əsassızdır. Cavabdehin məqsədi pozulmu ş hüquqlarının bərpası olmuşdursa və buna görə onlar tərəfindən konkret orqana müraciət olmuşdursa, bu fakt heç bir halda işgüzar nüfuzu ləkələyən məlumatların yayılması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən, ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılma lıdır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlki iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Аzərbаycаn Respublikаsının qаnunvericiliyi vətəndаşlаrın dövlət оrqаnlаrınа mürаciət etmək, о cümlədən şikаyət vermək hüququnu tаnımışdır. Bu hüququn həyаtа keçirilməsi ilə əlаqədаr vətəndаşın hər hаnsı fоrmаdа təqib edilməsi yоlverilməzdir. İşdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı bаrəsində mürаciəti məhz dövlət оrqаnınа etmiş və bu mürаciət vаsitəsilə qаnun nоrmаlаrınа uyğun оlаrаq özlərinin hüquq və mənаfelərinin müdаfiəsinə səy göstərmişlər. Cavabdeh2 və Cavabdeh1 müxtəlif orqanlara mürаciət etməklə iddiаçının şərəf v ə ləyаqətinin alçaldılmasını deyil, özlərinin ehtimal olunan pozulmuş hüquqlarının bərpasını istəmişlər Qətnaməni həmin hissədə ləğv edən və ilkin iddianın qismən təmin edilməsi barədə nəticəyə gələn apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 müraciətlərində bilavasitə pozulmuş hüququnun bərpa edilməsi ilə bağlı məsələlər çərçivəsində deyil, onun aid olmayan yalan məlumatlar göstərməklə iddiaçının həm işlədiyi sturukturda, həm də ictimaiyyət arasında nüfuzdan salmağa, onun haqqında mənfi fikir formalaşdırmağa çalışmışdır. Nəticədə insanın şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməklə, yalan məlumatlar yazmaqla yol verilən həddən kənara çıxmışdır. Onun göstərdiyi yalan məlumatları da tənqid kimi qiymətləndirmək, onlara tənqid kimi münasibət bildirm ək düzgün olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilən hissəsində qanunsuz və əsassızdır. İddiaçı Hidayət və Cavabdeh1lərin onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun şərəf və ləyaqətini ləkələdiklərinə, onun işgüzar nüfuzuna xələl gətirildiyinə, bunun nəticəsində fiziki və mənəvi sarsıntılar keçirdiyinə istinad edərək şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh2 də İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Şəki rayonu X7 rəisi, Hidayət və Cavabdeh1lər isə həmin kəndin sakinləridir. Cavabdeh2 mülkiyyətində torpaq sahəsi olduğuna və uşaqları arasında ədalətli bölgü apararaq hamısına torpaq sahəsi verdiyinə, oğlu Elman Musayevə verilmiş torpaq sahəsinin onun özü tərəfindən satılmasına, sonuncunun yenidən ondan torpaq sahəsi tələb etdiyinə, bu səbəbdən onu qarşı kobudluğa, təhqirə və fiziki zorakılığa yol verdiyinə, qeyd edilən halların qarşısının alınması üçün polis orqanlarına müraciətlər etmişdir. Şəki Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə X1 Hidayət Mürsəl oğlu barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsinə göstərilən əməli törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh2 qapalı kəllə beyin travması, alın nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığının qısa müddət ə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Bundan sonra Cavabdeh2 daxili işlər və prokukurluq orqanlarının vəzifəli şəxslərinə müraciət edərək bildirmişdir ki, X7 rəisi İddiaçı onun şikayətlərinə qərəzli şəkildə baxmadığından və Elman Musayev haqqında heç bir tədbir görmədiyindən, sonuncunun yuxarıda qeyd edilən cinayət əməlini törətməsinə şərait yaranmışdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsi ilə şərəf, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən vətəndaşların müraciət etmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarınının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ict imai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin məzmunundan göründüyü kimi vətəndaşların üç formada –təklif, ərizə və şikayət formasında dövlət orqanlarına müraciət etmələri nəzərdə tutulmuşdur. Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elmi, texniki, hüquqi yaradıcılıq və başqa sahələrlə bağlı məsələnin həllini nəzərdə tutan, ərizə vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan, şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüq uqun bərpası tələbi barədə müraciət formasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradır, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Sadalanan normaların məzmunundan göründüyü kimi, cavabdehin bir vətəndaş kimi pozulması ehtimal edilən hüquqlarının bərpası və müdafiəsi məqsədilə qanunla qorunan müraciət hüquqları vardır. Niyazi Sülemanovun onun barəsində yayılmış şərəf və ləyaqətini ləkələyən məlumat olduğunu mübahisələndirdiyi, ilkin iddia üzrə cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış müraciətlərin məzmunundan da görünür ki, israrla iddiaçının rəisi olduğu polis bölməsinə etdiyi şikayətlərin cavabsız qaldığını və bunun da 84 yaşlı Cavabdeh2 sağlamlığının pozulmasına səbəb olan cinayət əməlinin törədilməsinə şərait yarandığını qeyd etmişdir. Yəni, ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçının qanunsuz hərəkətləri barəsində tədbirlər görülməsi üçün pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə sonuncunun fəaliyyətinə nəzarət edən yuxarı orqanlara və digər orqanlara şikayətlərlə müraciət etmişlər. Həmin şikayətlərdə iddiaçının yol verdiyi nöqsanların aradan qaldırılmasın a yönələn və tənqidi xarakter daşıyan məlumatlar da mövcuddur. Bu halda həmin müraciətlər ilkin iddia üzrə iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə apellyasiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əli Rüstəmov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar