Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6355/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6355/21 (Açar sözlər: pul tələbi ) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, onun vəkili Feyzullayev Xəyal Yusif oğlunun və Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4261/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsindən Cava bdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC tərəfindən Cavabdeh 5085 ABŞ dolları dəyərində bilet və viza ilə bağlı xidmət göstərilmişdir. QATAR Airways tərəfindən verilmiş 17.01.2020-ci il tarixli məktublara əsasən Cavabdeh tərəfindən 21.02.2017-ci il və 14.02.2017-ci il tarixlərdə uçuşlar həyata keçirilmişdir. Bunu "xxxx" ASC tərəfindən verilmiş debit haqqında bildirişlər və X2 Assosasiyasının “X4 haqqında” məlumatlara əsasən İddiaçı MMC tərəfindən satılmış aviabiletlərə görə 25663,42 manat və 45062,48 manat məbləğində ödənişlər olunması təsdiq edir. İddiaçı cavabdehin xidmət haqlarını (viza və bilet pulunu) ödəməməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 5085 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehdən 5085 ABŞ dolları əsas borc, 1017 ABŞ dolları Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5 faiz məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabd eh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. Nəticədə cavabdehin 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabilətlər üzrə nə sə fərlərin həyata keçirilməsində, nə də digər formada ona hər-hansısa çətinlik yaratmamışdır. Cavabdeh tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunun hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh 5085 (beş min səksən beş) ABŞ dolları məbləğində borcu mövcuddur.
5. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(003)599/2021 saylı qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4261/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sərlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(003)599/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddia qismən təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5085 (beş min səksən beş) ABŞ dolları əsas borc, 24,90 (iyirmi dörd manat doxsan qəpik) manat dövlət rüsumu, cəmi 5109,9 (beş min yüz doqquz manat doxsan qəpik) manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərb aycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 427.2, 445.7, 777.1, 777.2, 783.2-ci maddələri ilə əsaslandırmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə yeni apellyasiya baxışına göndərilməsini xahiş edir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b)
15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçının nümayəndəsi X3 və vəkili Feyzullayev Xəyal Yusif oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
19. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstə rməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə. 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
22. Maddə. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Maddə. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
24. Maddə. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi üçün İddiaçı MMC ilə aviabiletlər və vizalar sifariş verilmişdir. İddiaçı MMC sifariş olunmuş xidmətləri öz vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətlərdə və tarixlərdə aviabiletləri və vizaları təqdim etmişdir. İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödəni lməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, yəni onun tərəfindən heç bir ödəniş olmamışdır.
33. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, tərəflər arasında yaranan münasibətlər xarakterinə görə tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə uyğun gəlir. Tapşırıq müqaviləsinin predmetini vəkalət alan tərəfindən vəkalət verən üçün hər hansı əqdlərin, işlərin görülməsi və ya digər xidmətlərin icrası təşkil edir. Həmin müqavilənin bağlanması forması həm şifahi, həm də yazılı şəkildə ola bilər. Hazırki mübahisə üzrə tərəflər arasındakı tapşırıq müqaviləsi şifahi formada icra edilmişdir. Belə ki, cavabdehin öhdəliyinin icrası müddəti dəqiq müəyyən edilməmiş, iddiaçının xəbərdarlıq müddəti isə cavabdehə yalnız 2020-ci ildə təqdim edilmiş, elə həmin ildə də tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur.
34. Cavabdeh iddiaçının xidmətlərindən istifadə etmədiyinə istinad etməmişdir. Onun yeganə dəlili ondan ibarət olmuşdur ki, həmin xidmətlərin dəyəri Fərhad adlı şəxs tərəfindən ödənilməli idi. Lakin, Fərhadın kimliyi, viza və biletlərin dəyərinin niyə onun tərəfindən ödənilməli olması, ödəyib-ödəməməsi, ödəyibsə bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
35. Cavabdeh iddiaçının xidmətlərindən istifadə etməsini təsdiq edirsə, məntiq ondan ibarətdir ki, onun vizaların açılmasına, biletlərin sifariş edilməsinə iradəsi olmuşdur. Əks təqdirdə, cavabdehin sənədləri və anket məlumatları olmadan nə vizanın açılması və nədə biletlərin alınması mümkün deyil. Ona görə ödənilməmiş xidmət haqlarının digər şəxs tərəfindən ödənilməsi və y axud ödənilməli olması halını sübuta yetirmək cavabdehin üzərinə düşür. Cavabdeh bu vəzifənin öhdəsindən gələ bilməmişdir.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4261/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.