Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6357/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X2, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5594/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12.11.2018-ci il taixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Cəmiyyətin Loqistika şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmiş, eyni zamanda həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. "xxxx" MMC-nin Baş Direktoru Burhan Yasin Sevahil tərəfindən MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X1 ünvanlanmış 30.10.2020-ci il tarixli təqdimatın surətindən görünür ki, Cəmiyyətin Loqistika şöbəsində sürücü vəzifəsində işləyən İddiaçı 29.10.2020ci il tarixində Xırdalan ərazisində yerləşən Mərkəz lojistik müəssisəsindən yer təmizləmə apar atını götürüb mərkəz anbara qayıtmalı olduğu halda heç kimə məlumat vermədən müəssisəyə məxsus nəqliyyat vasitəsi ilə heç kimə məlumat vermədən nəqliyyat vasitəsini təmirə aparmış X3 adlı sürücünü mərkəz anbara gətirmək üçün təmir məntəqəsinə getmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bununla əlaqədar olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tələblərini pozması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 02.11.2020-ci il tarixli, Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, Loqistika şöbəsində sürücü vəzifəsində işləyən İddiaçı 29.10.2020-ci il tarixində etdiyi uyğunsuzluqla bağlı məsələsinə baxılmış, Komitə tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Cavabdeh MMC-nin baş direktorunun 05.11.2020-ci il tarixli 2498 K nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin Loqistika şöbəsinin sürücüsü İddiaçı əmək müqaviləsinə 05.11.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) nəzərə alınmaqla xitam verilməsi əmr olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin baş direktorunun 05.11.2020-ci il tarixli 2498 K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin rəhbərinin 12.11.2018-ci il tarixli 429 K saylı əmrinə əsasən Cəmiyyətin Loqistika şöbəsinə sürücü vəzifəsinə götürülmüş və onunla müddətsiz ə mək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-nin baş direktorunun 05.11.2020-ci il tarixli 2498 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. MMC-nin Loqistika şöbəsində sürücülər arasında əmək intizami ilə bağlı iclas keçirilən zaman çıxış edərək komendant saatı olduğundan saat 18:00-dan sonra yollarda tıxac olması səbəbindən yük daşımada çətinlik çəkdiklərini və vaxt itkisinə görə postlarda problemlərlə üzləşdiklərini bildirmiş, bundan sonra ona münasibətdə rəhbərlik tərəfindən qərəzli mövqenin olduğunu görmüşdür. Yer təmizləyici texnika götürməyə göndərildiyi Xırdalan Loqistika şöbəsindən qayıdarkən, təmirə dayanan şirkətə məxsus avtomobilin sürücüsü iş yoldaşı Faiq Ağayevi götürməsi barədə rəhbərliyə məlumat verməməsi nədənsə ona ciddi irad kimi göstərilmiş və əmək intizamının pozulması kimi xarakterizə edilmişdir. Bu hal işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirməklə heç bir əsaslandırılmış və tutarlı səbəb olmadan tutduğu vəzifədən azad edilməklə nəticələnmişdir. Hesab edir ki, işdən çıxarılması tam qanunsuz və əsasızdır. Qeyd etmək istəyərdi ki, bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Azərbaycan Respublikasının Prezidentinin dövlət və özəl qurumlar qarşısında qoyduğu qəti tələblər və işçil ərin COVİD-19 pandemiyası dövründə işdən azad olunmamasına dair qəti tələbi hər bir işəgötürən tərəfindən yerinə yetirilməlidir. Ölkə prezidenti çıxışlarında hər dəfə xüsusi olaraq qeyd edir ki, işəgötürənlər işçini qanunsuz və əsassız olaraq işdən çıxartdıqları halda qanun qarşısında cavab verəcəklər. Vurğulamaq istərdi ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. Bildirmək istəyir ki, Bakı şəhərində kirayə yaşayır və himayəsində iki azyaşlı uşağı vardır. İşəgötürən əmrdə onun işdən azad olunmasının əsası kimi nədənsə əmək vəzifələrinin kobud şəkildə pozulduğu halları özündə əks etdirən Məcəllənin 72-ci maddəsində sadalanan hallara deyil, səhvən Əmək M əcəlləsinin 71.2-ci maddəsinə istinad etmişdir. Əslində isə işəgötürən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmuşdur və bu elə əmrin məzmununda açıq şəkildə görünür. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhz, bu halın özü ə mrdə əsaslandırılmamışdır. Bununla bağlı bir daha qeyd etmək istəyir ki, heç bir səbəb olmadan işdən azad olmuşdur. Belə ki, işdən azad olunmamışdan əvvəl şöbənin rəhbərliyi tərəfindən hüquqları pozmaqla qanunsuz olaraq ona qarşı təzyiq edilmiş və bütün bunlar DƏMX orqanlarına müraciətində öz əksini tapmışdır. 05.11.2020-ci il tarixli 2498 K nömrəli əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları haqqında əmrdə heç bir əsaslandırma təsbit edilməmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzuna heç bir ziyan dəyməmisdir. Əmrdə onun tərəfindən kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işi (xidməti) yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-1261/2021) İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cəmiyyətin Loqistika şöbəsinin sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair Cavabdeh MMCnin baş direktorunun 05.11.2020-ci il tarixli 2498 K sa ylı əmrinin ləğv olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyil. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Sadıqov (sədrlik edən və məruzəçi), hakimlər Q.Əsgərov və A.İmanov, iş № 2(103)-5594/2021) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2021 saylı iş üzrə 22 fevral 2021-ci il qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin olunması, Cavabdeh MMC-nin 05.11.2020-ci il tarixli, 2498 K saylı əmrinin ləğv edilməsi və İddiaçı Cavabdeh MMC-nin Loqistika şöbəsinə sürücü vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqının ödənilməsi qət edil mişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş yeri Dərnəgül yolunda yerləşir, sonuncu iş yerindən Xırdalana avadanlığı götürmək üçün getmişdir, qayıtdıqda isə iş yoldaşı Faiq Ağayev avtoservisdən götürmüşdür, avtoservis isə iş yerindən təxminən 5 km məsafədə yerləşir. Cavabdeh tərəf iddiaçının 14:00-da Xırdalana getmək üçün iş yerindən çıxdığını təxminən saat 17:50-də qayıtdığını bildirir, iddiaçı isə 15:30-15:40 radələrində Xırdalana getdiyini, gedib-gəlmək üçün 2 saat vaxt sərf etdiyini, gəldikdə iş yoldaşı Faiq Ağayevi götürmək üçün 10-15 dəqiqə vaxt sərf etdiyini, 18:10-da işdə olduğunu bildirərək, maşında GPS qurğusunun olduğunu və qeyd etdiyi halların həmin qurğunun yaddaşındakı qeydiyyatda da öz təsdiqini tapdığını bildirmişdir. Kollegiya cavabdeh tərəfi ndən avtomobildə olan GPS qurğusunun məlumatlarını, həmçinin iddiaçının Xırdalan Logistik şöbəsinə giriş-çıxış vaxtlarını göstərən müvafiq qeydiyyat sənədinin təqdim edilməsi məqsədi ilə məhkəmə iclasını təxirə salsa da (əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh təşkilatla əlaqə saxlayıb, iddiaçının avtomobilində quraşdırlımış GPS qurğusunun 29.10.2020-ci il tarixə olan məlumatlarının məhkəməyə təqdim olunmasının mümkün olduğunu bildirərək, bunun üçün vaxt verilməsini xahiş etmiş və məhkəmə iclası məhz bu məqsədlə təxirə salınmışdır), hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi GPS qurğusunda olan məlumatın, belə məlumatlar 5 aydan artıq saxlanılmaması səbəbilə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdeh qeyd edir ki, iddiaçının əmək funksiyalarına qarş ı bu cür etinasız davranışına görə komendant saatının tətbiq edildiyi müharibə dönəmində mağazaların mal təminatında ciddi sıxıntılar yaşanmış, bir neçə mağazaya tələb olunan malların çatdırılması mümkün olmamışdır ki, nəticədə Cəmiyyətin iş ahəngi kobud şəkildə pozulmuşdur. Kollegiya qeyd edir ki, müharibə şəraitində olan hərbi hissələrin Bakı şəhərindən uzaq məsafədə yerləşdiyi məlum olan haldır, ona görə də uzaq məsafədə yerləşən hərbi hissələrə malın çatdırılmasının axşam saatlarında həyata keçirilməsi real və ağlabatan deyildir. Cavabdeh qeyd edir ki, iddiaçı həmin gün Xırdalan Logistika şöbəsindən qayıtdıqdan sonra Bayıl qəsəbəsində yerləşən mağazaya mal çatdırmalı olduğu halda, etinasız davranaraq gec gəldiyi üçün bu mümkün olmamışdır. Bununla bağlı Kollegiya qeyd edir ki, cavabde h yuxarıda qeyd edildiyi kimi istinad etdiyi hallara dair sübutlar təqdim edə bilməmişdir (iddiaçının 14:00-da işdən çıxması, 17:50-də qayıtmağı barədə, GPS qurğusundan məlumatları, iddiaçının Xırdalan Logistika şöbəsinə giriş-çıxışı barədə məlumatı), belə olan halda iddiaçının dəlilləri əsas götürülməklə, müəyyən edilir ki, iddiaçı təxminən saat 15:30-da iş yerindən Xırdalan logistika şöbəsinə getmək üçün çıxmışdır. Həmin saatlarda avtomobillərin hərəkətində, xüsusilə də Xırdalan və Bayıl istiqamətində yollarda daim sıxlıq olması nəzərə alınsa (həm də nəzərə alınmalıdır ki, iddiaçı Xırdalana gedib-qayıtdıqdan sonra Bayıl qəsəbəsinə mal aparmalı olmuşdur, özü də bunu iş vaxtının qurtarmasınadək, yəni saat 18:00-a kimi etməli idi), iddiaçının Xırdalana gedib-qayıtdıqdan sonra Bayıl qəsəbəsi ndəki mağazaya malları çatdırması və iş yerinə qayıtmasının mümkün olması ağlabatan hesab edilə bilməz. İddiaçının Xırdalandan qayıdarkən iş yoldaşı Faiq Ağayevi götürməsi üçün çox vaxt sərf edilməsi inandırıcı və real deyildir, çünki iş yeri ilə sonuncunun olduğu yer arasında az məsafə (təxminən 5 km) olmuşdur. Bununla belə, iddiaçının işə qayıtmalı olduğu halda rəhbərliyə məlumat vermədən iş yoldaşını götürüb qayıtması işin mübahisəsiz halıdır və iddiaçı da bu halı mübahisələndirmir. Göründüyü kimi iddiaçının işə qayıtmalı olduğu halda rəhbərliyə məlumat vermədən iş yoldaşını götürüb qayıtması onun əmək funksiyasını pozması faktı kimi qəbul oluna bilər. Lakin yuxarıda şərh edilən müddəalara əsasən bu fakt hələ iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş verməlidir. Cavabdeh bu nəticələrin baş verməsini, yəni həmin gün ordu üçün hazırlanmış bağlamaların çatdırılmaması və bir neçə mağazaya malların çatdırılmaması ilə əlaqələndirsə də, göstərilən bu xüsusatlar öz təsdiqini tapmamaqla yanaşı, həm də bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər bir tərəfdən, işin faktiki hallarını nəzərə alaraq Kollegiya qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70ci maddəsinin «ç» bəndi ilə (ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr baş vermədiyi üçün) ləğv edilməsinə mütənasib deyil. Bu halda, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Kollegiya qeyd edir ki, iddiaçının marşrutdan yayınması müəyyən olunsa da, bu hal onun şəxsi maraqlarından yox, yaxın məsafədə olan iş yoldaşını götürmək istəyindən qaynaqlanmışdır və bunun üçün iddiaçı cəmi bir neçə dəqiqə vaxt itirmişdir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin 05.11.2020-ci il tarixli 2498 K nömrəli əmri ləğv edilməli və iddiaçıya işə bər pa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(103)-5594/2021 nömrəli qətnaməsinin ləğv edərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri cavabdehin iddia ərizəsinə etirazının dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qan unvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şə xs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəs ində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar itt ifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (k itabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, «… cavabdeh yuxarıda qeyd edildiyi kimi istinad etdiyi hallara dair sübutlar təqdim edə bilməmişdir (iddiaçının 14:00-da işdən çıxması, 17:50-də qayıtmağı barədə, GPS qurğusundan məlumatları, iddiaçının Xırdalan Logistika şöbəsinə giriş-çıxışı barədə məlumatı), belə olan halda iddiaçının dəlilləri əsas g ötürülməklə, müəyyən edilir ki, iddiaçı təxminən saat 15:30-da iş yerindən Xırdalan logistika şöbəsinə getmək üçün çıxmışdır. Həmin saatlarda avtomobillərin hərəkətində, xüsusilə də Xırdalan və Bayıl istiqamətində yollarda daim sıxlıq olması nəzərə alınsa (həm də nəzərə alınmalıdır ki, iddiaçı Xırdalana gedib qayıtdıqdan sonra Bayıl qəsəbəsinə mal aparmalı olmuşdur, özü də bunu iş vaxtının qurtarmasınadək, yəni saat 18:00-a kimi etməli idi), iddiaçının Xırdalana gedib-qayıtdıqdan sonra Bayıl qəsəbəsindəki mağazaya malları çatdırması və iş yerinə qayıtmasının mümkün olması ağlabatan hesab edilə bilməz. İddiaçının Xırdalandan qayıdarkən iş yoldaşı Faiq Ağayevi götürməsi üçün çox vaxt sərf edilməsi inandırıcı və real deyildir, çünki iş yeri ilə sonuncunun olduğu yer arasında az məsafə (təxmin ən 5 km) olmuşdur. Bununla belə, iddiaçının işə qayıtmalı olduğu halda rəhbərliyə məlumat vermədən iş yoldaşını götürüb qayıtması işin mübahisəsiz halıdır və iddiaçı da bu halı mübahisələndirmir. Göründüyü kimi iddiaçının işə qayıtmalı olduğu halda rəhbərliyə məlumat vermədən iş yoldaşını götürüb qayıtması onun əmək funksiyasını pozması faktı kimi qəbul oluna bilər. Lakin yuxarıda şərh edilən müddəalara əsasən bu fakt hələ iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş verməlidir. Cavabdeh bu nəticələrin baş verməsini, yəni həmin gün ordu üçün hazırlanmış bağlamaların çatdırılmaması və bir neçə mağazaya malların çat dırılmaması ilə əlaqələndirsə də, göstərilən bu xüsusatlar öz təsdiqini tapmamaqla yanaşı, həm də bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. » Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5594/2021 nömrəli iş üzrə 1 6 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6357/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6357/2021
16.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver