Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6359/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, ilə, Cavabdeh3 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: K.Ş.Süleymanov; 2(054)-823/2018) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X4, Cavabdeh3, Cavabd eh4, Cavabdeh5, həmçinin onların himayəsində olan azyaşlı uşaqlar iddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyətinin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzildən çıxarılması, iddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyətinin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və X4 tərəfindən boşaldılması, iddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyətinin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və X1 istifadə hüquqlarına xitam verilməsi qət edilmiş və həmin tarixli qərardadla iddiaçı "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh5. Cavabdeh4, Cavabdeh3 və X2 qarşı mənzildən çıxarılma, m ənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi tələbi barədə mülki iş üzrə iddia tələbinin ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzildən cavabdehlərin çıxarılmalarına dair hissəsi üzrə Cavabdeh2 münasibətdə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.İ.Məlikov (sədrlik edən və məruzəçi), E.E.Zəkili və A.A.Mahmudov; 2(107)-947/2019) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzi ldən cavabdehlərin, həmçinin onların himayəsində olan azyaşlı uşaqların məcburi olaraq çıxarılmaları, həmin mənzilin boşaldılması və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli 05561 nömrəli təminatlı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 15.000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Ramin Osmanlı ilə 17 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, 17 aprel 2015-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X10 ddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Cavabdeh3 onun arvadı, Cavabdeh2 isə arvadının atasıdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli 05561 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 17 aprel 2015-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit borcu gecikdirildiyi nə görə iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan mənzil hərraca çıxarılmış və hərrac vasitəsilə iddiaçının mülkiyyətinə keçmişdir. Lakin hal-hazırda da cavabdehlər digər ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşayırlar. Onların başqa yerdə yaşayış sahəsi olmadığından hazırki vəziyyətdə mübahisə predmetinə aid olan mənzildən çıxarılmalarına, mənzilin boşaldılmasına və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı deyil. Kredit borcunun bir hissəsi ödənilmiş, qalan borc məbləği də hissə-hissə ödəniləcəkdir. Hesab e tmişdir ki, cavabdehlərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla kredit borcunun tam şəkildə ödənilməsi üçün iddiaçı ona möhlət verməlidir. Qeyd edilənləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Propsessual Məcəlləsinin 217, 386-cı maddəsinin,tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər he ç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsin i yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarındn müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2015-ci il tarixli 05561 nömrəli tə minatlı kredit müqaviləsi üzrə 16.176 (on altı min bir yüz yetmiş altı) ABŞ dolları 90 (doxsan) sent borc məbləği və 31 (otuz bir) manat məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. 17 aprel 2015-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil hərraca çıxarılmış və hərrac vasitəsilə iddiaçının mülkiyyətinə keçmişdir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində 28.08.2018-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında tam şəkildə iddiaçının adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzildə hal-hazırda cavabdehlər digər ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla faktiki olaraq da həmin mənzildə yaşayırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər ev dən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyasının məhkəmə araşdırması ilə müəyyən edildi ki, hazırki iddianın predmetinə aid olan mənzil qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddianın predmetinə aid olan mənzilə münasibətdə iddiaçı cavabdehlərə nisbətən daha üstün hüquqlara malikdir. Hazırki vəziyyətdə cavabdehlərin həmin mənzildən istifadə etməkdə davam etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələnmişdir. Kredit borcunun ödənilməsi ilə bağlı cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi xüsusatlar iddiaçının xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, Cavabdeh3 apellyasiya şikayətindəki dəlilləri ilə razılaşmaq olmaz, hazırki iddianın predmetinə aid olan mənzil tam boşaldılmaqla cavabdehlə rin mənzildən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər və onların himayəsində olan azyaşlı uşaqlar həmin mənzildən çıxarılmalıdırlar. Hazırki iddianın predmetinə aid olan mənzildən Cavabdeh2 çıxarılmasına dair iddia tələbinin təmin edilməsi ilə əlaqədar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddia tələbinin həmin hissəsi üzrə Cavabdeh2 münasibətdə icraata Oğuz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2 (054) - 823 / 2018 nömrəli qərardadı ilə xitam verilmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iddia tələbi mübahisə predmetinə aid olan mənzildən çıxarılmaya dair hissədə qismən Cavabdeh2 istisna olmaqla, digər cavabdehlərə münasibətdə təmin edilməlidir. İddia tələbinin mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsinə dair hissələri isə Cavabdeh2 da daxil olmaqla, bütün cavabdehlərə münasibətdə təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il, 2(054)-823/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfində n başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanı lmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəkı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6359/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6359/2019
13.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver