Məhkəmə qərarları › İş №2(102)-6361/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6361/2019

16.09.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6361/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X2 katibliyi, Cavabdeh2 və vəkili X4 iştirakları ilə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı5 və İddia çı4 məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin 05 aprel 2004-cü il tarixli qətnaməsi ilə (hakim; Ə.Y.Tağıyev,2-59/04) iddia təmin edilmiş,cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğlu, Cavabdeh3 və Cavabdeh4 zəbt etdikləri İddiaçı1 mülkiyyətində olan 3,08 ha, İddiaçı2 mülkiyyətində olan 3,85 ha, İddiaçı6 mülkiyyətində olan 3,85 ha, İddiaçı3 mülkiyyətində olan 2,31 ha, İddiaçı5 mülkiyyətində olan 5,59 ha və İddiaçı4 mülkiyyətində olan 2,31 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməs inə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını 13 iyun 2019-cu il tarixli qərardadı ilə (hakimlər; Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.F.Quliyev və M.A.Əsədli,2(107)2279/2019) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadıqəbul edilərkən,maddi və prossesual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Belə ki, məhkəmənin qətnaməsi cavab dehlərə nə poçt vasitəsi ilə, nə də başqa bir yolla təqdim edilməmişdir. Həmin qətnamənin surəti rəsmi qaydada alınmamışdır.”Xəbərnamə” deyilən istinad edilən və sübut kimi qəbul edilən 3 ədəd sarımtıl kağız parçaları isə məktubların bizə çatdırılması deyil, poçt müəssisəsinə təqdim edilmiş səəddir. Həmin məktubub poçta təqdim edilməsi cavabdehlərə çatdırılması demək deyildir. Cavabdehlərin həmin sənədlərdə heç bir imzası yoxdur.Əgər məhkəmə-xətşünaslıq ekspertizası təyin edilsə, cavabdehlərin həmin sənədə imza etmədikləri sübut olunar. Tərəflərin İzahatları Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 vəkili X5 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı3, İddiaçı5 Mülki-Prosessual Məc əlləsinin 67.1ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,digər iddiaçılar və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahis ə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, iş materiallarından görünür ki, Yevlax Rаyоn Məhkəməsinin 05 aprel 2004-cü il tarixli qətnaməsi 06 aprel 2004-cü il tarixli məktubla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 göndərilmiş, 06 aprel 2004cü ildə xəbərnaməyə “Cavabdeh1”, “Cavabdeh2” və “Cavabdeh4” soyadları yazılmaqla və imza edilməklə qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğlu və Cavabdeh4 tərəfindən isə hazırki apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə-27 may 2019-cu ildə verilmiş və apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət (ərizə) əlavə edilməmişdir. Azərbaycan R espublikası Mülki Prosessual Məcələsinin: - 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. - 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. - 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361- ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətini prosessual qanunvericiliyin qeyd olunan norma larının tələblərinə qаnundа müvаfiq оlаrаq geri qаytаrmаlı оlduğu hаldа səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı MPM-nin 366.2-ci mаddəsində əsasən əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. - 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. - 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməs inin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd olunan prosessual hüquq normalarının tələblərinə əsasən əməl edərək və yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, Yevlax Rаyоn Məhkəməsinin 05 aprel 2004-cü il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğlu və Cavabdeh4tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkündür. İşin şərh olunan halla rını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə13 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar