Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6361/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətin mülkiyyətçisinin payının ayrılması 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ”əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)-4464/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, bina 20, mənzil 20-nin (bundan sonra – mübahisəli mənzil) 3/4 hissəsi İddiaçı, açıq qalmış 1/4 hissəsi X2 mülkiyyətindədir.
2. X1 iddiaçı və cavabdehin atasıdır.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair və İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubunda mübahisəli mənzilin hazırki real bazar qiymətinə uyğun olaraq ¾ hissədə məbləğin kompensasiya şəklində ödənilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin açıq hərracdan satılaraq, dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, onun sağ qalan birinci növbəli 2 vərəsəsi olmuşdur. Həmin vərəsələrdən iddiaçı miras əmlakın ¾ hissəsini qəbul edərək ona xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ¼ hissəsi isə digər vərəsə olan cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmiş, lakin həmin miras p ayı vərəsə tərəfindən rəsmiləşdirilmədiyindən açıq qalmışdır. Hazırda isə miras əmlakın ¾ hissəsi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdehə məxsus açıq qalan ¼ hissədən isə faktiki olaraq cavabdeh istifadə edir. Belə ki, bu fakt Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiq olunur. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirməyə qərəzli maneələr yaradır. Belə ki, iddiaçı nə həmin evdə yaşaya bilir, nə də öz payına düşən payın pulunu ala bilir. Bu isə iddiaçının mülkiyyət hüququnun kobud surətdə pozulmasıdır. İddiaçının Bakı şəhərində yaşamağa yeri olmadığı üçün müxtəlif yerlərdə kirayə qalmağa məcbur olur. Bu isə onu n maddi vəziyyətini daha da çətinləşdirir. Buna görə də iddiaçı cavabdehə qarşı paylı mülkiyyətində olan mübahisəli mənzilinin naturada bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, cavabdeh mənzilin ¾ hissəsinin iddiaçıya məxsus olduğu bildirsə də, hər hansı bir formada razılaşma aparmır.
7. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, mübahisəli mənzil barədə Nəsimi Rayon Məhkəməsində onun və iddiaçının tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Belə ki, MPM-nin 153.2.2-ci maddəsinin göstərişlərinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edi r. Göstərilənləri nəzərə alaraq etirazını nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə icraatı zamanı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində, mübahisəli mənzilin satış (likvid) qiymətinin 47.000 manat, hazırki bazar qiymətinin isə 52.000 manat təşkil etdiyi qeyd olunmuşdur.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-4799/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi (hakim: Ramin Xəlilov) ilə iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, paylı mülkiyyətində olan mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması mü mkün olmadığından və cavabdeh iddiaçının payına münasib olaraq müvafiq əvəz (kompensasiya) ödənilməsi təklif olunsa da, həmin təklifə hər hansı cavab verilmədiyindən, həmin evin açıq hərracdan satılması ilə bağlı tələb tam əsaslıdır.
11. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.6, 221-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)-4464/2022 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Talışinskinin sədrliyi və məruzəsi ilə, Azad İmanov və Qürbət Əsgərovdan ibarət tərkibdə) ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, tərəflərin mənafeləri nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdehin paylı mülkiyyətçi kimi hüquqları tanınmamışdır. Belə ki, məhkəmə pay hüquqları müəyyən edilmədiyi halda iddia tələbinin qanunsuz dəlillərinə istinad edərək pozuntuya yol vermişdir.
18. Kassator şikayətini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
21. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçi si öz payının ayrılmasını tələb edə bilər.
22. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin m ülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
24. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
25. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçi ləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
26. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pros essual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
34. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndiril ən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.
37. Məhkəmələr hesab etmişlər ki, paylı mülkiyyətində olan mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması mümkün olmadığından və cavabdeh iddiaçının payına münasib olaraq müvafiq əvəz (kompensasiya) ödənilməsi təklif olunsa da, həmin təklifə hər hansı cavab verilmədiyindən, həmin evin açıq hərracdan satılması ilə bağlı tələb irəli sürülməsi cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılmasınına səbəb olmur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4464/2022 nömrəli, 28 iyun 2022ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.