Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6362/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4395/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsind ən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil xx.xx.1997-ci il tarixindən İddiaçı mülkiyyətindədir, Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 gəlinidir.
2. Cavabdeh1 1992-ci ildən, ailə həyatı qurduğu 2011-ci ilə qədər sözügedən mənzildə yaşamış, ailə qurduqdan sonra "xxxx" MTK-dan onun üçün alınmış ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 179 saylı mənzilində yaşamağa başlamış, 2017-ci ildə ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçmüşdür. 3. "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2007-ci il tarixli müqaviləyə əsasən MTK, 27 180 ABŞ dollarının ödənilməsi müqabilində ünvan 3 ünvanda inşa edilən yaşayış binasının 179 saylı mənzilini Cavabdeh1 verməyi öhdəsinə götürmüş və hal-hazırda Cavabdeh1 ünvan 4 ünvanında yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 və X1 övladları X5 və X3 ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və özünün mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, oğlu Cavabdeh1 2011-ci ildə ailə qurduqda n sonra onun üçün müqavilə ilə aldığı "xxxx" MTK tərəfindən inşa edilmiş Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38, mənzil 179 ünvanına köçmüşdür. 2017-ci ildə oğlu ailəsi və iki övladı ilə birlikdə onun mənzilinə köçərək onunla yaşamağa başlamış, bundan sonra problemli, əzablı günlər görmüş, mənzildən zorla çıxarılmışdır. Belə ki, mənzilinə köçəndən sonra cavabdehlərin ona olan münasibətləri dəyişmiş, onların kobud rəftarına və zorakılıqlarına məruz qalmışdır. Dəfələrlə cavabdehlərə “gedin öz evinizdə yaşayın, məni incitməyin, yaşayışımı qara etməyin” desə də, bunun heç bir faydası olmamışdır. Cavabdeh1 Binəqədi rayonunda olan mənzilindən başqa Masazır qəsəbəsində də torpaq sahəsi və üzərində iki mərtəbəli yaşayış evi, habelə Balakən rayonunun Katex kəndində fərdi yaşayış evi vardır. Cavabdeh1 öz mənzilini kirayə verərək pul qazanır, buna görə də köçüb öz evinə getmir. Demək olar ki, hər gün əzab- əziyyət, iztirab içində yaşayır, övladı ona gün verməyərək həyatını qara etmişdir və bu münasibəti yoldaşı və övladları da ona qarşı göstərir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-6248/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərlə mülkiyyətçi arasında mənzilə istifadə hüququnun əmələ gəlməsi barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır və hazırda faktiki olaraq cavabdeh həmin ünvanda yaşamır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh ailəsi ilə birlikdə ü nvan 5 ünvanına köçərək orada yaşamışdır, həmin mənzil ona atası İddiaçı tərəfindən alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.5, 157.2, 157.4, 228.1, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işə onların iştirakı olmadan baxılması, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, mübahisəsi gedən mənzilə istifadə hüququnun olduğunu nəzərə almadığı, qanunsuz və əsassız qərar qəbul etmişdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4395/2022 nö mrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələblərinin təmin edilməsi, Cavabdeh1 ünvan 6 ünvanında yerləşən 46 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunması, Cavabdeh1 və X4 övladları X5 və X3 ilə birlikdə ünvan 6 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması, İddiaçı ünvan 6 ünvanında yerləşən 46 saylı mənzilə köçürülməsi qət edilmişdir.
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normalarının seçimi zamanı səhvə yol vermiş, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
13. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil onun babasının, daha sonra isə atasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə, yəni babasının (atasının) ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 2011-ci ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır. Cavabdeh1 mübahisəsi gedən mənzilə, mənzil babasının, daha sonra atasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə atası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnun, mənzildən özünə məxsus yaşayış sahəsinə köçüb getdiyi 2011-ci ildən itirildiyi qəbul olunmalıdır.
14. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı, oğlu Cavabdeh1 2017ci ildə mübahisəsi gedən mənzilə yenidən köçüb orada ailəsi ilə birlikdə yaşamağa başladıqlarını bildirmişdir və cavabdehlər işin iddiaçı tərəfindən bildirilən bu faktiki halını mübahisələndirməməkdədirlər. Bu isə o deməkdir ki, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da qiymət verilməlidir - çünki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlərə qüvvə də olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-nin 152.1,152.4, 152.5, 228.2 və 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123, 60, 87-ci, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Ailə Məcəlləsinin 89-cu, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və MPM-nin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın d əlilləri Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının ailə üzvü və birinci dərəcəli vərəsəsi olduğu və mənzildə istifadə hüququ olduğu və bu hüququ heç bir hal ilə itirmədiyi halda məhkəmə bu hüququn itirilmiş hesab edərkən səhv nəticəyə gəlmişdir. Cavabdeh heç bir zaman mübahisəli mənzildən çıxıb hansısa başqa bir mənzildə yaşamağa getməmişdir. 228-ci maddənin məzmunundan da göründüyü kimi cavabdeh yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdir və o yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiya rına malikdir. Həmçinin yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır ki, mübahisəli mənzil məhz bu məcəllənin qüvvəyə mindiyi tarixdən sonra əldə edilmiş və cavabdeh mənzil əldə ediləndən orda qeydiyyata düşməklə yaşamışdır. Lakin məhkəmə heç bir sübut olmadan iddiaçının şifahi şəkildə bildirdikləri ilə Cavabdeh1 1992-ci ildən, ailə həyatı qurduğu 2011-ci ilə qədər sözügedən mənzildə yaşamış, ailə qurduqdan sonra "xxxx" MTK-dan onun üçün alınmış ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 179 saylı mənzilində yaşamağa başladığını, 2017-ci ildə ailəsi ilə birlikdə ünvan 7 ünvanında yerləşən 46 saylı mənzilə köçdüyünü qeyd etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, cavabdeh heç bir zaman başqa yerdə yaşamamış və qeyd edilən mənzillərdə bir gün belə yaşamamışdır. Məhkəmə isə sübuta yetirilməyən halları qanunvericiliyin tələblərinə uyğunlaşdırmağa çalışmışdır. Cavabdeh iddiaçının oğludur və cavabdeh heç bir zaman atasından ayrı yaşamamış və onunla yaşadığı və onun adına başqa bir əmlak olmadığı, başqa yaşayış yeri olmadığı halda məhkəmə kredit müqaviləsi ilə əldə edilməyə çalışılan bir təmirsiz, tikilməkdə olan mənzil müqaviləsinə əsasən ona kompensasiya ödəmədən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmaqla onun hüquqlarını kobud pozmuş və tətbiq edilməli olan və olmayan bütün maddələri qətnamədə əsaslandırmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi cavabdehlər heç bir zaman mübahisəli mənz ildən çıxıb getməmiş, daimi olaraq iddiaçı ilə birlikdə yaşamışlar. Lakin məhkəmə heç bir əsas olmadan qanunsuz və əsassız olaraq cavabdehlərin istifadə hüquqlarının itirildiyi qənaətinə gəlmişdir. Məhkəmə MPM-in tələblərini kobudca pozaraq sübutlara obyektiv, qərəzsiz yanaşmamışdır. Qətnamə işin faktiki hallarına uyğun qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
20. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vard ır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərək ətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 228.1.Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
25. Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
27. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsin ə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
28. Maddə
60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
29. Maddə
87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsi ndə digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 30. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
31. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
32. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanması nı təmin etməyə borcludurlar.
33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəll əsi
34. Maddə
89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. 35. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüv vədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifa də etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə yoxlanılan hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
49. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh1 mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil onun babasının, daha sonra isə atasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə, yəni babasının (atasının) ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 2011-ci ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır. 51. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.
52. Bu baxı mdan kollegiya haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə, mənzil babasının, daha sonra atasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə atası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnun, mənzildən özünə məxsus yaşayış sahəsinə köçüb getdiyi 2011-ci ildən itirildiyi qəbul olunmalıdır. Şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göst ərib-göstərmədiyidir. Cavabdeh1 ailə qurub başqa yaşayış sahəsinə köçərkən atasının evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir və işdəki sübutların məcmusu onun mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.
53. Digər tərəfdən yuxarıda göstərildiyi kimi iddiaçı, oğlu Cavabdeh1 2017-ci ildə mübahisəsi gedən mənzilə yenidən köçüb orada ailəsi ilə birlikdə yaşamağa başladıqlarını bildirmişdir və cavabdehlər işin iddiaçı tərəfindən bildirilən bu faktiki halını mübahisələndirməməkdədirlər. Bu isə o deməkdir ki, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da qiymət verilməlidir - çünki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sah ədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. 54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanmas ı və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşa yış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. 55. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr h əmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.
56. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2nın mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüquqları olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, Cavabdeh1 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunduğu, Cavabdeh2nın isə mənzildə yaş amaq hüququnun qalmadığı qənaətinə gəlinməlidir.
57. Cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə isə qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə onlar, hazırda iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüququna sahib deyildirlər. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
58. Kollegiya onu da qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respu blikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bi lər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, apellyator artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına mür aciət etməlidir
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hər bir dəlil apellyasiya instansyiası məhkəməsi tərəfindən müəyyən olunmuş işin halları baxımından qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üz rə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4395/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.