Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6364/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X6, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh Dərdayıl qızının və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)5908/2020 nömrəli qətnaməsindən Cavabdeh Dərdayıl qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx.xx.2020-ci il tarixli, 2(0 04)-1361/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Dərdayıl qızına qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Dərdayıl qızından 7300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, Q.Əsgərov, A. İmanov) xx.xx.2020-ci il tarixli, 2(103)-5908/2020 nömrəli qətnaməsi ilə Cavabdeh Dərdayıl qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1361/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh Dərdayıl qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İdd iaçı Cavabdeh Dərdayıl qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dərdayıl qızından 7400 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Dərdayıl qızı və vəkili Vəkil2 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdehin iddiaçıdan pul almamışdır. Cavabdeh tərəfindən yazılmış iltizam hədəqorxu və təhdid altında yazılan iltizamdır. Cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır ki, o, məhkəməyə müraciət etsin. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)5908/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və i ddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dərdayıl qızı və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixl i, 2(103)-5908/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli əlyazma iltizamdan görünür ki, Sultanova X4 Zahir Dərgah oğluna borclu olduğu 10000 manat puldan ödənilməmiş 7600 manat pulu hər ay 300 manat ödəməklə qaytaracağını, ödənişləri 2019-cu il sentyabr aylarından etibarən ödəyəcəyini qeyd etmişdir. “Cinayə t işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qərardan görünür ki, X1 ərizə ilə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, oğlu Samir Mustafayevi işə düzəltmək üçün İddiaçı tanışı Cavabdeh Dərdayıl qızına verdiyi 5000 manat pulu ona İddiaçı geri qaytarmış, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi yoxdur. X3 Yasamal RPİ-nin İŞ-nə təqdim etdiyi qəbzdən müəyyən edilmişdir ki, oğlu Yusif Kamalovu işə düzəltmək üçün İddiaçı tanışı Cavabdeh Dərdayıl qızına verdiyi 5000 manat pulu ona İddiaçı geri qaytarmış, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi yoxdur. X5 izahatında göstərmişdir ki, o, Cavabdeh Dərdayıl qızından ümumilikdə müxtəlif vaxtlarda 9900 manat pul almışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya yuxarıda göstərilən məbləğdə borclu olması işi n mübahisəsiz hallarını təşkil edir. Cavabdeh isə iddiaçının tələbini qəbul etməyərək, pulu Musa adlı şəxsə verdiyindən, hazırki iddianın Musa İsrafilova qarşı qaldırılmalı olduğunu qeyd etmişdir. Lakin, işdən göründüyü kimi, iddiaçı cavabdehə verilmiş pulları (5.000+5.000) müvafiq şəxslərə qaytarmış, hazırda isə həmin pulları cavabdehdən tələb edir. İddiaçının ərizəsində qeyd etdiyi kimi, 9900 manatdan cəmi 2600 (9900 manat - 2050-550 manat) manat məbləğində pul qaytarılmış, 7300 manat isə ödənilməmiş qalmışdır. Göründüyü kimi, Cavabdeh Dərdayıl qızı özü şəxsən və Musa İsrafilovun vasitəsilə iddiaçıya cəmi 2.600 manat məbləğində pul qaytarmış, xx.xx.2019-cu il tarixli iltizamla da iddiaçıya borclu olduğunu etiraf edərək, borcunu hissə-hissə – hər ay 300 manat ödəniş etməklə qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzə rinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Cavabdeh iddiaçıdan 10.000 manat borc almadığına əsaslanır, hansı ki, iddiaçı da həmin pulun özü tərəfindən cavabdehə borc verildiyini iddia etmir, belə ki, cavabdeh iddiaçının xahişi ilə iki nəfəri işə düzəltmək məqsədilə cəmi 10.000 manat almış və sonradan həmin məsələ baş tutmadıqda, şikayətçilərin pulunu iddiaçı qaytarmış və tərəflər razılaşmışlar ki, qaytarılmış pulu cavabdeh iddiaçıya ödəyəcəkdir. Buna uyğun olaraq, pulun bir hissəsi iddiaçıya qaytarılmış, qalan hissəsinin qaytarılacağı barədə də cavabdeh öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ilt izam da bu borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılmasına verilən təminatdır. Cavabdeh həmin iltizam əsasında ödəməyi öhdəsinə götürdüyü 7.600 manat vəsaitdən 200 manatını ödəməklə, onu bəyəndiyi bəyan etmiş və icrasına başlamışdır. Göstərilənlərə əsasən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində də iddiaçıdan borc almadığına istinad etsə də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, tərəflər arasında münasibət borc münasi bətindən yaranmış münasibət deyildir. Cavabdeh iddiaçının xahişi ilə iki nəfəri işə düzəltmək məqsədilə cəmi 10.000 manat almış və sonradan həmin məsələ baş tutmadıqda, şikayətçilərin pulunu iddiaçı qaytarmış və tərəflər razılaşmışlar ki, qaytarılmış pulu cavabdeh iddiaçıya ödəyəcəkdir. Buna uyğun olaraq, pulun bir hissəsi iddiaçıya qaytarılmış, qalan hissəsinin qaytarılacağı barədə də cavabdeh öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli iltizam da bu borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılmasına verilən təminatdır. Ümumilikdə Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul e tdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dərdayıl qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5908/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6364/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-6364/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver