Məhkəmə qərarları › İş №2(102)-6365/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6365/2022

27.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6365/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, sübutetmə) 27.12.2022 Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(103)-4645/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı il ə Cavabdeh 12 sentyabr 2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından uşaqları olmamışdır.

2. Tərəflər birgə nikah dövründə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ünvan 1 ünvanda yerləşən evdə yaşamışlar.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-1250/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli evi cavabdehlə nikaha g irməmişdən əvvəl tikdirmiş, orada yaşamaqla pasport qeydiyyatına alınmışdır. Pasport qeydiyyatına alındığından yaşayış sahəsindən istifadə hüququ faktiki olaraq tanınmışdır. Cavabdehin evə heç bir hüququ yoxdur. Nikahda olarkən orada yaşamasına əsası olsa da, nikah pozulduqdan sonra iddiaçının mənzilində yaşamasına heç bir qanuni, nə də mənəvi haqqı qalmamışdır. Çünki, cavabdehin xəyanəti nəticəsində onlar arasındakı nikah pozulmuşdur. Cavabdehdən könüllü olaraq mənzili tərk etməsi tələb olunsa da, bundan imtina etmişdir. Cavabdehin mənzilə pasport qeydiyyatı da yoxdur.

6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, hal-hazırda faktiki olaraq evdə cavabdehin yaşadığını, kommunal xərclərin cavabdeh tərəfindən ödənildiyini, həmin evin cavab dehə və onun ailəsinə məxsus olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4209/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Hazırkı mübahisə özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılma tələbi olsa da, iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüququnun olması sübuta yetirilməmişdir. İddiaçı torpaq sahəsini və onun üzərində inşa edilmiş yaşayış evini nikaha girməzdən öncə əldə etdiyini israr etsə də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim e dilməmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 146.1, 146.2, 152.1, 180.1, 180.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, onun subyektiv hüquq sahibi olmadığı barədə səhv nəticəyə gəlmiş, cavabdehin onunla nikaha girdikdən sonra hazır evə köçdüyünü nəzərə almamış, verdiyi qərarla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

12. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9055/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.

13. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhk əmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bundan başqa, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X1rşı” iş üzrə 26 oktyabr 1984cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.

14. Məhkəmə tərəflərin izahatlarına istinadla müəyyən etmişdir ki, cavabdeh xx.xx.2013-cü il tarixdə iddiaçı ilə nikaha daxil olaraq onun yaşadığı mübahisəli evə köçmüş, nikah pozulduqdan sonra iddiaçı cavabdehin evdən çıxmasını istəsə də sonuncu bundan imtina etmişdir. Məhkəmə, həmçinin işin mübahisələndirilməyən halı kimi qeyd etmişdir ki, mübahisəli ev iddiaçı və cavabdehin nikaha girməsindən əvvəl iddiaçı tərəfindən inşa edilmiş (yaxud hazır vəz iyyətdə alınmış), iddiaçı və oğlu orada pasport qeydiyyatında olmuşdur.

15. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, cavabdeh evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə, bu mümkün olmadıqda isə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun onunla əsaslandırmışdır ki qətnamə faktlara və sübutlara əsasən deyil, yalnız fərziyyələrə əsaslanmışdır. Apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. İddiaçının mübahisəli evə qanunla müəyyən olunmuş qaydada hər hansı bir hüququ yoxdur. Ev özbaşına tikilidir və dövlət reyestrində qeydə alınmamışdır. Qanunvericiliyin müddəalarından iddia tələbinin əsassız olduğu təsbit edilir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1736/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellya siya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia ərizəsi yaşayış evindən çıxarılma tələbi ilə bağlıdır. Evin dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikili olması və iddiaçının həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərinin olmaması işin mübahisəsiz hallarıdır. İşə birinci instansiyası məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, mübahisəli evdə təmsil etdiyi şəxsin yaşadığını, kommunal xərclərin onun tərəfindən ödənildiyini, evin cavabdehə və onun ailəsinə məxsus olduğunu, cavabdehin evdə 2013-cü ildən yaşadığını bildirmişdir. Cavabdeh tərəf məhkəməyə, həmçinin mübahisəli evin kommunal ödənişlərinə dair yazılı sübutlar təqdim etmişdir. İddianın rədd olunması barədə biri nci instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermiş, şikayətə hər hansı sübutlar əlavə etməmiş, apellyasiya baxışında tərəflər iştirak etməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin iddiaçı və cavabdehin nikaha girməsindən əvvəl iddiaçı tərəfindən inşa edildiyinin (yaxud hazır vəziyyətdə alındığının) işin mübahisələndirilməyən halı olduğunu qeyd etmiş, həmçinin müəyyən etmişdir ki, cavabdeh evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişdir. Halbuki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur.Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

21. Kollegiya hesab etmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi işin mübahisə edilən hallarını mübahisəsiz hallar kimi təqdim etmiş, sübutetmə yükünü müəyyən etməmiş, işin hall arını yalnız iddiaçı tərəfin bildirdikləri əsasında müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4645/2021 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçı torpaq sahəsini qeyri-rəsmi şəkildə onun tərəfindən alındığını və həmin evdə tikilmiş özbaşına tikilinin həmin torpaq ərazisində olmasını, nikaha gi rməzdən əvvəl onun tərəfindən alınmasını qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir.

24. Kollegiya qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən göstərişləri üzrə məhkəmə kollegiyası tərəfində aparılmış araşdırma zamanı iddiaçıya mübahisəli fərdi yaşayış evinə (özbaşına tikili) dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olması təklif olunsa da, iddiaçı bu hala dair hər hansı sübut təqdim edə bilməmiş, iddiasını yalnız şifahi mülahizələri ilə əsaslandırmışdır. Əksinə iş materiallarından görünür ki, kommunal xərclər cavabdeh tərəfindən ödənilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İ.Turqenev küçəsi 2 Q saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının ya ranmasını qeyd etsələr də, məhkəmə hesab edir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatda alındıqdan sonra yaranır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçı həmin tikiliyə öz vəsaitini xərcləmiş, tikintiyə xərc çək mişdir. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Bundan başqa mübahisəli ev iddiaçı və cavabdehin nikaha girməsindən əvvəl iddiaçı tərəfindən 2013-cü ilin iyun ayında alınmış, cavabdeh isə 2013-cü ilin sentyabrda oraya köçmüşdür, evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişdir. İddiaçı mübahisəli evdə qeydiyyatda olmaqla eyni zamanda yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Apellyasiya instansiyası məhkəməsi sübut etmə yükünü müəyyən etməmiş, iddiaçıya sübutların ı təqdim etmək üçün şərait yaratmamış, mənzilin nə vaxtdan əldə edildiyini müəyyən etmək üçün heç bir araşdırma aparmamış, kommunal sənədlərin nə vaxtdan cavabdehin adına qeydə alındığını müəyyən etməmiş, iddiaçı və oğlunun mübahisəli mənzildə nə vaxtdan qeydiyyatda olmalarını nəzərə almamış və araşdırmamış, yalnız tərəfin məhkəmədə ifadəsini qeyd etmişdir ki, - məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirdi ki, evi öz vəsaiti almışdır. Lakin bu hala dair hər hansı sübutu yoxdur. Bununla da məhkəmə işini bitmiş hesab etmişdir. Halbuki iddiaçı tərəf evin kimdən, nə vaxt, hansı məbləğdə vəsait hesabına almasına dair sübutları təqdim etmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli evlərin alqı-satqı müqaviləsindən də görünür ki, iddiaçı mübahisəli mənzili sənədsiz olsa belə, vəsaiti hesabına əldə etmiş, pasport qeydiyyatına alınmaqla sahiblik və istifadə hüququ əldə etmişdir. Bundan sonra, yəni xx.xx.2013-cü il tarixdə cavabehlə nikaha daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi yalnız MPMnin 420-ci maddəsinə istinad etməklə cavabdehin işin faktiki halların nəzərə almadan cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Halbuki cavabdehin nə vaxt, hansı şəraitdə mənzilə köçməsinin araşdırlması işin həllində əhəmiyyəti olmuşdur. Məhkəmə tərəfindən iddiaçının şahidləri dindirmək barədə vəsatəti ümumiyyətlə dinləməmişdir. Şahidləri birinci instansiya məhkəməsində baxılmalı olduğunu qeyd etməklə iddiaçını sübut etmə yükündən məhrum etmişdir. Məhkəmə iclasının yazılı qeydinə baxılaraq bu təsdiqini tapmış olacaqdır. Məhkəmə burda da iddiaçıya da sübut etmə yükünü icra etmə yə şərait yaratmamış və bunun səbəblərini qətnamədə əsaslandırmamışdır. Halbuki, Ali Məhkəmənin qərarında bu halların araşdırılması birbaşa qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tə rtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

31. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

32. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

36. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. MPM

37. Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin qeyri-rəsmi şəkildə onun tərəfindən alındığını və tikilmiş özbaşına tikilinin həmin torpaq ərazisində olmasını, nikaha girməzdən əvvəl onun tərəfindən alınmasını göstərsə də bunu sübut etməlidir. Lakin belə sübutların təqdim olunması təklif olunsa da təqdim olunmamışdır.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, kassasiya instansiya məhkəməsinin əvvəlki icraata olan göstərişlərinin icrası ilə bağlı araşdırma aparmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(103)4645/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar